abunə ol: Yazılar | Şərhlər | Еmail

BƏT: Dünyada milyonlarla insan məcburi əməyə məruz qalır

Şərh

10_logo_ilo

Hal-hazırda dünyada 21 milyon insan məcburi əməyə məruz qalır. İnsanlar müxtəlif səbəblərdən öz işlər yerlərini tərk edə bilmirlər: bir çoxları borc əsarətindən çıxa bilmir, bəziləri cinsi istismar hesabına insan alveri qurbanı olur, digərləri isə anadan qul olaraq doğulur.

Bu problem haqqında  Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə 8 fevralda nəşr olunmuş hesabatında ərtaflı danışılır.  Sənəd bu günlərdə hökumət, həmkarlar ittifaqı və sahibkarların iştirakıyla baş tutan məcburi əmək problemləri üzrə ekspertlərin toplantısı üçün hazırlanmışdır,  informasiya portalı «Профсоюзы сегодня» yazır.

İştirakçılar Məcburi Əmək haqda 1930-cu il Konvensiyasını (№ 29) və  Məcburi Əməyin  ləğvi haqda  1957-ci il Konvensiyasını (105) tamamlayan normalarının işlənməsi zəruriliyini müzakirə edir.

Bu problemlərlə mübarizə elə də asan iş  deyil, belə ki, bir çox işçilər müşahidə edilməsi çətin olan yerlərdə işləyirlər, bəzi dövlətlərdə isə indiyə qədər borc əsarəti və «köləlik izi» nəzərdə tutulmuşdur.

Həmçinin əməkləri tez-tez sui-istifadə olunan ev işçiləri, eləcə də əmək miqrantları və yerli əhali də risk qrupuna  daxil olunur.

Eyni zamanda hesabatda müsbət tendensiyalar da qeyd olunur — məcburi əməyə dövlət ehtiyacı azalır: dünyada 2012-ci ildə dövlət tərəfindən  məcburi əməyə təhrik edilənlərin sayı, dünyadakı 21 milyon məcburi əmək qurbanının 10%-ni təşkil edib. Lakin bir çox ölkələrdə əməyə məcbur etməyə görə qaydaları pozanları əhəmiyyətli dərəcədə qorxutmayacaq kiçik cəzalar nəzərdə tutulur.

BƏT «2012-ci ildə Məcburi əməyin qlobal qiymətləndirilməsi» hesabatından faktlar və rəqəmlər:

 –    Dünyada 11,4 milyon qadın və qızlar, 9.5  milyon kişi və oğlanlar olmaqla, təxminən 21 milyon insan məcburi əməyin qurbanıdır;

 –    Məcburi əmək qurbanlarının ümumi sayının 26% və ya 5,5 milyon nəfəri 18 yaşına çatmamış uşaqlardır;

 – Demək olar ki, 19 milyon məcburi əmək qurbanı şəxsi işverənlər və ya şirkətlər tərəfindən istismar olunur;

 –    2 milyondan çox insan dövlət  və ya üsyançı qruplar tərəfindən işləməyə məcbur edilir;

 –   ayrı-ayrı şəxslər və müəssələr tərəfindən istismara məruz qalanların ümumi sayından 4,5 milyonu cinsi istismar qurbanlarıdır;

–     Məcburi əməkdən istifadə edənlər və ona imkan yaradanlar böyük miqdarda qanunsuz gəlir əldə edir;

–     ev əməyi, kənd təsərrüfatı, tikinti, istehsal və əyləncə sahəsi – bu problemin daha çox təsir etdiyi sektorlardır;

–    miqrantlar və yerli əhali məcburi əmək münasibətlərində xüsusilə müdafiəsizdir.

Mənbə


Oxşar yazılar:

Baxış sayı:5695