abunə ol: Yazılar | Şərhlər | Еmail

İslam bank sistemində faiz

Şərh

islamic_finance

 20 əsrin ikinci yarısında müstəmləkə sisteminin qürubundan sonra Dünyanın siyasi xəritəsində bir çox yeni dövlət yarandı. Onların arasında xüsusi yeri, yoxsulluğun faktiki olaraq yox səviyyəsində olduğu, zəngin islam dövlətləri tutur. Bu fakt islam prinsipləri ilə tikilmiş iqtisadiyyatın, kapitalizm və sosializmə alternativ ola biləcəyi kimi bir çox mif doğurdu. Müsəlman hüquqşünaslar mərkəzi yeri islam banklarının tutduğu xüsusi islam iqtisadi modeli haqqında danışırlar. İslam dünyasında banklara ehtiyac, tətbiq yeri tapılmayan nəhəng maliyyə resurslarının (neft gəlirləri) yaranmasından sonra yarandı. İslamda faiz qadağan edildiyindən, banklara pul qoymağa icazə verilmirdi. İstehsal yerləri açmaq isə həm böyük risklərə görə, həmçinin də bazarda artıq transmilli korporasiyalar mövcud olduğuna görə əlverişsiz idi. Şəriət normaları əsasında işləyən islam bankı ideyası belə yarandı.

R. Bekkin “İslam iqtisadi modeli və müasirlik” kitabında yazır:

” Müsəlman hüquqşünasların çıxardığı nəticələrə əsaslanaraq, islam iqtisadi elmi pul təklifinin artması və bankın kredit resurslarının formalaşması kimi bir sıra amildən asılı olan, bazar faiz dərəcəsindən fərqli olaraq, birbaşa investisiyaların gəlirliliyindən asılılıqda olan təbii faiz dərəcəsinə və ya faiz ilə ifadə edilmiş və kapitalın təmiz məhsuldarlığına qarşı deyil.

… islam iqtisadçılarının iddiaları ondan ibarətdir ki, gəlirin norması, faiz dərəcəsindən fərqli olaraq, resursların bölgüsünün daha effektiv və rasional mexanizmidir və müasir iqtisadiyyatın bir çox neqativ tendensiyalarına (inhisara alınmalar, varlı və kasıb arasındakı uçurumun artımına, maliyyə böhranlarına) qarşı durmağa icazə verir.”

Beləliklə, islam bankı ssuda (kredit) kapitalına malik olmur, amma pul kapitalının başqa bir növünə malik olur — səhmdar kapitalına. Bank əhalinin vasitələrini cəlb edir və bu pullarla müxtəlif şirkətlərin səhmlərini alır. Və ənənəvi kapitalist bankı ilə islam bankının əsas fərqi bu olur.

Mövzuya davam etməzdən əvvəl, məsələnin tarixinə müraciət edək.

Faizin (Riba (ərəb. ربا‎‎ ribā, ˈrɪbæː) — artma, artım, artım, sələmçilik) tam qadağasının tarixi  Məhəmməd peyğəmbərin həyatı ilə bağlı bir hadisəylə əlaqədərdir.

Məkkə qəbiləsindən Müqirit və Banu Sakif taif tayfalarının nümayəndələri arasında birincilərin faizləri ödəməməsi səbəbindən düşmənçilik yaranır. Məkkənin Sərdarı bu barədə Məhəmmədə məlumat verir və aşağıdaki ayətlər yaranır:

Surə 2 “İnək”, ayət 275 “O kəslər yeyirlər riba, yox qiyamları ancaq nə qədər qiyamı odur ki, bədbəxtdir o, şeytan məshindən. Bu həqiqətlə onlar dedilər: «Həqiqətən, nə ki, bey mislidir ribanın!Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (tərc. Məmmədəliyev və Bünyadov).

Orta əsrlərdə ticarət tacirin öz əməyini sərf etməsini tələb edən kifayət qədər ağır məşğuliyyət idi. Eyni zamanda, ticarət malların istehsalı idi, axı, əgər heç nə istehsal edilməsə, onda heç nəylə ticarət etmək olmazdı. Tacirin öz əməyinin sərfini tələb edən fəaliyyətə icazə verilirdi və fəaliyyətin qeyri-məhsuldar növləri qadağan edilirdi. Sələmçi kapital isə bəzi tacirlərin iflasına, digərlərinin isə zənginləşməsinə gətirib çıxarırdı, bu isə ədalətli müsəlman cəmiyyəti ideyasına zidd idi. Presedent hüquq (common law) sistemi kimi şəriət Xəlifəlik daxilindəki iqtisadi münasibətləri kifayət qədər yaxşı tənzimləyirdi. Amma yeni ərazilərin zəbti zamanı imperiya obyektiv iqtisadi problemlərlə rastlaşmağa başladı. Fəth edilmiş  xalqların  müsəlmanlaşdırılması siyasəti ilk növbədə Xəlifəlik müsəlmanlarının özləri tərəfindən narazıq ilə nəticələndi, çünki qanuna əsasən İslama keçid dinə yeni gələnləri adambaşı vergidən azad etməli və torpaq vergisinin ölçüsünü də aşağı salmalı idi, bu da xəzinənin gəlirlərinin azalmasına gətirib çıxarırdı.

Müsəlmanlar bu halı onların tarixi imtiyazlarının pozulmasını kimi qəbul etdilər. Eyni zamanda, xəzinə ixtisarının qarşısını bir yolla almağı arzu edərək, hakimiyyət islam qanunlarına məhəl qoymadan dinə yeni gəlmişlərdən başqa dinlərə mənsub olanlarla eyni vergiləri alırdı. Təbii, bu Xəlifəlikdə sosial gərginliyə gətirib çıxartdı. İqtisadi inkişafın mühərriki olan faizin qadağası qüdrətli ticarət imperiyasının tarixində kədərli rolunu oynadı.

Sələmçilik Avropa xalqlarının tarixində olduqca mütərəqqi rol – feodal cəmiyyətinin çöküşünün katalizatoru rolunu oynadı, kəndliləri viran edərək onları muzdlu işçilərə çevirdi. Kapitalizmin inkişafı ilə yüksək faiz dərəcəsinə malik sələmçi kapitalı kapitalistlər üçün əlverişsiz oldu. Belə olan halda banklar və ssuda kapitalı yaranır. Hal-hazırda iqtisadiyyatda sələmçi kapitalı obyektiv olaraq əlverişsiz və qeyri-mümkündür. Tarixi inkişafın gedişatında o dəyişikliklərə məruz qalıb. Kapitalizmin qloballaşması pul kapitalının daha inkişaf etmiş, ən yüksək formasının, islam banklarının malik olduğu, kapitalın səhmdar formasının yaranmasına  imkan yaratdı.

Yuxarıda qeyd olunduğu kimi, R. Bekkin öz kitabında yazır ki, islam bankı öz gəlirini faiz şəklində deyil, müəssisə gəlirinin bir hissəsi kimi alır. Bu da onu göstərir ki bankın kapitalı —  pul kapitalı yox, səhmdar kapitalı formasında işləyən sənaye və ya ticarət kapitalıdır. Amma bu əslində belədirmi?

 İşlək kapitala malik olmaq öz pulunu tamamilə müəyyən müəssisəyə yatırmaq deməkdir, yəni bu müəssisəni sıfırdan yaratmaq və ya onu başqa sahibkardan almaq. Bu kapital yalnız bu müəssisədə fəaliyyət göstərir, bu müəssisə elə bu kapitaldan ibarət olur. Sənaye kapitalisti istənilən vaxt öz kapitalını geri götürə bilmir, çünki bu bazarda asan dövriyyədə olan pul kapitalı deyil.

 Səhmdar kapitalı ilə işlər fərqlidir. Pul kapitalının sahibi olan şəxs, müəssisə və ya bank, səhmlərin alışı və satışı keçirilən xüsusi bazara gəlib, şirkətlərin səhmlərini aldıqdan sonra səhmdar olurlar. Bunun adı fond bazarıdır. Səhmin sahibi və ya səhmdar həmin səhmdən müəyyən gəlir alır. Səhmin qiyməti ona uyğun olan şirkət kapitalının payına əsasən təyin edilmir, o həqiqi, işlək kapitalın (sənaye və ya ticari) dəyərindən asılı olmur. Səhmin qiyməti gəlirin kapitallaşdırılmış payı (hissəsi) kimi təyin edilir, gəlirin ölçüsündən və faizin səviyyəsindən asılı olur.

 Beləliklə, səhm özülüyündə kapitallaşdırılmış gəliri alma hüququnu ifadə edir. Səhmdar kapital saxta (fiktiv) kapitaldır və onun mövcudluğu yalnız kapitalist cəmiyyətində mümkündür, çünki kapitalizmdə istənilən pul məbləği faiz şəklində gəlir gətirmək qabiliyyətinə malikdir. Səhmlərin qiyməti həqiqi işləyən kapitalla bağlı deyildir, o maliyyə (fond) bazarı tərəfindən təyin edilir. Və səhmlərin qiyməti real işləyən kapitalın dəyərinə uyğun deyil, normal inkişaf dövründə səhmlərin qiyməti həmişə real kapitalın dəyərlərindən yuxarı olur, maliyyə böhranı dövründə isə səhmlərin qiyməti aşağı şirkətin real dəyərindən aşağı düşə bilər. Başqa sözlə, bu “maliyyə qovuğu”dur.

 Səhmin qiymətinin necə hesablandığına nümunədə baxaq. 1 milyon dollar kapitala malik bir müəssisəni təsəvvür edək. Deyək ki, ortalama gəlir 20% olacaq, faizin ortalama səviyyəsi — 10%. Firma 200 min dollar gəlir alır. Həmin 10%-dən illik gəlir kimi kapitallaşdırılmış 200 min dollarlıq məbləğ nəticədə 2 milyon dollar qiymətini verəcək. Nümunədə görünür ki 200 min dollar gəlir əldə  etmək üçün 1 milyon dollarlıq məbləğ lazımdır, əlavə 1 milyon dollar isə ona görə yaranır ki, gəlir gətirən kapital faiz (dividentlər) gətirən kapitala çevrilir. Bu 1 milyon dollar həmin saxta (fiktiv) səhmdar kapitalıdır.

 Beləliklə, biz gördük ki, səhmləri almış islam bankı şirkət gəlirinin bir hissəsini yox, faizi alacaq. Xüsusi islam iqtisadi modeli yoxdur, hər bankda bütün yalanlarla öz banklarının gəlirlərinin bəraətiylə məşğul olan şəriət şurası var. Bu ona görədir ki, islam hüququ vahid deyil, hər bir ilahiyyatçıda Quran ayətlərinin öz izahı var.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8779

Şərhlər

  1. İxvan deyir:

    Qovuqlarla bağlı məsələdə xüsusilə səhm bazarı ilə yaranan problemlər doğru vurğulandı! Müsəlman olsam da bununla tam razıyam. Kindlebergerin “ümumdünya mmaliyyə böhranları” kitabını alıb oxuya bilərsiz.