abunə ol: Yazılar | Şərhlər | Еmail

Kapitalizm: Milyonlarla insan acdır, istehsal edilən qida “istehlak olunmur”

Şərh

poverty_children

Yeni bir hesabatda yer alan proqnozlara görə, dünyada istehsal olunan ümumi qidanın 30-50% arasındakı miqdarı yeyilmir. Dünyada hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir.

Mərkəzi İngiltərədə yerləşən Maşın Mühəndisləri İnstitutu tərəfindən hazırlanan hesabata görə, dünyada ildə təxminən 4 milyard ton qida istehsal olunur, bunun 2 milyard tona yaxn bir qismi isə yeyilmədən torpaqda qalır və ya tullanır.
İnstitutun enerji və ətraf mühit üzrə məsul sədri Dr. Tim Foks, artan əhalinin və dünyadakı ac insanların doyurulması üçün faydalı olacağı halda, atılan qida məhsulları torpağın, suyun və enerjinin etinasızca sərf edilməsi mənasına gəlir”, deyə əlavə edir.
İnstitutun hesabatı qidanın istehlak edilməməsi səbəbi olaraq, “saxlama problemlərini”, “son istifadə tarixlərinin həddindən artıq qısa olmasını” göstərir. Avropa ölkələri və ABŞ-da alınan yeməklərin təxminən yarısının tullandığını qeyd edərək, məsələni “israf” səviyyəsinə endirir və adi insanları də bu vəziyyətin məsulu halına gətirir.
Dünya Aclıq Təhdrisi Xidmətinin worldhunger.org veb saytındakı məlumatlarına görə, 2010-cu ildən etibarən, dünyada 925 milyon nəfər ac hesab edilir. Son 30 ildə dünyanın əhalisinin 70% artmasına baxmayaraq, kənd təsərrüfatı sayəsində 30 il əvvəlkinə nisbətən adam başına gündə 17% daha çox kalori istehsal edilə bilər. Aclığın səbəbi isə kifayət qədər qida istehsal edilməməsi və ya olmaması deyil, insanların böyük bir hissəsinin bunları yetişdirə biləcəyi torpağa və ya satın ala biləcəyi pula sahib olmamasıdır.
Dünya əhalisinin yarısı gündə 2 dollardan az, 1.5 milyard nəfər isə gündə 1 dolardan az gəlirlə yaşayır.

(c) SOLFRONT.org

Mənbə

Oxşar yazılar:

Baxış sayı:11872