abunə ol: Yazılar | Şərhlər | Еmail

Plan yoxsa Kortəbiilik?

Şərh

plan

İstənilən az-çox uğurlu insan onunla fərqlənir ki, öz həyatının özbaşınalıq axarına buraxmır. Taym-menecment, layf-menecment`i kommunistlər, dəzgah qarşısında işləyən zəhmətkeşlər deyil – məhz burjua sinfinin tipik nümayəndələri düşünmüşlər. İşgüzar dünyada kifayət qədər uğurlu və varlı bir şəxs olan Stiven Kovi bizə düzgün yaşamağı (özü məhz belə yaşayır) öyrədir: şəxsi həyat missiyasını təyin etmək, məqsədlər qoymaq, onlardan çıxış edərək hər addımı planlaşdırmaq və hesablamaq.
Bizə illik, beş illik və hətta ömürlük planlar qurmağı təklif edirlər. Həyatın planlaşdırılması üçün, təbii ki, öz arzularını, yaxınların arzularını, bütün meyllərini – həmçinin təhtəlşüur meylləri – nəzərə almalı, özünü dərk etməli, şüurlu ortaq məxrəcə gəlməlisən və artıq o zaman plan, plan, plan, sonra nəzarət və uçot, nəzarət və uçot. Axınla getməyə cəhd et – adətən o, nədənsə cənnət adalarına gətirib çıxarmır, əskinə, boğur və ya uğursuz nigahlar, korlanmış sağlamlıq, şəxsi maliyyə böhranlar, işsizliyin qoxumuş körfəzlərə aparır.
Yəni, heç kim iddia etməz ki, öz maliyyəni, vaxtını və fəaliyyətini planlaşdırmaq lazım deyil. Xeyr. Şəxsi həyatda, nəzəri də olsa plana üstünlük verilir.
Lakin iqtisadiyyatda hər şey əksinədir. Planlı iqtisadiyyat? Fu. Bu barədə danışmaq belə nəzakətsizlik sayılır.
Xeyr, iqtisadiyyatda nə üçünsə hər şey özbaşına buraxılmalıdır. Hər şey Bazarın Görünməz Əli ilə tənzimlənməlidir. Hər şey spontan şəkildə, kortəbii iradə ilə baş verməlidir. Axınla. Axın böhran və ya maliyyə fəlakətinə gətirəcəksə – deməli, qismət belədir (sonra buna görə “harınlamış” xalqı günahlandırmaq və onları, kəmərlərini daha çox sıxmağa məcbur etmək olar). Bazarın Görünməz Əli bizə zəruri sərvətləri verərsə – ona eşq olsun. Verməsə – deməli, Görünməz Əlin istəyi belədir və bu istək dərkolunmazdır.
Görünməz Əli necəsə tənzimləmək olar ki – xahiş etmək, ərizələr verməklə – o çox da əl-qol atmasın, yoxsa ekologiyanı da məhv edərik. Lakin ona əl vurmaq olmaz!
Əgər Görünməz Əl olmasa – dəhşətli bir şey baş verəcək: Planlı İqtisadiyyat.
Bəs nə üçün, Planlı İqtisadiyyat nə üçün dəhşətlidir?
Bəs necə – bizə deyirlər – axı Planlı İqtisadiyyatın olduğu ölkələrdə kolbasa yox idi, hər şey dəhşətli idi! O çox səmərəsiz idi! O, prinsipcə səmərəsiz idi və səmərəli ola da bilməz, çünki heç vaxt səmərəli olmaycaq.
Bu etiraz məntiqdən məhrumdur. Hətta əgər təfərrüatlara varmasaq belə (“dəhşətli olan” nə idi, nə üçün və dəhşətli idimi). Təsəvvür edək ki, öz şəxsi həyatınızda nəyisə planlaşdırırsınız, lakin uğursuz olur. Şüurlu insan bu zaman geriyə baxır, təhlil etməyə başlayır – nə düzgün planlaşdırılmayıb, hansı amillər nəzərə alınmayıb, başqa nə etmək olardı? Yenidən yoxlayacaq. Baxacaqsan ki, ikinci dəfə daha yaxşı alınacaq.
Əgər bu kifayət deyilsə – bəlkə də, kitablar oxumaq, kurs keçmək və daha yaxşı planlaşdırmağı öyrənməyə dəyər? İstənilən halda, ruhdan düşmək və “cəhənnəm olsun, axınla gedəcəm, onsuz da heç vaxt heç nə alınmayacaq” demək – vəziyyətdən şüurlu şəkildə çıxmaq deyil, xroniki depressiyadır. Bu, sanki, hər kəsə aydın idi.
Lakin iqtisadiyyatda hər şey məhz belədir. Uğurlu alınmayıb, hansısa problemlər var idi? – deməli, hər şeyə tüpürmək və planlaşdırma cəhdlərindən imtina etmək lazımdır. Qoy hər şey olduğu kimi olsun: aclıq, böhran, müharibə…
Məntiqli deyil. Lakin düşünsək, plan iqtisadiyyatından qəti imtinanın kimə sərfəli olduğu tamamilə aydındır. Axı bu cür iqtisadiyyat yalnız istehsal vasitələri üzərində xüsusi mülkiyyətin olmadığı zaman mümkündür. Əgər bu mülkiyyət mövcuddursa – o zaman “dövlət sektoru”, “dövlət sifarişləri” mümkündür, lakin planlı iqtisadiyyat yox. Bu növ mülkiyyət olduğu müddətdə, istehsalın məqsədi mənfəətin yaradılması olacaq – “azad rəqabət kortəbiiliyi” məhz buradan yaranacaq – daha sürətlə mənfəət yaratmaq rəqabətindən.
Kortəbiilik isə kortəbiilikdir – daha nə istəyirdiniz ki?
Yəqin ki, indiyə kimi bu “kortəbiiliyin” müəyyən çiçəklənmə və ümumi zənginliyə gətirib çıxaracağına inanan sadəlövh insanlar var. Və o nə qədər az idarə olunursa və daha şıltaqdırsa – o qədər yaxşıdır. Lakin mən düşünmürəm ki, onlar öz həyatlarında eyni prinsiplərə riayət edirlər.

Yana Zavatskaya

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

 

 

Oxşar yazılar:

Baxış sayı:5998