abunə ol: Yazılar | Şərhlər | Еmail

Aziz Nesin | Mən – rezin dəyənək

Şərh

hbr-lnk_4eeb92dfe8fdf

Mən rezin bir dəyənəyəm! Özüm də Amerika əsilliyəm. Mənə qədər Amerikadan buralara ən əvvəl demokratiya gəlmişdi, sonra cip, dalınca da dəyənək, yəni mən. Ciplə dəyənək, biz ikimiz demokratiyanın açtığı cığırla gəldik.
Mən rezin bir dəyənəyəm! Buralara amerikan köməyilə, amerikan alicənablığından gəldim. Ruha girmədim, quyruqda dolandım, buyruq oldum. Hər yerdə sıxıntı olur, olacaq. Avtomobil şini, ehtiyat hissələr qəhətə çıxsa da, mən əl altındayam. Mənim sıxıntım çəkilmədi, bol bol ehtiyacı qarşıladım.
Mən rezin bir dəyənəyəm! Burada heç köhnədən diş fırçası yox idi, onun yerinə taxta diş çöpləri istifadə edirdilər. Mən gəlməmişdən də yerimə var idi, amma fil sinirini polislər deyil, xalq istifadə edirdi, xalqın fil siniri tətbiqinə qadağa qoyuldu. İndi fil sinirinin yerinə mən keçdim.
Mən rezin bir dəyənəyəm! Üzüm qaradır. Yumşaq görünürəm, amma yumşaqlığıma aldanmayın. Məndən əvvəl mənim əvəzimə istifadə etdikləri meşə odunu, zoğal çubuğu
mərhəmətə gəlir, qırılır, mən əsla qırılmaram. İkiüzlü siyasətçi kimi üzüm həm qara, həm də yumşaqdır. Əyilib bükülürəm, amma heç bir zaman qırılmıram.
Mən rezin bir dəyənəyəm! Özünü tanımayanlara, yerini göstərib özlərini tanıtdırıram, özümü də… Mənim yerim polislərin beli və əlidir! İş görməyən vaxtlarda, qıvrılıb qara əfi ilan kimi qapı arxasında mismarda quyruğumdan asılı dururam.
Mən rezin bir dəyənəyəm! İyiriminci əsrin ən böyük tapıntısı mənəm. Atomdur, hidrogen bombasıdır , mənim yanımda heç bir şeydir. İndi Demoklun qılıncının yerini mən tutdum. Azadlıq mənim kölgəmdə yuxulayır, bən onun başı üzərində sallanıb dururam.
Mən rezin bir dəyənəyəm! Vurduğum yerdən səs gətirərəm. Mənim gətirdiyim səs, həm qarışıq, həm də notsuzdur. Amma insanlara hər məqamında yanğılı nəğmələr oxudur. Qarşımdakı lal olsa, dil açır, qarğalar tutuquşu olur, dil bilməyən bülbül kimi ötür. Hakimdən əvvəl elə mən insanları sorğu-suala çəkirəm. Qarşımda təlim görmüş meymuna dönəcəksiz.
-Bir danış! deyərəm, səsiniz çıxar.
-Sus! dedimsə, kirimişcə durarsız.
-Allah, Allah!… deyə bağırsanız da, mən nalə, acı səslərinizi eşitmərəm. Vücudum vardır, amma qulağım, gözüm, ürəyim yoxdur.
Mən rezin bir dəyənəyəm! Kütləni dağıdan mənəm. Jurnalistlərin beyninə enən mənəm. İdxal malı, azadlığı dimdik ayaqda saxlayan, rəsmən demokratiyanı qoruyan mənəm.
Ey insanlar, mən rezin bir dəyənəyəm! Sizə son sözüm budur: Qulağınızda sırğa olsun! Başqa birinin başına, belinə endim, bu anda qonşunun ağrısını siz hiss etmirsiniz, sabah sizin başınıza, belinızə enəcəm. Başqası dəyənək yeyir, “oooh öldü” deyirsiz, sabah növbə sənindir, “oooh ölsün” deyəcəklərini unutma. Mənim yaradılışım belədir. Bu gün sevinənlər sabah dəyənəklənməyə məhkumdur. Heç qulaq asmaram, enərəm beyinlərinə, bellərinə.
Ey insanlar, mən rezin bir dəyənəyəm! Dəyənək səsinə qulaq verin.

Oxşar yazılar:

Baxış sayı:5353