abunə ol: Yazılar | Şərhlər | Еmail

Yadlaşma dövründə hisslər mədəniyyəti

Şərh

consume_ishoptherefore_large

Tatyana Matsexa
İncəsənətin insan üçün əhəmiyyəti nədir? Onu yaradan insan üçün və onu dərk edən insan üçün? Həqiqi incəsənət özündə gözəllik, xeyirxahlıq və həqiqəti birləşdirməlidirmi yoxsa incəsənət özü də başa düşmədən başqa məqsəd üçün yaradılıb?
Müasir insan qarşısında çox mürəkkəb vəzifə dayanır: “Öz gözləri ilə qarşısındakını görmək”, Hötenin dediyi kimi. Ona həqiqət kimi təqdim olunanları passiv olaraq qəbul etməməli, yalanı həqiqətdən ayırmalıdır. Axı insanın, onu əhatə edən dünyada digərlərindən daha çox şeyi görmək imkanı vardır, belə ki, onun baxışlarını bədəninin təbii ehtiyacları deyil, ictimai-bəşəri mədəniyyətin inkişafı ilə qəbul edilmiş tələbatlar idarə edir.
İlyenkovun qeyd etdiyi kimi: “Dünyanı insan kimi görmək – onu başqasının gözləri ilə, bütün digər insanların gözləri ilə görmək deməkdir”. İnsan təxəyyülü (fantaziya, intuisiya) adlanan psixi bacarıq buradan qaynaqlanır. Əgər təxəyyülün tərbiyəsindən danışılırsa, burada böyük, amma hər zaman nəzərə alınmayan rolu incəsənət oynayır.
Lakin qeyd etmək lazımdır ki, müasir incəsənət insana passiv qavramanı öyrədir, bununla da şəxsiyyət üçün fərdi təxəyyülün təzahürü üçün yer qalmır. Axı incəsənətin meyvələrini passiv şəkildə “istehlak edərək”, təxəyyül gücü nəinki formalaşmır, bunun əksinə olaraq – insanı estetik korluğa gətirib çıxararaq, məhv olur. Yalnız qəlbimizin və hisslərimizin prizmasından dərk etdiklərimizi süzgəcdən keçirərək, biz inkişaf etmiş təxəyyülü, gözəllik duyğusu olan şəxslərə çevrilə bilərik. Əgər şəxsin nəzər sahəsinə gözəl olmayan bir əşya düşərsə, o müvafiq reaksiya – ikrah hissi, qəzəb, kinayə və s. yaradacaq, amma laqeydlik hissi yox.
Müasir incəsənət – postmodernizm incəsənətidir. Lakin postmodernizm – mahiyyətcə, yaxşı tanış olan modernizmin davamıdır ki, onu, hər şeydən əvvəl, klassik ənənələrin dağıdılmasına görə tanımaq olar və bunun ardınca ənənələrin inkar edilməsi gəlir. Hətta demək olar ki, modernizm öz ilkin formasında cəmiyyətin, yetişməkdə olan yadlaşmaya qarşı üsyanı idi, doğrudur, bu “diz üstə üsyan” idi.
Bu incəsənətin mövqeyi və əhəmiyyəti onilliklər ərzində dəyişib və bu gün postmodernizm möhkəm şəkildə bizim iqtisadi və mədəni məişətimizə daxil olub, bundan əlavə – gündəlik həyatda onu normal bir şey kimi qəbul etməyə başlayıblar. Kütləvi reklam incəsənət əsərlərini, onların illüziyası ilə əvəz edən ictimai fantomlara qarşı süni tələbat yaradır.
Hələ Hegel deyirdi ki, müxtəlif dövrlərdə insanın müxtəlif keyfiyyətləri ön plana çıxır. Belə ki, məsələn, qədim zamanlarda Hindistan və Çində mənəvi tələbatlar daha üstün mövqedə idilər ki, onun nəticəsində dünya dinləri və fəlsəfə yarandı. Bu – qəlbin simvolik dövrüdür, sonra isə – klassik, bədii mərhələ gəlir, o dövrdə incəsənət üstünlük təşkil edirdi (məsələn, Qədim Yunanıstan). Hegel üçüncü mərhələni romantik mərhələ adlandırır, lakin eyni zamanda onu rasionalist adlandırmaq olar. Bu – son minilliyin dövrüdür ki, bu dövrdə bəşəriyyət şüuru elm və texnikaya istiqamətlənib, həmçinin yeni dünya – əmtəə-pul münasibətləri dünyası da burada daxildir. Bu gün proses öz zirvəsinə çatıb: yeni cəmiyyət həm elmi, həm də incəsənəti deformasiya edərək, onu tədricən çürüdür və eyni zamanda özünə qarşı məqsədyönlü məhvetmə prosesini davam etdirir.
XXI əsrdə ayrıca götürülmüş hər bir insan üçün incəsənətin dəyəri kəskin aşağı düşüb və bunun əhəmyyətli səbəbləri var. Axı müasir “gözəllik” yaradanın baxışları o dərəcədə deformasiyaya uğrayıb ki, indiki zamanda o artıq öz fəaliyyətinin əsas mənası olaraq, ictimai ideal uğrunda dünyanın dəyişilməsini deyil, dünyanın təsviri və “qavranılması üsulunun” dəyişilməsini görür. Tamaşaçıların mənəvi mənşəyini təhrif və təhqirlə oyatmaq məqsədilə epataj yaratdıqlarını bağıran rəssamlar peyda olduqda, onlar ilk növbədə özlərini aldadırlar, belə ki, dərindən hiss edən insan bu cür incəsənətə qarşı qəzəb və ikrah hiss edəcək, hiss etməkdən məhrum insan isə, həyata münasibətdə olduğu kimi, bu incəsənət əsərlərinə qarşı etinasız və maraqsız qalacaq.
Sonda qeyd etmək istərdim ki, bütün bunları şüurlu olaraq dərk edən, mövcud halın mahiyyətini başa düşən insan xatırlamalıdır ki, həqiqi mədəni inqilabın köhnə mədəniyyətin məhv edilməsi və postmodernist “antimədəniyyətin” yaradılması ilə əlaqəsi yoxdur. Buna görə də postmodernizmi yaxşı və ya pis olaraq səciyyələndirməyə dəyməz, çünki o, özlüyündə ilk növbədə insanın yadlaşmış dünyanın şərtlərinə uyğunlaşmasının estetik şəklidir.
Bu mədəniyyəti yalnız onun xəyali mədəni əhəmiyyəti, daha pis isə – gözəlliyi cəhətdən deyil, onda insanın müasir quruluşundakı ziddiyyətlərin əks edilməsi nöqteyi-nəzərindən qiymətləndirmək lazımdır.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

 

Oxşar yazılar:

Baxış sayı:7310