abunə ol: Yazılar | Şərhlər | Еmail

Fridrix Engels – “Sosializmin utopiyadan elmə doğru inkişafı”

Şərh

yüklə →FRİDRİX ENGELS – Sosializmin utopiyadan elmə doğru inkişafı

SOLFRONT.org Fridrix Engelsin  “Sosializmin utopiyadan elmə doğru inkişafı” əsərinin azərbaycan dilində elektron variantını oxucularına təqdim edir.

Müasir sosializm öz məzmunu e’tibarı ilə hər şeydən əvvəl, bir tərəfdən, hazırkı cəmiyyətdə varlılarla yoxsullar, kapitalistlərlə muzdlu fəhlələr arasında hökm sürən sinfin əkslikləri və o biri tərəfdən isə, istehsalda hökm sürən hərc-mərcliyi müşahidə etməyin nəticəsidir. Lakin öz nəzəri forması cəhətdən o əvvəlcə yalnız, XVIII əsrin böyük fransız maarifçilərinin irəli sürdükləri prinsiplərin sonrakı və bir növ daha ardıcıl inkişafı şəklində meydana çıxır. Sosializmin kökləri maddi iqtisadi faktların çox dərinliklərində olsa da, hər bir yeni nəzəriyyə kimi o da, hər şeydən əvvəl, özündən qabaq toplanmış olan ideya materialına əsaslanmalı idi.

 


Oxşar yazılar:

Baxış sayı:10514