abunə ol: Yazılar | Şərhlər | Еmail

Kuba, Avropa İttifaqı və insan haqları

Şərh

human_rights_first

Salim Amrani

Kuba və İnsan haqları yenə gündəmdədir. Son olaraq ABŞ-ın Kubada müxalifətin bir nümayişinə müdaxilə edildiyi üçün Kubaya təzyiqi “bu dəfə ABŞ Kubanı qınadı” başlıqları ilə təqdim edildi. ABŞ-Kuba əlaqələri mütəxəssisi jurnalist-alim Salim Lamraninin aşağıdakı yazısı imperializmin ikiüzlü insan haqları ritorikasını göz qabağına qoyur.
Avropa İttifaqı 1996-cı ildən bəri insan haqları səbəbi ilə Kubaya qarşı ortaq bir mövqe göstərməkdədir. Beynəlxalq Əfv Təşkilatın (Amnesty International) ən son hesabatı da yuxarıda haqqında danışılan siyasətin qeyri-qanuni və ayrı-seçkilikçi xarakterini göstərir.
Avropa İttifaqı 1996-cı ildən bu yana Kuba Hökumətinə – Amerika qitəsində sadəcə bu ölkəyə qarşı ortaq bir mövqedə dayanır. “İnsan haqları və əsas azadlıqlar” bəhanəsi ilə alınan bu ortaq mövqe siyasi, diplomatik və mədəni olaraq qarşılıqlı əlaqələri məhdudlaşdırır.[1] 1996-cı ildə qərarlaşdırılan ortaq mövqe ikili əlaqələrin normallaşdırılmasının qarşısında ən əhəmiyyətli maneəni təmsil edir və Brüsselin Havana ilə əlaqədar xarici siyasətinin təməl daşı rolunu oynayır.
Belə ki, bu mövqe insan haqları pozuntuları səbəbi ilə Kuba cəmiyyətinin bütün sektorlarına, xüsusilə də ən müdafiəsiz seqmentlərinə təsir edən və 1960-cı il iyun ayında qüvvəyə mindiyindən bəri tətbiq olunan ABŞ iqtisadi sanksiyalarını haqlı göstərir. Vaşinqton 1960-cı ildən 1991-ci ilə qədər Kubaya qarşı olan düşmənçilik mövqeyinin səbəbi kimi Sovet İttifaqı ilə müttəfiq olmasını göstərirdi. Şərq blokunun bir sıra hökumətlərinin dağılmasından bəri Corc H.U. Buşdan Obamaya qədər, iki ölkə arasında siyasi fərqliliklərin əvəzini yaşlılara, qadınlara və azyaşlılara ödətdirən, ölkə liderlərinin təsirindən uzaq olan, dövrün demokratik tələbləriylə uyuşmayan embarqonu açıqlamaq üçün “insan haqları” ifadəsindən istifadə edilir. [2]

Qeyri-qanuni və ayrı-seçkilikçi ortaq mövqe
İnsan haqları vəziyyətini səbəb göstərərək, rəsmi olaraq ortaq bir mövqedə duran Avropa İttifaqı Kubanı, Kanadadan Argentinaya qədər, Amerika qitəsinin yeganə ayrı-seçkiliyə yol verən ölkəsi olaraq damğalamaqdadır. Ancaq Beynəlxalq Əfv Təşkilatının, ən son hesabatına görə, Karib Adası təməl insan haqları pozuntusu baxımından yarımkürənin ən pis tələbəsi olmaqdan uzaqdır. [3]
Ortaq Mövqe qərarı qeyri-qanunidir. Beynəlxalq Əfv Təşkilatı, köhnə qitənin (Avropa) insan haqları vəziyyətinə dair ciddi və güzəşt etməyən bir hesabat təqdim etmişdir. Həmçinin Beynəlxalq Əfv Təşkilatı Avropa İttifaqı üzvü ölkələrinin əksinə, Kuba üçün hər hansı bir pis vəziyyət haqqında heç bir şey qeyd etmir.

Beynəlxalq Əfv Təşkilatının Avropa ilə bağlı hesabatı:

– güc strukturları tərəfindən cinayət işləmə (Avstriya, Bolqarıstan, Fransa, İtaliya, İngiltərə, İsveç),

– güc strukturları tərəfindən azyaşlıların öldürülməsi (Yunanıstan),

– əqli qüsurları olan azyaşlıların öldürülməsi (Bolqarıstan),

– soyqırım səbəbiylə cavabdeh olma (Belçika),

– məsul şəxslər tərəfindən edilən işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar (Almaniya, Avstriya, Belçika, Slovakya, İspaniya, Fransa, Yunanistan, İtaliya, Portuqaliya, Rumıniya, Böyük Britaniya),

– azyaşlılara qarşı səlahiyyətlilər tərəfindən edilən qeyri-insani və ya alçaldıcı rəftar və işgəncə hərəkətləri (Belçika, Bolqarıstan, Danimarka),

– dövlətin ən üst səviyyədə duran vəzifələrinin dəstəyi ilə edilən işgəncə hərəkətləri (İngiltərə),

– cinayətdə günahkar güc strukturu əməkdaşlarına cəza verilməməsi (Bolqarıstan, Fransa, İsveç),

– digər pis rəftarlar və işgəncədən günahkar güc strukturları üçün cəzasızlıq (Almaniya, Belçika, İspaniya),

– işgəncə altında əldə edilən dəlillərin istifadəsi (Rumıniya),

– güc strukturları tərəfindən işgəncə və pis rəftardan zərər çəkmişlər üçün ədalət və təzminat maneəsi (Almaniya),

– adamların (hətta balacaların), zülm riski olan və ya işgəncə tətbiq olunan ölkələrə deportasiya edilməsi (Almaniya, Avstriya, Bolqarıstan, Kipr, Danimarka, İspaniya, İtaliya, Malta, Hollandiya, İngiltərə, İsveç),

– nümayişlərdə güc strukturları tərəfindən zorakı təzyiqin tətbiqi (Almaniya, Belçika, Yunanıstan),

– etnik azlıqların üzvlərinə və xaricilərə qarşı irqçi polis vəhşiliyi (Avstriya),

– gizli nəzarətə alma tətbiqi və məhkumların işgəncə tətbiq edən ölkələrə qaytarılması (Almaniya, Belçika, Litva, Rumıniya),

– insan alveri və köləlik (Kipr, İspaniya, Yunanıstan, İtaliya, Böyük Britaniya),

– Zorla işlətmə və istismar (Kipr),

– yaşca kiçik olanların həbsxanada intiharı (Avstriya),

– qanuni miqrantların tibbi baxım, ictimai və ya hüquqi kömək əskikliyi (Belçika),

– etnik azlıqlara qarşı qanuni ayrı-seçkiçilik (Belçika, İspaniya),

– azlıqlara qarşı yayılmış ayrı-seçicilik (Bolqarıstan, Danimarka, Yunanıstan, Macarıstan),

– məhkəmələr tərəfindən azlıqlara qarşı ayrı-seçicilik (Belçika),

– etnik azlıqların zorla köçürülməsi və eyni vaxtda səlahiyyətlilər tərəfindən evlərinin yıxılması (Bolqarıstan, Yunanıstan, Rumıniya),

– geniş yayılmış irqçi hücumlar (Bolqarıstan),

– cinsi azlıqlara qarşı təkrarlanan hücumlar (Bolqarıstan, Slovakiya, İtaliya),

– səlahiyyətlilər tərəfindən cinsi azlıqların haqlarının tanınmaması (Kipr),

– nümayişlərdə həddindən artıq sağ hərəkətlərə güc strukturu tərəfindən dəstək (Kipr),

– qadınlara qarşı təkrarlanan zorakılıq (Danimarka, İspaniya, Finlandiya, Malta, Portuqaliya, İsveç),

– qadınlara və qız azyaşlılarına qarşı təkrarlanan zorakılıq (İspaniya, Finlandiya, Portuqaliya),

– kiçiklərə aid mütəxəssislik mərkəzlərində azyaşlılara fiziki cəza tətbiq olunması (İspaniya),

– qadına qarşı cinsi zorakılıq edənlər üçün qanuni toxunulmazlıq (Danimarka, Finlandiya, İsveç),

– yetkin cəza çəkmə müəssisələrində azyaşlıların saxlanılması (Danimarka),

– sığınma tələb edən kiçiklərin həbs olunması (Finlandiya, Hollandiya),

– gizli nəzarətə alma (İspaniya),

– beynəlxalq hüquq çərçivəsində cinayətləri araşdırma qadağası (İspaniya),

– qadınların din azadlığını pozma (İspaniya, Fransa, Hollandiya),

– prezident tərəfindən etnik azlıqların damğalanması (Fransa, Rumıniya),

– səlahiyyətlilər tərəfindən ayrı-seçkiçiliyə dair siyasi ifadələr (Sloveniya, Fransa, Macarıstan, İtaliya, Rumıniya),

– azlıqlara qarşı irq ayrı-seçkiçilik (Sloveniya, İtaliya, Portuqaliya),

– etnik azlıqlar üçün təhsil və sığınma təminatının təmin edilməməsi (Fransa, İtaliya, Portuqaliya),

– qeyri-insani nəzarətə alma şərtləri (Yunanıstan, İrlandiya, İtalyan),

– irqçi xarakterlə zorakılığın tətbiqi (Yunanıstan, Macarıstan, Çexiya Respublikası),

– səlahiyyətlilər tərəfindən jurnalistlərə qarşı təcavüzkarlıq (Yunanıstan),

– sığınma tələblərinə və azlıqlara qarşı səlahiyyətlilər tərəfindən zorakılıq tətbiq edilməsi (Yunanıstan),

– etnik azlıqların azyaşlı nümayəndələrinin təhsil sistemindən xaric edilməsi və təhsildə irqi ayrı-seçkilik (Slovakiya, Sloveniya, Yunanıstan, Macarıstan, İtaliya, Çexiya Respublikası, Rumıniya),

– psixiatrik təsislərdə azlıqda olanların azyaşlı nümayəndələrinin təhsillə təmin edilməməsi (Çexiya Respublikası)

– səhiyyə xidmətlərindən istifadədə irq ayrı-seçkiçilik (Slovakiya, Sloveniya, Macarıstan, İtaliya, Rumıniya),

– irqçi cinayətlər (Macarıstan, Çexiya Respublikası),

– cinsi azlıqlara qarşı cinayətlər (Macarıstan),

– azyaşlıların hüquqlarının pozulması (İrlandiya),

– azyaşlıların istismarı (İrlandiya),

– tibbi qayğı çatışmazlığına görə azyaşlıları qoruyan cəmiyyət quruluşlarına yerləşdirilən azyaşlılar arasında ölüm (İrlandiya),

– cinsi azlıqların haqlarına hər hansı bir hörmət münasibətinin olmaması (İrlandiya),

– miqrantların haqlarının pozuntusu (İrlandiya),

– xəstəxanalarda həyat şərtlərinin “qəbuledilməz və qeyri-insani” olması (İrlandiya),

– abort etmə haqqının pozuntusu (İrlandiya),

– abortun qanuni olaraq qadağan edilməsi (Malta),

– cinayət qanunu daxilində cəzalandırıla biləcək cinayətlər arasına işgəncənin qoyulmasının rəddi (İtaliya),

– homoseksuallıq ittihamları ilə cinsi azlıqlara qarşı ayrı-seçkilik qanunların mövcudluğu (Litva),

– etnik mənşəyə görə ayrı-seçkilik edən dövlət siyasəti və tətbiqləri (Hollandiya),

– azlıqlara mənsub qadınların zorla sonsuzlaşdırılması (Slovakiya, Çexiya Respublikası),

– adamların şəxsiyyət qeydlərinin səbəbsiz yox edilməsi (Sloveniya).[4]

Nəticə:
Beynəlxalq Əfv Təşkilatının hesabatları ortada ikən, 1996-cı ildə çıxarılan və hələ də qüvvədə olan, Avropa İttifaqı Ortaq Mövqe qərarının Kubanın insan haqları vəziyyəti səbəbi ilə zəruri olduğunu iddia etmək çətindir. Necə ki, yaşlı qitənin başlıca ölkələrində, Kubadakı insan haqları pozuntularından ümumiyyətlə daha pis və daha ciddi insan haqları pozuntuları var. Buna görə, Brüsselin əxlaqi nüfuzu mübahisəli hala gəlmişdir. (…)

Salam Lamrani, Paris-Sorbonn Paris IV Universitetinin İber və Latın Amerika Araşdırmaları prafessoru. Reunion Universitetində professor, jurnalist, Birləşmiş Ştatlar və Kuba əlaqələri mütəxəssisi

Qeydlər:
1 -Avropa Birliyi Şurası>, 15 İyun 2009, http://ec.europa.eu/development/icenter/repository/council_conclusions_UE_cuba_20090615_FR.pdf (araşdırılan veb saytı 2 Oktyabr 2012)
2 – Salam Lamraninin kitabları “Etat da siège. -Mühasirəyə alma Halı” və “Les sanctions économiques des Etats-Unis contre Cuba- Kubaya Qarşı ABŞ-ın İqtisadi Sanksiyaları”, 2011.
3 – Beynəlxalq Əfv Təşkilatı Hesabatı 2011. Dünyada 2011-ci ildə insan haqlarının vəziyyəti. http://files.amnesty.org/air11/air_2011_full_fr.pdf (araşdırılan veb saytı, 15 Sentyabr 2011).
4 – [2]-də aAdı çəkilən əsər

Mənbə

Oxşar yazılar:

Baxış sayı:7676