abunə ol: Yazılar | Şərhlər | Еmail

Faşizmə müqavimət: “tez” və “gec” arasında

Şərh

antifascism

“Darzi kobra Naqaynanın övladlarının, öz balaları kimi yumurtadan çıxdığını bildiyinə görə, fikirləşirdi ki, onları öldürmək nəcib hərəkət deyil. Amma onun həyat yoldaşı daha ağıllı idi. O başa düşürdü ki, kobranın hər bir yumurtası – həmçinin kobradır…”

Redyard Kiplinq. “Rikki-Tikki-Tavi”

Önsöz: Qərbi və şərqi Avropa ölkələri, sabiq sovet respublikaları və ABŞ-ı bu gün tez-tez “Veymar respublikası” ilə müqayisə edirlər. Bu ölkələr davam edən iqtisadi böhran fonunda neonasist və neofaşist qrupların artımı ilə qarşılaşırlar. “Qızıl dan” Yunanıstan parlamentinə keçir, “Azadlıq” ukrayna parlamentinə keçir və s. Macarıstan, Ukrayna və Rumıniya neonasistləri küçələrdə immiqrantlar və qaraçılara qarşı terror tətbiq edir.
“Veymar respublikası” ilə paralellər öz-özünə yaranır. Alman solları ən kritik səhvlərdən biri kimi onu göstərirdilər ki, onlar yaranmaaqda olan və o zaman hələ zəif olan nasizmdə xüsusi təhlükə görmürdülər. Tez-tez onları belə bir fakt aldadırdı ki, sıravi hücumçular “sinfi yad elementlər” deyildilər, ona görə də zamanla “gözləri açılmalı idi”, xüsusilə, onlar, vətənpərvərliyə “alçaldılmış milli qürur hissi” əlavə etmələrinə baxmayaraq, sosialist ritorikadan istifadə edirdilər. “İlan balaları” möhkəmlənəndə isə – artıq gec idi.
Keçmişin səhvləri – çox dəyərli təcrübədir, lakin tam şəkildə “hadisələrin analogiyasına” arxalanmaq lazım deyil. Axı “keçmiş döyüşlər, ölü generallar kimi, möhkəm şəkildə ştabistlərin ağıllarını zəbt edirlər; almanlar da, digər xalqlar kimi, keçmiş müharibəyə hazırlaşırlar”. İndiki vəziyyətin 1920-30-cu illərdəki vəziyyət ilə fərqi və oxşarlıqları nələrdir? Bunu, nasizmin müasir formalarına qarşı effektiv şəkildə mübarizə aparmaq və zərbənin düzgün vaxt və yerini seçmək üçün dərk etmək lazımdır.
Diqqətinizə məşhur britaniyalı yazıçı, “Guardian” köşə yazarı Riçard Seymurun, Yunanıstanda antifaşistlərin “Qızın dan” neonasistlərinə qarşı planlaşdırılan çıxışına həsr edilmiş yazısını, həmçinin Yunanıstanın elm və incəsənət xadimlərinin antifaşist bəyannaməsini təqdim edirik.

19 yanvarda yunan solları “Qızıl dan” neonasistlərinə və ümumilikdə Depressiya və iqtisadi tədbirlər dövrünün ardınca gətirdiyi faşizm təhlükəsinə qarşı beynəlxalq koalisiya təşkil etmək niyyətindədirlər. Sintaqma küçələrində geniş koalisiyanın kütləvi antifaşist aksiyası keçiriləcək və eyni zamanda analoji həmrəylik aksiyaları digər ölkələrdə Yunanıstan səfirliyi ətrafında keçirilməlidir.
Yunan antifaşistlər antifaşist fəaliyyətdə müntəzəm olaraq iştirak edən bütün qrup və hərəkatları birləşdirmək və onların sayını artırmaya səy göstərirlər, bu aksiya isə faşizmin yüksəlməsinə qarşı mübarizədə dönüş nöqtəsi olmalıdır. Populyarlığının artmasının müşahidə edilməsinə baxmayaraq, hələ inkişafının ilkin fazasında olan “Qızıl dan”a qarşı fəaliyyətə keçmək lazımdır. Əlbəttə, neofaşistlər hakim və polislərin dəstəyindən istifadə edə bilərlər; onlar artıq immiqrantlar və sollara qarşı terror tətbiq edirlər; meynstrim-jurnalistlər və siyasətçilər onların xeyrinə danışa bilərlər, lakin xoşbəxtlikdən, onlar hələ ki, küçələr və müəssisələrdə – hətta yaxın zamanda seçici dəstəyi aldıqları rayonlarda da kök salmayıblar. Onlar çox çalışırlar, lakin orada hələ kök sala bilməyiblər. Nə baş verdiyi mənə tam şəkildə aydındır.
Neofaşizmin yüksəlməsi tendensiyasına 1930-cu illər prizmasından baxılması nə qədər cəlbedici görünsə də, cari vəziyyət çox şeydə fərqlənir. Qlobal quruluş indi tamamilə fərqlidir. 1930-cu illərdə dünya bir sıra liberal kapitalizm böhranlarına şahid olmuşdu: Birinci Dünya müharibəsi, Rus inqilabi, sonra isə iqtisadi Depressiya. Kapitalist dövlətlər o zaman inqilabın Avropada yayılmasının qarşısını ala və Rusiyanı hər tərəfdən mühasirəyə ala bildilər, lakin orada – qurunun altıda birində özünü sosialist adlandıran dövlət mövcud olmağa davam edirdi. Avropada işçi sinfinin sayı artmaqda idi və köhnə rəhbər siniflər və dövlətlər ümumilikdə işçi sinfinin yüksəlişi ilə yaranmaqda olan yeni siyasi fəaliyyət formalarına uyğunlaşmağa məcbur idilər.
O anda hələ kapitalizməqədərki siniflər sayca çox idilər: kəndlilər, sənətkarlar, mülkədar-torpaq sahibləri, aristokratlar – onlardan hər biri özlüyündə o illərdə baş vermiş sənayeləşmə, qloballaşma (o zamankı səviyyədə) və burjuziyanın inkişafına uyğunlaşmalı idilər. Ənənəvi quruluş tədricən məhv olurdu – lakin, digər tərəfdən, elə görünürdü ki (indikindən daha çox), kapitalizmin sonuna az qalıb. Dünyada hələ müstəmləkə imperiyaları hakim idilər, irqçi ideologiya isə (onun ən təhlükəli təzahüründə – biologizmdə) o zaman hələ yüksəlməkdə idi. Militarizm mədəniyyəti xalq arasında çox məşhur idi, müasir cəfəng və kitç hərbi ritualları nəzərə almasaq.
Cari böhran 1930-cu illər böhranından çox fərqlənir. İndiki qlobal Depressiya “soyuq müharibədən” dərhal sonra başlamış liberal kapitalizmin zəfərli yürüyüşünü dayandırdı. Lakin liberal kapitalizmin göstərişləri hələ ki yalnız sistemin periferiyalarında tənqid edilir. Avropanın kapitalist yığımının müstəqil mərkəzlərini, hətta Avropanın “keçid” şərqində belə, az və ya çox dərəcədə stabilləşdirmək mümkün olub.
Sinfi sistem indi əhəmiyyətli dərəcədə sadələşdirilib – ən azından, kapitalizmə qədərki siniflər praktiki olaraq yox olub. Bu səbəbdən bu gün faşizmin sosial bazası tamamilə fərqlidir. Hakim siniflər ciddi şəkildə yaxın gələcəkdə sosialist inqilabdan qorxurlar. Köhnə müstəmləkə sistemi faktiki olaraq keçmişdə qalıb. ABŞ-ın dominant olduğu imperialist sistem bu gün ərazilərin idarəetməsini tamamilə fərqli şəkildə təşkil edir. Müasir imperializm və sub-imperializmin işlədiyi prinsip – artıq müəyyən ərazinin müstəmləkəyə çevrilməsi deyil, müəyyən regionda əldə edilən əlavə dəyərin maksimallaşdırılması üçün siyasi və iqtisadi təzyiqin tətbiqidir (həm də, zorakı metodlar daha çox “ehtiyatda” qalır).
Axı Yunanıstan, ardınca sosial inqilaba gətirib çıxaran dünya müharibəsi gedişində qlobal ərazi iddiaları məhv edilmiş sabiq müstəmləkəçi derjava deyil. Yunanıstan – regional sub-imperializmdir – keçən il əzrində 7 milyardlıq silah almış ölkədir. Mümkündür ki, Avropa İttifaqında (Aİ) Yunanıstan – sadəcə olaraq “periferiyadır” və tabe vəziyyətdədir, lakin yunan hakim sinfi üçün bu daha sərfəlidir – o, ölkəni, özünə investisiyaları və Aralıq dənizinin bütün ticarətini cəlb edən müəyyən regional metropoliyaya çevirmək istəyir. Bundan əlavə, Yunanıstan təkcə Aİ-na yox, həm də üzvlükdən doğan bütün öhdəliklər və yerli burjuaziya üçün (şübhəli olsa da) üstünlükləri ilə NATO-ya üzvdür.
Lakin bütün qitədə biz faşizmin yenidən doğulmasını, Yunanıstanda isə – həm də onun ən sərt formasını müşahidə edirik. Neonasistlər potensial olaraq yunan siyasi spektrində həcmcə üçüncü partiya ola bilərlər. Əlbəttə ki, indiki böhranın ümumi cizgiləri müəyyən mənada 1930-cu illəri xatırladır. Birincisi, ona görə ki, kapitalist böhran əhalinin həyat səviyyəsinə zərbə vurmaya bilməzdi – xüsusilə də onun ən yoxsul və sosial cəhətdən qorunmamış hissəsinə.
Lakin müasir faşizm böhran nəticəsində ortaya çıxmayıb – o, daha çox “uzunmüddətli” neoliberal siyasətin nəticəsidir. Təkcə böhran deyil (göründüyü kimi), həm də avropa rəhbər sinfinin qəbul etdiyi tədbirlər “Qızıl dan”ı qaranlıqdan çıxarmaq üçün impuls yaratdı.
İkincisi, müstəmləkəçi irqçi siyasətin köhnə formalarını indi kapitalizmin və sosial dislokasiyanın təzyiqi ilə, həmçinin neoliberal kapitalizmin müxtəlif irqçi layihələri ilə qidanan müasir irqçilik formaları əhəmiyyətli dərəcədə əvəz edir, məsələn, indiki “Avropa qəsrində” hakim irqçi layihələr anti-immiqrant və antimüsəlman konsepsiyalardır.
Üçüncüsü, Yunanıstan indi, bəlkə də tammiqyaslı inqilab həddində deyil, lakin burada artıq uzun illər ərzində üsyana bərabər olan gərgin sinfi mübarizə gedir. Yunan dövlətinin siyasi nüfuzu və gücü indi əhəmiyyətli dərəcədə zəifləyib, dövlət apparatı isə “üçlüyün” (BVF, Dünya Bankı, Aİ) müdaxiləsi olmadan böhranın öhdəsindən gələ bilməyərək, faktiki olaraq özünü çıxılmaz vəziyyətə salıb. İndiki böhran nə qədər çox irəliləsə (nəzərə alsaq ki, Yunanıstan avrozonada qalır), işçilər üzərində siyasi nəzarət bir o qədər zəifləyəcək. Milli dövləti “sağaltmağı” və “hər cür marksistlər və əcnəbilərin öhdəsindən gəlməyi” vəd edən “Qızıl dan”ın indiki yüksəlişi faktiki olaraq, işçilər üzərində siyasi nəzarətin ənənəvi formalarının zəifləməsi faktının etiraf edilməsidir.
Dördüncüsü, Aİ idarəsi altındakı indiki Yunanıstan və “Versal idarəsi” (Versal sülh müqaviləsi razılaşması əsasında – tərc. qeydi) altındakı Almaniya arasında birbaşa analogiya aparmaq düzgün olmasa da, aydındır ki, faşizmin yüksəlişi hər zaman onun, yerli milliyyətçiliyi imperializm hökmranlığından “azad olmaq” kimi təqdim edərək, alovlandırmaq bacarığı ilə şərtlənmişdi.
Burada həm də alman işçilərinin sosial azadlığının şərti kimi, Almaniyanın “beynəlxalq maliyyə kapitalından” azad edilməsi çağırışlarını edən Ştrasseri xatırlamaq olar. Həmçinin Mussolini dövründə mövcud olan özünə qarşı məhrəmət hissləri ilə dolu “italyan proletar xalqı” haqqında düşüncələri də xatırlamaq olar. Hətta əgər Yunanıstandakı indiki vəziyyətin əhəmiyyətli dərəcədə fərqləndiyini də nəzərə alsaq, etiraf etmək lazımdır ki, Aİ rəhbərliyi tərəfindən Yunanıstana zorla qəbul etdirilmiş tələblər ölkənin ictimai siniflərinə o dərəcədə zərərli təsir göstərib ki (onları, bu cür siyasətdən müəyyən mənfəət gözləyə biləcək bir dəstədən təcrid edərək), Aİ ittifaqı tərəfindən qəbul etdirilmiş tələblərə qarşı mübarizə milli xarakter almağa başlayıb. Bu isə, öz növbəsində, potensial olaraq həmişə öz ifadəsini şovinizm və irqçilikdə tapa bilər, hətta əgər bu cür əhval-ruhiyyə indi hakim olmasa da.
Nəhayət, “Qızıl dan”ın sosial bazası necədir? İyun sorğularının məlumatlarına görə, nasistlər dövlət repressiv apparatının (əsasən polislərin) sıx dəstəyindən istifadə etməklə yanaşı, ətraflarına müxtəlif siniflərdən: xüsusi sahibkarlardan, müstəqil məşğullardan, kəndlilərdən, orta halqa menecerlərindən və işçilərin müəyyən hissəsi – daha doğrusu, özəl sektorun “ixtisassız” işçilərdən müəyyən koalisiya formalaşdıra bilmişlər.
İşçilərin müəyyən hissəsinin dəstəyi – “Qızıl dan”ı ultrasağ LAOS (“Xalq pravoslav çağırışı”) partiyasından fərqləndirən əsas cahətdir, bu partiyanın populyarlığı hökumətə daxil olduqdan və iqtisadi tədbirləri qəbul etdikdən sonra azalmağa başlayıb. Bu mənada “Qızıl dan” tarixi nasizmə çox bənzəyir. “Qızıl dan” tərəfdarları arasında sahibkarlar və “biznesmenlərin” qeyri-proporsional şəkildə çox sayda olması demək deyil ki, Yunanıstanda nasizmin əsas tərəfdarları iri biznes nümayəndələridirlər. Əksinə, onlar əsasən kiçik özəl sahibkarlardırlar ki, “Qızıl dan”ın digər tərəfdarları ilə birlikdə (müstəqil məşğullar, fermerlər və orta halqa menecerləri) xırda burjua sinfini formalaşdırırlar.
Burada çox səciyyəvi bir vəziyyətlə qarşılaşırıq. Həmçinin o da səciyyəvidir ki, işçi sinfi mühitində nasistlərə dəstəyi aşağı dərəcədə ixtisaslaşmış və ən yoxsul işçilər – əsasən qısa müddət əvvəl kəndlərdən şəhərlərə köçmüş və bir qayda olaraq birbaşa sinfi mübarizə təcrübəsi olmayan işçilər göstərirlər. Düşünürəm ki, indiki dövrdə bu əsasən, özəl sektorun xırda müəssisələrinin işçiləridirlər ki, onlar ən aşağı dərəcədə həmkarlar ittifaqında təşkilatlanıblar və müvafiq olaraq, daha az qorunurlar və ya nisbətən az şey əldə edirlər. Neonasistlərin təsirinin yayılması təhlükəsi məhz buna əsaslanır.
Nasistlər (xüsusilə, “Qızıl dan”) heç vaxt sadəcə orta sinfin aşağılarının dəstəyinə arxalanaraq, qalib gələ bilməyəcəklər. Məhz geniş sosial baza – işçilərin ən yoxsul təbəqələrinin (nə qədər etibarsız olsa da) dəstəyi nasizmi real təhlükəyə çevirir. Yuxarıda deyilənlərdən əlavə, mən 1930-cu illər Avropası faşizmi və 2010-cu illərin Avropasındakı faşizm arasındakı fərqlərə dair daha bir qeyd etmək istərdim: faşizm məhz orada ən böyük təhlükədir ki, orada işçi sinfi daha üsyankardır – Yunanıstanda.
O dövrün Almaniya və İtaliyasına gəldikdə isə, nasistlər və faşistlər hakimiyyətə gəldikdə, faşizm əksinə olaraq, işçi sinfinin mübarizəsinin məğlubiyyətindən sonra – onun “sakitləşməsi” ilə yayılmağa başladı, baxmayaraq ki, böhran davam etməkdə idi, dövlət sistemi isə dağılırdı. Əsas işçi sinfi partiyalarının qorxaq siyasi strategiyası ilə birlikdə bu fakt – faşistlərin hakimiyyətə gəlməsinin necə passivliklə qarşılanması səbəblərini izah edir. Müasir Yunanıstan isə – başqa məsələdir. Yunanıstanda işçi sinfi hələ də mübarizə aparmaqdadır, o hələ də mübariz ruhdadır.
İşçi sinfinin Sola doğru yönəlməsi hələ ki hakim tendensiya olaraq qalır. Məhz bu kontekstdə indi vahid antifaşist cəbhə – “hər növ” antifaşistləri vahid mövzu: faşist təhlükəsinə müqavimət göstərmək ətrafında birləşdirən cəbhə formalaşır. Növbəti ilin 19 yanvarında bu vahid cəbhə irəliyə əhəmiyyətli addım atmalıdır.

Riçard Seymur

(c) SOLFRONT.org
[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:7227