abunə ol: Yazılar | Şərhlər | Еmail

Virtual partizanlar: Redhack

Şərh

redhack1

Redhack’a qarşı təşkil edildiyi iddia edilən əməliyyatla həbs olunan 10 nəfər haqqında başlanılan məhkəmə prossesinin birincisi 26 Noyabr tarixində Ankara 13. Cinayət Məhkəməsində keçirildi. Xakerliklə məşğul olduqları üçün “Terror təşkilatı” ittihamları ilə qarşılaşan Redhack’ın üzvü olduğu iddia edilən 3-ü həbsdə olmaqla, 10 adam “silahlı terror təşkilatına üzv olmaq” ittihamları ilə mühakimə olunacaq.
Mühakimə olunanların Redhack’dan olmadığını dəfələrlə sosial şəbəkələrdə açıqlayan və fəaliyyətinə davam edən Redhack ilə yaşananları, iddia müddətini, hərəkətlərini və hədəflərini danışdıq. Redhack, “Bu prosesdə faşizmi, təzyiqi, zülmü görmək mümkündür” deyərək, hadisələri şərh etdi.
Sizə Redhack-in sol.org.tr portalına verdiyi müsahibəni təqdim edirik.

Qırmızı Xakerlər, bir başqa adı ilə Redhack’ı tanıyaq. Nə vaxt, necə, nə üçün bir araya gəldi Redhack?

Qırmızı Xakerlərin xronologiyası yalnız bir tarixi təsbit etmək üçün 1997-ci ildən başlayır, amma bütün inqilabçılar kimi, biz də 1848-ci ilə istinad etməyi üstün tuturuq. Həyat bir şeyin həllini və onun qarşılığını yetişdirməkdə ustadır. İnsani həssaslıqla sərhədsiz, sinifsiz və istismarsız bir dünya üçün mübarizə aparanların bir-birini tapmaması, onların həmrəylik içində olmaması mümkün deyil. Bizim hekayəmiz də eyni təməldə formalaşdı.
İnqilab idealı üçün bir araya gəldik. Ən sadə halı ilə belədir. Kommunist Manifestindəki elmi sosializm və kommunizm təriflərini əsas götürdük. Rəhbərlərimizi inkar etmədən, 1980-ci ildən əvvəl düşünüldüyünü fərz etdiyimiz səhvləri təkrarlamadan, inqilab üçün qurban getmiş şərəfli insanlarımızın xatirələrini tapdalamadan, vahid bir qurum meydana gətirib sistemin bizə qarşı yönəltdiyi silahları sistemə yönəltməyi qarşımıza məqsəd qoyduq.
Bir inqilabçının dəyişməsi və təkmilləşməsini istiqamətləndirərək, texnologiyanı bir vasitə olaraq istifadə etməsini yadırğamadan da davam edirik. Biz fərqlilikləri deyil, ortaq cəhətləri hədəf alaraq yolumuza davam edirik. Təbii ki, biz də inqilab uğrunda qurbanlar vermiş, nəzəriyyəsi və təcrübəsi ilə öndərlik etmiş o böyük inqilabçıların meydana gətirdiyi mənbədən bəslənirik.

Gündəmdəki hadisələrin dərhal ardından sürətli cavablar çıxardınız. Ö. C. (Ö.C. məhkəməsi – 14 yaşlı orta məktəb şagirdinə cinsi təcavüz etmiş, iki polis məmuru daxil olmaqla, 35 nəfərin mühakimə edildiyi məhkəmə prosesi. Məhkəmənin çıxardığı qərara əsasən, təcavüz edənlərin heç biri həbs edilmədi) məhkəməsində bütün məhbusların azad edilməsinin sonra Baş Prokurorluğun, Hatay əhalisinin etirazlarının qarşısını alan Hatay Bələdiyyə idarəsinin, Türk Hava Yollarında (THY) tətil qadağasının ardından THY-nın, Diyanətin (Diyanət – dini işlər üzrə nazirlik), Orta Şərq Texniki Universitetinin (ODTÜ), Xarici işlər nazirliyinin və bir çox təşkilatın saytını dağıtmısınız. Ankara Təhlükəsizlik Müdirliyinin daxili yazışmalarını nəşr etdiniz. Reaksiyalar necə olur? Hərəkətlərinizin qarşılığını aldığınızı düşünürsünüzmü?
Hadisələrə baxdığınızda, ayrılıqda təhlil etdiyimizdə insan qürurunu zədələməyən tətbiqlər və təşkilatlara qarşı edilmiş tək bir hərəkət tapa bilərsinizmi? Cəmiyyət vicdanını yaralamayan, zülmün maşasına çevrilməmiş, ədalətin olduğu, əməyin istismarına yol verməyən hər hansı bir təşkilata kiber hücum təşkil etmədik. Etmərik də. Bu səbəblə “RedHack’ı daha geniş kütlələrin tanımağa başladığı dövr” deyə adlandırdığımız zaman kəsiyində ilk olaraq qarışıqlığı gördük. Böyük bir kütlənin hack/hacker terminlərinə dost olmadığı bir dövrdən bəhs edirik.
İnsanlar çaşmışdı. Bir ovuc sosialist/kommunist gənc açıq-aşkar küləyə qarşı gedərək, meydan oxuyurdu. Təmkinlə yanaşan kütlə ilə bərabər, tərəddüd etmədən ilk fəaliyyətlərimizdən etibarən bizə dəstək verən, həmrəyliyə və inqilaba inancını itiləyən hazır bir kütlə də vardı. Onlar bizi tərəddüdsüz qucaqladılar. Təbii ki, mürtəce, faşist, cinsi ayrı seçkiliyə yol verən bəzi məxluqlar da vardı.
İnqilabçı demokrat kütlə alınımızdan öpərkən, haqsızlıqlar qarşısında qarğış deməkdən başqa edə biləcəklərinin fərqində olmayan bir kütlə dualarını əsirgəməzkən, oyunları və nizamları pozulan bir sıra faşist, mürtəce, kollaborasionist ağzı köpüklənə-köpüklənə qəzəb qusurdu. Hərəkətlər gözlənilən qarşılığı tapmağa başlamışdı. Bizim üçün kiçik, mürtəce faşistlər üçün çox böyük bir addım atmışdıq.

Redhack reallaşdırdığı kiber dağıtma hərəkətləriylə birlikdə çox dəstək gördü. Suavi (Mehmet Suavi Saygan – türk bəstəkar və ifaçı) də Redhack üçün bir mahnı hazırladı. Bu qədər dəstək alacağınızı təxmin edirdinizmi?

Suavi abinin (bu xitab üçün bizə yaxşı münasibət bəsləyəciyini bilmək ayrı bir xoşbəxtlikdir) bu dəstəyi bizi çox sevindirdi. İnqilabçı həmrəyliyin gözəl bir nümunəsi idi. Sizin vasitəçiliyinizlə bir daha təşəkkür edək. Digər tərəfdən, Qırmızı Molotov və digər dostları da unutmayaq.
Bəli, çox dəstək gördük və görürük. Bu cümlə gördüyümüz dəstəyi az hesab etmək deyil, amma ölkənin qurulmasından bəri az qala hər zaman sağ meylli iqtidarların təzyiq və sinfi ayrı-seçkiliklərinə məruz qalmış, sözün əsl mənasında qurbanlar vermiş bu qədər insanın daha da həssas davranmasını gözləyirik.
Ernesto Çe Gevaranın da dediyi kimi: “Həmrəylik əzilənlərin xüsusiyyətidir.”
Redhack üzvü olduğu iddiasıyla həbs olunanların məhkəməsi Bazar ertəsi günü başlayacaq. Mühakimə olunanların Redhack ilə əlaqəsi olmadığını sosial şəbəkələrdə bir neçə dəfə açıqladınız. İlk əvvəl, həbsləri necə qiymətləndirirsiniz? Redhack ilə əlaqəsi olmayanların həbs olunmasına münasibətiniz necədir?
Həqiqi bir cəhalət nümunəsiylə qarşı-qarşıyayıq. Sırf bu iddiaya baxaraq, bəşər tarixində bir utanc səhifəsi olmuş təfəkkuür tərzlərini – yəni faşizmi, təzyiqi, zülmü, dezinformasiyanı, sinfi ayrı-seçkiliyi, istismarı görmək mümkündür. Bu gənc insanları nə ilə günahlandırırlar? RedHack haqqında paylaşımlar ediblər və bu paylaşımlar onları RedHack-li edib.
Hökumətin az qala hər bir üzvü sosial şəbəkələrdə hesabları vasitəsilə öz inancları və dünya anlayışları haqqında paylaşımlar etmirlərmi? Peyğəmbər haqqında paylaşımlar edərək əhli-beytə daxil olmağa çalışırlarmı? Bu etdikləri istinadlar onları dinlə ortaq edir? Bu gənc insanların ikinci ölümcül günahı nədir? İnternetdə söhbət otaqlarında RedHack üzvləri ilə söhbət ediblər.
Nazirlər kabineti üzvləri bu gün terrorist, cani, qəddar kimi bir sıra mənfi keyfiyyətlərlə andıqları Əsəd ilə məgər az söhbət etmişlər?
AK Partinin (AKP) əməliyyat araşdırmaları vasitəsilə bir çox seqmenti məhbus etdiyi və bu mühakimələrin hələ də davam etdiyi məlumdur. Redhack üzvü olduğu iddiasıyla edilən həbsləri də bu çevrədə görürsünüzmü?
Şübhəsiz ki, yaşadığımız bu dövr tarixə qapqara hərflərlə yazılacaq bir dövrdür. Nəzərdən yayıan bir əsas şey var. Biz ölkədəki bir sıra iddianın ictimaiyyət tərəfindən sağlam bir şəkildə izlənilməsinə səy göstəririk. Daha çox ictimaiyyətin gözü qarşısında olduğu üçün xəbərdar olduğu Balyoz, KCK, OdaTV, Ergenekon kimi ictimaiyyətin kimi bir çox məhəmə prosesi icra edilməkdədir. Həqiqi mənada günahı olanları mühakimə etmək üçün saxta dəlillər çıxarmağa ehtiyac duymaq şərəfsizlikdir. Halbuki təkidlə söylədiyimiz, “şərəf və qürur ədalətin təməlidir” düsturu bu iqtidar dövründə əsla tətbiq olunmamışdır.
Bugünkü ədalət sistemini məscid altlarına qurulan marketlərə bənzədirik. Allahın adını istifadə edib pul qazanırlar, edilməsi lazım olanı bilib eşidirlər, amma Allahla hər hansı bir əlaqələri yoxdur. Suriya sərhəddində saxta dollarlarla tutulan Ədliyyə Nazirinin sağ əlinin, onun haqqında nə dediyini xatırlayın: “Göydə Allah, yerdə Sadullah.”
Prokurorluq qərarı ilə Redhack’ın “terror təşkilatı” elan edilməsini necə qiymətləndirirsiniz? AKP əli ilə icra edilən hücumlara qarşı təşkilatların saytını hədəf alaraq, etdiyiniz hərəkətləri özünüz “cinayət” olaraq xarakterizə edirsinizmi?
İttihamda həqiqətdə olmayan inqilabçı təşkilatlardan bəhs edilir. Bu təşkilatları inqilabçı salamlarla salamlayırıq, amma prokurorun cəhaləti elə bir ölçüdədir ki, utanmasa o günahsız gənclərdən yolundan dönməməyə and içmiş, bu yolda can vermiş Mahir Çayanın yerini soruşacaq. 80 yaşındakı Siti Ananı (Sitti Şen – 2006-cı ildə İmralıdakı təcridə qarşı çıxaraq, aclıq aksiyası keçirənlərə qatılmış, buna görə “təşkilat təbliğatı aparmaq” iddiası ilə 20 aylıq həbs cəzası almış 79 yaşlı qadın) terrorçu edə biləcək bir zehniyyətin bu 3 gəncə cəza vermə səyləri zehniyyətlərinin və terror anlayışlarının ən açıq göstəricisidir.
Keçən ay 1973-cü ildə qətl edilmiş böyük inqilabçı öndər İbrahim Kaypakkayanın anasına, oğulunun məzarı başında ağı dediyi üçün “Cinayət və günahkarı tərifləmək” ittihamı ilə məhkəmə işi açan bir zehniyyətdən bəhs edirik. Yenə eyni əsassızlıq ilə nə söylədiklərini, nə etdiklərini də unudurlar.
Yasin əl-Qadı adı inqilabçı demokratlara yad gəlməyəcək. Yasin əl-Qadı yaxın keçmişdə Baş nazirin məsləhətçilərindən Cüneyd Zapsu və Korkut Özal ilə BİM Marketlər şəbəkəsində ortaqlıq etməkdə idi. BMT-nin “Terrora Dəstək Verənlər Siyahısı”nda Əl-Qaidəyə açıq maliyyə dəstəyi olan əl-Qadı bu pulu Al-Baraka adlı maliyyə quruluşu vasitəsilə göndərməkdə idi. Köhnə Maliyyə nazirlərindən Kamal Unakıtanın İdarə heyəti üzvü olduğu Al-Baraka vasitəsilə.
Yaxşı, sizcə bu Yasin əl-Qadıya zamin olan Rəcəb Tayyib Ərdoğan Türkiyə cümhuriyyəti baş naziri kimi, onun siyahıdan çıxarılması üçün BMT-yə müraciət etmişdirmi? Müraciəti əlbəttə rədd edilib. Sonrasındakı şərhlər ibrətlik idi. “Yahu belə insafsızlıq, vicdansızlıq olarmı? Yəni indi ABŞ, BMT Yasin Bəyə terrorist dedi deyə” şəklində davam etdi.
Biz eyni cümlələri adam başına düşən ÜDM-i 11.000 dollar olan bir ölkədə kompyuter ala bilməmiş, amma bir yolla mütəmadi olaraq saytların dağıdılması ilə məşğul olmuş o gənc üçün söyləyirik. 18 yaşında olmasına baxmayaraq, 15 il fəaliyyət göstərən RedHack’ın lideri kimi göstərilməyə çalışılan o günahsız gənc üçün söyləyirik. Yaşadıqlarının şokundan qurtulması 2 ay davam edən, 3 nəfərlik kamerada Avropa Standartlarına uyğun şəkildə 4-cü adam olaraq qoyulub ventilyasiyada yatıb duran o günahsız və sağlamlıq problemləri olan gənc qız üçün söyləyirik. Biz eyni cümlələri ABŞ-ın arxasında Ərəb Baharı zamanı digər ölkələr üçün istifadə edənlərə söyləyirik. ABŞ-ın aşnaları “terrorist” dediyi üçün heç kim terrorist olmur.
Etdiyimiz hücumlar inqilabçı hücumlardır, bu doğrudur, amma düşüncə və ifadə azadlığının bu qədər təzyiqlərə məruz qaldığı, demokratiya adı altında təqdim edilən təmsil və söz haqqınızı əlinizdən alan bu sistem daxilin etdiklərimiz cinayət deyil, yalnız özünü müdafiədir.

Məhkəmə prosesində məhbusların sərbəst buraxılmaması halında Redhack bu vəziyyətə bir reaksiya verəcəkmi? Verəcəksə necə?

Bu məhbusların RedHack ilə bağları olmadığını demişdik, amma sizin vasitənizlə bir daha deyək. Bu gənclər də eyni ifadəni verdilər, amma oradakı bir təfərrüatın gözdən qaçmasını istəmərik. Onlar, təzyiqlərə baxmayaraq, inqilabçı olduqlarını inkar etməyəcək qədər şərəfli davrandılar. Və biz bu vəziyyəti qiymətləndirərək bir söz verdik: “Bizimlə gedən heç bir inqilabçını tək buraxmayacağıq.”
Bunu da sizin vasitənizlə etiraf edək. Bizdən biri tutulsaydı, bu qədər canımız yanmazdı. Qibləsi insan, ibadəti əmək, istismar, təzyiq və zülmə müqavimət göstərmək olan biz üçün bu qərar çox şeyi müəyyən edəcək. Ölkə əhalisinin xeyrini güdərək açıqlamadığımız o qədər sənəd ilə nələr edəcəyimizi, fəaliyyətimizin necə artacağını düşünmək belə istəməzlər.
Buradan hakim, prokuror və əlaqədar bürokratlara səslənirik. Səbrimizi və bacarığımızı sınamayın. Bu bir təhdid deyil, xatırlatmadır, yəni bir növ “əlavələr deyil, təkrarlamadır”.
Redhack’ın bir çox təşkilatı hədəf alan hack hərəkətləri nəticəsində İnformasiya Nazirliyinin kiber hücumlara qarşı “kiber ordu” meydana gətirdiyi məlumdur. Redhack’ın üzərində təzyiqlər nə cür artdı, sizlərə necə təsir edir? Türkiyə xaricindən də təzyiq və təhdidlər olurmu? Təhlükəsizliyinizi necə təmin etdiyinizdən də bəhs edə bilərsinizmi?
İctimai Təhlükəsizlik Komitəsini Amerikalı bir qadın kiber mühafizəçiyə təslim etməkdə heç bir təhlükə görməyən bir iqtidardan danışırıq. Xatrlayırsınızsa, keçən aprel ayında BTK-ya (Bilgi Teknolojileri ve İletişim Kurumu (Məlumat texnologiyaları və kommunikasiya qurumu) – Türkiyənin milli telekommunikasiya tənzimləyicisi qurumu) verilən “Təhlükəsiz İnternet Mükafatı”nı lazım bildiyimiz üçün may ayında geri almışdq. Və kompyuterlərlə icra etdikləri işin pokemon oynamaq və sosial şəbəkələrdə vaxt öldürməkdən ibarət olduğunu nümayiş etmişdik. Sırf bu təhlükəsizlik əksikliklərini göstərdiyimiz üçün belə bizə təşəkkür borcludurlar. Bu sayədə yaratmış olduğumuz məşğulluq üçün təşəkkür istəmirik əlbəttə, amma bu ordu haradadırsa, zəhmət olmasa gizləndiyi yerdən çıxsın.
Biz üzərimizdə hər hansı bir təzyiq hiss etmirik. Onsuz da buna görə günahsız uşaqları, mürtəce xəbərləri əsas götürərək həbs etdilər. Diyarbakırda işgəncə və təcavüzləriylə ad qazanmış, ölkədə ədalət olmadığı üçün ancaq Avropa insan haqları Məhkəməsi qərarıyla həbs edilmiş bir polis məmurunun İstanbul Terrorla Mübarizə Şöbə Müdiri edildiyi bir mühitdəyik.
RedHack olaraq nə bu polis dövlətindən, nə heç bir qanuni sifəti olmamasına baxmayaraq bir quru bulud kimi ölkənin kapliyar damarlarına işləmiş din qurumlardan, nə də onların havadarı olan imperialist dövlətlərdən qorxmuruq. Təhlükəsizlik tədbirini soruşmuşdunuz. Burunlarının dibindəyik, amma bizi tutacaq nə məlumatları, nə də bacarıqları var. Buna görə özümüzü çox da “təhlükəsizlikdə” hiss etmirik.

Son olaraq əlavə etmək istədikləriniz…

Bu prosses dostun düşməndən, mərdin namərddən, iqtidar yaltağının azad düşüncəli ziyalı və sənətçidən ayrılmasının da vəsiləsidir. İddia müddətində yanımızda olan adam, təşkilat və topluluqları bir kənara qeyd edəcəyimizin bilinməsini istəyirik.
Yaddaşımız mövzusunda dəlil olsun. 1980-ci il faşist hərbi çevrilişində Necdet Adalının (Necdet Adalı – 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra edam edilmiş Dev-Genç təşkilatının litsey qolu Dev-Lis təşkilatının üzvü) asılmasına etdiyi etiraz hərbi vəziyyət məhkəməsi tərəfindən rədd edildiyi üçün eyni gün ordudan istefa verən hakim polkovnik tək şərəfli nümunə idi və adı Hamdi Sevinc idi.

(c) SOLFRONT.org
[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:9718