abunə ol: Yazılar | Şərhlər | Еmail

Nyu-Yorkda işçilər tətil edir

Şərh

29 noyabr tarixində Nyu-Yorkda fast-fud işçilərinin tətili keçirilib. Onlar aşağı əmək haqlarına qarşı çıxış edərək, iki qat artırılmasını tələb ediblər. Həmçinin tətil edən işçilər iş qrafikindən, bu sahədə həmkarlar ittifaqının olmamasından və öz vəziyyətlərinin qeyri-stabil olmasından narazıdırlar. Bir günlük aksiyanı McDonald’s, Burger King, Domino’s, KFC, Taco Bell, Wendy’s və Papa John’s işçiləri dəstəkləyiblər.

Tarixçi və tanınmış ictimai xadim Pavel Kudyukinin sözlərinə görə, fast-fud işçilərinin çıxışları – çox mühüm hadisədir, belə ki, bu sahədə ortaq etiraz fəaliyyətləri üçün təşkilatlanmaq çox çətindir. “İşçinin qayğısına qalmırlar, çünki bu cür iş üçün minimal ixtisaslaşma səviyyəsi tələb olunur” – “Rabkor” əməkdaşı xəbər verir.

“Küçədən” birini gətirmək, ona zəruri vərdişləri qazandırmaq üçün iki gün kifayətdir. Bu, şirkətə, layiqli iş şəraitinin yaradılmasından dəfələrdə ucuz başa gəlir. Tez-tez fast-fud restoranlarında günəmuzd işçilərdən istifadə edilir. Bu zaman işçilər özləri tez-tez bu iş növünü müvəqqəti iş yeri kimi qəbul edirlər, yəni, öz hüquqlarını qorumağa hazır deyillər.

Lakin Nyu-York tətilinin təşkilatçıları insanları, öz maraqlarının qorunması zərurətinə inandıra bilmişlər. Bunun üçün onlar bir neçə ay ərzində fast-fud sənayesi işçiləri ilə görüşürdülər.

Pavel Kudyukinin sözlərinə görə, McDonald’s dünyanın ən anti-həmkarlar ittifaqı şirkətlərindən biridir. İlk həmkarlar ittifaqını yaratmaq istəyən ölkə, demək olar ki, Rusiyadır. Bu, artıq şirkətə xəbərdarlıq olmalı idi, lakin indi, ABŞ-dakı aksiyadan sonra fast-fud şirkətlərinin rəhbərliyi baş verənlər haqqında ciddi şəkildə düşünməlidir.

ABŞ əmək statistikası bürosunun məlumatlarına görə, fast-fud restoranlarında iş Nyu-Yorkda ən aşağı əmək haqqı ödənilən iş yerləri kateqoriyasına daxildir. Həmçinin Lenta.ru saytının verdiyi məlumata görə, fast-fud sənayesi işçilərinin sayı bu şəhərdə XXI əsrin əvvəlindən bəri 55% artmışdır, McDonald’s şirkətinin mənfəəti dörd il ərzində 130% artmışdır.

Mənbə: rabkor.ru

 


Oxşar yazılar:

Baxış sayı:4993