abunə ol: Yazılar | Şərhlər | Еmail

Ken Loaç şərəf mükafatından imtina etdi

Şərh

Ken Loaç razılaşma ilə işçiləri işə götürən Torino Film Festivalının tənzimləyici qurumuna etiraz edərək, ona verilən şərəf mükafatından imtina etdi.

İşçi filmləri ilə tanınan, bir sıra beynəlxalq mükafatların sahibi britaniyalı kinorejissor Ken Loaç İtaliyanın nüfuzlu kino festivallarından biri olan Torino Film festivalı tərəfindən verilən ömür boyu şərəf mükafatından imtina etdi. Ken Loaç festivalların təşkilatçısı olan Milli Kino Muzeyində işçilərin subpodratçı şirkətlər vasitəsilə işlədilməsini və sığortasız, aşağı əmək haqqı ilə işləməkdən imtina edən işçilərin işdən qovulmasına qarşı etinasız qala bilməyəcəyini bəyan etdi.

Ken Loaçun rəsmi mətbuat açıqlaması aşağıdakı kimdir:

Torino Film Festivalı tərəfindən mənə layiq görülən mükafatdan kədərlə imtina etmək məcburiyyətindəyəm, bu mükafatı özüm və filmlərimiz üçün işləyənlərin adına almaqdan qürur hissi keçirərdim. Festivallar Avropa və dünya kinosunu yaymaqda böyük rol oynayırlar və Torino kinoya olan təəşşüqü və sevgisi ilə bunun aşkar və yaxşı bir nümunəsi kimi qarşımızda dayanır.

Lakin indiki anda bir problem var, məsələ bəzi xidmətlərin şirkətlər tərəfindən, kənarda razılaşma yolu ilə verilməsi və işçilərin aşağı əmək haqqı ilə işlədilməsi ilə bağlıdır.

Həmişəki kmi bunun səbəbi daha az əmək haqqı ödəməkdir. Bəzi xidmətləri qarşılamaq üçün razılaşması olan şirkət işçilərin əmək haqqını aşağı salır və işçilər ixtisar olunur.

Torinoda Milli Kino Muzeyində təmizlik və təhlükəsizlik xidmətləri Rear adlı kooperativə verilib. İlk olaraq, maaşlar ixtisar olundu, sonra işçilər bundan şikayət etməyə başladılar və bununla da pis davranış və təhdidlərə məruz qaldılar. Bir çox işçi işdən qovuldu.

Aşağı əmək haqqı alanlar, çətin vəziyyətdə qalanlar işdən qovuldular, səbəbi isə əmək haqlarında edilmiş ixtisarlara qarşı çıxmaqları idi.

Əlbəttə, bizim üçün başqa ölkələrdə nələrin baş verdiyini dərk etmək asan deyil, ölkəmizdə olduğundan daha fərqli iş şəraitinin olduğunu nəzərə alsaq, bu əsas amillərin aşkar olmadığı mənasına gəlmir.

Bu, cəmiyyətdə münaqişə yaradır. Bu vəziyyətin Avropada mövcud olması bunun məqbul olduğu mənasına gəlmir.

Bu məqamda xidmətləri razılaşma ilə yerinə yetirilən qurum buna göz yuma bilməz, bu şəxslər xidməti kənar kooperativ tərəfindən gerçəkləşdirsələr də, onlar üçün işləyən insanlara qarşı məsuliyyətli olmalıdırlar.

Muzey bu vəziyyətdə işçilər və onların əlaqəli olduqları həmkarlar ittifaqları ilə ünsiyyət qurmalı, işdən qovulan işçilərin yenidən işə götürülməsini və xidmətlərin göstərilməsinin kənar kooperativlərə verilməsi fikrini bir daha düşünməklərini təklif edirəm.

Cəmiyyətin zəif fərdlərinin məsuliyyət daşımalı olmadıqları bu iqtisadi böhranın bədəlini ödəmələrini doğru hesab etmirəm.

Bu mövzu ilə əlaqədar “Bread and Roses” (“Çörək və qızılgüllər”) adlı bir film çəkmişik. Öz hüquqları üçün mübarizə aparan və bu səbəbdən işdən qovulan işçilərin həmrəylik çağırışına necə etinasız qala bilərəm?

Kinoda bu mövqeni nümayiş etdirib, digər tərəfdən fərqli şəraitlərdə fərqli mövqe nümayiş etdirə bilmərik.

Bu səbəbdən, məyusluq hissi keçirsəm də, bu mükafatdan imtina etmək məcburiyyətindəyəm.

Ken Loaç

21 noyabr, 2012-ci il

 

Mənbə

Oxşar yazılar:

Baxış sayı:5623