abunə ol: Yazılar | Şərhlər | Еmail

Həqiqi mübarizə indi başlayırНастоящая борьба только начинается

Şərh

Avropa şəhərlərinin küçələrində hakim olan əhval-ruhiyyə son vaxtlarda əhəmiyyətli dərəcədə dəyişib. İnsanları daha çox belə bir fakt qıcıqlandırır ki, ölkələrinin rəhbərləri iqtisadi böhrana qalib gələ bilmirlər. İspaniyada artıq 1 aydan çoxdur ki, Milli Konqres binası ətrafında təşkil edilmiş kütləvi etiraz aksiyaları keçirilməkdədir. Bu “rodeo el congresso” 25 sentyabrda başlandı və etiraz aksiyaları artıq polis amansızlığı ilə qarşılaşıb, polis cəzasız qalacağını hiss edərək, elə kobudluqla rəftar edirdi ki, onların hərəkətləri hətta Franko diktaturası əleyhinə mübarizə aparan veteranları da şoka salırdı.

Polis dəstələri dəmiryol vağzalına hücum edərək, qarşılarına çıxanları – əsasən təsadüfi sərnişinləri döyürdülər. Polis zorakılığı fotoları bütün İnterneti dolaşaraq, növbəti gün dərhal çoxminlik etiraz aksiyalarına səbəb oldu. On minlərlə insan ölkənin küçə və meydanlarına toplaşdılar. 29 sentyabr tarixinə milli fəaliyyət günü təyin olunmuşdu, bu gün tezliklə beynəlxalq günə çevrildi – Avropanın digər ölkələrində də insan kütlələri küçələrə çıxdılar. 25 sentyabr tarixindəki polis davranışından sonra aydın oldu ki, etirazçıların əhval-ruhiyyəsində müəyyən dəyişikliklər baş verib.

Mən 2 ay Madriddə olmadım – və bu yaxınlarda qayıdanda, onun sakinlərinin əhval-ruhiyyəsinin nə qədər dəyişməsi məni heyrətləndirdi. Havada qəzəb və qeyz hakim idi. Mitinqlərdə hiss olunurdu ki, mübarizənin radikallaşması və kəskinləşməsi baş verir. Etirazçıların bir çoxu təkrar edirdi ki, indi həqiqi mübarizə – “la lucha real” başlanıb. İnsanlar müntəzəm olaraq polis və hökumətə qarşı daha ciddi cavabın zəruriliyi haqqında danışırdılar. Mübarizənin yeni mərhələsinin başlanması artıq təkcə mitinq və nümayişlərdə hiss olunmur – adi piyadalar arasında ən radikal əhval-ruhiyyə hiss edilir. Onların bir çoxu dövlətin klassik idarəetmə sxeminin repressiyalar və hədə-qorxu vasitəsilə işə yaramadığını göstərmək arzusu ilə alışıb-yanırlar.

İspanlar hələ indi “həqiqi mübarizəyə” başlayırlar – bu vaxt isə Yunanıstanda sağlar kimi, sollar da aşkar şəkildə ölkələrində baş verənləri “vətəndaş müharibəsi” adlandırırlar. “Qızıl dan”dan olan ifrat sağlar “istilaçıları” – onlar immiqrantları belə adlandırırlar – ölkədən qovmaq arzusundadırlar və bununla da həvəslə Yunanıstanın “Yeni Demokratiya” partiyasından olan baş naziri Antonias Samarası dəstəkləyirlər. Bu vaxt isə onların, insanların sadəcə olaraq vətəni və milli kimliyinə əsaslanaraq öldürülə biləcəklərindən hiddətlənmiş rəqibləri təcili surətdə faşistlərə qarşı müqavimət üçün təşkilatlanırlar. Lakin son seçkilərdə “Qızıl dan” 7% səs toplayıb və parlamentdə 18 yerə sahib olub, bu  yaxınlarda keçirilmiş ictimai rəy sorğusu göstərir ki, son dövrlərdə bu partiyaya dəstək 14%-ə qədər yüksəlib.

Ən həyəcanlı fakt nasist partiyasının parlamentə daxil olması deyil, odur ki, köhnə əndişələr təsdiqlənib – “Qızıl dan” nasistləri hərtərəfli dəstək alır və sıx şəkildə Yunanıstan polisi ilə əməkdaşlıq edirlər. Bu əndişələri polis özü təsdiqləyib. Yaxınlarda “Guardian” jurnalında dərc edilmiş reportajda yüksək rütbəli zabitlərdən biri etiraf edir ki, polis orqanlarına çox sayda “Qızıl dan” üzvləri sızıb. Yunan antifaşistlər bu yaxınlarda “Qızıl dan”a qarşı nümayişlərdə həbs olunmuş və polis idarələrində işgəncələrə məruz qalmışlar – bu zaman polis açıq şəkildə “Qızıl dan” neonasistlərini dəstəklədiklərini bəyan edir və həbs edilmiş antifaşistlərin öhdəsindən gəlmək üçün neonasistlərə, onların ünvan və adlarını verməklə təhdid edirdilər.

Polislər indi artıq açıq şəkildə öz neonasist baxışlarını etiraf edirlər – belə ki, bu gün bu ölkədə hakim olan siyasi iqlim ifrat sağlara, utanmadan irqi, milli mənsubiyyətlərinə, onların cinsi tərcihləri və ya baxışlarına görə insanların məhv edilməsini tələb etməyə imkan verir. “Avropadakı cari vəziyyət faşizmin yüksəlişi ilə xarakterizə olunur” ifadəsi Yunanıstan və İspaniyada yaşamayan insanlar üçün müəyyən mənada mübaliğə kimi səslənə bilər. Belə ki, faşizmin təsir qüvvəsinin artması hələ ki məhuddur, digər siyasi hərəkatlar isə nisbətən nüfuzludurlar və onların inkişafı birbaşa yüksək templərlə baş verir. Lakin faşist əhval-ruhiyyənin yüksəlməsi fenomeninə dikilmiş nəzərlərimiz onunla şərtlənib ki, bu, demokratiyanın cari mexanizmlərinin əksinə olaraq deyil, onların köməyi ilə baş verir. Əlbəttə, tarix bizə, rəsmi demokratiya və repressiyalar arasındakı ciddi ziddiyyətlərin baş verməsi ilə bağlı az nümunələr verməyib. Ola bilər ki, bu da yenilik deyil – lakin mən birinci dəfədir ki, belə bir şeylə qarşılaşıram.

Diqqət etdiyim qədərilə, avropa şəhərlərinin küçələrində eyni zamanda iki dinamika əks olunur. Birincisi, göründüyü kimi, daha çox insan kütləsi (həm dövlət aparatı daxilində, həm də ondan kənarda) açıq şəkildə etiraf edirlər ki, avtoritar idarəetmə tərəfdarıdırlar. Məsələn, İspaniyada on minlərlə insan polis zorakılığına qarşı etiraz etmək üçün küçələrə çıxdıqlarında, qonşu binalaradan birinin damında kimsə frankistlərin[1] bayrağını dalğalandırırdı. “Bax – nümayiş iştirakçılarından biri mənə dedi – görünür ki, biz faşizmə doğru gedirik – faşist bayrağı da qaldırıblar”. Yunanıstanda faşizmin təzahürləri artıq bayraqlarla məhdudlaşmır. Burada immiqrantlara müntəzəm olaraq faşist dəstələri hücum edir, faşistlər parlamentə sızır və aşkar şəkildə polislə əməkdaşlıq edirlər.

Birinci ilə qırılmaz şəkildə bağlı olan ikinci tendensiya artıq 10 ilə yaxındır ki, müşahidə edilir. Bu tendensiya, polisin daha çox etiraz imkanlarının qarşısının alınması istiqamətində fəaliyyət göstərməsində özünü biruzə verir. Bu zaman polisin militarlaşması prosesi baş verir və dövlət öz funksiyalarının daha repressiv maşın vasitəsilə yerinə yetirilməsinə yönəlir. İspan etirazçıların amansız şəkildə qarşısının alınması zamanı baş vermiş polis zorakılığı fotoları bütün İnternetdə yayıldıqda dövlətin buna reaksiyası qanunvericilikdə dəyişikliklərin edilməsi təklifi oldu ki, polislərin və ya dövlət təhlükəsizliyi əməkdaşlarının öz vəzifələrini yerinə yetirdikləri zaman fotolarının çəkilməsi qadağan edilsin.

Eyni zamanda ispan hökuməti tələb edir ki, Facebook onlara polis zorakılığı ilə bağlı foto və videoları ötürsün ki, onlar dəyənəklərdən əziyyət çəkmiş etiraz “təşkilatçılarına” qarşı cinayət işi aça bilsinlər, belə ki, dövlət məmurları bu etirazları “çevriliş cəhdi” adlandırırlar. Ümumiyyətlə “ədalət” anlayışını tam şəkildə məhv etmək üçün polis rəhbərliyinə, 25 sentyabr etirazları zamanı polislərin “fərqləndirici” hərəkətlərini qeyd edərək – onlar “xidmətlərinə görə” medalla təltif olunublar.

Hər iki tendensiya – faşist ideologiyası təsirinin yüksəlməsi və (daha çox etirazların qarşısını almaq üçün fəaliyyət göstərən) polisin militarlaşması qarşılıqlı əlaqədədir ki, bunlar da dövlətin istifadə etdiyi qanunilik diskursundakı əhəmiyyətli dəyişikliklərdən xəbər verir. İndi dövlət artıq ölkə vətəndaşlarına nəzarətin zəruriliyindən danışmır (onların da müəyyən hüquqları var), açıq şəkildə, heç bir hüququ olmayan “düşmən üzərində qələbənin” zərurətindən danışır. Bu cür dəyişikliklər çox təhlükəlidir – yalnız İspaniya və Yunanıstanda deyil, bütün dünyada həyəcan təbili çalmağın vaxtıdır.

Amma həm də yaxşı xəbərlər var. Bu cür tendensiyalara qarşı müqavimət göstərilir və o, getdikcə güclənməkdədir. İspaniyada polis amansızlığı, bütün ölkəni bürümüş “bizi qorxuda bilməzsiniz!” şüarı altında yeni etiraz dalğası yaradaraq, bir çoxlarını küçələrə çıxmağa təhrik etdi. Yunanıstanda antifaşistlər həyatlarını təhlükəyə ataraq, ölkənin küçələrində “Qızıl dan”la mübarizə aparmaq və immiqrantları qorumaq üçün təşkilatlanırlar. Təkcə son iki ayda Yunanıstanda 120 antifaşist aksiya keçirilib. “Qızıl dan”ın öz mövqeyini möhkəmləndirməyə çalışdığı rayon və kvartallarda müntəzəm şəkildə antifaşistlərin motosiklet patrulları aparılır. İspaniyada olduğu kimi, burada da tez-tez eşitmək olar: “artıq qorxu yoxdur”.

Bu mövzuda ünsiyyətdə olduğumuz insanların bir çoxu faşizm təhlükəsini çox ciddi qəbul edirlər – halbuki onlar əmindirlər ki, sollar heç vaxt olmadıqları kimi güclüdülər və hətta faşistlər hakimiyyətə gəlsələr belə, onu əllərində saxlaya bilməyəcəklər. Mən isə ümid edirəm ki, biz heç vaxt belə bir sual verməyəcəyik: faşistlər hələ nə qədər hakimiyyətdə olacaqlar?

İki il əvvəl mən Yunanıstanda ictimai mərkəzin aşağıdakı mövzu üzrə təşkil etdiyi debatda iştirak etdim: doğrudur ki, iqtisadi böhran real ictimai dəyişikliklərin gerçəkləşməsi üçün imkan yaradır – yoxsa o, faşizmə gətirib çıxara bilər? O vaxt mən faşizm təhlükəsi görmürdüm. İndi isə nəinki təhlükəni – mən faşizmin əsaslandığı reallığı görürəm. Özü də, qədim bir nağıldakı canavar kimi, faşizm demokratiya dərisi geyinib.

Marien Mekelberq – Hollandiyada Leiden Universitetində Mədəni Antropologiya və İnkişaf Sosiologiyası üzrə mühazirəçidir. Aktivist kimi 15 ildən çox təcrübəyə malikdir. “Çoxluğun iradəsi” kitabının müəllifidir.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Настроения, господствующие на улицах европейских городов, существено изменились за последнее время. Людей все больше раздражает тот факт, что правительства их стран не способны совладать с экономическим кризисом. В Испании уже более месяца длятся массовые акции протеста, организованные возле здания Национального Конгресса. Это «rodeo el congresso» началось 25 сентября и протестные акции сразу же столкнулись с жестокостью полиции, которая действовала настолько грубо, ощущая полную свою безнаказанность, что их действия шокировали даже ветеранов борьбы против диктатуры Франко.

Отряды полиции врывались на железнодорожный вокзал, избивая всех, кто подвернется под руку – в основном случайных пассажиров. Фото полицейского насилия сразу же разошлись по Интернету, вызвав на следующий же день новые многотысячные акции протеста. Десятки тысяч человек заполонили улицы и площади страны. На 29 сентября был назначен национальный день действий, который вскоре стал интернациональным – и массы людей в других странах Европы вышли на улицы. После действий полиции 25 сентября было заметно, что в настроениях протестующих произошел определенный сдвиг.

Я не была в Мадриде два месяца – и когда недавно вернулась, меня поразило, насколько резко изменились настроения его жителей. Повсюду в воздухе витали гнев и ярость. На митингах ощущалось, что происходит радикализация и эскалация борьбы. Многие из протестующих повторяли, что теперь началась настоящая борьба – «la lucha real». Люди постоянно говорили о необходимости более серьезного ответа полиции и государству. То, что началась новая стадия борьбы, ощущается уже не только на митингах и демонстрациях – на улицах среди обычных прохожих царят самые радикальные настроения. Многие из них горят желанием показать правительству, что его классическая схема правления с помощью репрессий и запугивания больше не работает.

Испанцы только начинают «реальную борьбу» – а тем временем в Греции, как правые, так и левые открыто называют происходящее в их стране «гражданской войной». Крайне правые из «Золотого рассвета» жаждут изгнать из страны «завоевателей» – как они называют иммигрантов, и в этом их с небывалым энтузиазмом поддерживает  премьер-министр Греции Антонис Самарас из партии «Новая Демократия». Тем временем их противники, возмущенные тем, что людей могут убивать лишь на основании их происхождения и национальности, в срочном порядке организовывают сопротивление фашистам. Но на последних выборах «Золотой рассвет» набрал 7% и получил 18 мест в парламенте, а недавние опросы общественного мнения показывают, что за последнее время поддержка этой партии выросла до 14%.

Наиболее тревожным фактом является не вхождение нацистской партии в парламент, а то, что подтвердились давние опасения – нацисты из «Золотого рассвета» получают всестороннюю поддержку и тесно сотрудничают с полицией Греции. Эти опасения подтвердила сама полиция. В недавно опубликованном на «Гардиан» репортаже один из старших офицеров признает, что полиция глубоко инфильтрована членами «Золотого рассвета». Греческие антифашисты недавно были арестованы во время демонстрации против «Золотого рассвета» и подвергнуты пыткам в полиции – при этом полицейские открыто заявляли, что поддерживают неонацистов из «Золотого рассвета» и угрожали передать адреса и имена задержанных антифашистов неонацистам, чтобы те с ними расправились.

Полицейские теперь уже открыто признаются в своих неонацистских взглядах – так как сам политический климат, царящий сегодня в этой стране, позволяет крайне правым не стесняясь требовать уничтожения людей на основе их расовой, национальной принадлежности, на основе их сексуальных предпочтений или убеждений. Фраза о том, что «нынешняя ситуация в Европе характеризуется подъемом фашизма», может показаться преувеличением для тех, кто не проживает в Греции или Испании. Ведь рост влияния фашизма пока еще ограничен, а другие политические движения относительно сильнее, и их развитие зачастую происходит быстрыми темпами. Однако наше пристальное внимание к феномену роста фашистских настроений обусловлено тем, что это происходит не вопреки нынешним механизмам демократии, а как раз при их помощи. Конечно, история дает нам немало примеров того, что между формальной демократией и репрессиями может не возникать серьезных противоречий. Может быть, для кого это и не новость – но я впервые сталкиваюсь с подобным.

Насколько я замечаю, на улицах европейских городов одновременно отражаются две динамики. Во-первых, заметно, что все большее количество людей (как внутри государственного аппарата, так и вне его) открыто признают, что являются сторонниками авторитарного правления. К примеру, в Испании, когда десятки тысяч человек выли на улицы, протестуя против полицейского насилия, на крыше одного из соседних зданий кто-то поднял флаг франкистов. «Смотри, – сказал мне один из участников демонстрации – похоже, мы движемся к фашизму – вон и фашистский флаг подняли». В Греции же проявления фашизма уже не ограничиваются флагами. Здесь на иммигрантов регулярно нападают фашистские банды, фашисты проходят в парламент и открыто взаимодействуют с полицией.

Вторая тенденция, неразрывно связанная с первой, наблюдается уже около десяти лет. Она проявляется в том, что полиция все чаще действует на упреждение самой возможности протестов. При этом, происходит процесс милитаризации самой полиции, и государство все более скатывается к тому, чтобы выполнять функции лишь репрессивной машины. Когда фотографии полицейского насилия при жестоком подавлении испанских протестов разошлись по Интернету, реакцией правительства стало предложение внести изменения в законодательство, чтобы запретить снимать полицейских и сотрудников сил госбезопасности при исполнении ими служебных обязанностей.

Одновременно испанские власти требуют, чтобы Фейсбук передал им все фото и видеозаписи полицейского насилия, чтобы они смогли бы возбудить уголовное дело против пострадавших от дубинок «организаторов» протестов, которые правительственные чиновники называют не иначе, как «попыткой переворота». И чтобы окончательно растоптать само понятие «справедливость», руководству полиции выдали медаль «за заслуги» – отмечая «отличные» действия полиции во время протестов 25-го сентября.

Обе тенденции – рост влияния фашистской идеологии и милитаризация полиции (все чаще действующей на упреждение протестов) взаимосвязаны, что говорит о существенном сдвиге в дискурсе легитимности, используемом государством. Теперь государство уже не говорит о необходимости контролировать граждан страны (у которых, все-таки, есть определенные права), а уже откровенно заявляет о необходимости «победы над врагом», у которого, соответственно, нет никаких прав. Подобного рода изменения очень опасны – пора бить в набат не только в Испании и Греции, но и по всему миру.

Однако есть и хорошие новости. Сопротивление подобным тенденциям существует, и оно постоянно усиливается. В Испании жестокость полиции заставила многих выйти на улицы, вызвав новый виток протестов, охвативших всю страну под лозунгом «нас не запугать!». В Греции антифашисты организуются, чтобы совместно ежедневно бороться с «Золотым рассветом» на улицах городов страны и защищать иммигрантов, даже рискуя собственной жизнью. Только за последние два месяца в Греции прошли 120 антифашистских акций. В тех районах и кварталах, где «Золотой рассвет» пытается укрепить свои позиции, регулярно проводятся мотоциклетные патрули антифашистов. Как и в Испании, здесь тоже можно часто услышать: «страха больше нет».

Многие из тех, с кем нам доводилось общаться по этой теме, воспринимают угрозу фашизма очень серьено – хотя они уверены в том, что левые сейчас сильны, как никогда, и даже если фашистам удастся прийти к власти, они не смогут надолго ее удержать. Я же надеюсь, что нам никогда не придется задаваться вопросом: как долго еще продержатся у власти фашисты?

Два года назад, в Греции, я участвовала в организованных социальным центром дебатах на тему: верно ли, что экономический кризис дает возможность осуществления реальных социальных перемен – или же он может привести к фашизму? В то время я не видела никакой угрозы фашизма. Сейчас же я вижу не только угрозу – я вижу реальность, в которой укореняется фашизм. Причем, подобно волку из старой басни, фашизм одет в шкуру демократии.

Марианн Мэкельбер

Перевод Дмитрия Колесника

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:7966