abunə ol: Yazılar | Şərhlər | Еmail

Türkiyədəki “Renault” fabriki işçiləri tətil edir

Şərh

12 noyabr tarixində Türkiyədəki Renault şirkətinin fabriki işçiləri təxminən 18.30 radələrində istehsalı dayandıraraq, fabrikin həyətinə toplanıb və Kütləvi iş müqaviləsi layihəsinin ləğv edilməsi və “Türk Metal”[1] qrupunun fabrikdən getməsi tələbi ilə etiraz aksiyasına başlayıb. Növbə sonuna qəədr fabriki tərk etməyən işçilərin aksiyası səbəbindən sonrakı 24.00 – 08.00 növvbəsi də ləğv edilib.

Fabrikə gələn “Türk Metal” qrupu isə işçilər tərəfindən içəri buraxılmayıb və qovulub. Renault müdirləri isə işçiləri işdən çıxarmaqla təhdid edərək, aksiyanı dayandırmağa çalışıblar. İşçilərdən yaradılmış bir heyətlə görüşmək istəyən idarəçilər istehsalın bərpa edilməsi şərtini irəli sürdükdən sonra tələbləri baş tutmayıb.
Aksiyaya dəstək üçün gələn Bosch işçiləri və inqilabi qurumlar fabrikin ətrafında toplanıblar. İçəri buraxılmayan “Türk Metal” qrupu isə çöldə dəstək üçün gəlmiş bir çox insana hücum edib, yaralananlar var.
Səhər 8.00 növbəsi başlamazdan əvvəl də işçilər toplanıb. Fabrik müdirinin işçilərə müraciəti etirazla qarşılanıb və səhər növbəsi də işi ləğv edərək, aksiyaya qoşulub.
Son məlumatlara görə, axşam növbəsinə gəlmiş 25 işçi işdən qovulduqları söylənərək, fabrikə buraxılmayıb. İşdən qovulma səbəbləri hələ açıqlanmır.

“Birləşmiş Metal”-dan bəyanat
Yaşanan hücum haqqında “Birləşmiş Metal-İş” həmkarlar ittifaqı bu gün yazılı bəyanat dərc edib. Hadisələrin təsvir edildiyi bəyanatda “Türk Metal” qrupunun Bosch işçilərinə dəmir çubuqlar və dəyənəklərlə hücum etdiyi bildirilərək, üçü ağır, bir çox işçinin yaralandığı qeyd edilib. Bundan əlavə, hücum edən qrupun tərkibində “Türk Metal” Baş Müdir köməkçisi Mesut Gezer, Şöbə müdiri Zafer Öztürk, Tofaş fabrikindəki nümayəndə Derviş Zeytinin də olduğu müəyyən edilib. Hücumun polis şöbəsinə yaxın bir yerdə baş verdiyi də vurğulanıb.

Renault işçiləri tək deyil
Eskişehirdə “Türk Metal” həmkarlar ittifaqının üzvü olan Arçelik işçiləri “Türk-İş” rəhbərliyinin yeni həmkarlar ittifaqı qanunlarının qəbul edilməsinə və “Türk Metal”-ın hazırladığı MESS Grup Kütləvi iş müqaviləsi layihəsinə qarşı dünən etiraz ediblər. 600-ə yaxın Arçelik işççisi fabrikdən çıxdıqdan sonra polis müqavimətinə baxmayaraq, Alpu Qovşağından keçərək Yunuskentdə mətbuat açıqlaması ediblər. “Türk Metala istefa!” şüarları səsləndirən işçilərin “Türk Metal”-ın 25% vədinə baxmayaraq, 18% əmək haqqı artımı tələbi ilə danışıqlara başlamasına etiraz ediblər. İşçilər təmsilçilərin hələ seçilmədiyini, Ankaradan gəldiklərini deyirlər.
Arçelik işçiləri 8-10 iyul tarixlərində də maaş fərqləri, çevik növbə nizamı və sağalma artımı məsələlərində müdir və “Türk Metal”-a etiraz əlaməti olaraq yeməkxana boykotu etmişdilər.
Həmçinin bundan əvvəl “Türk Metal” ittifaqının təmsil etdiyi Bursa Bosch fabrikində də işçilər kütləvi şəkildə “Birləşmiş Metal-İş”-ə keçmişdilər.

Qeydlər:
1. – Türkiyədə metallurgiya sənayesi işçilərinin həmkarlar ittifaqıdır. 1963-cü ildə təsis olunub.
2. – Türkiyədə metallurgiya və avtomobil sənayesi işçilərinin həmkarlar ittifaqı. İki ittifaq olmaz üzrə, ilk ittifaq 1949-cu ildə (metallurgiya işçiləri), ikinci, avtomobil sənayesi ittifaqı isə 1963-cü ildə qurulub.
Mənbə: http://www.kizilbayrak.net


Oxşar yazılar:

Baxış sayı:5126