abunə ol: Yazılar | Şərhlər | Еmail

Saakaşvili rejiminin qəribə sonuСтранная смерть режима Саакашвили

Şərh

Boris Kaqarlitski

Gürcüstanda baş verənlər Rusiyada həm rəsmi publisistlər, həm də liberal müxalifətçilər arasında eyni dərəcədə çaşqınlıq və təəccüb doğurdu. Liberallar üçün, gürcülərin böyük hissəsinin, moskvalı müəlliflərin öz oxucularına örnək olaraq təqdim etdikləri rəhbər partiyaya qarşı səs verməsi deyil, həm də o şoka saldı ki, gürcü müxalifətçilərin fəaliyyət ssenarisi heyrətləndirici şəkildə rus müxalifətinin can atdığı və gerçəkləşdirə bilmədiyi ssenarini xatırladırdı. Siyasi proseslərin oxşar inkişafından (fərqli nəticələrlə olsa da) əlavə, Gürcüstan və Rusiyanın sosial bazası da aşkar şəkildə oxşardır. Hər iki halda müxalifət paytaxta, hakimiyyət isə – kənd və əyalətlərə arxalanırdı.

Hər iki halda hakimiyyət və müxalifətin ritorikası çox oxşar idi. Lakin bu zaman Saakaşvili heç də Putinin antipodu deyil, onun oxşarıdır. Həm də uğursuz oxşarı, bu da öz növbəsində məsələni əks şəkildə – gürcü həmkarlarından fərqli olaraq, rus müxalifətçilərinin uğursuzluğu və qeyri-effektivliyini gündəmə gətirir.

Mühafizəkar düşərgədə vəziyyət daha yaxşı deyil. Elə görünür ki, sevinmək lazımdır. Siyasi şər obrazı kimi təqdim edilən Saakaşvili məğlubiyyətə uğradı. Düşmən tam şəkildə məhv edilməsə də, alçaldılıb. Lakin sevinc qışqırıqları eşidilmir… Nə üçün? Bizim liberalların çaşqınlığa qapıldığı səbəbdən: İnavişvilinin “Gürcü xülyası” nın Saakaşvilinin Vahid Milli Hərəkatı üzərində qələbəsi sadəcə olaraq parlament seçkilərində müxalif koalisiyanın uğuru deyildi, həm də növbəti “rəngli inqilab” idi, başqa sözlə, bizim mühafizəkarların var-gücü ilə mübarizə apardığı ssenarinin uğurlu gerçəkləşməsi örnəyi idi.

Ümumilikdə gürcü süjetində milli konspiroloqların üçün həddən artıq imkanlar var. Tiflisdə hər kəs çox gözəl bilir ki, “Gürcü xülyasının” uğuru ABŞ səfirliyi və qərbi avropa ölkələrinin tutduğu mövqe sayəsində kifayət qədər sadələşmişdi. Saakaşvili administrasiyası efirə onun opponenti tərəfindən idarə olunan “TV9” kanalını buraxmamaq üçün titanik səylər göstərirdi. Lakin İvanişvilinin lehinə amerikan səfir Con Bass çıxış etdikdən sonra hər şey məhv oldu. Müxalifət telekanalının kabel şəbəkələrinə çıxışını blok etdikdən, polisin isə kütlələrə rejim əleyhdarlarının fikirlərini çatdırmağı planlaşdırdıqları “boşqab” antennaları müsadirə etdikdən sonra ABŞ səfirliyi informasiya siyasətini radikal şəkildə dəyişdirməyi tələb edərək, “Gürcü xülyasına” bərabər informasiya imkanları təmin etdi. Seçkilərdən iki gün əvvəl dərc olunmuş çox ibrətamiz məqalədə Ketevan Amirecibinin kinayəli şəkildə qeyd etdiyi kimi, bu “yerinə yetirilməsi məsləhət görülən tələblərdən” idi. Parlament dərhal tətilini dayandırdı, fövqəladə iclas keçirdi və Seçki Kodeksini dəyişmək qərarı qəbul etdi! İndi, bu zamana qədər faktiki olaraq qadağan olunan “TV9” kabel verilişlərinin mütləq kanalları siyahısına əlavə edilmişdi – həm də seçkilər günü daxil olmaqla!

Qərbin təzyiqi altıda İvanişvilini, xarici – fransız – pasportu olması səbəbilə siyasi həyatdan kənarlaşdırmaq cəhdləri də baş tutmadı. Müxalif oliqarxa gürcü vətəndaşlığını qaytarmaq mümkün olmadı, lakin qərb səfirlikləri siyasətçinin haqlarının pozulması haqqında danışmağa başlayanda parlament yenidən toplandı və onları sakitləşdirmək üçün Konstitusiyaya(!) düzəliş etdi ki, bu düzəlişə görə, Gürcüstanda doğulmuş və ölkədə 5 il ərzində yaşayan Avropa İttifaqı vətəndaşları namizədliyini irəli sürə və hakimiyyətdə vəzifə tuta bilərlər. Düzəliş çox mənasız idi, belə ki, İvanişvili özü də bunu vurğuladı, onu yerinə yetirməkdən imtina etdi və namizədliyini irəli sürmədi.

Burada məsələ heç xarici partnyorların iki dəfə məhz müxalifətə tərəf çıxmaqlarında deyil. Baş verənlərin psixoloji effekti qeyri-adi siyasi nəticələr çərçivəsindən kənara çıxır. Hakimiyyətin ictimai şəkildə alçaldılması, onun ən vacib mövqelərini təslim etməyə hazır olması Saakaşvili tərəfdarlarını ruhdan saldı, əsas isə hər kəsə aydın oldu ki, Qərbin dəstəyindən çox asılı olan hakimiyyət artıq bu dəstəyə arxalana bilməz! İndi hər kəs Saakaşvilinin öz məğlubiyyətini necə asanlıqla qəbul etdiyindən danışır. Lakin burada məsələ hələ bir neçə ay əvvəl öz opponentlərinə qarşı sərt repressiv tədbirlərə əl atan rejimin demokratikliyində deyil, ondadır ki, nə kütləvi saxtalaşdırma, nə də Gürcüstanda seçki nəticələrinin ləğv edilməsi Vaşinqtonun sakit razılığı olmadan ola bilməzdi. Amerika səfirinin hərəkətləri isə birmənalı şəkildə göstərdi – razılıq olmayacaq.

Bu da sizin üçün Qərbin Saakaşvilini hakimiyyətdən saldığına dair arqumentlər. Bu cür nəzəriyyələrin məntiqində gürcü prezident Ben Ali, Mübarək və tanınmış yerli publisistlərin fikrinə görə, Qərbin devirdiyi Qəddafi ilə bir sırada yer alır. Hər xüsusi halda sual yaranırdı –tələb olunanları onsuz da yerinə yetirən rəhbərləri nə üçün hakimiyyətdən salmaq lazım idi? Lakin bu cür arqumentlər heç vaxt konspiroloqlara təsir etmir. Yenə də Saakaşvili ilə hər şey ifrata qaçır. Saakaşvili kimi amerikan və qərb leyhdarı olan siyasətçi nəinki Avrasiyada, heç dünyada belə yox idi. Və amerikan səfirliyinin davranışını standart konspiroloji sxem üzrə izah etmək olmur.

Konspiroloji sxemin əsas problemi ondadır ki, o yalnışdır. Gürcü tarixi bunu əyani şəkildə göstərir. “İdarə edilən xaos” nəzəriyyəsi yalnız rus publisist-mühafizəçilərin beyinlərində mövcuddur. Amerikanları, sonra idarə etmək üçün xaos yaradan sehirbazlar kimi ancaq müasir biznesin quruluşu və ya investisiya prosesinin təşkili haqqında heç bir anlayışa malik olmayan insanlar təsəvvür edə bilərlər. Bu gün heç bir amerikan hökuməti stabillik tələb edən korporasiyaların maraqlarına zidd siyasət yürütməz.

Əlbəttə, iddia etmək olar ki, amerikan diplomatları məhz demokratiya və insan haqlarının qorunmasını rəhbər tuturdular, bəs onlar nə üçün 1973-cü ildə Çilidəki çevriliş zamanı və ya iki onillik sonra, Eltsin seçilmiş parlamenti tanklarla güllə-baran edəndə rəhbər tutmadılar?

Əslində isə hər şey daha şəffaf və sadədir. 1970-ci illərin sonunda ABŞ xarici siyasəti belə bir səbəbdən uğursuzluğa uğradı ki, amerikanlar son günə qədər hər bir hakimiyyətdən salınan diktatoru, ənənəvi şəkildə bağlı olduğu rejimi dəstəkləməyə çalışırdılar. Bundan dərs alındı və artıq 1980-ci illərin əvvəlində fərqli, daha rasional və praqmatik taktika işlənməyə başlandı. Vaşinqtonda başa düşdülər ki, özü ayaqda dura bilməyəni dəstəkləməyin mənası yoxdur. Bunun əvəzində, dağılan rejimləri qorumaq üçün amerikan diplomatları, bu rejimi əvəz edəcək yeni siyasi qüvvələrlə əlaqələr qurmağa başlayırlar. Həm də bunu kifayət qədər erkən mərhələdə, yeni partnyorların hələ kifayət qədər nüfuz qazanmağı zamanda, Amerika tərəfindən kömək və ya hətta yardımın onlar üçün real dəyərə malik olduğu zamanda etmək lazımdır.

Bütün “rəngli inqilablar” bu sxem üzrə inkişaf edib. Onların qurbanı ABŞ-ın rəqibləri deyil, müttəfiqləri olub (Kuçma və Şevarnadzedən başlayaraq, son illərdə Şimali Afrikada Qərbin əsas müttəfiqlərindən biri olmuş Qəddafiyə qədər). Müəyyən mənada avtoritar rejim üçün Vaşinqtonla dostluqda olmaqdansa, münaqişədə olmaq daha təhlükəsizdir. Çünki konspiroloqların təsəvvür etdiyinin əksinə olaraq, amerikanlar nadir hallarda öz rəqiblərini devirirlər, lakin tez-tez və asanlıqla öz müttəfiqlərinə xəyanət edirlər.

Gürcüstana qayıdaraq, qeyd etmək olar ki, seçkilərdə qalib gəlmiş müxalifətin “Kreml layihəsi” olması iddiasından daha sadəlövh heç nə yoxdur. Hadisələrin  necə inkişaf etməsindən asılı olmayaraq, “Gürcü xülyası” Qərblə yaxşı münasibətlər saxlamağa çalışacaq. Lakin eyni zamanda gürcü cəmiyyəti Rusiya ilə münaqişədən yorulub. Rus-gürcü münasibətlərinin normallaşdırılmasına olan obyektiv tələb təmin ediləcək. İdilliya olmayacaq, lakin şüurlu güzəştlər olacaq. Rusiya və Gürcüstan xalqları üçün bu, ən yaxşı variantdır.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Борис Кагарлицкий

То, что произошло в Грузии, вызвало растерянность и недоумение в России в равной степени среди официальных публицистов, и в среде либеральных оппозиционеров. Для либералов шоком оказалось не только то, что большинство грузин проголосовало против правящей партии, которую эти московские авторы предъявляли своим читателям в качестве образца для подражания, но и то, что сценарий действий грузинских оппозиционеров поразительным образом напоминал то, к чему стремилась, но что не смогла осуществить российская оппозиция. Мало того, что политические процессы развивались во многом схоже (хоть и с противоположными результатами), но и социальная база оппозиции в Грузии и в России явно схожи. И в том и в другом случае, оппозиция сделала ставку на столицу, а правительство — на деревни и провинцию.

И в том и в другом случае, риторика власти и оппозиции были очень похожи. Но в таком случае Саакашвили это не антипод Путина, как считали либералы, а его двойник. Причем двойник неудачливый, что в свою очередь ставит вопрос зеркально — о неудачливости или неэффективности российских оппозиционеров, в отличие от их грузинских коллег.

В охранительном лагере дела обстоят не намного лучше. Казалось бы, следует ликовать. Саакашвили, которого представляли воплощенным политическим злом, потерпел поражение. Враг, если и не повержен окончательно, то уж в любом случае унижен. Но что-то не слышно воплей восторга… Почему? Да по той же самой причине, по которой сконфужены наши либералы: победа «Грузинской мечты» Иванашвили над Единым Национальным Движением Саакашвили была не просто успехом оппозиционной коалиции на парламентских выборах, но и очередной «цветной революцией», иными словами, ещё одним примером успешной реализации того самого сценария, против которого наши охранители изо всех сил борются.

Можно, конечно, сделать вид, будто Кремль научился оборачивать против своих врагов их же собственное оружие, но этого не говорят, поскольку все слишком хорошо знают, что дело обстоит совсем не так.

Вообще-то в грузинском сюжете куча возможностей для отечественных конспирологов. В Тбилиси все прекрасно знают, что успех «Грузинской мечты» был крайне облегчен позицией, занятой посольством США и представителями западноевропейских держав. Администрация Саакашвили прилагала титанические усилия, чтобы не допустить выхода в эфир контролируемого его оппонентом канала «ТВ9». Однако всё пошло прахом, когда за Иванашвили вступился американский посол Джон Басс. Уже после того, как оппозиционному телеканалу заблокировали доступ в кабельные сети, а полиция конфисковала антенны «тарелки», с помощью которых планировалось донести до масс мнения противников режима, посольство США потребовало радикально изменить информационную политику, обеспечив «Грузинской мечте» равные информационные возможности. Как иронично заметила Кетеван Амиреджиби в оченьпоучительной статье, опубликованной за два дня до выборов, это была рекомендация «из числа тех, которые лучше выполнять». Парламент тут же прервал каникулы, экстренно собрался и принял решение изменить Избирательный Кодекс! Теперь «ТВ9», который до того находился фактически под запретом, был внесен в список обязательных каналов кабельного вещания — до дня выборов включительно!

Под давлением Запада сорвалась и попытка исключить Иванашвили из политической жизни в связи с наличием у него иностранного — французского — паспорта. Вернуть грузинское гражданство оппозиционному олигарху не удалось, но когда западные посольства заговорили об ущемлении прав политика, парламент вновь собрался и принял, чтобы их успокоить, поправку к Конституции (!), по которой граждане Евросоюза, родившиеся в Грузии и проживающие в стране в течение 5 лет, могут баллотироваться и занимать государственные должности. Поправка нелепейшая, на что указал сам же Инваншвили, отказавшийся её исполнять и не ставший баллотироваться.

Дело здесь даже не в том, что иностранные партнеры дважды, в решающие моменты вступились за оппозицию. Психологический эффект произошедшего выходил далеко за рамки непосредственных политических результатов. Публичное унижение власти, её готовность сдать важнейшие позиции, деморализовало сторонников Саакашвили, а главное всем стало ясно, что рассчитывать на поддержку Запада правительство, от этой поддержки сильнейшим образом зависящее, больше не может! Сейчас все говорят о том, с какой легкостью Саакашвили признал поражение. Но дело тут не в демократизме режима, который запросто прибегал к жестким репрессивным мерам против своих оппонентов ещё несколько месяцев назад, а в том, что ни массовая фальсификация, ни аннулирование итогов выборов в Грузии по крайней мере без молчаливого одобрения Вашингтона были бы невозможны. А действия американского посольства однозначно показали — одобрения не будет.

Вот вам и аргументация для конспирологической теории о том как Запад свергал Саакашвили. В логике подобных теорий грузинский президент встает в один ряд с Бен Али, Мубараком и Каддафи, которых тоже, по мнению известных отечественных публицистов, свергал Запад. В каждом отдельном случае, правда, возникал вопрос — зачем было свергать правителей, которые и без того делали всё, что от них требовалось? Но подобные аргументы никогда не действуют на конспирологов. И всё же с Саакашвили получается уже явный перебор. Более проамериканского и прозападного политика не то, что в Евразии, в мире нет. И объяснить поведение американского посольства стандартной конспирологической схемой не получается.

Главная проблема конспирологической схемы в том, что она неверна. И грузинская история это наглядно демонстрирует. Теория «управляемого хаоса» существует только в мозгах российских публицистов-охранителей. Представлять американцев в роли магов, создающих хаос, чтобы им потом управлять, могут лишь люди, не имеющие ни малейшего представления об устройстве современного бизнеса или организации инвестиционного процесса. Сегодня ни одно американское правительство не решиться проводить политику, идущую вразрез с интересами корпораций, которые требуют стабильности.

Можно, конечно, заявить, что американские дипломаты руководствовались исключительно заботой о демократии и правах человека, но почему тогда они не руководствовались теми же принципами во время переворота в Чили в 1973 году или два десятилетия спустя, когда Елцин расстреливал из танков избранный парламент?

На самом деле всё гораздо прозаичнее и проще. В конце 1970-х годов внешняя политика США потерпела ряд тяжелых неудач из-за того, что американцы пытались до последнего дня поддерживать каждого свергаемого диктатора, любой режим, с которым они были традиционно связаны. Урок был усвоен и уже в начале 1980-х начала отрабатываться иная, более рациональная и прагматичная тактика. В Вашингтоне поняли, что нет смысла поддерживать тех, кто не может удержаться сам. Вместо того, чтобы защищать рушащиеся режимы, американские дипломаты начинают устанавливать отношения с новыми политическими силами, идущими им на смену. Причем делать это надо на достаточно ранней стадии, пока новые партнеры ещё не находятся на пике своего влияния, когда помощь или даже нейтралитет со стороны Америки будет иметь для них реальную ценность.

Все «цветные революции» проходили по этой схеме. Их жертвами оказывались не противники США, а союзники (начиная с Кучмы и Шеварднадзе и заканчивая тем же Каддафи, который последние годы был одним из ключевых партнеров Запада в Северной Африке). В каком-то смысле для авторитарного режима безопаснее находиться в конфликте, чем в дружбе с Вашингтоном. Ведь вопреки тому, что воображают конспирологи, американцы очень редко свергают своих противников, но зато очень часто и легко сдают своих союзников.

Возвращаясь к Грузии, можно констатировать, что нет ничего наивнее, чем видеть в победившей на выборах оппозиции «проект Кремля». Как бы ни складывались события, «Грузинская мечта» будет стараться сохранять хорошие отношения с Западом. Но в то же время грузинское общество устало от конфликта с Россией. Объективно существующий запрос на нормализацию российско-грузинских отношений будет удовлетворен. Идиллии не будет, но будут разумные компромиссы. И для народов России и Грузии это, пожалуй, самый лучший вариант.

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:7086