abunə ol: Yazılar | Şərhlər | Еmail

Alber Kamyu – Nə qurban, nə də cəllad

Şərh

Bəli, biz öz səsimizi yüksəltməliyik. Bura qədər mən emosiyalara üz tutmamaq üçün özümü saxladım. Biz, bizi boğmaq üçün hədə-qorxu gələn, hər bir detalını hazırladığımız tarixin məntiqindən aralı düşmüşük. Bu, irrasional uzunluğa doğru gedən məntiq torunu başdan ayağa qədər kəsə bilən bir  emosiya deyil, ancaq məntiqi öz təməlində qane etmək üçün səbəbdir. Ancaq mən təəssüratları kənara atmamalıyam… Belə ki, gələcək üçün istənilən proqramı sevgi və hiddət hissimiz olmadan da əldə etmək olar. Mən yaxşı bilirəm ki, bir insanı hərəkətə keçirmək güclü təkan tələb edir və sanballı məqsədləri olan bir şəxsi də mübarizəyə cəlb etmək çox çətindir. Ancaq problem insanı buna necə cəlb etməkdə  deyil, əksinə, ən mühüm olanı onları cəlb etməkdən daha çox onlara nə etdiklərini başa salmaqdır.

 Hər hansı bir gələcək yaratmaq üçün qorunmalı olanı qorumaq… – burada tələb olunan şeylər güclü təkan, ehtiras və qurbandır. Bu yalnız onu tələb edir ki, biz açıq-aşkar bəşəriyyətin çoxunun uzun və qeyri-müəyyən sonlara çatması üçün hələ də daha miskin olmağa məcbur edilib edilmədiyini, qardaşın qardaşı öldürdüyü, silahla əhatə olunan bu dünyanı qəbul edib etməməyi və ya əksinə, bizdən daha yaxşı təmin olunan gələcək nəsillərə sağ qalmaq şansı vermək üçün əlimizdən gəldiyi qədər qırğın və səfalətlərin qarşısını alıb-almamağı fikirləşib qərara gələk.

 Öz adımdan kifayət qədər əminliklə deyə bilərəm ki, mən öz seçimimi etmişəm. Və seçimimi etdiyimə görə səmimi danışmalı olduğumu fikirləşirəm, eləcə də vurğulamalıyam ki, kim olursa olsun heç vaxt insan qətli ilə barışanlardan biri olmayacam və bununla da bu qərarın nəticələrini qəbul etəliyəm. Nə qədər ki, mən yaşayıram, bu fakt özünü doğruldur. Bununla belə, mən bu məqalənin hansı ruhda yazıldığını aydınlaşdırmalıyam.

 Bizə başqa-başqa ölkələri və ya baqa-başqa millətləri sevməyi və ya onlara nifrət etməyi aşılayırlar. Ancaq bəzilərimiz bu cür seçim etmək üçün bütün bəşəriyyətə qarşı daha güclü hisslər bəsləyirik. Rusiyanı həqiqi sevənlər Tolstoyun və Qorkinin nəql etdiklərinin dünyaya göstərdiyi təsirinə görə minnətdardırlar və belə adamları Rusiyanın güclü siyasətçilərinin uğur qazanmağı maraqlandırmır,  onlar daha çox keçmişin ağır sınaqlarından sonra Rusiyanı bu günün daha dəhşətli qırğınlarından qorumaq istəyirlər. Amerika və bədbəxt Avropa xalqları da eynilə. Bu, zəmanəmizin qızğın ehtiraslarının ortasında unutmaqda olduğumuz adi, kiçik bir həqiqətdir.

 Bəli, bu gün müharibəyə gətirib çıxaran şeylər qorxu, susqunluq və mənəvi tənhalıqdır. Və qorunmalı olan şeylər isə insanların ünsiyyətcilliyi və qarşılıqlı münasibətləridir. Köləlik, ədalətsizlik və yalanlar insanlar arasındakı bu əlaqəni  məhv edir  və ünsiyyətin qarşısını alır; və bu səbəbdən də biz bunları rədd etməliyik. Bu gün bu bəlalar tariximizn əsas hissəsini təşkil edir, buna görə də bir çoxları bunları ən əsas bəlalar hesab edir. Bütün bunlar əlimizdə olmadığından, biz “tarixdən qaça” bilmərik. Ancaq kimsə, insanın öz səlahiyyətində olmayan tarixdən qorunmaq üçün ona qarşı mübarizə aparmağı təklif edə bilər. Bütün bunlar burada deməli olduğum şeylərdir. Bu məqalənin əsas məğzini aşağıdakı kimi yekunlaşdırmaq olar:

 Müasir xalqlar güclü qüvvələr tərəfindən  hakimiyyət və hökmranlığa sürükləndirilir. Mən bu qüvvələrə yardım etmək  yoxsa bu qüvvələrin qarşısını almaq lazım olduğunu deməyəcəyəm.  Onların çətin ki, bizim köməyimizə ehtiyacı olsun və bu halda onlar bizim, onlara mane olmaq cəhdlərimizə gülərlər. Onlar güləcəklər və fəaliyyətlərinə davam edəcəklər. Ancaq mən yalnız sadə bir sual vermək istəyirəm: birdən bu qüvvələrin sonu ölumə getsə və əksəriyyətin güvəndiyi tarixin məntiqinin kiçicik bir iradə  olduğu aşkarlansa, necə olacaq?

Birdən bir neçə nəslin və bütün dəyərlər sisteminin iki və ya üç dünya müharibəsinə qurban getməsinə baxmayaraq, yaşadıqlarını güman edən nəvələrimiz özlərini dünya ictimaiyyətindən kənarda görsə, nə olacaq?

Məgər bu yaxşıdır ki, bütün bunları yaşayan şəxslər öz əzablarını anlamaqda həddən artıq aciz olsunlar? Bu qüvvələr hər şeyi müstəqil şəkildə hazırladığından və onların bunu davam etdirməsi qaçılmaz olduğundan bəzilərimizin sağ qalmaq vəzifəsini öz üzərimizə götürməyimiz üçün bir səbəb yoxdur, ona  görə ki, hər şeyi həll etmək niyyəti olmadan mövcud olan açıq fikirlilik, bizim qarşımızda uzanıb gedən  apokaliptik tarixi mənzərə daima gündəlik həyatımıza bir qədər bəşəri məna vermək üçün hazırlanır.  Ən başlıcası odur ki,  insanlar ödəməli olduqları bədəli ölçməlidirlər.

 Demək istədiklərim odur ki, biz bu ölüm saçan dünyanın ortasında qətl haqqında fikirləşmək və seçim etmək üçün razılığa gəlirik. Ancaq bundan sonra biz, qatil və ya qatilin əlbiri olmağın nəticələrini qəbul edənlərlə, bütün varlığı və gücü ilə bunu rədd edənlər arasında fərq qoya bilərik. Bu dəhşətli bölgü xətti həqiqətən də mövcud olduğuna görə, əgər bu fərq açıq–aydın qoyulsa, bu zaman uğur əldə olunacaq.  Qarşıdan gələn illər ərzində beş qitə boyu maliyyələşdirmə ilə aparılan zorakılıq və dostluq əqidəsi arasındakı mübarizə əvvəllər indi olduğundan min dəfə bundan artıq uğur qazana bilərdi. Lakin mən həmişə dediyimi bir daha təsdiqləyirəm ki, insan təbiətini səfeh adlandıran, üz-üzə gəldiyi ağır şərtlərə görə təslim olan şəxs qorxaqdır. Və bununla belə, yeganə şərəfli yol hər şeyi dəhşətli riskə atmaqdır: bu sözlər hərbi sursatdan daha güclüdür.

Tərcümə: Günel Təhməzzadə             (c) SOLFRONT.org

[Yazı http://j12.org ünvanındakı  məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7269