abunə ol: Yazılar | Şərhlər | Еmail

Harvey Svodos – Xoşbəxt işçi haqqında mif

Şərh

Hər gün işçilərlə qarşılaşan əməkdaşlar və həmkarlar ittifaqları da onlardan daha çox uzaqlaşırlar; bəs təəccüblənmək olarmı ki, burjuaziya və xüsusilə də burjua ziyalıları üçün işçi – bulanıq, dumanlı pərdənin arxasında çətinliklə ayırd edilən bir qavram halına gəlib? Belə bir təsəvvür yaranır ki, onlar haqqında danışarkən, burjua həmişə iki səsləndirilməmiş fərziyyədən çıxış edir: 1) proletar, səyahət edən göyərçinlər kimi məhv olub gedib, ya tükənib, ya da navaxo tayfasının hinduları kimi təbəəliyi qəbul edib; 2) o mövcud olsa belə, indi hər kəs kimi olub – piylənmiş, özündən razı, çox ciddi, bir az narahatdır, amma ümumilikdə öz qardaşlarından – burjua sıralarından olan tamaşaçılardan az fərqlənir.

Qısası, əgər işçi burjua kimi pul qazanır, səs verir, geyinir, xəyallar qurursa – deməli, o, proletar kimi artıq mövcud deyil.

Bir şeydə o, burjuaya heç bənzəmir – o, işçi kimi işləyir. Metal tökən fəhlə hələ ki kağız tikmir, şaxtaçı iclaslarda oturmur, tekstilçi özü ilə nahara kokteyllər aparmır. Onun əməyi öz işinə qarşı yalnız nifrət, utanc və itaət doğurur.

Burada mən geniş yayılmış belə bir iddianın üzərində dayanmaq istərdim ki, guya “biz hamımız, qazanc və məqsədlərimizə dair məsələlərdə eyni dərəcədə burjuayıq…”

Avtomobil sənayesinin orta statistik işçisi saatda 2 dollardan bir az çox qazanır. Deməli, o, ölkədə ən yüksək əmək haqqı alan işçilərdən biridir. ABŞ-ın ən yaxşı və demokratik həmkarlar ittifaqlarından birinin apardığı iyirmi illik mübarizədən sonra bu sənayedə işçinin əmək haqqı indicə kollec bitirmiş, təcrübəsiz və yarısavadlı, ailəsi olmayan mütəxəssisin əmək haqqından daha az idi. O, öz gəlirlərinə görə burjuaya çevrildi? Onun maaşı diş həkiminin, mühasibatçının, tacirin, çertyojçunun, jurnalistin həftəlik maaşı ilə müqayisə edilə bilərmi? Belə bir sual yerinə düşərdi ki, bizim günlərdə o, öz ailəsini bu qəpik-quruşla necə dolandıra bilir? Mən bunun necə olduğunu bilirəm, amma qorxuram ki, bir neçə insanın cavabı “sabiq” hüquqsuz siniflərin yaxşı vəziyyətinə dair bülbül kimi ötənləri utandırsın.

Hər şeydən əvvəl, əgər alınsa, o, həftədə qırx saatdan daha çox işləyir. Avtomobil şirkəti öz işçilərini tam əlli həftə üçün daimi əmək haqqı ilə təmin edə bilmir; buna görə də işçi bilir ki, mümkün olduqca imkanı əldən qaçırmamalıdır. Yüksək tələb dövründə o, həftələrlə konveyerdən doqquz, on, on bir və hətta on iki saat belə uzaqlaşmır. Bu hələ azdır. Mənim yanımda onlar konveyer arxasında əlavə olaraq, mexanik, təmir, tikinti, anbar işçiləri, satıcıları, günəmuzd işləyənlər, yükdaşıyanlar, komisyonçular kimi çalışırdılar.

Lakin bu da azdır. Ailə saxlayan işçi tək, ailəsinin köməyi olmadan daimi borc yükünü – əgər demək olarsa, burjua yükünü daşıya bilməz: bu, avtomobil, quruducu, paltaryuyan maşın, televizor, paltar, nəhayət ev üçün borclardır.

İşçi ailəsi indi, bir qayda olaraq, bir kişi-dolandırıcının üzərində dayanır, onun dayağı – bir neçə nəslə mənsub olan bir çox işçilərin qazancıdır, onlar işləyirlər ki, öz zəruri və ya daha doğrusu, onlara sırınmış tələbatlarını ödəsinlər.

İndi amerikan işçisinə, onu necə təsəvvür etdiklərinə qayıdaq – razı, televiziya ilə beyni dumanlanmış, öz baxışlarına görə əsl burjua. Bu obraz işçilərlə ünsiyyətdən yaranmayıb – bəlkə də antropoloqlar və entomoloqlar kimi “yerlərə” göndərilən muzdlu yazıçılar vasitəsilə yaranıb – bu obraz, özünə qarşı nifrətə əsaslanan insanlara qarşı nifrətdən və işçilərin ziyalıların aldatması kimi bir hissdən doğmuşdur.

Müharibədən sonrakı onillikdə xırda burjua ziyalıları aşkar etdilər ki, işçilər artıq sosializmə can atmırlar və müharibədə qələbə üçün silah hazırlamırlar. Onlar sadəcə digərlərinin aldığı məhsulları istehsal edirlər. Həm də şəxsi rifah üçün ümumi davada iştirak edirlər. İşçinin artıq qəhrəman və idealist olmadığı haqqında şayiələr yayıldı, sorğular guya göstərdi ki, pikniklər onun üçün digər ölkələrə kömək etməkdən daha vacibdir, havanın kondisiyalaşdırılması isə ayrı-seçkiliyə qarşı mübarizədən daha üstündür; o heç də tətil etmək istəmir və işçi partiya yaratmağa səy göstərmir, Stivensona, bəzən isə Eyzenhauer və Niksona səs verir – qısacası, o, burjua qəsəbələrinin sakinləri kimi olmağa can atır.

Xırda burjuaziya inanır ki, işçi indi ondan fərqlənmir və burada özünüaldatmanın payı var. Bu, əsasən keçən il mənim diqqətimi çəkdi, o zaman mənim xırda burjua dostlarımdan biri mənim zavoda qayıtmağıma təəssüf və hətta dəhşətlə reaksiya verdi! Əgər işçi cəmiyyətin tamhüquqlu üzvüdürsə, nə üçün dəhşətə gəlməli? Sizin müəssisədə və ya dəzgah arxasında oturmağınız arasında nə fərq var? Cavab o qədər aydındır ki, soruşmaq utanc verir. Lakin qoy mənim dostlarıma aydın olsun: cavab işçilər üçün də aydındır.

Acı həqiqət odur ki, zavod işi insanları kütləşdirir. O, həyatda layiqli bir şey etmək istəyən hər kəsi kütləşdirir və bunu açıq şəkildə etiraf etmək zamanıdır. Yarıqaranlıq, çirkli, parazitlərlə dolu yorucu emalatxanalarda canını qoyan immiqrant üçün iş, bizim orta məktəbi bitirmiş müasirimiz üçün daha az kütləşdirici deyil, halbuki o, gün işığı lampaları ilə, düyməli idarə olunan avadanlıqlarla işləyir. Çünki işçı-immiqrant, sosializm haqqında xəyallar qurmasa da, inanırdı ki, uzun saatlarla davam edən işlə öz azadlığına qovuşacaq. Əllinci illərin sənaye işçisi isə yalnız ona arxalanır ki, uzun saatlarla davam edən əmək prosesi ona mebel və cır-cındır almağa və az da olsa borclarını qaytarmağa kömək edəcək.

Konveyerdə birlikdə işlədiyim insanlar çox az hallarda özlərini tələyə düşmüş heyvanlar kimi hiss etmirlər. Yaş və şəraitdən asılı olaraq, onlar ya taleyə baş əyir və özlərini işçi olduqları üçün bağışlaya bilmirlər, ya da ümidsiz şəkidlə başqa bir məşğuliyyət tapmağa çalışırlar. Onlar ustaların daima onları tələsdirməsindən beziblər. Qovulub əldən salınmış at vəziyyətindən beziblər, beziblər ki, onların həyatı mənasız şəkildə qurulmuş dünyadan asılıdır, burada hər şey alqı-satqıya əsaslanır; hətta iyirmi dəqiqəlik fasilədə belə nəfəsini dərməyə imkanın olmadığı zavodda işləməkdən iyrəniblər.

Daha yaşlı insanlar itaətlə gözləyirlər ki, dincəlmə vaxtı gəlsin. Lakin konveyer cavan qana ehtiyac duyduğuna görə (otuz beş yaşdan sonra iş tapmaq çətindir), mənim çalışdığım zavodda hər gün yeni simalar peyda olurdu: işçi sinfinin axıcılığı dəhşətli idi, işdən qaçmalar – sonsuz sayda, axı daha az yaşlı insanlar  hər həftə 1-2 gün buraxırdılar ki, başqa bir iş tapsınlar və şirkət məcbur idi ki, növbənin başlamasına qədər işçi əllərinin kifayət qədər olması üçün əlavə insanlar işə götürsün.

İşçilər öz əməklərinə belə münasibətdədirlər. Bəs onun bəhrələrinə? Bir tərəfdən, onlarla fəxr edir və onlara malik olmaq istəyirlər, deyək ki, avtomobil – azadlıq simvolu, az qala bu azadlığın əvəzedicisidir və ona görə yox ki, işçi – onun yaradıcılarındandır, ona görə ki, bizim cəmiyyətdə belə bir ideya hökm sürür ki, guya avtomobil həyatı bəzəyir və onsuz keçinmək mümkün deyil. Lakin digər tərəfdən, onlar öz əllərinin işinə o qədər nifrət edirlər ki, əgər desək ki, bizim yeni avtomobilimizdən pis qoxu gəlirsə, deməli, onun içini banan qabıqları ilə doldurub ağzını tıxayıblar; və əgər mexanik yeni avtomobilin nə üçün taraq-turuq etdiyini anlamırsa, ona arxa oturacağın karterini açmağı və öz yaratdıqlarına nifrət edən işçilər tərəfindən oraya atılmış qayka və boltları boşaltmağı təklif edin!

“Иностранная литература” jurnalında dərc olunub, 1966, №1. – səh.234-236, Rusiya.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9033