abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Müharibədən sonrakı dəyişikliklər.Keynsçilik”Борис Кагарлицкий – Марксизм: “Послевоенные перемены.Кейнсианство”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

1968 – Cİ İL TUFANI

Siyasi təcrübə ilə akademik nəzəriyyə arasında ayrılma travması “qərb marksizmini” 1920–ci illərə qədər izləyirdi. Akademik marksizm universitetlərdə yaşayırdı, intellektualların  əmlakı idi. Siyasi fəallar və liderlər isə ümumi, əhəmiyyətli dərəcədə vulqarlaşdırılmış, tətbiqi ideologemlərin sadə dəsti ilə keçinirdilər ki, bunlar da işçi partiyaları, ilk növbədə sosial–demokratlar və kommunistlər üçün xarakterik idilər.

Bu arada 1945–ci ildə Qərbi Avropada çox əhəmiyyətli dəyişikliklər baş verirdi, bunlar ictimai təfəkkürün ümumiyyətlə transformasiyasını və siyasətdən məişətə kimi, kütləvi davranışda sərt dəyişiklikləri müəyyən edirdilər.

1960–cı illər tələbə etirazlarının, hippilərin, roknrollun, mini–yubkaların, seksual inqilabın və s. dövrü kimi tarixdə qalmışdır. Amma o zaman baş verən davranış inqilabı sadəcə cəmiyyətin quruluşu ilə deyil, həm də intellektual elitanın formalaşma prosesinin dəyişməsi ilə ictimai olaraq şərtlənmişdi. Bəs, 1945–ci ildə Qərbdə nə baş verdi? İkinci dünya müharibəsi nəticəsində faşizm üzərində qələbə qazanılmışdı. Amma faşizm üzərində qələbə islahatçı solların eyni zamanda ilk və müəyyən mənada yeganə və fundamental siyasi qələbəsi idi. Praktiki olaraq hər yerdə müharibədən əvvəl, bəzən isə müharibə prosesində ciddi ictimai islahatlar başladı ki, onlar daha çox qərb kapitalizminin xarakterini dəyişdilər.

Başqa məsələdir ki, bu dəyişikliklər ləğv oluna və əvvəlki vəziyyət bərqərar ola bilərdi. Amma o zaman, müharibədən sonrakı ilk illərdə elə görünürdü ki, geriyə yol yoxdur.

Müharibədən sonrakı dəyişikliklər

Faşizmlə mübarizə illərində sol partiyalar özlərini müqavimətin daha ardıcıl iştirakçıları kimi göstərdilər, onlar işçi kütlələrini mübarizəyə səfərbər etdilər, böyük siyasi nüfuz qazandılar. Onların təsiri hətta onların ənənəvi sosial bazası hüdudlarından kənarda da hiss edilirdi. Onlar ümumiyyətlə cəmiyyət üçün şəksiz mənəvi nüfuz əldə etdilər. Bu, həm sosial–demokratlara, həm də daha çox dərəcədə kommunistlərə aid edilir. Amma təsadüfən müharibədən sonra Fransada kommunistləri “güllələnmişlər partiyası” adlandırmırdılar. Bu partiya, müqavimət illərində ən böyük itkiləri olan partiya idi. Buna baxmayaraq, nəticədə o böyüdü, möhkəmləndi. Sollara aid olmaq, prestijli, romantik olmaq sayılırdı. Bu, qəhrəmanlığa ortaq olmaq demək idi.

Fransada və İtaliyada kommunistlər Müqavimətə rəhbərliyi üzərlərinə götürdülər, ən yaxşı, mübariz kadrlar məhz oradan gəldilər. İngiltərədə kommunistlər zəif idilər, amma sol sosialistlər qələbənin təşkilində böyük rol oynadılar. Müharibə zamanı koalisiya hökuməti formalaşdı ki, onun başında mühafizəkar Çerçil dururdu. Bu, çox spesifik hökumət idi. Leyboristlər tərəfindən irəli sürülmüş ictimai ishalatlar proqramı 1945–ci ildə onların hakimiyyətə gəlməsindən çox daha əvvəl yerinə yetirilməyə başlandı. Artıq 1942–ci ildən koalisiya hökuməti faktiki olaraq leyborist proqramı həyata keçirir. Mühafizəkar baş nazir işçi sinfinin dəstəyi olmadan heç nə edə bilmir, müharibəni aparmaq və qalib gəlmək üçün burjuaziya xalqın dəstəyinə ehtiyac duyur.

Hökumət xalqa sübut etmək istəyir ki, demokratiya sosial tərəqqini təmin etməyə qadirdir. Məhz buna görə nasist Almaniyasına qarşı müharibəni yalnız ordu və hökumət deyil, xalq da aparmağa başlayır.

Britaniya heç vaxt həqiqi respublikaçı inqilab yaşamayıb. XVII əsrdə qısa respublika dövrü siyasi mədəniyyətdə demək olar ki, iz qoymayıb. 1940–cı illərə qədər britaniya cəmiyyəti iyerarxik olaraq qalırdı, feodal ənənələri saxlayırdı ki, bunları qalib gəlmiş burjuaziya uğurlu şəkildə mənimsəyir və dəstəkləyirdi. İton və Harrou qapalı məktəblərindən çıxmış, sonra isə Kembric, Oksford məzunları olan centlmenlər ölkəni idarə edirdilər. Onlar kiçik yaşlarından ölkəni idarə etməyə hazırlanırdılar. “Qeyri–centlmenlər” isə öz yerlərini tanıyırdılar. Onlar öz haqlarını bilirdilər, bunlardan istifadə edə bilər, amma ölkəni idarə edə bilməzdilər. Yuxarıda, sözsüz ki, centlmenlər qalmalı idi. Hansı partiyaya mənsub olmasından asılı olmayaraq, elita öz üstünlüklərini qoruyurdu. Köhnə aristokratiya burjua ailələrindən çıxanlarla qarışdıqca, özünəməxsus kadr hazırlığı sistemi formalaşırdı ki, bu sistem pulu olan “qeyri–centlmenlərdən” “əsl centlmenlər” hazırlamalı idi.

Aristokratiya nümayəndələri öz baxışlarına görə kifayət qədər radikal ola bilərdilər – “oksford dördlüyü” kimi, onlar müharibə illərində ideya baxışlarına görə Sovet İttifaqına işləyirdilər: sirli informasiya almaq və Moskvaya ötürmək üçün öz təsir və statuslarından istifadə edirdilər. Centlmenlər kapitalizmə nifrət edə bilərdilər. Amma yenə də ənənəvi elita və digərləri arasında məsafə saxlanılırdı.

1945–ci ildə başlamış islahatlar məhz bu nizama qarşı yönəldilmişdi. Bir tərəfdən, radikal iqtisadi islahat başlandı. Kapitalist quruluş qorunub saxlandı, amma irimiqyaslı milliləşdirilmə aparıldı. 1945–ci ildə leyboristlər seçkilərdə qalib gələrək, kömür sənayesini, müdafiə müəssisələrini və nəqliyyatı dövlət mülkiyyətinə çevirdilər. Ordu bütünlüklə leyboristlərə, xüsusilə də kommunistlərə səs verirdi. Kompartiya çox zəif idi, amma yenə də kommunistlər əsgərlər arasında kifayət qədər səs aldılar. Cari ordunun döyüşçüləri həmişə səs verə bilmirdilər, hələ Yaponiya ilə müharibə davam edirdi. Əgər cəbhələrdə olan hər kəs səs versə idi, kommunistlər nüfuzlu partiya ola bilərdilər.

1945–ci il islahatı dövlət sektorunu bərqərar etdi, qarışıq iqtisadiyyat, resursların daha demokratik bölgüsü və və daha demokratik idarə edilməsi üçün zəmin yaratdı. Eyni zamanda təhsil və səhiyyə islahatları da həyata keçirilirdi. Sovet təcrübəsinin təsiri altında ictimai təhsil sistemi tətbiq edildi, səhiyyə xidməti yarandı ki, bu, faktiki olaraq bütün işçi ailələri üçün pulsuz səhiyyə xidməti üçün imkan yaratdı.

İslahatların nəticəsi işçi sinfindən çıxmış insanlar üçün açıq olan yeni universitetlərin yaranması oldu. Müharibə dövründən sonrakı illərin nailiyyətləri hər kəs tərəfindən tanındı, 1951–ci ildə leyboristlərin seçkilərdəki məğlubiyyətindən sonra onların təhsil sahəsindəki siyasətlərini mühafizəkarlar davam etdirdi. Ölkədə islahatları daimi edən yeni konsensus yarandı.

Bu siyasətin davamı “kərpic universitetlərin” tikilməsi idi. Bu təhsil qurumları, orta əsr kollecləri olan Oksford və Kembricdən kəskin fərqlənirdi. Bu qurumlar böyük tarixi ənənələri, güman ki, elit müəllimlər heyəti olmayan, amma işçi ailələrindən olan milyonlar üçün yaxşı ictimai ali təhsil verməyə qadir yeni universitetlər idi.

Bu, müəyyən mənada çevriliş idi. Hakimiyyət iyerarxiyası – həm də bilik iyerarxiyasıdır. Kütlələrin təhsildən məhrum olduğu cəmiyyətimiz olarsa, aşağılar bu cür effektiv şəkildə hakimiyyətə namizəd ola bilməzlər. İdarə etmə üçün müəyyən mənada məlumatlılıq olmalıdır. Yerdə eşələnən kəndliləri dərhal siyasətçilərə, diplomatlara, hərbçilərə çevirmək olmaz. Hakimiyyətə kadrları savadlı təbəqə, şəhər sakinləri verirlər. Hakimiyyətə namizədlik ola biləcək təhsilli təbəqənin olmadığı yerdə inqilab alınmır, ən yaxşı halda qiyam alınır (bizdə “anlamsız və amansız” sözlərini əlavə etmək qəbul olunub).

Köhnə sistem isə yenə də təkrar istehsal olunur, köhnə üsulla işləməyə başlayır.

Bunun elementləri həm də 1917–ci il Rusiyasında da var idi, halbuki kəndli ölkəsində inqilab işçi sinfinin ixtisaslı hissəsinin və radikal ziyalıların mövcudluğu sayəsində mümkün oldu.

Hakimiyyət, informasiya rabitəsizliyi ilə aşağılardan qorunduğu müddətdə sarsılmazdır. Buna görə də təhsilin kütləvi şəkildə yayılması həqiqi xalq hakimiyyətinin şərtlərindən biridir. Təhsil qeyri–stabilləşdirici amil ola bilər, bilik əldə edərək, istənilən insan başa düşməyə başlayır ki, bizi idarə edənlər, ən yaxşı halda bizdən ağıllı deyillər. Bəlkə də, daha axmaqdırlar.

Təbii ki, hakimiyyət yalnız zorakılıq və məcburetməyə əsaslanmır. Bir qrup insanların digər insanlar üzərində hökmranlığı biliklər iyerarxiyası ilə möhkəmləndirilib. Qədim zamanlardan hakim sinfin üstünlüyü təhsilə qeyri–bərabər çıxışla möhkəmləndirilirdi.

Kraliça Viktoriya dövrünün britaniyalı centlmeni uşaqlıqdan ölkəni idarə etməyə hazırlaşdırılırdı. Kütlələr isə yalnız tabe ola bilərdilər, belə ki, onların təhsili, zəruri bacarıq səviyyəsi yox idi. Hakimiyyət elitalara məxsus olmalı idi, hansılar ki, sadəcə cari ictimai əmək bölgüsü ilə yaranmamışdılar, həm də onun sarsılmazlığında maraqlı idilər. Buna görə də XIX əsrin sonu – XX əsrin əvvəli liberalizmi sırf elitar idi. Siyasi diskussiya biliksiz xalq kütlələrinin iştirakını nəzərdə tutmurdu.

Təəccüblü deyil ki, Qərbin bir çox ölkələrində hakimiyyətə gələn islahatçı sol İkinci dünya müharibəsi zamanı və ondan sonra kapitalizmə – istehsal münasibətləri sisteminə əsas zərbəni vurmayaraq, eyni zamanda biliklərin genişləndirilməsi və bölgüsü sistemini radikal şəkildə dəyişdirdi. Aşağıdan çıxanların çox hissəsi təhsil aldı. Yuxarılar və aşağılar arasında informasiya ayrımı kəskin şəkildə azaldı.

1945–ci ildə Britaniyada baş verən təhsil inqilabı bizə sadəcə olaraq, bütün Avropada və qismən Amerikada baş verənlərin parlaq misalını verirdi. 1960–cı illərin əvvəllərində səhnəyə artıq yeni – müharibədə olmamış, amma qələbənin meyvələrindən bəhrələnən nəsil ortaya çıxdı. 1945–ci ildə müharibədən qayıdanların uşaqları və kiçik qardaşları.

Təbii ki, məsələ sadəcə solların uğurlarında deyil. Qərb kapitalizminin modernizasiyası baş verirdi. Məhz modernizasiya tələbatı hakim sinifləri asanlıqla islahatçı işçi partiyaların tələblərinə güzəştə getməyə məcbur etdi.

Keynsçilik

C.M.Keynsin nəzəriyyələrinə müvafiq olaraq, dövlət öz üzərinə iqtisadi inkişafın sürətlənməsi və tənzimlənməsi qayğısını götürürdü. Kapitalizm genişlənmə fazasına qədəm qoyub. Uzunmüddətli genişlənmə bu mərhələdə texnoloji modernizasiya ilə birlikdə ixtisaslı kadrların sayının kəskin artmasını da tələb edirdi. Kadrları isə təlimləndirmək, hazırlamaq, yenidən yaratmaq lazımdır, onların mədəniyyətini dəstəkləmək, onlara müəyyən həyat tərzi təmin etmək lazımdır. Biz orta təbəqələrin kəskin artımını müşahidə edirik. Kütləvi təhsil tələbatı iqtisadi cəhətdən əsaslandırılmışdı. Başqa sözlərlə, burada sosial siyasətin, solların dəyər orientasiyasının və iqtisadiyyatın, bu halda isə kapitalist iqtisadiyyatının obyektiv tələbinin xoşbəxt birliyi mövcud idi.

Təhsil – ətalətli sistemdir. Qabaqcıl texnologiyalı yeni müəssisələri kadrlarla doldurmaq üçün tələbələrin sayını artırmaq, yeni kafedralar yaratmaq lazımdır. Amma heç kim dəqiq bilmir ki, on ildən sonra nə qədər mühəndis lazım olacaq. Nə qədər idarəçi lazım olacaq. Və universitet heyətinin sayını nə qədər artırmaq lazımdır ki, cəmiyyətin tələbatı təmin olunsun.

Son nəticədə biz, çox güman ki, həddən artıq mütəxəssis hazırlığı əldə edirik. Bu özlüyündə ciddi problem olmazdı, əgər digər ictimai ziddiyyətlər yaranmasaydı.

Gənc yaşda insanlara, bir qayda olaraq, yüksək özünü qiymətləndirmə xasdır. Bu normaldır. Bəs, biz, son nəticədə, necə başa düşə bilərik ki, özünü qiymətləndirmə yüksəkdir yoxsa yox? Yalnız yaşadıqca. Gənc insanın özünü həddən artıq yüksək qiymətləndirməsi – özlüyündə gələcək həyat üçün  ərizədir. Əsaslandırılmalı, sübut etməli olduğumuz ərizə.

1960–cı illərin əvvəllərində əmək bazarında gənc insanlar kütləsi yaranır, onlar təhsillidirlər, amma aşkar edirlər ki, əsas xüsusiyyətlərinə görə kapitalist cəmiyyəti dəyişməz qalıb. Öz mahiyyətinə görə ictimai təhsilin sosialist sistemi digər sahələrdə hakim olan kapitalist bazar normaları ilə ziddiyyət təşkil edir.

İnsanlar daha çox sistemin aşağı mərtəbələrini doldurmaq üçün lazımdırlar. Amma məhz burada onun bütün ziddiyyətləri və problemləri daha çox hiss olunur. Gənc “əsgərlər” isə artıq özlərini gələcək marşallar kimi görürlər.

1960–cı ilin ortalarında kapitalizm intellektualların həddən artıq istehsalı ilə qarşılaşdı. İntellektual özü isə elita nümayəndəsi olmaqdan çıxdı. Hər kəs təhsilli idi. İntellektuallar çoxdurlar, onların ictimai statusu isə aşağı düşür.

Müharibədən sonrakı illərin artımı 1960–cı illərdə yavaşlayır. Ətalətli təhsil sistemi yeni mütəxəssisləri əmək bazarına çıxarmağa davam edir, iqtisadiyyat isə bu qədərini həzm edə bilmir. Həmin zamanda köhnə elitalar və yeni universitet məzunları arasındakı fərq aşkar olunur. “Kərpic universitetlərdə” nə qədər qabaqcıl ideyalar yayılsa da, Oksfordda daha yaxşı təhsil verirlər. Centlmenlər centlmen olaraq qalırlar. Bazar böyüdükcə, intellektual kadrlara tələb artıqca, bunun əhəmiyyəti yox idi. Hər kəs iş əldə edirdi. Amma 1960–cı illərin əvvəllərində vəziyyət dəyişir.

Sollar bu zaman hakimiyyəti əldən buraxdılar. Onlar öz işlərini kapitalizmin demokratik modernizasiyası ilə – sürətlə və effektiv şəkildə etdilər. Məhz buna görə köhnə hakim siniflər tələsik onlardan qurtulmağa çalışırlar.

1950–ci illərin əvvəllərində solları İngiltərədə, İtaliyada və Fransada hakimiyyətdən uzaqlaşdırırlar. Almaniyada işğalçı hökumət səlahiyyətlərin yerli siyasətçilərə verilməsi zamanı əllərindən gələni etdilər ki, kommunistləri zəiflətsinlər və sosial–demokratlara hakim partiya olmaq imkanı verməsinlər. “Soyuq müharibə” başlayır.

Heç bir yerdə solların hakimiyyəti dövründə aparılmış islahatlar ləğv edilmir, amma sollar siyasi qüvvə kimi mövqelərini itirirlər.

ABŞ–da “makkartizm”, “əcinə ovu” başlanır. Onun məqsədi – Ruzvelt dövründə yerləşmiş solları hakimiyyət və idarəetmə strukturlarından sıxışdırıb çıxarmaq idi. Avropada solları seçki yolu ilə, Amerikada intriqa və repressiyalar yolu ilə müxalifətə keçirirlər. Ruzvelt zamanı yaranmış sol mərkəzin geniş və amorf koalisiyası keçmişdə qalır. Solları ideoloji aparatdan təmizləyirlər. Buna görə də senator Makkarti Hollivudla çox maraqlanır. “Xəyallar fabriki” – həm də güclü təbliğat sistemidir. Bu, həmin “həqiqət nazirliyi”dir. Buna görə də azca sədaqətsizlikdə şübhələndirilən insanlar da, heç vaxt qırmızı olmayan Çarli Çaplin kimi, qovulurlar. Çaplin ümumiyyətlə Amerikadan getməli olur.

Hakimiyyət artıq sosial transformasiyalar nazim çarxının fırladılmasında maraqlı deyil, onda maraqlıdır ki, dəyişiklikləri müəyyən nöqtədə dayandırsın. Məhz burada yeni narazıların ilk nəsli yaranır. Onları İngiltərədə “qəzəbli gənclər” adlandırırdılar. Onlar “kərpic universitetlərin” məzunları idilər.

Tərcümə: Ləman Orucova             (c) SOLFRONT.org


Борис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

ГРОЗА 1968 ГОДА

     Травма разделения между политической практикой и академической теорией преследовала «западный марксизм» с 1920-х годов. Академический марксизм жил в университетах, был достоянием интеллектуалов. А политические активисты и лидеры обходились простым набором общих, в значительной мере вульгаризованных, прикладных идеологем, которые были характерны для рабочих партий, прежде всего для социал-демократов и для коммунистов.

   Между тем после 1945 года в Западной Европе происходили очень существенные перемены, которые предопределили вообще трансформацию общественного сознания и достаточно резкие сдвиги массового поведения, начиная от политики и кончая бытом.

   1960-е годы остались в истории как времена студенческих выступлений, хиппи, рок-н-ролла, мини-юбок, сексуальной революции и т. д. Но происходившая тогда поведенческая революция была социально обусловлена не просто изменением структуры общества, но и тем, что изменились процессы формирования интеллектуальной элиты. Что же, собственно, произошло после 1945 года на Западе? В итоге Второй мировой войны был побежден фашизм. Однако победа над фашизмом в Западной Европе была одновременно первой, и в каком-то смысле единственной, фундаментальной политической победой реформистских левых. Практически всюду после, а иногда и в процессе войны начали происходить серьезные социальные реформы, которые в большой степени изменили характер западного капитализма.

   Другой вопрос, что эти изменения оказались обратимыми. Но тогда, в первые послевоенные годы, казалось, что пути взад нет.

         Послевоенные перемены

   В годы борьбы с фашизмом левые партии проявили себя как наиболее последовательные участники сопротивления, они мобилизовали массы рабочих на бой, набирали огромный политический вес. Их влияние ощущалось даже за пределами их привычной социальной базы. Они приобрели безусловный моральный авторитет для общества в целом. Это относится как к социал-демократам, так, в еще большей степени, к коммунистам. Не случайно после войны во Франции коммунистов называли «партией расстрелянных». Это партия, которая понесла самые большие потери в годы сопротивления. Но в итоге она выросла, окрепла. Принадлежать к левым стало престижно, романтично. Это значило приобщиться к подвигу.

   Во Франции и Италии коммунисты возглавили Сопротивление, лучшие кадры, боевые кадры пришли именно отсюда. В Англии коммунисты были слабы, но левые социалисты сыграли огромную роль в организации победы. Во время войны было сформировано коалиционное правительство, которое возглавлял консерватор Черчилль. Это было правительство очень специфическое. Программа социальной реформы, выдвинутая лейбористами, начала выполняться задолго до их официального прихода к власти в 1945 году. Уже с 1942 года коалиционное правительство фактически реализует лейбористскую программу. Консервативный премьер ничего не может сделать без поддержки рабочего класса, чтобы вести войну и победить, буржуазия нуждается в народной поддержке.

   Правительство пытается показать народу, что демократия способна обеспечить социальный прогресс. Именно поэтому войну против нацистской Германии начинают вести уже не только армия и правительство, а народ.

   Британия никогда не переживала настоящей республиканской революции. В XVII веке короткий период республики почти не оставил следов в политической культуре. До 1940-х годов британское общество оставалось иерархичным, сохраняло феодальные традиции, которые успешно перенимала и поддерживала победившая буржуазия. Правили джентльмены, которые выходили из закрытых школ Итона и Харроу, потом заканчивали Кембридж, Оксфорд. Они были с детства подготовлены к тому, чтобы управлять страной. А «неджентльмены» знали свое место. Они сознавали свои права, могли ими пользоваться, но не управлять страной. Наверху, безусловно, должны были оставаться джентльмены. Вне зависимости от того, кто к какой партии принадлежал, элита охраняла свои привилегии. По мере того как старая аристократия разбавлялась выходцами из буржуазных семей, складывалась своеобразная система подготовки кадров, которая призвана была из потомков «неджентльменов», имеющих деньги, сделать «настоящих джентльменов».

   Представители аристократии могли быть по своим взглядам довольно радикальны – как те представители «оксфордской четверки», которые в годы войны стали по идейным соображениям работать на Советский Союз: они пользовались своим влиянием и статусом, чтобы получить секретную информацию и передать в Москву. Джентльмены могли презирать капитализм. Но все равно сохранялась дистанция между традиционной элитой и всеми остальными.

   И именно против этого порядка были направлены реформы, начавшиеся в 1945 году. С одной стороны, началась радикальная экономическая реформа. Капиталистический порядок сохранился, но была проведена широкомасштабная национализация. Победив в 1945 году на выборах, лейбористы передали в государственную собственность угольную промышленность, оборонные предприятия, транспорт. Армия дружно голосовала за лейбористов, а зачастую и за коммунистов. Компартия была очень слаба, но все равно коммунисты получили изрядное количество голосов среди солдат. Бойцы действующей армии не всегда могли голосовать, еще продолжалась война с Японией. Если бы проголосовали все, кто находился на фронтах, коммунисты могли бы стать влиятельной партией.

   Реформа 1945 года создала государственный сектор, сформировала основу для смешанной экономики, для более демократического распределения и для более демократического управления ресурсами. Одновременно разворачивались реформы образования и здравоохранения. Под влиянием советского опыта была введена система общедоступного образования, возникла служба здравоохранения, которая обеспечила фактически для всех рабочих семей доступ к бесплатным медицинским услугам.

   Результатом реформ стало появление новых университетов, открытых для выходцев из рабочих семей. Достижения послевоенных лет были признаны всеми, после поражения лейбористов на выборах 1951 года их политику в области образования продолжили консерваторы. В стране сложился новый консенсус, сделавший реформы необратимыми.

   Продолжением этой политики была постройка «кирпичных университетов». Эти учебные заведения сильно отличались от Оксфорда и Кембриджа с их средневековыми колледжами. Это были новые университеты, не имеющие больших исторических традиций, возможно, не имеющие элитного состава преподавателей, но способные дать хорошее общедоступное высшее образование для миллионов выходцев из рабочих семей.

   Это был своего рода переворот. Иерархия власти – это еще и иерархия знания. Когда мы имеем общество, где массы лишены образования, то низы не могут эффективно претендовать на власть. Для управления нужен определенный уровень информированности. Крестьян, копающихся в земле, нельзя сразу превратить в политиков, дипломатов, военачальников. Кадры власти дает образованное сословие, городские жители. Там, где нет образованного слоя, способного претендовать на власть, не получается революции, в лучшем случае выходит бунт (как у нас принято добавлять, «бессмысленный и беспощадный»).

   А старая система все равно воспроизводится, начинает работать по-старому.

   Элементы этого были и в России 1917 года, хотя революция в крестьянской стране стала возможна благодаря существованию квалифицированной части рабочего класса и радикальной интеллигенции.

   Власть незыблема, пока она защищена от претензий низов информационным разрывом. Потому массовое распространение образования является одним из условий реального народовластия. Образование может стать дестабилизирующим фактором, ведь, получив знания, любой из нас начинает понимать, что те, кто нами правит, в лучшем случае не умнее нас. А может быть, и глупее.

   Разумеется, власть опирается не только на насилие и принуждение. Господство одних людей над другими закреплено в иерархии знаний. С древнейших времен преимущество господствующего класса закреплялось неравным доступом к образованию.

   Британский джентльмен времен королевы Виктории с детства готовился управлять страной. А массы могли только подчиняться, ибо не имели образования, необходимого уровня компетентности. Власть должна была принадлежать элитам, которые были не только порождены сложившимся общественным разделением труда, но и были заинтересованы в его незыблемости. Потому либерализм конца XIX – начала XX века был сугубо элитарен. Политическая дискуссия не предполагала участия некомпетентных народных масс.

   Неудивительно, что реформистская левая, пришедшая к власти в большинстве стран Запада в ходе и после Второй мировой войны, не решаясь нанести капитализму главный удар – по системе производственных отношений, одновременно радикально изменила систему распространения и распределения знаний. Огромное число выходцев из низов получили образование. Информационный разрыв между верхами и низами резко сократился.

   Образовательная революция, развернувшаяся в конце 1945 года в Британии, лишь дает нам более яркий пример того, что происходило по всей Западной Европе и отчасти в Америке. К началу 1960-х годов на сцену вышло уже новое поколение – невоевавшее, но пожинавшее плоды победы. Дети и младшие братья тех, кто вернулся с войны в 1945 году.

   Разумеется, дело не только в успехах левых. Происходила модернизация западного капитализма. Именно эта потребность в модернизации заставляла правящие классы с легкостью идти на уступки требованиям реформистских рабочих партий.

         Кейнсианство

   В соответствии с теориями Дж.М. Кейнса государство, брало на себя заботу об ускорении и стабилизации экономического развития. Капитализм вступил в фазу экспансии. Долгосрочная экспансия требовала на этом этапе в сочетании с технологической модернизацией и резкого увеличения численности квалифицированных кадров. А кадры надо обучать, готовить, надо их воспроизводить, надо поддерживать их культуру, обеспечивать им определенный образ жизни. Мы наблюдаем резкий рост средних слоев. Потребность в массовом образовании была экономически обоснованной. Иными словами, здесь было счастливое сочетание социальной политики, ценностных ориентации левых и объективного запроса экономики, в данном случае капиталистической.

   Образование – система инерционная. Чтобы пополнить кадрами новые предприятия с передовыми технологиями, нужно увеличивать число студентов, создавать новые кафедры. Но никто не знает точно, сколько инженеров понадобится через десять лет. Сколько потребуется управленцев. И насколько нужно увеличить численность университетского персонала, чтобы удовлетворить спрос общества.

   В конечном итоге мы, скорее всего, получаем перепроизводство специалистов. Что было бы не особенно серьезной проблемой само по себе, если бы не накладывалось на другие общественные противоречия.

   Людям в молодом возрасте свойственна, как правило, завышенная самооценка. Это нормально. Как, в конце концов, мы можем понять, завышена наша самооценка или нет?! Только по жизни. Завышенная самооценка молодого человека – это своего рода заявка на будущую жизнь. Заявка, которую предстоит обосновать, доказать.

   В середине 1960-х на рынке труда появляется целая масса молодых людей, которые получили образование, но обнаруживают, что в основных своих чертах капиталистическое общество осталось неизменным. Социалистическая по своей сути система общедоступного образования оказалась в противоречии с нормами капиталистического рынка, торжествовавшими в других сферах жизни.

   Больше всего людей нужно, чтобы пополнить нижние этажи системы. Но именно здесь все ее противоречия и проблемы ощущаются в наибольшей мере. А молодые «солдаты» уже видят себя будущими маршалами.

   К середине 1960-х годов капитализм столкнулся с перепроизводством интеллектуалов. А сам интеллектуал перестал быть представителем элиты. Образованными стали все. Интеллектуалов много, а их общественный статус снижается.

   Бурный рост послевоенных лет к 1960-м годам замедляется. А инерционная система образования продолжает выбрасывать все новых и новых специалистов на рынок труда, а экономика уже столько не может их переварить. Тем временем обнаруживается разница между старыми элитами и выпускниками новых университетов. Какие бы передовые идеи ни распространялись в «кирпичных университетах», все равно в Оксфорде учат лучше. Джентльмены остаются джентльменами. Пока рынок рос, пока был спрос на новые интеллектуальные кадры, это не имело значения. Все получали работу. Но к началу 1960-х годов ситуация меняется.

   Левые к тому времени власть утратили. Они сделали свою работу по демократической модернизации капитализма – быстро и эффективно. Но именно поэтому старые правящие классы поспешно стараются теперь от них избавиться.

   В начале 1950-х годов левых отстраняют от власти в Англии, Италии и Франции. В Германии оккупационные власти при передаче полномочий местным политикам сделали все, чтобы ослабить коммунистов и не дать социал-демократам шанса стать правящей партией. Начинается «холодная война».

   Нигде не демонтируются реформы, проведенные в годы правления левых, но сами левые как политическая сила теряют позиции.

   В США начинается «маккартизм», «охота за ведьмами». Его цель – вытеснить левых из структур власти и управления, где они обосновались во времена Рузвельта. В Европе левых отодвинули в оппозицию электоральным путем, в Америке путем интриг и репрессий. Широкая и аморфная коалиция левого центра, возникшая при Рузвельте, уходит в прошлое. Левых вычищают из идеологического аппарата. Потому сенатор Маккарти так интересуется Голливудом. «Фабрика грез» – это еще и мощнейшая пропагандистская система. Это то же «министерство правды». Поэтому люди, даже чуть-чуть заподозренные в нелояльности, типа Чарли Чаплина, который никогда не был красным, изгоняются. Чаплину приходится вообще уехать из Америки.

   Власть более не заинтересована в раскручивании маховика социальной трансформации, она заинтересована в том, чтобы остановить перемены на определенной точке. Вот тут-то и появляется первое поколение новых недовольных. Их называли в Англии «сердитые молодые люди». Это были выпускники «кирпичных университетов».


Oxşar yazılar:

Baxış sayı:10915