abunə ol: Yazılar | Şərhlər | Еmail

Kete Kolvits Кете Кольвиц

Şərh

Kete Kolvits sadə xalqdan ilham alırdı. Onun ofortlarının və litoqrafiyalarının mövzusu işçilərin əzabı və burjuaziya tərəfindən məruz qaldıqları haqsızlıq idi.

“Proletariat öz təzahürləri ilə mənə yaradıcı ilham verirdi…. Sonralar  işçilərlə yaxın təmasda olub onların yoxsulluqlarını və bədbəxtliklərini gördükdən sonra öz sənətimlə proletariata xidmət etməyi özümə borc bildim”.

“O –  qurban olmağa məhkum edilmiş insanların səssizliyinin səsidir”.

1867-ci ilin əvvəli Şmidt ailəsində beşinci uşaq dünyaya gəldi –qız, onun adını Kete qoydular. Ofortist Mauer onun birinci müəllimi oldu. Qızının qabiliyyətini görən atası onun gələcəkdə böyük rəssam olacağına inanırdı, buna görə on yeddi yaşlı Ketenin tələbə-həkim Karl Kolvitslə nişanlanması onu çox məyus etmişdi.

Kete qardaşının və adaxlısının sosializm tərəfdarı olan dostlarıyla çox ünsiyyətdə olurdu. Bu da azadlıqsevər və həssas qıza təsir göstərməyə bilməzdi.

"Ac Rusiyaya kömək edin", 1922-ci il

1885-ci ildə Kete Berlinə köçdü və burada onu Klinqerin qravyuraları ilə tanış edən Karl Şteuffer-Bernlə tanış oldu. Məhz Şteuffer-Bern gənc rəssamı qrafikayla məşğuliyyətə ruhlandırdı. Bir il sonra Kete evə qayıtdı və onu Kurbenin naturalizmi ilə tanış edən Emil Neydenin yanında dərs almağa başladı.

Bir müddətdən sonra Kolvits Münhenə gedərək, qadın incəsənət məktəbinə daxil oldu. Təhsilini bitirdikdən sonra yenidən doğma şəhərinə qayıtsa da, orada çox qalmadı.

1891-ci ildə Kolvits ailəsi Berlinə köçdü. Kete orada ərinin pasientləri – sadə işçilərlə çox ünsiyyətdə olurdu. Eyni zamanda o işləməyə də davam edirdi. Kete Kolvits –sağ ikən qravyuraları Drezden qalereyasının qravyura kabineti tərəfindən alınan nadir rəssamlardan biridir. O, Berlin qadın incəsənət məktəbində dərs deyirdi, bundan başqa, Kete – Berlin İncəsənət akademiyasının ilk qadın-professorudur.

Oğlu Piterin həyatını almış Birinci dünya müharibəsi Kolvitsin nisbətən sakit həyatını pozdu. Bundan sonra o yalnız bir şey istəyirdi – oğluna abidə tikmək. Amma zamanla o anladı ki, abidə yalnız Piterə həsr oluna bilməz, bu abidə amansız müharibənin qurbanı olmuş bütün insanların xatirəsinə ucaldılmalıdır.

“Ölü uşaqla qadın”, 1903-cü il

Kete və Karl Kolvits faşizmə qarşı mübarizə aparırdılar və Almaniyada nasistlər hakimiyyətə gəldikdən sonra onların həyatı kəskin dəyişdi. Ketenin əsərləri İncəsənət akademiyasının sərgisindən çıxarıldı, özü isə akademiyadan qovuldu. KİV onu və yaradıcılığını kəskin tənqid edirdi, Kolvitslərin evində daim axtarışlar olurdu, onlar gestaponun çoxsaylı dindirmələrinə və ələ salmalarına dözməli olurdular.Bundan başqa onları aclıq da təqib edirdi.

“Kete Kolvitsin yaradıcılığı – müasir Almaniyanın sadə insanların çətinliklərini və əzablarını əks etdirən ən böyük poemasıdır.O –  qurban olmağa məhkum edilmiş insanların səssizliyinin səsidir”.

 

“Müharibə məni sona kimi təqib edir…”

Kete Kolvits bütün yaradıcılığını sadə işçilərə, onların öz azadlığı və hüquq bərabərliyi uğrunda mübarizəsinə həsr etdi. Onun işləri üçün sadəlik və monumentallıq, sərtlik və aydınlıq xasdır; Kolvitsin yaratdığı obrazlar individuallığı və emosionallığı ilə seçilir. Onun ofortlarının daha bir mövzusu isə yoxsulluqdan və aclıqdan öz uşaqlarını xilas etməyə çalışan ana obrazıdır.

Kete üçün ekspressiv tərz səciyyəvidir, o işıq və kölgənin oyunundan, getdikcə daha da energetik cizgilərə keçən yumşaq cizgilərdən istifadə edir. Onun litoqrafiyaları geniş, sərbəst xətləri ilə digər işlərdən fərqlənir.

"Çörək!", "Aclıq" siklindən, 1924-cü il

Birinci dünya müharibəsi Kolvits yaradıcılığına bədbinlik və ekspressionizm əlavə etdi. O, ölüm və zorakılıq gətirən müharibəyə, zülmə etiraz edir və bütün işçiləri birləşməyə çağırır. Oğlunun ölümündən sonra rəssam ölmüş övladını qucağında saxlayan və ya onun həyatı üçün mübarizə aparan ananı daha tez-tez təsvir etməyə başlayır.

Böyük Oktyabr inqilabı Kolvits Kete yaradıcılığına yeni nəfəs verdi. Onun ilham mənbəyi bütün həyatı boyu onu əhatə etmiş sadə qadınlara bənzər işçi qadınlar olur.

” Onun əsərlərini seyr edərkən Kolvits ilk baxışdan sizin  ürəyinizin qəmlə dolmasına, gözyaşlarınıza hakim ola bilməməyinizə nail olmaq istəyir. O – böyük təşviqatçıdır”.

“Almaniya uşaqları aclıq çəkir”, 1924-cü il (plakat)

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Вдохновением Кете Кольвиц был простой народ. Темой ее офортов и литографий стали страдание рабочих и та несправедливость, которой они подвергались со стороны буржуазии.

«Пролетариат в типических его проявлениях творчески вдохновлял меня. …Позднее, когда при близком соприкосновении с рабочими я по настоящему узнала их нищету и беды, у меня возникло также чувство долга своим искусством служить пролетариату».

«Она – голос безмолвия обреченных на жертвы народов».

В начале лета 1867 года в семье Шмидт появился пятый ребенок – девочка, которую назвали Кете. Ее первым учителем стал офортист Мауэр. Отец, заметивший способности дочери, видел ее великой художницей, поэтому его сильно разочаровала помолвка семнадцатилетний Кете и студента-медика Карла Кольвица.

"Ölü uşaqla qadın", 1903-cü il

Кете много общалась с друзьями своего брата и жениха, которые были приверженцами социализма. Разумеется, это оказало определенное влияние на свободолюбивую и восприимчивую девушку.

В 1885 году Кете переехала в Берлин, где познакомилась с Карлом Штеуффер-Берном, открывшем ей гравюры Клингера. И именно Штеуффер-Берн подтолкнул молодую художницу к занятию графикой. Спустя год Кете вернулась домой. Она начала учиться у Эмиля Нейде, который познакомил ее с натурализмом Курбе.

Спустя некоторое время Кольвиц уехала в Мюнхен, где поступила в женскую художественную школу. После учебы она опять вернулась в родной город, но пробыла там недолго.

В 1891 году супруги Кольвиц перебрались в Берлин. Там Кете много общалась с простыми рабочими – пациентами мужа.  В тоже время она не переставала работать. Кете Кольвиц – одна из немногих художников, чьи гравюры были куплены гравюрным кабинетом Дрезденской галереи еще при жизни мастера. Она преподавала в берлинской женской художественной школе, кроме того, Кете – первая женщина-профессор берлинской Академии художеств.

"Хлеба!", из цикла "Голод", 1924 г.

Относительно спокойную жизнь Кольвиц нарушила Первая мировая война, унесшая жизнь ее сына Петера. После этого Кете хотела лишь одного – воздвигнуть памятник сыну. Но со временем она поняла, что он не может быть посвящен только Петеру, что этот памятник должен быть воздвигнут в честь всех тех, кто был принесен в жертву безжалостной войне.

Кете и Карл Кольвиц боролись против фашизма, а значит когда во главе Германии встали нацисты, жизнь супругов резко изменилась. Работы Кете были сняты с выставки в Академии художеств, а сама она была изгнана из нее. СМИ резко критиковали ее и ее творчество, в доме Кольвицей постоянно происходили обыски, им приходилось выносить многочисленные допросы и издевки гестапо, к тому же их преследовал голод.

«Творения Кете Кольвиц – величайшая поэма современной Германии, в которой отражаются тяготы и страдания простых людей. Она – голос безмолвия обреченных на жертвы народов».

“Война преследует меня до конца…”

"Дети Германии голодают", 1924 (плакат)

Все свое творчество Кете Кольвиц посвятила простым рабочим, их борьбе за свою свободу и равноправие. Ее работам свойственны простота и монументальность, суровость и ясность; создаваемыеКольвиц образы наделены индивидуальностью и эмоциональностью. Еще одной темой ее офортов стала мать, которая пытается спасти своих детей от нищеты и голода.

Кете свойственна экспрессивная манера, она использует игру света и тени, мягкие штрихи, которые резко переходят в более энергичные. Ее литографии отличаются от остальных работ широкой, свободной  линией на зернистом камне.

Первая мировая война привнесла в творчество Кольвиц мрачности и экспрессионизма. Она протестует против войны, несущей смерть и насилие, против угнетения и призывает всех трудящихся объединиться. После смерти сына художница все чаще и чаще изображает мать, держащую своего мертвого ребенка или борющуюся за его жизнь.

Великая Октябрьская революция вдохнула новые силы в Кете Кольвиц. Источником ее вдохновения становится работница, похожая на тех простых женщин, рядом с которыми проходила вся ее жизнь.

«Кольвиц хочет достигнуть того, чтобы при первом взгляде на ее картину тоска схватывала вас за сердце, слезы подступали к вашему горлу. Она – великий агитатор».

Оригинал статьи


Oxşar yazılar:

Baxış sayı:11074