abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: Sovet “altmışlıları”Борис Кагарлицкий – Марксизм: Советские «шестидесятники»

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

Sovet “altmışlıları”

Sovet İttifaqında Stalinin ölümü və ondan sonra başlamış dəyişikliklər ictimai fikrin inkişafına təsir göstərməyə bilməzdi. Xruşov və onun tərəfdaşları tərəfindən KPSS-ın (Sovet İttifaqı Kommunist Partiyası) XX qurultayında qəbul olunmuş destalinizasiya kampaniyası nəzəriyyə sferasına çox az toxundu – marksizm–leninizm üzrə rəsmi dərsliklərin bütün əsas xülasələri dəyişməz qaldı, onlardan sadəcə olaraq Stalin haqqında xatırlatmaları çıxardılar (eləcə də, əvvəl N.İ.Buxarinin müəlliflik izlərini, mümkün olduqca, çıxardıqları kimi).

Amma, əgər rəsmi şəkildə elan edilmiş ideoloji doktrina sanki monumental hərəkətsizlikdə donub qalmışdısa, akademik mühitdə kifayət qədər aktiv diskussiyalar gedirdi ki, bu tez-tez  kitab və jurnalların səhifələrinə də keçirdi. 1980–ci illərin əvvəllərində “Düşünən qamış” adlı samizdat kitabında mən bu müəllifləri “leqal marksistlər” (sadəcə olaraq, P.Struve, S.Bulqakov və 1900–cu illərin digər rus professorları ilə bənzərliklərə görə deyil, daha çox samizdatda “nəşr olunan” “qeyri–leqal” marksistlərə əks olaraq) adlandırdım. Amma onlar və digərləri arasında sərt ayrılma yox idi. Buna görə daha çox “tənqidi marksizmin” yerli variantından danışmağa dəyərdi.

Şəksizdir ki, şərqia vropa “təftişçiliyinin” sovet ictimai elmində, xüsusilə də 1960–cı illərin sonu – 1970–ci illərin əvvəllərində əks–sədalarını görmək olar.

Ümumiyyətlə, 60–ların sonu 70–lərin əvvəli sovet ictimai elmi üçün kifayət qədər məhsuldar dövr idi. İlk növbədə Evald İlyenkov yada düşür. Bu fiqur bir çox cəhətləri ilə Frankfurt məktəbinə yaxın idi. Biz onun işlərində də kollektiv şüur, kütlələr tərəfindən edilmiş, etik cəhətdən əsaslandırılmış və əsaslandırılmamış hərəkətlər haqqında mülahizələrə rast gəlirik. Erix Fromm kimi, o da marksizmin iqtisadi determinizmə əsaslandığı haqqında vulqar təsəvvürü inkar edir. Əksinə, tarixin marksist materialist dərk edilməsinin əsası şəxsi və ictimai olanın dialektikasıdır. Şəxsiyyət cəmiyyət tərəfindən formalaşır ki, cəmiyyət öz növbəsində, müəyyən istehsal üsuluna əsaslanır.

Eyni fikri Erix Fromm 1968–ci ildə özünün “Marksın insan konsepsiyası” əsərində inkişaf etdirir. Fromm vurğulayır ki, istehsal üsulu hakim ictimai sistemi, hakim mədəniyyəti, davranış normalarını formalaşdırır. Artıq bu hakim mədəniyyət üstünlük təşkil edən şəxsiyyət tipini formalaşdırır. Amma bu demək deyil ki, hər şəxsiyyət mexaniki olaraq iqtisadi şəraitdə müəyyən olunur. Eyni şəkildə elə alınmır ki, sanki bütün insanlar sistemə tabe olacaqlar. İlyenkov “İdollar və ideallar haqqında” kitabını yazanda, o, oxşar nəticələrə gəlir. Amma əgər Fromm Freyddən gələn şüursuzluq fikrinə əsaslanırsa, İlyenkov nəticələrini ənənəvi maarifçi rasionalist əsasda qurmağa çalışır. Yəni şüursuzluq anlayışından qaçaraq.

Sovet tənqidi marksizmi ilə əlaqədar ağla gələn digər ad – tarixçi Mixail Hefterdir. İnqilabın və işçi hərəkatının tarixini nəzərdən keçirərkən, Hefter, mahiyyətcə, İsaak Deyçerin qoyduğu sualları qoyur.

İnqilabın rəsmi traktovkası – qələbədən qələbəyə gedən yol, partiyanın mütləq zəfəri və heç vaxt səhv etməyən, heç vaxt tərəddüd etməyən Leninin qələbəsidir. Nəticə – sosializmin ayrıca götürülmüş Rusiyada tam və son qələbəsidir. XX qurultay ifşalarından sonra işləyən Hefter üçün tarixə bu cür münasibətin mənası yoxdur. O, inqilabı faciəvi proses kimi, antik faciə ruhunda – tale ilə mübarizə kimi nəzərdən keçirir. İnqilab qaçılmaz və zəruridir, amma eyni zamanda da məhkumdur. Məhz buna görə Hefteri, Leninin fiquru – şəraitlə daim mübarizə aparan, öz səhvlərindən dərs götürən siyasətçi maraqlandırır.

Rus kapitalizmi aşkar şəkildə sosializm üçün yetişməyib. Amma o, eyni zamanda aşkar şəkildə inqilab üçün yetişib. İnqilab isə, yüksələrək, qaçılmaz surətdə sosializmə doğru getməlidir. Bu faciəvi paradoksda XX əsrin birinci yarısının bütün dramlarının izahı var.

Hefter inanır ki, rus inqilabının inkişafı və onun faciəvi nəticəsi Rusiyada mövcud olmuş kapitalizmin xarakteri ilə sıx bağlıdır. Kapitalizmin necədirsə, inqilab da elə olacaq. O, 1917–ci il ərəfəsi rus kapitalizmini təhlil edir ki, bizdə nə üçün belə alındığını başa düşsün. Məsələ onda deyil ki, “zalım” Stalin Leninin vəsiyyətlərini qəbul etmədi. Həm də onda deyil ki, Lenin Kautskiyə qulaq asmadı. İnqilabi faciənin bütün iştirakçıları Rusiyada imperiya sisteminin dağılması nəticəsində yaranan şəraitin, mühitin əsasında fəaliyyət göstərməyə məhkum idilər.

Partiya tarixin yaradıcısı deyil, stalin əfsanəsindəki demiurq deyil. Həqiqəti yaratmayıblar, o, necəsə öz–özünə yaranıb. Həm partiya, həm də onun rəhbərləri xarici amillərlə, onun yarandığı tarixin əvvəli ilə və həmin tarixi–iqtisadi kontekstlə müəyyən edilmişlər. Buna görə də rus kapitalizminin tarixi postkapitalist sovet dövrünun başa düşülməsi üçün tamamilə zəruridir.

Tənqidi marksizmin digər görkəmli nümayəndəsi indi də yaşayan Q.Vodolazovdur. 1968-ci ildə onun “Çernışevskidən Plexanova”, sonra isə 1970–ci illərdə ikinci kitabı – “İnqilabın dialektikası” kitabı nəşr olunur. Hər iki əsər marksizmin siyasi nəzəriyyəsinin və lenin siyasi nəzəriyyəsinin yaranmasına və inkişafına həsr olunub, özü də onlar rəsmi ədəbiyyatda qəbul olunduğu kimi, ortodoksal tərzdə, rəhbərlərə mədhiyyə kimi yazılmayıb. Bunlar elə kitablardır ki, sonralar Sovet İttifaqında politologiyanın formalaşmasına təsir göstərmişlər.

Nəhayət, estetika sferasında Mixail Lifşits fəaliyyət göstərirdi ki, o, gənc nəslin bir çox nümayəndələrinə ortodoks və hətta konservator kimi görünürdü, axı o, realist incəsənətin prinsiplərini dəstəkləyirdi. Onilliklər keçdikdən sonra, biz aşkar edirik ki, Lifşits irsinə, əvvəlki kimi, ölümündən çox illər sonra ehtiyac duyulur (yalnız XXI əsrdə onun iki kitabı çıxıb), həm də onun estetik baxışları ciddi şəkildə özünü ənənəvi realizm məktəbinə aid etməyən rəssamlara təsir göstərmişdir.

1970–ci illərin ortalarında Sovet İttifaqında aşkar intellektual və mənəvi böhran müşahidə olunur ki, onun qurbanı ilk növbədə, tənqidi marksizm olur. Təbii ki, 1972–1974–cü illərdə senzuranın sərtləşdirilməsi də öz rolunu oynayır. Amma “leqal marksizm” böhranının əsas səbəbi bu deyildi. Onun ideyaları nəinki hakimiyyət tərəfindən tələb olunmadı, həm də daha çox qərb liberalizmi ya da pravoslav milliyətçilik, poçvenniçestvo (rus ictimai fikrində “qərbçiliyə” qarşı yönəlmiş istiqamətdir. Tərəfdarları milli və dini əsasda “ziyalı cəmiyyətin” xalqla yaxınlaşmasını təbliğ edirdilrə) istiqamətində təkamül edən ziyalılar tərəfindən də inkar edilməyə başlandı. Ziyalılarla baş verən bu cür dəyişiklik, özünü konstruktiv şəkildə islah edə bilməyən sistemin ümumi enişini əks etdirirdi. “Altmışlılar” nəslinin bir çox nümayəndələri vəfat etdilər, içkiyə qurşandılar, bəziləri isə sadəcə susdular. Çoxları sağa getdilər. Bəziləri, Hefter kimi, həyatlarının sonunda samizdatda nəşr olunurdular.

Amma sovet tənqidi marksizmi öz rolunu oynadı. 1980–ci illərin əvvəllərində yeni nəsil marksistlər yaranır ki, onlara Aleksandr Tarasov, Aleksandr Buzqalin, Andrey Kolqanov və təbii ki, bu sətirlərin müəllifi aiddirlər.

Tərcümə: Ləman Orucova                      (c) SOLFRONT.org


         Борис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

Советские «шестидесятники»

В Советском Союзе смерть Сталина и начавшиеся после нее перемены не могли не отразиться на развитии общественной мысли. Кампания по десталинизации, предпринятая Хрущевым и его соратниками после XX съезда КПСС, очень мало затронула сферу теории – все основные формулировки официальных учебников по марксизму-ленинизму остались неизменными, из них лишь вычистили упоминания о Сталине (так же, как раньше устранили, по возможности, следы авторства Н.И. Бухарина).

   Однако, если официально провозглашенная идеологическая доктрина как будто застыла в монументальной неподвижности, в академической среде происходили достаточно активные дискуссии, нередко выплескивавшиеся на страницы книг и журналов. В начале 1980-х годов в самиздатовской книге «Мыслящий тростник» я назвал этих авторов «легальными марксистами» (не столько по аналогии с П. Струве, С.Булгаковым и другими русскими профессорами 1900-х годов, сколько в противоположность «нелегальным» марксистам, «публиковавшимся» в самиздате). Однако жесткого разрыва между теми и другими не было. Потому скорее стоило бы говорить об отечественной версии «критического марксизма».

   Бесспорно, можно обнаружить отголоски восточноевропейского «ревизионизма» в советской общественной науке, особенно в конце 1960-х – начале 1970-х годов.

   Вообще, конец 60-х – начало 70-х было достаточно продуктивным временем для советской общественной науки. В первую очередь вспоминается философ Эвальд Ильенков. Эта фигура, во многом близкая к Франкфуртской школе. У него мы тоже найдем размышления о коллективном сознании, об этически обоснованных и необоснованных поступках, причем совершаемых массами людей. Точно так же, как и Эрих Фромм, он отвергает вульгарное представление о марксизме как о теории, которая основана на грубом экономическом детерминизме. Напротив, основой марксистского материалистического понимания истории является диалектика личного и общественного. Личность формируется обществом, которое, в свою очередь, основано на определенном способе производства.

   Точно ту же мысль развивает в 1968 году Эрих Фромм в своей книге «Марксово представление о человеке». Фромм подчеркивает, что способ производства формирует господствующую социальную систему, господствующую культуру, нормы поведения. А уже эта господствующая культура формирует преобладающий тип личности. Но это не значит, что каждая личность механически детерминирована экономическими обстоятельствами. Точно также отсюда не следует, будто все люди будут подчиняться системе. Когда Ильенков пишет книгу «Об идолах и идеалах», он приходит к очень похожим выводам. Но если Фромм опирается на восходящую к Фрейду концепцию бессознательного, то Ильенков пытается выводы обосновать на традиционной просветительской рационалистической основе. То есть избегая понятия бессознательного.

   Другое имя, которое приходит на ум в связи с советским критическим марксизмом, – историк Михаил Гефтер. Рассматривая историю революции и рабочего движения, Гефтер, по существу, ставил те же вопросы, что и Исаак Дейчер.

   Официальная трактовка революции – путь от победы к победе, сплошной триумф партии и никогда не ошибающегося, никогда не колеблющегося Ленина. Итог – полная и окончательная победа социализма в отдельно взятой России. Для Гефтера, работающего уже после разоблачений XX съезда, такое отношение к истории не имеет смысла. Он рассматривает революцию как трагический процесс, в духе античной трагедии – как борьбу с роком. Революция неизбежна и необходима, но в то же время обречена. Именно потому Гефтера так интересует фигура Ленина – политика, ведущего постоянную борьбу с обстоятельствами, учащегося на своих поражениях.

   Русский капитализм явно не созрел для социализма. Но он точно так же явно созрел для революции. А революция, набрав обороты, неизбежно должна стремиться к социализму. В этом трагическом парадоксе объяснение всех драм первой половины XX века.

   Гефтер убежден, что развитие русской революции и ее трагический исход тесно связаны с характером капитализма, который существовал в России. Какой был капитализм, такая получится и революция. Он анализирует русский капитализм накануне 1917 года, чтобы понять, почему у нас получилось то, что получилось. Дело не в том, что «злой» Сталин отверг заветы Ленина. И уж тем более не в том, что Ленин не послушался Каутского. Все участники революционной трагедии обречены действовать на основе тех обстоятельств, в тех условиях, которые создались в результате распада имперской системы в России.

   Партия не творец истории, не демиург из сталинского мифа. Действительность не творили, она как-то сама творилась. И партия, и ее вожди детерминированы внешними факторами, той предысторией, в которой она сложилась, и тем историко-экономическим контекстом. Потому история русского капитализма абсолютно необходима для понимания вот этого всего посткапиталистического советского периода.

   Другим выдающимся представителем критического марксизма был ныне здравствующий Г. Г. Водолазов. В 1968 году вышла его книга «От Чернышевского к Плеханову», затем, в начале 1970-х, вторая книга – «Диалектика революции». Обе работы посвящены становлению и развитию политической теории марксизма и ленинской политической теории, причем написаны они не в ортодоксальном ключе, не в виде панегирика вождям, как было принято в официальной литературе. Это книги, которые повлияли на дальнейшее формирование политологии в Советском Союзе.

   Наконец, в сфере эстетики работал Михаил Лифшиц, который многим представителям молодого поколения казался ортодоксом и даже консерватором, ведь он отстаивал принципы реалистического искусства. Спустя десятилетия мы обнаруживаем, что наследие Лифшица по-прежнему, через много лет после его смерти, остается востребовано (только в начале XXI века вышло две его книги), причем его эстетические взгляды серьезно повлияли на художников, отнюдь не причисляющих себя к школе традиционного реализма.

   К середине 1970-х годов в Советском Союзе наблюдается явный интеллектуальный и духовный кризис, жертвой которого в первую очередь оказывается критический марксизм. Разумеется, сыграло свою роль ужесточение цензуры и 1972-1974 годах. Но главная причина кризиса «легального марксизма» была не в этом. Его идеи не только оказались не востребованными властью, но и начали отвергаться самой интеллигенцией, все более эволюционировавшей в сторону западнического либерализма или православного национализма, почвенничества. Подобная перемена, происходившая с интеллигенцией, отражала общий упадок системы, оказавшейся неспособной конструктивно реформировать себя. Многие представители поколения «шестидесятников» умерли, спились, некоторые просто замолчали. Многие ушли вправо. Некоторые, подобно Гефтеру, под конец жизни публиковались в самиздате.

   Однако свою роль советский критический марксизм все же сыграл. К началу 1980-х появляется новое поколение марксистов, к которому принадлежат Александр Тарасов, Александр Бузгалин, Андрей Колганов и, разумеется, автор этих строк.


Oxşar yazılar:

Baxış sayı:10030