abunə ol: Yazılar | Şərhlər | Еmail

Banqladeşdə tekstil işçiləri etiraz edir

Şərh

  Banqladeşdə 16 iyun tarixində 300 tikiş fabriki əmək haqqının artırılması tələbi ilə işçilərin etirazı səbəbindən işini dayandırmalı oldu.

 

 İğtişaş və işçilərin polislərlə çaxnaşması ilə müşayiət olunan etiraz aksiyası artıq ölkədə son bir neçə gün idi ki davam edirdi. Fabrik sahibləri və işçilər arasındakı danışıqlar çıxılmaz vəziyyətə düşdükdən sonra müəssisənin bağlanması qərarı alınmışdı.

  “Biz çalışırdıq ki, məsələni sülhlə, diskussiya yolu ilə həll edək, ancaq bizim səylərimiz bir nəticə vermədi” – deyə toxuculuq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının prezidenti Mohammad Şafil İslam bəyan etdi.

  Tekstil ixracatının dövlət büdcəsinin əsas maddəsini təşkil etdiyi ölkənin hökuməti iğtişaş iştirakçılarına daha ağır cəza tədbirlərinin tətbiq edilməsini istisna etmədi.

  İşçilərin isə əsas tələbi ölkədə ərzaq məhsullarının və xidmətlərin qiymətinin artımı fonunda əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasıdır. 2010-cu ildə onlar maaşların iki dəfə-37 dollara kimi artırılmasına artıq nail olmuşdular, o zaman da bu kütləvi iğtişaşlarla müşahidə olunmuşdu.

***

 Banqladeş dünyada cinslərin qumpüskürən emalı üsulunun istifadə edildiyi son ölkələrdəndir.

Artıq bir il sonra bu istehsalda 30-40% işçi silikoz xəstəliyinə tutulur, 3 il sonra onların 5%-i bu xəstəlikdən vəfat edir.

   Qərbin çiçəklənməsi indiyədək dünyanın geridə qalmış ucqar məkanlarının müstəmləkəçi istismarı üzərində durur. Məsələn, tekstilin 85%-i İkinci və Üçüncü dünya ölkələrində istehsal olunur. Ancaq artıq İkinci dünya ölkələrinin (Türkiyə və Çin kimi) xərcləri də Qərbə sərf etmir və o öz fabriklərini Banqladeşə, Kambocaya,  Vyetnama, İndoneziyaya köçürür.

 

  

Beləliklə, tikiş fabrikində orta aylıq əmək haqqı 64 dollardır – bu həftədə 50 saatlıq iş həftəsini  (düzdür burada uşaqlar “sadəcə” həftədə 40 saat işləyirlər), sosial öhdəlik, həmkarlar ittifaqı və texniki təhlükəsizliyin yoxluğu ilə birlikdə, ildə 3-5 günlük məzuniyyətı də ehtiva edir. Hər il Banlqadeşdən 3 milyard dollarlıq tekstil ixrac olunur, ölkəyə isə vergi şəklində cəmi 100 milyon dollar qalır.

  Dəhşətli yoxsulluq və əhali artıqlığı banqladeşliləri qəpik-quruşa görə gecə-gündüz işləməyə vadar edir. Əgər orta statistik 64 dollardan daha çox qazanmaq istəyirsənsə, onda yeganə yol ancaq son dərəcə təhlükəli istehsalatda işləməkdir. Misal olaraq, cinslərin, onlara sürtülmüş və işlənmiş görünüş verən qumpüskürən metodla emalı işinin əvəzi yerli hesablamalar görə çox yaxşı ödənilir –  ayda 100 dollar (məhsuldarlıq norması – bir iş günü ərzində 250 cüt).

 Müxtəlif ölkələrdə bu texnologiya hələ 1966-ci ildə qadağan edilmişdi, son illərdə İkinci dünya ölkələrində də bundan imtina edilməyə başlanılıb – məsələn, Türkiyədə bu üsul 2009-cu ildə qadağan edilib. Türkiyə statistikası, yeri gəlmişkən, bu istehsalın necə təhlükəli olduğunu göstərdi. İl ərzində  işçilərin 35-40%-i silikoza tutulur, 3 il sonra onların 5%-i vəfat edirdi. Bununla belə, Türkiyədə Banqladeş və Kamboca ilə müqayisədə yerli kapital qismən elementar təhlükəsizlik qaydalarına riayət edirdi – məkanlarda nəhəng sorucular və respiratorlar və s. qoyulurdu. Üçüncü dünya ölkələrində bu xərcləri etməyin heç bir mənası yoxdur – yerli hakimiyyət çirkli texnologiyalara göz yumur, fabrik qapıları arxasında isə minlərlə hər hansı bir iş yerinə girmək istəyənlər var.

   Son illərdə isə Qərb ictimaiyyəti riyakarcasına kampaniyaya başlamışdılar – “Təmiz geyim naminə”. Əsasən, “Versace”, “Benetton”, “Burberry”, “Carrera Jeans”, “Karen Millen” və s. cins istehsalında qumpüskürən texnologiyanın istifadə olunmasından imtina etmişdilər. Ancaq brend geyimlər orta statistik Qərb nümayəndəsinin qarderobunun sadəcə 2-3%-ni təşkil edir, qalan 97-98%-i yenə də Üçüncü dünya ölkələri Cəhənnəmində istehsal olunur.

  Banqladeş cins fabriklərində qumpüskürən metodla istehsalı, əsasən, aşağıdakı fotolarda görmək olar:

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:8284