abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Budapeşt məktəbi.”Praksis” qrupu”Борис Кагарлицкий – Марксизм: “Будапештская школа. Группа «Праксис»”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

Budapeşt məktəbi

1968–ci ildə başlamış iqtisadi reformlar sayəsində Macarıstan kommunist düşərgədə ən şən barak ləqəbini aldı.

Macarıstanda bazar sosializmi haqqında diskussiyaların yan məhsulu Budapeşt məktəbinin yaranması idi. Bu ad altında Lukaçın tələbələri tanındılar. Doğrudur, onlar Lukaçdan uzaq olan problematika üzərində cəmlənmişdilər. Ən azından – sinfi şüurun dialektikası haqqında işləri ilə tanınmış erkən Lukaçdan uzaq olan məsələlər üzərində. Gənc budapeştli intellektuallar ondan əhəmiyyətli dərəcədə marksist təlimi, müəyyən nəzəri mədəniyyət götürdülər, amma bu mövzudan kənar fikirlərini digər problemlərə yönəltdilər. Onları Şərqi Avropa ölkələrində kommunist quruluşun tənqidi, xüsusilə də şəxsiyyət və sistemin qarşılıqlı əlaqələri maraqlandırırdı. Budapeşt məktəbinin əsas ideyalarından biri – qəbul etdirilmiş tələbatlar ideyasıdır. Bu nöqteyi – nəzərdən, 1945–ci ildə Şərqi Avropada formalaşmış cəmiyyət (SSRİ – də isə 1932–ci ildən sonra) sadəcə olaraq siyasi və ya iqtisadi institutların baxış nöqtəsindən nəzərdən keçirilmir.

Budapeşt məktəbi müəllifləri sübut edirlər ki, nəzarətin əsas növü gizli polis tərəfindən izlənilmə və ya partiya təbliğatı deyil, tələbatlar üzərində diktaturadır. Qəbul etdirilmiş tələbatlar sistemi yaranır. Bu mövzunu Aqneş Xeller, Ferents Fexerin işlərində tapmaq olar. Aydındır ki, bu cür fikirlər məhz nisbətən yumşaq siyasi rejimin olduğu Macarıstanda işləmiş müəlliflərdə yaranır. Axı, əgər repressiyaların olmamasına baxmayaraq nəzarət qorunub saxlanırsa,  deməli, fəaliyyət göstərən daha dərin mexanizmlər var.

Doğrundan da, sual yaranır: bu halda sovet tipli sistem kapitalizmdən nə ilə fərqlənir? Axı orada da tələbatların formalaşmasının və onlara nəzarətin – reklam, televiziya, seriallar və s. güclü mexanizmi yaranıb ki, korporativ sistemlər tərəfindən uğur və “uğurlu insan” təsəvvürləri yeridilir.

Budapeşt məktəbinin digər maraqlı personajı M.Rakovskidir. Bu təxəllüs altında iki insan gizlənir: Yanoş Kiş və Dyerd Bentse. Sonralar onların yolları ayrıldı, baxışları ilə əhəmiyyətli dərəcədə dəyişdi. Beləliklə, mövcud olmayan Mark Rakovski, görünür ki, marksist fikir tarixində öz yaradıcılarından tamamilə ayrılmış müstəqil personaj kimi qaldı. Bu arada məhz Rakovski Budapeşt məktəbinin ən parlaq nümayəndəsidir.

1979–cu ildə Londonda Mark Rakovski təxəllüsü altında çıxmış “Şərqi avropa marksizminə dair” kitabı Budapeşt məktəbinin nəşrləri cərgəsində sonuncu oldu. Müəlliflər “şərqi avropa marksizmini” “qərb marksizminə” alternativ kimi təklif edirdilər. Demək lazımdır ki, müəlliflər bu işi dərc etdikləri anda, özləri marksist olmaqdan çıxdılar. Amma paradoksal şəkildə Bentse və Kiş öz çevrilmələri ilə Mark Rakovskinin etdiyi proqnozu sadəcə olaraq təsdiqlədilər: müxalif ziyalılar kommunist ölkələrində sürətlə deqradasiya uğrayıblar.

Mark Rakovskinin kitabının ən maraqlı aspektlərindən biri məhz bu deqradasiyanın nəzəri təhlilidir. Rəsmi ideologiyanın alternativi axtarışında, kitab müəllifləri mülahizə yürüdürlər, şərqiavropa müxalifləri həmin hakim ideologiyanın materiallarından istifadə etməyə başlayırlar. Digər informasiya mənbələrinin faktiki olaraq olmadığı, rəsmi ideologiyanın isə diskreditasiya olunduğu şəraitdə, insanlar ona müraciət edirlər ki, ideologiyada ona qarşı dayaq nöqtəsi tapsınlar. Başqa sözlərlə, əgər insan, məsələn, kommunistləri sevmirsə, o başa düşür ki, antikommunist olmalıdır. Amma bəs kommunistlər kimlərdir? Onlar müsbət proqramı necədir? Bu barədə məlumatı yalnız stalinist dərsliklərindən almaq olar.

Vladimir Vısotskinin “Antisemit” mahnısındakı kimi:

Budur, mən qərar verdim

Ki, kim döyülsün

Amma öyrənmək lazımdır ki,

Semitlər kimlərdir?

Məsələn, liberal olmaq olar. Rəsmi kitablarda liberalizm haqqında çox yazılıb. Stalinin “Partiya tarixinin qısa kursuna dair” kitabında zəruri məlumatları axtarıb tapmaq olar. Və insanlar həmin “Qısa kurs”u öyrənməyə başlayırlar, amma bu dəfə özlərini bolşeviklərlə deyil, bu dərsliyin mənfi personajlarından biri ilə eyniləşdirirlər. Mənfi personajlar mənim üçün müsbət olurlar. Amma məsələ ondadır ki, bütün bu personajlar karikatura kimi təsvir olunublar, real tarixi şəxsiyyətlərə adekvat deyillər. Bu, müəyyən ideologiya konstruktor, fantomdur ki, təbliğat məqsədləri ilə məhz rəsmi ideologiyanın əsaslandırılması üçün yaradılmışdır və yalnız onun çərçivəsində uğurla fəaliyyət göstərə bilər. Bu fantomun real fiqurlarla ümumi cəhətləri var, amma bu ümumilik nisbidir. Çünki fantom elə qurulub ki, bu və ya digər “düşmən” ideologiyanın intellektual planda ən mənfur, mürtəce, mənfi cəhətləri şişirdilmişdir.

Müvafiq olaraq, məhz belə davranış modelləri müxaliflər tərəfindən mənimsənilir. Karikatura olan şey obraza çevrilir. Artıq bu, real davranış modelidir ki, sistemə meydan oxumaq üçün ona riayət etmək lazımdır. Beləliklə, stalin təbliğatı ilə yaradılmış fantomlar maddiləşməyə, dirilməyə başlayırlar. Şərqi Avropada siyasi həyat, Mark Rakovskinin qabaqcadan xəbər verdiyinə əsasən, maddiləşmiş fantomların zəfərinə gətirilir. Sonralar, 1990–cı illərdə Rusiyada və Şərqi Avropada tez–tez şikayətlənirdilər ki, liberallar bizdə düzgün deyillər, sosial–demokratlar da qəribədirlər. Amma bu qəribəliklər qanunauyğun idilər.

Siyasi təbliğatçıların xəstə təfəkkürü ilə yaradılmış bütün mümkün cinlər, əjdahalar real həyat qazandılar, küçəyə çıxdılar və indiyə qədər ətrafımızda gəzirlər.

         “Praksis” qrupu

  Əgər Macarıstan sovet bloku daxilində məlum liberalizmlə fərqlənirdisə, bu, daha çox  qoşulmama siyasətini aparan Yuqoslaviyaya aid edilirdi. İlkin vaxtlarda yuqoslav kommunist lideri İosip Tito Broz ilə Moskva arasındakı fikir ayrılıqları sırf siyasi idi, amma asanlıqla başa düşmək olar ki, Stalinlə siyasi ayrılma Titonu ideoloji fərqləri tətbiq etməyə məcbur etdi.

Nəticədə “yuqoslav modeli” həm öz nəzəriyyəçilərini, həm də öz dissidentlərini qazandı. Rəsmi özünüidarə konsepsiyasının ideoloqu Edvard Kardel (1910 – 1979) idi. Digər tərəfdən, Xorvatiya paytaxtı Zaqrebdə “Praksis” (Praxis) jurnalı ətrafında müxalif marksist qrup yarandı. 1968 – 1969–cu illərdə bu jurnalın materialları yalnız Yuqoslaviyada deyil, həm də ondan kənarda tanınırdı. Populyarlığı onlara həm də sovet rəsmi ideoloqları qazandırdılar ki, hər vəziyyətdə “praksistləri” xoş olmayan sözlərlə yada salırdılar.

“Praksis” qrupu qərb marksizminə yaxın idi və şərqi avropa diskussiyalarına kifayət qədər az təsir göstərmişdi. O, daha çox avropa və amerikan universitetlərində dəbə düşmüş akademik marksizmin bir hissəsi idi. Təbii ki, bütün şərqi avropa “təftişçiləri” kimi, “Praksis” qrupunun üzvləri də demokratiyanın əhəmiyyətini vurğulayırdılar və sübut edirdilər ki, yuqoslav işçi özünüidarəsi qüsursuz deyil, çünki ölkədə siyasi plüralizm, çoxpartiyalı sistem və tam mətbuat azadlığı yoxdur (başqa məsələdir ki, sovet bloku fonunda yuqoslav mətbuatı həddən artıq müstəqil görünürdü).

Lakin “Praksis”in əsas nəzəri xüsusiyyəti başqa müstəvidə idi. Jurnalın müəllifləri Fridrix Engelsin fikirlərini və xüsusilə də onun “Təbiətin dialektikası” əsərini sistemli şəkildə tənqidə məruz qoydular.

Marks və Engelsi bir–biri ilə qarşılaşdıraraq, zaqrebli filosoflar bu yolla marksizmi hegel mirasından təmizləməyə çalışırdılar. Onlar sübut edirdilər ki, dialektika sadəcə olaraq təfəkkür metodudur, yəni, o – subyektivdir. Təbiət isə – obyektivdir və, nəticə etibarilə, orada hər hansı xüsusi dialektikanın olmasından danışmaq olmaz.

Amma burada “Praksisin” baxışları yalnız ortodoks – stalinistlər tərəfindən deyil, həm də bir çox antistalinist marksistlər tərəfindən ciddi etirazlara məruz qalırdı. Qeyd etmək lazımdır ki, dialektika sahəsindəki tədqiqatlar (o cümlədən təbiətin dialektikası) Sovet İttifaqında azad düşüncəli filosoflar üçün özünəməxsus sığınacaq yeri idi. Axı təbiət partiya və hakimiyyətin göstərişlərinə ehtiyac duymur.

Demək lazımdır ki, stalinizmə qarşı tənqidi əhval – ruhiyyədə olan sovet filosoflarının əsas iddiası məhz dialektikanın olmaması idi, onda idi ki, rəsmi olaraq dialektik prinsiplərə sadiqliyi elan edərək, rəsmi sovet mütəfəkkirləri tamamilə mexaniki düşünürdülər, onlar daha çox öz mətnlərini Marks və Lenindən sitatlarla bəzəyən pozitivistlər idilər. Evald İlyenkovun əsas işi “Dialektik məntiq” adlanırdı.

Demək lazımdır  ki, qərb elmi nəzəriyyəçiləri hətta rus filosoflarının işlərini yüksək qiymətləndirirdilər: təbiətin dialektikasını görmək bacarığı elm adamlarının təfəkkürünü genişləndirirdi və onlara, elmi irəliyə aparan, daha bayağı olmayan paradoksal nəticələr çıxarmaq imkanı verirdi.

Paradoksal şəkildə Marks və Engels arasında həqiqi fərq məhz onda idi ki, sonuncu daha çox pozitivizm, daha az dərəcədə isə – Hegelin təsiri altındadır. XIX əsrdə hakim olan Kainatın quruluşu haqqındakı təsəvvürlər məhz mexanika üzərində qurulmuşdu və dünyaya pozitivist baxışlara uyğun idilər. Və əksinə, XX əsr fizikası Eynşteynin nisbilik nəzəriyyəsi və digər paradoksal kəşflərlə birlikdə, dialektika əsasında öz nailiyyətlərinə fəlsəfi məna verilməsinə kəskin tələbat yaratdı. Bu planda Engels öz dialektikaya dair kitabında həm özünü, həm də öz zəmanəsini müəyyən etmişdir.

“Praksisin” metodoloji arqumentasiyası da həddən artıq zəif idi. O, Marks və Engels mətnlərinin sırf ehkamçı müqayisəsi üzərində qurulmuşdu. Bu arada tənqidi düşünən oxucu Marksın, Engelsin əlyazmalarını nəşrdən əvvəl nəzərdən keçirməməsinə istinaddan daha əsaslı arqumentlərə ehtiyac duyur. Son nəticədə, təfəkkür məhz ona görə effektivdir ki, o, öz predmetinə – bu halda təbiətə adekvatdır. Əgər təbiətdə dialektik ziddiyyətlər, kəmiyyətin keyfiyyətə keçməsi, inkarın inkarı yoxdursa, nə üçün insanlar təbiət hadisələrini müşahidə edərkən, qədim zamanlarda bu şeylər haqqında düşünürdülər?

Əgər bizim təfəkkür metodumuz obyektə adekvat deyilsə, nəticələr də buna müvafiq olacaq. Bunu Dekartın tələbələri artıq XVII əsrdə başa düşürdülər. Nikola Malbranş yazırdı: “Vyananın müdafiəçiləri öz təfəkkürlərində gördükləri türklərə atəş açırlar. Amma nə üçünsə real türkləri vururlar. Əgər onların hiss orqanları, məsələn, onlara düzgün olmayan informasiya versəydi, onların atəşləri kənardan keçərdi. Bəlkə də, türklər yox idilər?”

Eyni şey nəzəriyyədə olur. Əgər dialektik məntiq doğrudursa, o, yalnız fikir inkişafını əks etdirirsə, bu fikir nə üçün məhsuldardır?

Demək olar ki, “praksistlərin” intellektual cəhətdən doğru olduqları şeylərdə onlar çox qeyri–orijinal idilər. Onların orijinal olduğu məqamlarda isə, intellektual cəhətdən əsaslı deyildilər. Buna görə də “Praksis”dən, jurnal adından başqa, çox az şey qaldı.

1970–ci illərin ortalarında biz Şərqi Avropada “təftişçi” hərəkatın tam geriləməsini görürük. Bu hərəkat siyasi cəhətdən tələb olunmadı. Təftişçi yanaşmanın əsasında elə bir təsəvvür yatırdı ki, cəmiyyətin qarşısında ictimai–siyasi və ya heç olmasa iqtisadi reform durur. İqtisadi reform baş verdi, amma öz fəsadlarına görə həddən artıq məhdud idi.

“Təftişçilər” kommunist rejimləri ilə münaqişədə olmaq istəmirdilər, onlar həmin rejimlərdə reform etmək istəyirdilər. Hakimiyyət tərəfindən tələb olunmayaraq, onlar daha təhlükəli kimi nəzərdən keçirilməyə başladılar. Yol verilən diskussiya sferasından bir çox ideyalar leqal, icazə verilmiş müzakirələrdən dissidentlik sferasına sıxışdırıldı. Özü də dissidentlik sferasında intellektual cəhətdən digər konsepsiyalar yüksəlirdi, burada liberal ideyalar hakim idilər. Aydındır ki, rəsmi “sovet marksizmi” ilə cəbhələşmə nə qədər çox idisə, o daha sərtləşdikcə, antimarksist konsepsiyalar daha cəlbedici olurdular. Bu cür psixoloji ətalət kifayət qədər izah ediləndir. Yenə də Şərqi Avropadakı marksist müxalifət 1989–1991–ci illərə qədər heç vaxt yoxa çıxmadı.

Tərcümə: Ləman Orucova              (c) SOLFRONT.org


Борис Юльевич Кагарлицкий

Марксизм: не рекомендовано для обучения

Будапештская школа

     Благодаря экономическим реформам, начавшимся после 1968 года, Венгрия получила прозвище самого веселого барака в коммунистическом лагере.

   Побочным эффектом дискуссии о рыночном социализме в Венгрии было появление Будапештской школы. Под этим именем стали известны ученики Лукача. Правда, концентрировались они на проблематике, весьма далекой от Лукача. По крайней мере – от раннего Лукача, прославившегося работами о диалектике классового сознания. Молодые будапештские интеллектуалы получили от него изрядную дозу марксистской выучки, определенную теоретическую культуру, но сосредоточились на других проблемах. Их интересовала критика коммунистического порядка в странах Восточной Европы, особенно же вопросы о взаимоотношениях личности и системы. Одна из ключевых идей Будапештской школы – идея навязанных потребностей. С этой точки зрения общество, сформировавшееся в Восточной Европе после 1945 года (а в СССР после 1932 года), рассматривается не просто с точки зрения политических или экономических институтов.

   Авторы Будапештской школы доказывают, что ключевым видом контроля является не слежка за людьми со стороны тайной полиции или партийная пропаганда, а диктатура над потребностями. Создается система навязанных потребностей. Эту тему можно найти в работах Агнеша Хеллера, Ференца Фехера. Понятно, что такие мысли возникали у авторов, работавших именно в Венгрии с ее относительно мягким политическим режимом. Ведь, если контроль сохраняется, несмотря на отсутствие репрессий, значит, есть какие-то более глубинные механизмы, которые работают.

   Правда, возникает вопрос: чем в таком случае система советского типа отличается от капитализма? Ведь там тоже создан мощный механизм формирования потребностей и контроля над ними – реклама, телевидение с мыльными операми и т.д., навязываемые корпоративными системами представления об успехе и «успешном человеке».

   Другим интересным персонажем Будапештской школы является М. Раковский. Под этим псевдонимом скрываются два человека: Янош Киш и Дьердь Бенце. Позднее они разошлись, а их взгляды существенно изменились. Таким образом, несуществующий человек Марк Раковский, похоже, остался в истории марксистской мысли самостоятельным персонажем, совершенно отделившимся от своих создателей. Между тем именно Раковский является наиболее ярким представителем Будапештской школы.

   Вышедшая в 1979 году в Лондоне под псевдонимом Марк Раковский книга «К восточноевропейскому марксизму» оказалась последней в череде публикаций Будапештской школы. Авторы предлагали «восточноевропейский марксизм» как некую альтернативу «западному марксизму». Надо сказать, что, как только авторы опубликовали эту работу, они сами перестали быть марксистами. Но парадоксальным образом собственными превращениями Бенце и Киш лишь подтвердили прогноз, сделанный Марком Раковским: оппозиционная интеллигенция в коммунистических странах стремительно деградировала.

   Одним из наиболее интересных аспектов книги Марка Раковского является как раз теоретический анализ этой деградации. В поисках альтернатив официальной идеологии, рассуждают авторы книги, восточноевропейские оппозиционеры начинают пользоваться материалом все той же господствующей идеологии. В условиях, когда другие информационные источники фактически отсутствуют, а официальная идеология дискредитирована, люди начинают обращаться к ней уже затем, чтобы найти в ней самой опору против нее же. Иными словами, если человек, например, не любит коммунистов, он понимает, что я должен стать антикоммунистом. Но кто такие антикоммунисты? Какова их позитивная программа? Информацию об этом можно почерпнуть лишь в тех же сталинистских учебниках.

   Как в песне Владимира Высоцкого «Антисемит»:

   И вот я решил,

   И кому-то быть битым.

   Но надо ж узнать,

   Кто такие семиты?

   Можно, допустим, стать либералом. В официальных книгах много написано про либерализм. В том же сталинском «Кратком курсе истории партии» можно отыскать необходимые сведения. И вот люди продолжают изучать все тот же «Краткий курс», только теперь отождествляют себя не с большевиками, а с кем-то из отрицательных персонажей этого учебника. Отрицательные персонажи становятся для меня положительными. Но дело-то в том, что все эти персонажи изображены карикатурно, они зачастую неадекватны реальным историческим фигурам. Это некий идеологический конструктор, фантом, который был создан с пропагандистскими целями для обоснования именно официальной идеологии и успешно функционировать может только в ее рамках. Этот фантом имеет что-то общее с теми реальными фигурами, но эта общность относительна. Потому что фантом устроен таким образом, что утрированы наиболее отвратительные, реакционные, негативные в интеллектуальном плане черты той или иной «вражеской» идеологии.

   Соответственно, именно такие модели поведения усваиваются оппозиционерами. То, что было почти карикатурой, становится образцом. Теперь это уже реальная модель поведения, которой надо следовать, чтобы бросить вызов системе. Итак, фантомы, порожденные сталинской пропагандой, начинают материализоваться, оживают. Политическая жизнь в Восточной Европе, по пророчеству Марка Раковского, сведется к торжеству материализовавшихся фантомов. Позднее, в 1990-е годы, в России и в Восточной Европе часто жаловались, что и либералы у нас неправильные, и социал-демократы какие-то странные. Но все эти странности были закономерны.

   Всевозможные монстры, чудовища, которые были порождены воспаленным воображением политических пропагандистов, приобрели реальную жизнь, вышли на улицу и до сих пор ходят вокруг нас.

         Группа «Праксис»

   Если Венгрия отличалась известным либерализмом в рамках советского блока, то еще больше это относилось к Югославии, которая проводила политику неприсоединения. На первых порах разногласия югославского коммунистического лидера Иосипа Броз Тито с Москвой были чисто политическими, но легко догадаться, что политический разрыв со Сталиным заставил Тито культивировать идеологические различия.

   В итоге «югославская модель» обрела как собственных теоретиков, так и собственных диссидентов. Идеологом официальной концепции самоуправления был Эдвард Кардель (1910-1979). С другой стороны, в Загребе, столице Хорватии, сложилась оппозиционная марксистская группа вокруг журнала «Праксис» (Praxis). В 1968-1969 годах материалы этого журнала были хорошо известны не только в Югославии, но и за ее пределами. Популярности им придали, впрочем, и советские официальные идеологи, которые по каждому удобному случаю вспоминали «праксисистов» недобрым словом.

   Группа «Праксис» была близка к западному марксизму и довольно мало повлияла на восточноевропейские дискуссии. Она оказалась скорее частью академического марксизма, входившего в моду в европейских и американских университетах. Разумеется, как и все восточноевропейские «ревизионисты», члены группы «Праксис» подчеркивали значение демократии и доказывали, что югославское рабочее самоуправление оказывается неполноценным, поскольку в стране нет политического плюрализма, многопартийной системы и полной свободы печати (другое дело, что на фоне советского блока югославская печать выглядела чрезвычайно независимой).

   Главная теоретическая особенность «Праксиса», объединяющая их в особую группу, впрочем, находилась в другой плоскости. Авторы журнала подвергли систематической критике взгляды Фридриха Энгельса, и в особенности его работу «Диалектика природы».

   Противопоставляя друг другу Маркса и Энгельса, загребские философы пытались таким способом очистить марксизм от остатков гегелевского наследия. Они доказывали, что диалектика есть лишь метод мышления, соответственно, она – субъективна. А природа – объективна, и, следовательно, невозможно говорить о существовании в ней какой-то собственной диалектики.

   Однако здесь взгляды «Праксиса» наталкивались на серьезные возражения не только со стороны ортодоксов-сталинистов, но и со стороны большинства антисталински настроенных марксистов. Надо отметить, что исследования в области диалектики (и диалектики природы, в частности) были своеобразным убежищем для свободомыслящих философов в Советском Союзе. Ведь природа не нуждается в указаниях партии и правительства.

   Надо сказать, что главная претензия критически настроенных советских философов к сталинизму состояла именно в отсутствии диалектики, в том, что, формально заявляя о верности диалектических принципов, официальные советские мыслители рассуждали совершенно механистически, что они были скорее позитивистами, которые украшали свои тексты цитатами из Маркса и Ленина. Главная работа Эвальда Ильенкова называлась «Диалектическая логика».

   Надо сказать, что западные теоретики науки весьма ценили даже работы советских философов: способность увидеть диалектику природы расширяла сознание ученых и давала им возможность сделать нетривиальные, парадоксальные выводы, двигавшие науку вперед.

   Парадоксальным образом действительное различие Маркса и Энгельса состояло как раз в том, что последний более находился под влиянием позитивизма и меньше – под влиянием Гегеля. А господствовавшие в XIX веке представления об устройстве Вселенной были построены как раз на механике и вполне соответствовали позитивистским взглядам на мир. И наоборот, физика XX века, с эйнштейновской теорией относительности и другими парадоксальными открытиями, вызвала острую потребность в философском переосмыслении своих достижений на основе диалектики. В этом плане Энгельс в книге про диалектику природы опередил как самого себя, так и свое время.

   Методологически аргументация «Праксиса» тоже была весьма слабой. Она строилась на чисто догматическом сравнении текстов Маркса и Энгельса. Между тем критически мыслящий читатель нуждается в более весомых аргументах, чем ссылка на то, что Маркс не просматривал рукопись Энгельса до ее публикации. В конце концов, мышление именно потому и эффективно, что оно оказывается адекватно своему предмету – в данном случае природе. Если в природе нет диалектических противоречий, перехода количества в качество, отрицания отрицания, то почему люди, именно исследуя природные явления, с древних времен задумывались о подобных вещах?

   Если метод нашего мышления неадекватен объекту, то и результаты будут соответственные. Это поняли уже ученики Декарта в XVII веке. Никола Мальбранш писал: защитники Вены стреляют в турок, которых они видят в своем сознании. Но попадают почему-то в реальных турок. Если бы их органы чувств, например, давали им неправильную информацию, то они стреляли бы мимо. А может быть, и турок никаких не было?

   То же самое и в теории. Если диалектическая логика не верна, если она отражает лишь развитие мысли, то почему эта мысль продуктивна?

   Можно сказать, то, в чем «праксисисты» были интеллектуально состоятельны, они в значительной мере были неоригинальны. А там, где они были оригинальны, они были интеллектуально несостоятельны. Потому от «Праксиса», кроме названия журнала, мало что осталось.

   К середине 1970-х мы видим полный упадок «ревизионистского» движения в Восточной Европе. Это движение политически оказалось не востребовано. В основе ревизионистского подхода лежало представление о том, что обществу предстоит социально-политическая реформа или хотя бы экономическая реформа. Экономическая реформа имела место, но оказалась крайне ограниченной по своим последствиям.

   «Ревизионисты» не хотели враждовать с коммунистическими режимами, они пытались их реформировать. Не будучи востребованными властью, их идеи стали рассматриваться как все более опасные. Многие идеи из сферы допустимой дискуссии, из сферы легального, разрешенного обсуждения вытеснялись в сферу диссидентства. Причем в сфере диссидентства нарастали интеллектуально другие концепции, здесь господствовали либеральные идеи. Понятно, что чем больше было конфронтации с официальным «советским марксизмом», чем более она становилась жесткой, тем более привлекательными становились антимарксистские концепции. Такая психологическая инерция вполне объяснима. И все же марксистская оппозиция в Восточной Европе не исчезала никогда, вплоть до 1989-1991 годов.


Oxşar yazılar:

Baxış sayı:9902