abunə ol: Yazılar | Şərhlər | Еmail

La Chinoise (“Çinli qadın”)

Şərh

İl: 1967-ci il

Rejissor: Jan-Luk Qodar

Aktyorlar: Anna Vyazemski, Jan-Pyer Leo, Culyet Bretto, Mişel Semenyako

 1967 – ci il. Şəhəri fəth etmiş və onu barrikadalarla zəbt etmiş Qırmızı Maya 1 il qalıb. “Çinli qadın” – gündən–günə genişlənəcək, partlayacaq, hunların hücumuna və şən tonqallara çevriləcək gələcəyin rüşeymidir. Qodarın personajları pakdırlar. Onlar maksimal dərəcədə təbiidirlər. Otağın qapalı məkanında, filmin qapalı məkanında olduğu kimi, altyazılar peyda olur. Bu, qəhrəmanların eyni zamanda çəkiliş qrupuna (onun peyda olması karıxdırır) müsahibə verərək və izləyicini çaşdırmaq üçün – və bununla da onun dərk etmə üfüqlərini genişləndirmək üçün real teatr pyeslərini oynayaraq, izləyicilər üçün yaratdıqları işdir. Oxşar şəkildə dzen müəllimləri öz şagirdlərini taxta ilə vururdular ki, heyrət bədgümanlıqdan və düşüncə qarşılıqlığından azad olan cavab doğursun. Qodar o qədər sərt deyil və ona görə də “Çinli qadına” daha çox “möhtəşəm” sözü yaraşır. Veronik – müəllimdir, İvonn – çaydır, Jan – Pyerin qəhrəmanı – neofit səmimiliyinə malik, gənc, axtarışda olan aktyor idealıdır. Çin fəlsəfəsinin subyektiv təəssüratlarını cəsarətli montaj və maoist bukleti ilə birləşdirməyi yalnız Qodar bacara bilərdi. Bu, azad hərəkətlərin, mənalı elementlərin və zərif cavabların dünyasıdır. İstənilən intellektual şeydə incəlik var, amma “Çinli qadında” bu heyrətləndirici qadın obrazları, Jan – Pyerin tam səmimiliyi hesabına daha nəzərəçarpandır. Onlar – həqiqidirlər. Və “Çinli qadın” – film deyil. O, saniyədə iyirmi dörd həqiqət kadrıdır.

“Nə üçün yemək zamanı boşqabdan istifadə edirsən?”

“Onu yumaq üçün”

“Görürsən, sən hər şeyi başa düşdün”

“1967–nin Fransası – çirkli qab–qacaqdır”

Qodar, həmişəki kimi, daha bir anti-filmi çəkərkən, birmənalı deyil və kinayəlidir. Qəhrəmanlar – vaxtını Maonun sitatlar kitabçasını öyrənməklə keçirən tələbə maoist qrupudur. Mənzil daxilində klaustrofobik məşğələlər qəhrəmanlardan birinin teatral intiharı və həddən artıq ağıllıı Veronik (aktrisa Anna Vyazemski) ilə rəqabətə tab gətirməyən daha mötədil silahdaşlardan birinin qaçışı ilə başa çatır. Vyazemski və Berto dueti hipnoz edir. Burada həm də məsələ ondadır ki, filmin müəyyən anında Qodar baş verənləri müsahibə kimi təqdim edir. Bu, dərk etmədə kəsilmələr yaradır. Dubl lövhəciyinin şaqqıldadılmasından sonra sən aritmiyanın təsiri altındasan, çünki artıq etibar etmisən. Amma qəhrəmanlar daha radikal olurlar, sadəcə sən görürsən ki, baş verən hər şey dərsdən başqa bir şey deyil. Nəticə pafoslu pozalarda oxunmur və nağılın sonunda deyilmir; ona gərgin şəkildə çatmaq lazımdır.

Çe Gevara “iki, üç, çoxlu Vyetnamlar” yaratmağa çağırırdı. Qodar “Çinli” bukletində eyni məqsədə çağırır və öz çağırışını maksimal şəkildə hərfi mənada edirdi. İvonn üzünü qırmızı boya ilə rəngləyərək, kiçik amerikan təyyarələrin hücum etdiyi çinli qadını canlandırır. “Msyö Kosıqin” Msyö Kosıqin”. “Amma biz proqressiv müharibəyə qarşı deyilik!” – səslənir. Plastik tank, qırmızı kitablar atılaraq məhv edilir. Oyuncaq olan təhlükəli olur. Qodar hələ, İvonnun gəliş anında, onun öz təbiiliyini üzə çıxararaq, kənd haqqında az əhəmiyyətli bir monoloq danışdıqda, həyəcanlandırır. Yəni, onun utanmağını, gülümsəməyini, barmaqlarını dodaqlarına yaxınlaşdırmağını, yenidən, bir daha, sonra gülməyini, saçlarını necə səliqəyə salmasını, dilini dodaqlarında gəzdirməsini sakitcə izləmək mümkün deyil. O, möhtəşəm axıcıdır, hətta sadəcə olaraq – möhtəşəmdir. Və ya, məsələn, parlaq bir misal – növbəti ideoloji müzakirə zamanı İvonn pəncələri silir. Bu pəncərə silmək – mif, sənət əsəridir. O, pəncərələri inanılmaz dərəcədə qadınsayağı, bir az utanaraq silir, halbuki heç kim onu utandırmır, gülümsəyir və onun üz ifadəsi, nə düşündüyü barədə suala cavab verir. Bəlkə də əksində o, tonqallar, qətl və zorakılıq, bəlkə də qab-qacaq kimi bayağı bir cəfəngiyyat görür, bəlkə də onun şüuru gələcək itkin adamın nitqi anda sadəcə olaraq təmizlənib, amma İvonn mümkün olduğu qədər sirli görünür. Bu, onun “Təftişçi!” qışqırmağının nişanəsidir. Onun əksinə olaraq, Veronik qəddar və mükəmməldir, amma demək olmaz ki, onlar kinoqlobusun müxtəlif qütblərindədirlər. Daha doğrusu, onlar birlikdə kommunanın tamam qadınını yaradırlar.

Şadlıq üçün səbəb var? “Fahişələr bağırırlar və onlarla birlikdə mən ah çəkirəm: “Mao, Mao”. Yəni, Qodarın ciddi olduğunu demək olar, əks halda o, tamam başqa adam olardı. İvonn Veronikə çay gətirəndə (fon – həmin qırmızı kitab nüsxələri ilə dolu olan rəf), onlar sanki Lenin və Krupskayanı xatırladırlar, film „İmperialistlər hələ də hakim mövqedədirlər“ altyazısı ilə bölünür. Müəyyən anda dərnək terrorist fəaliyyətə keçir. Zəfər üçün səbəb varmı? Tətillər başa çatıb, mənzilin sahibləri gələnə qədər mütləq tətil qurtarana qədər çatdırmaq lazımdır. „Mən solların necə yaşadıqlarını bilmirəm, onlardan bəziləri çox yoxsul yaşayırdı, amma ümumilikdə onların, işləri yaxşı getməzsə, ana və ataları var. Milad bayramında özümü daha tənha hiss edirdim, çünki hər kəs evinə gedirdi“ – Qodar sonralar yazacaq.

Bəlkə də „Çinli qadın“ filmində bu anın əvvəlcədən sezilməsi var, amma filmin daxili məna palitrasında onlar bir neçə Vyetnama bölünürlər, bir neçə cəbhədə mübarizə aparmağa davam edirlər ki, bu da birinci hissədə qeyd olunub. Və sonda, pərdələr bağlandıqda, siz sırf estetik cəhətdən başa düşürsünüz ki, qırmızı – ən gözəl rəngdir.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:9022