abunə ol: Yazılar | Şərhlər | Еmail

Yalnız Marks deyil, Lenin də haqlı imiş

Şərh

SELAMİ İNCE

Dünyanın qabaqcıl intellektualları “real kapitalizmin sonu”nu müzakirə edirlər. Amma müzakirə bundan sonra kapitalizmin “daha az demokratiya” təmin edəcəyi ilə məhdudlaşmır, “dağılma müddəti”nə girdiyini göstərən fərziyyələrlə davam edir. Müzakirə Slavoy Jijekin “Demokratiya ilə kapitalizim arasındakı nigah başa çatdı” deməsindən sonra gün işığına çıxdı. Əlbəttə ki, Jijekin sözlərindən kapitalizmin demokratiya ilə evli olduğu nəticəsinə gəlmək, “real kapitalizm”in tarixinə, ya da böhrandan sonra Avropada baş verənlərə nəzər yetirildiyində çox da mümkün görünmür. Kapitalizm və demokratiya münasibətlərinin bir “xəyal” olduğunu ən azından bizim yaşadığımız bir çox nümunədən görmək mümkündür.

Müzakirələrin və təhlillərin səbəbi, beynəlxalq iqtisadi böhrandır. Böhranın ilk illərində dünyanın sağlı-sollu bütün ziyalıları “Marksın haqlı”  olduğunu kəşf etmişdi. Bir marksist partiyanın “Marks haqlıdır” deməyi qarşısında dəhşətə düşənlər belə, qərb filosofları bunu dedikdə təsdiqləmə şəklində baş sallamağa başladılar. Bəhs, “kapitalizmin onsuz da demokratiyanı ehtiva etmədiyini” ya da “kapitalizmlə demokratiyanın nigahının başa çatdığı” fərziyyələrini bizə əsas kimi xatırladır. Bəli, “Marks haqlı idi” demək qədər asan olmasa da, əslində dilimizin ucuna qədər gələn şeyi söyləyək: Sadəcə Marks deyil, Lenin də haqlı idi.

Təxminən bir əsr öncə “Marksizmin karikaturası və İmperialist Ekonomizm”də Lenin nə demişdi? “İnhisarçı kapitalizm, demokratiyadan çox siyasi irticaya meylli bir dəyişmə” olduğunu söyləməmişdimi? Rudolf Hilferdinqdən bu sitatı boş yerə çəkməmişdi: “Maliyyə-sərmayə, azadlıq üçün deyil, hakim olmaq üçün  səy göstərir.” Yenə Leninin fikrincə, kapitalizmin son forması olan imperializm, “hər növ demokratiyanın su götürməz şəkildə yadırğanılması” deyilmi?

Leninin yüz il öncə söylədikləri bu gün hər kəsin gündəmindədir. İntellektuallar imperializm, yeni iqtisadiyyat, maliyyə kapitalı, müstəmləkəçilik, ekoloji fəlakət kimi anlayışlarla yeni bir dünya axtarırlar. Olsun, sadəcə Marksın deyil, Leninin də haqlı olduğunun ortaya çıxdığı bir dövrdə sol təşkilatlanmaların gücsüzlüyünü nə ilə izah edək? Bu suala da cavab axtaran Nensi Farser ilə başlayaq.

İNDİ QƏRAR VERMƏ ANIDIR

Dövrümüzün ən nüfuzlu intellektuallarından biri olan feminist düşüncə adamı, politoloq Nensi Farser neoliberalizmin “mütləq radikallaşdığı”nı düşünür. “Die Zeit” internet səhifəsində 19 dekabr tarixindəki görüşdə Farser Matias Bekkerin suallarına cavab verir.

1980-ci illərdən etibarən “neoliberal on illər” boyunca, müntəzəm olaraq həddən artıq sahədə “bazar quruluşu” həyata keçirildi.  Bu “inkişaf”a, məsələn, “Təhsil əmtəə deyil” və ya “Su əmtəə deyil” şüarları ilə etiraz edənlər oldu. Bunların niyə meta olmayacağına dair çoxu doğru cavabı bilmir. Sizin cavabınız nədir?

– Belə demək mümkündürsə, təbiət və insan “fiktiv əmtəədir” (xəyali, virtual). Sanki “real əmtəə” kimi fəaliyyət göstərirlər və torpaq və ya işçi qüvvəsi anlayışına paralel tutula bilərlər. Amma bazarın fəaliyyət mexanizmlərinin müdaxilə olmadan tam idarə olunması, yalnızca satdığı iş qüvvəsinə alıcı tapmayan insanların ölməyini zəruri etmir, nəticədə, kapitalist cəmiyyətin təməllərini məhv edir. Mən burada “Böyük Çevrilmə” kitabında “fiktiv əmtəələr” anlayışını ortaya qoyan iqtisad tarixçisi Karl Polanyiyə arxalanıram.

İnsan əməyinin alış-satış sferasına girməsi, kurs manevrları və təbii qaynaqların satılması artıq günlük həqiqətlər halını alıb. Burada “fiktiv” olan nədir ki?

– Mal istehsal etmək üçün istifadə olunan vasitələr də “əmtəə” olaraq dəyərləndirilə bilər. Ancaq təbii qaynaqlar və iş gücünün ictimai yenidən istehsalı, əmtəə istehsalının və əmtəələrin dəyişməsinin zəruri şərtləridir. Polanyiyə görə, pul da belə bir “fiktiv” əmtəədir, çünki kapitalist istehsal üçün başqa bir mütləqlik də stabil bir puldur. Polanyiyə görə, torpaq və əmək bazarının tənzimlənməsi, çünki bunlar “öz özünü tənzimləyirdi”, sonda dünya müharibələrinə və faşizmə səbəb oldu. Polanyi, öz-özünə tənzimlənməli olduğuna inanılan, amma bu olmadığı kimi, ən sonda dünya müharibələrinə və faşizmə səbəb olan XIX əsr liberalizminin, torpaq və əmək bazarının tənzimlənməsi nəticəsində zəiflədiyinə inanmaqdadır.

Polanyi tarixi olaraq deyil, antoloji yolla fərziyyələr irəli sürür. Ona görə satılmaq üçün istehsal olunan bir şey əmtəədir. Açıqca bəllidir ki, insanlarda, təbiətdə və hətta pulda bu vəziyyət yoxdur. Bununla bərabər, mən, fiktiv əmtəələrin strukturca tərifinin mənalı olduğunu düşünürəm. Bu düşüncə (fiktivlik), bunların ən azından uzun müddətli əmtəə olmayacağından ibarətdir. Amma Polanyinin fikirlərinin bu günkü sosial və iqtisadi böhranda, özünü “maliyyələşmə” və törəmə proseslər kimi ifadə edən, bəlli şərtlər altında dünya iqtisadi sistemini iflasa apara biləcək, dağıdıcı fenomenləri açıqlamaqda çox faydalı olacağını düşünürəm.

– Bəhs etdiyiniz kitapda Polanyi, XIX əsrdə ictimai güclərin bazarları nəzarət altına almağa, təzyiq etməyə başladıqlarını da qeyd edir. Bu günə uyğun əlaqələr qurula bilərmi?

– Bu saula cavab vermək üçün bir az geriyə getməliyik. Polanyi, XIX əsr tarixinin dəqiq bir seyrdə olduğuna inanmaqdadır. Yəni bu bir “cüt hərəkat”dir. Nəhayətdə iki ictimai layihə mübarizə aparırdı: liberalizim və sərbəst bazar bir tərəfdə, müxtəlif qarşı hərəkatlar digər tərəfdə. Bütün bu gücləri və hərəkatları bazar quruluşunun genişlənməsinə qarşı “cəmiyyətin öz-özünü qoruması” hesab edirdi.

Bu “cüt hərəkat”lılığın cəbhələşməsi vardı və hələ də var, amma Polanyinin tərifi çox bəsitdir. Konkret bir nümunə gətirsək, köləlik, müstəmləkəçilik ya da qadın hərəkatının yaratdığı üçüncü siyasi vəziyyətdə, yəni “qurtuluşa” az qala heç toxunmur. Sadəcə “cüt hərəkat” yoxdur, əksinə sərbəst bazar, ictimai müdafiə və qurtuluş arasındakı “üçlü hərəkat”dan danışmaq gərəkdir.

Qurtuluş hərəkatları tez-tez sosial müdafiəçiliyin təzyiqçi mühafizəkarlığına da qarşı oldu və bu arada bazar adamları ilə ittifaq da qurdu. Bir nümunə: Müstəmləkəçilik. Avropa sənayesini və xalqlarını dünya sərbəst ticarətinin pis təsirlərindən qoruyan və bunun mütərəqqi sosial “xərcini” də  müstəmləkələrə yaxan bir qoruma mexanizmi idi. Başqa bir nümunə: qanunlar bəzi qadınların bəzi işləri görməsini qadağan edirdi və beləliklə öz adına müqavilə imzalamayan qadınların bərabərhüquqlu iqtisadi subyekt olmasına mane olunurdu. Bu, əlbəttə, bazardan qorumaq məqsədi güdürdü, amma bu vəziyyət eyni vaxtda kişi hökmranlığının modern şəkildə yeridilməsi idi.

– Keçən ilki bir təqdimatınızda bu düşüncəni inkişaf etdirdiniz. Niyə bir “qurtuluş partiyası” diqqətə alınma məcburiyyətindədir?

Bu genişləndirilmiş sxem ilə tarixi inkişafı daha yaxşı başa düşərik. Daha əvvəl də səsləndiriliyi kimi, çox fərqli ittifaqlar və cəbhələşmələr mümkündür: qurtuluş hərəkatları bəzən sərbəst bazarla, bəzən də sosial müdafiəçi hərəkatlarla ittifaq qurmuşdur. Son on illərdə, bəzən yüksəliş məqsədlərinə tərs olsa da, daha çox bazar əlaqələrinin genişlənməsi tərəfində durmuşdur.

Bu müstəvidə “Uol-Strini işğal et” (Occupy Wall Street) mənə çox marqlı gəlir. ABŞ-da bu hərəkatın iki mərkəzi şüarı var: “Biz 99%-ik” şüarının arxasında yenidən bölüşmə var, amma “Demokratiya belə bir şeydir!” şüarı da siyasi sistemdəki erroziyanı hədəf alır. Bu sistemdə insanlar sadəcə seçkilərdə səs verir, sadəcə şirkətlərin mənfəəti güdülür, xalqı maraqlandıran əsas şeylərin heç yer almadığı bir media sistemi də bunun içindədir. Beləliklə, bu hərəkat demokratiyanın yeni bir formasının təxəyyülünü yaradır.

– Bir dəfə II Dünya Müharibəsindən sonrakı dövrdə neoliberalizmin başladığı 1980-cı illərə qədər dövr haqqında “bazarlar siyasət tərəfindən tərbiyə edildi”, bundan sonrakı müddət üçün isə, tam əksinə, “siyasət bazarlar tərəfindən tərbiyə edilməyə başladı” demişdiniz. Burada bəhs etdiyiniz hərəkatlara rəğmən, mənə elə gəlir ki, “tərbiyə edilmə”dən daha çox neoliberal siyasətin daha da radikallaşmasını yaşayacağıq.

– Mütləq! Qiymətli kağazlar bazarının bir ölkənin taleyini necə  təyin etdiyini və hökumətlərə öz proqramını necə tətbiq etrməsi diqqət yetirilməli bir oyundur.

Buna etiraz edən hərəkatların bir hissəsi irticaçı və hətta faşistdir. Burada “üçlü hərəkat” düşüncəsi təkrar işə düşür: Sosial müdafiə düşüncəsini əsla sağa buraxmamalıyıq. Ayrıseçkiliyə qarşı azadlıq istəyənlərin haqlı tələbləri ilə “müdafiə” tələblərini sintez etməliyik. Bu, Vestfaliya sülhündən bəri siyasəti müəyyən edən, hökmran xalq dövlət sərhədləri daxilində düşünmək anlayışını aşmaq məcburiyyətində olduğumuz mənasını da verir. Maliyyə bazarlarında yeni bir beynəlxalq təşkilati nizamlama isə bir ön şərtdir.

– Karl Polanyi “Böyük Çevrilmə”ni II Dünya Müharibəsi ərəfəsində, müharibə və kütləvi qırğınların təsiri altında yazdı. Dünya bazarlarının oxşar bir çöküşünü və bunu izləyən hüdudsuz bir şiddəti mümkün görürsünüzmü?

– Ən azından bu ehtimalı tam da rədd etməməliyik. Maliyyə bazarları 2008-ci ildə böhran ərəfəsinə gəlmişdi və bu təhlükə hələ də davam edir. Buna böhranın mümkün fəlakət nəticələriylə qlobal ekoloji ölçüləri də daxil olunur. Dünyanın hər yerində insanlar, bundan sonra nə olacağını soruşur. Sözün əsl mənası ilə ciddi bir böhranda və bir dönüş nöqtəsindəyik. Qərar vermə zamanı gəldi.

ARUNDAHATİ ROY: Üfüqdə qiyamın parlaqlığı var.

“Kapitalizmin sonu yaxınlaşır”. Ən azından hindli yazıçı və qloballaşmaya qarşı olan Arundhati Roy bu məsələdə əmindi. Roya görə, varlılar yoxsullardan silahlanaraq özlərini qoruyacaq. Roy ilə “Die Zeit”  qəzeti üçün George Blumenin müsahibəsi.

– Hindli müşahidəçilər Avropadakı böhrana necə baxırlar?

– Böhran bir ölkədən digərinə sıçrayan, söndürülməsi çətin bir alov kimi görünür. Mənə elə gəlir ki, Avropanın güclüləri, böhranla ciddi mənada üzləşmək üçün çox böyük qorxu içindədirlər. Xilasetmə planları və polis nümayişləri ilə məsələni həll edəcəklərinə hələ də inanırlar.

– Avropalı maariflənmiş, ictimai təfəkkür artıq cazibəsini itirirmi?

– Bu cazibədarlığa onsuz da əsla etibar olunmazdı. Avropa bir tərəfdə özü üçün bərabərlik və azadlıq fikrini inkişaf etdirməkdə ikən, başqa ölkələri müstəmləkəyə çevirirdi, soyqırımlar həyata keçirir və köləlik tətbiq edir və bunlar təsəvvür edilməz səviyyədə idi. Bütün xalqlar təxrib edildi. Belçika Konqoda 10 milyon adam öldürdü; Almaniya Qərbi Afrikada Hereroların nəslini kəsdi.

– Bəs bütün bunların bu günkü Avropa ilə əlaqəsi nədir?

– Bir az yavaş olun, gözləyin. Soyqırımlar xam maddə tədarükünə yaradı. Bu da ehtiyac olduğundan əlavə xammal istehsal edən Qərbli kapitalizmin təməllərini yaradan Sənaye İnqlabını yaratdı və bu təməl üstündə müasir qərb demokratiyası fikri ortaya çıxdı. Bu kapitalizm elə bizim bu günkü ekoloji və iqtisadi böhranı ortaya çıxardı.

– Amma bu vaxta qədər fəaliyyətdə olan bir Avropa modeli vardı: Xalqların birliyi olaraq Aİ müharibəyə qarşı qərar aldı. Bu model bu gün Avropadan hüdudlarından kənarda də yayıla bilməz mi?

– Bu model iki dünya müharibəsi və Holokost üstündə quruldu. Amma mənə elə gəlir ki, Aİ sanki maddi dəyərlərin hər kəs üçün daha yaxşı bir həyat vədinin üstündə ayaqda durur. Amma bu vədlər bu gün əridi və bunun üçün bölünmələr və gərginliklər dəqiq görülür.

İndiki Avropa və Hindistan onsuz da idarə edə bilmək üçün çox böyük deyilmi?

– Hegemonlar bu gün nə avropalı, nə də hindistanlı olaraq düşünür, əksinə qlobal düşünürlər. Hökumətlərimiz uzun müddətdir banklar və beynəlxalq şirkətlər tərəfindən idarə edilir. Mənə bəzən elə gəlir ki, bütün xalqların elitaları kosmosda yeni bir xalq yaratmışlar. Oradan dünyadakı əlaltılarına baxırlar. Nümayişmi var; ordularını, polisini və təhlükəsizlik qüvvələrini göndərirlər. Amma bütün bunlara baxmayaraq, əlaltılar daha da narahat olurlar. Üfüqdə qiyamın parlaqlığı var. İndi uzun müddətdir ki, yaşadığım Amerikada küçənin dili dəyişdi. İndiyə qədər belə bir şeyi xəyal belə etmək olmazdı.

– Qərbdə bir nümayiş hərəkatı gözləyirsiniz?

– Bu vaxta qədər Sosyalizmə inanmağın QİÇS-dən daha təhlükəli olduğuna inandırılmış ABŞ-lı tələbələr birdən-birə “sinif savaşı” şüarları ilə küçəyə çıxacağını kim düşünə bilərdi ki? Böyük dəyişikliklər olmazsa, bu quruluş dağılacaq.

– Hər kəs daha da yoxsullaşacaq, yoxsa zənginlik ədalətli bölünəcək?

– Ya tamamilə bir çöküş olacaq, ya da zənginlərin sadəcə silahlı müdafiə altında yaşaya bildiyi; silahlıdan sülh tərəfdarına, militaristdən terroristə qədər hər növ qarşıdurmanın aradan qaldırılacağı bir militarist bölgələr yaranacaq. Bu cür savaş indidən Hindistanda yaşanır.

– Elə isə böhran üsuluna yox, inqilaba inanırsınız?

– Yeni bir təxəyyülə ehtiyacımız var; inkişafın, azadlığın, bərabərlik, mədəniyyət və yer üzündəki xoşbəxtliyin yenidən dəyərləndirilməsinə ehtiyacımız var. Hüdudsuz fərdiyyətçilik vaxtı keçdi. Mən bununla bərabər etik bir yenilənməni müdafiə etmirəm, ya da insanların yaxşı tərəflərindən də səslənmirəm. Sadacə olaraq bunu demək istəyirəm ki, hər şey belə görülürsə, müəyyən şeylər baş verəcək. Avropa sadəcə bir başlanğıcdır.

MAYKL  HARDT: Nümayəndəli demokratiya sona çatdı

Antonio Neqri ilə on il öncədən bu gün yaşadıqlarımıza işıq salan kult kitab olan “İmperiya”nı yazan Maykl Hardt maliyyə kapitalına qarşı hazırlanan hərəkatları təhlil edir. Qloballaşmaya qarşı olan Hardtdan “Die Tageszeitung” qəzetindən olan Tania Martini müsahibə aldı:

– Bir çox adam siyasəti maliyyə kapitalının təzyiqi altında görür. Maliyyə kapitalı tez-tez “əsil günahkar” (əsl pis olan) olaraq irəli sürülür.

– Real iqtisadiyyatı müdafiə etmək üçün real olmayan iqtisadiyyatı müdafiə etmək az qala şablon halını aldı. Amma bu ayrı-seçkilik doğru deyil, real iqtisadiyyat adlanan şey böyük miqyasda artıq “xəyali iqtisadiyyatın” məmulatlarından ibarətdir. Real iqtisadiyyatı xəyali iqtisadiyyatdan ayırd edə biləcəyimiz və XX əsrin ortalarındakı real iqtisadiyyata qayıda biləcəyimiz düşüncəsinə inanmaq yanlış bir şeydir. Kapitalizm bu cür işləmir. Belə bir ayrı-seçkilik aldadıcı və mistikdir.

– Hansı baxımdan?

– Bu düşüncə kapitalizmi maliyyə kapitalı üstündən yarı günahsız halına salır. Ancaq geri qayıtması istənilən bu vəziyyət artıq yoxdur.

– Slavoy Jijek kimi bəzi sol intellektuallar kapitalizm ilə demokratiya arasındakı evliliyin sonuna gəlindiyindən bəhs edirlər.

– Məni istər Tunus, Misir, İspaniya, Yunanistan, istərsə də ABŞ-da 2011-ci il içindəki mübarizələr sirkuliyasiyasında ən çox maraqlandıran şey mövcud olan rejimlərə qarşı edilən gündəlik tənqidlər və bu tənqidlər nəticəsində yaranan “həqiqi demokratiya” tələbi idi.

İspaniyadakı nümayişlərdə ortaya çıxan “İndi həqiqi demokratiya” şüarı bir çoxları tərəfindən başlanğıcda olduqca normal göründü. İndi anlaşılır ki, demokratiya konsepsiyasının bərpasında və həqiqi demokratiya tələbi, mövcud mübarizələr cərəyanında yeni bir şeydir.

– Bir çox sol tənqidçi nümayişçilərin təmiz və humanist kapitalizm üçün nümayiş hazırladıqlarını, kapitalizmə qarşı olmadıqlarını deyirlər.

– Bu mübarizələr haqqında bu növ bir ümumiləşdirmə edilə biləcəyinə inanmıram.

Bəs onları bir yerdə tutan əsl səbəb nədir?

– Onları birləşdirən şey ictimai bərabərsizlik və borc cəmiyyəti tənqididir… Ən əhəmiyyətlisi isə nümayəndəli demokratiyaya dair etdikləri tənqiddir. Bunun qarşısında həqiqi demokratiya tələbini qoyurlar. Nümayəndəliliyin tənqidi ispanların 15 May hərəkatında açıq bir şəkildə bildirildi. “Uol-Striti işğal et” tərəfindən qismən həyata keçirildi.

– Harada isə Avropanın bütün ölkələrində güclü sağ hərəkatlar var. Orta sinfin böyük bir qismi davamlı olaraq proletariyaya tərəf axır, metropoliyalarda bir tərəfdən soylulaşdırma, bir tərəfdən də keçiciləştirmə yaşayırıq. Mübarizələrin inkişafı ilə əlaqədar optimistliyinizin arxasında nə var?

– Avropa gündən-günə harada isə ABŞ-da olduğu kimi zəngin və yoxsullar bölgüsünün möhkəmlənməsini yaşayır. İctimai bərabərsizlik həddən artıq böyüyür. Optimist və ya pessimist olmağım sadəcə mübarizənin gedişinə bağlıdır. Bu mənada bu il (2011) çox məhsuldar idi.

– Sağlarda da beynəlxalq kapitalizmə qarşı anti-kapitalist şüarlar səslənir. Buna qarşılıq olaraq, bu günkü kapitalizm irqçiliyi aradan qaldıra bilməz, hərəkətlilik və açıqlıq təqdir olunan özəlliklər arasındadır. Bir çox sol isə beynəlxalq sığınacağın xəyalını qurur.

– Bütün sol perspektivlər sol və mütərəqqi deyil. Amma bu sadəcə bizim daha artıq mübarizə aparmalı olduğumuzu göstərir. Bir mütərəqqi xəttdə kommunist gündəmi, kapitalizmin istehsal etdiyi hər şeyi zərərli göstərmək məcburiyyətində deyil. Anti-kapitalist olmağın iki növü var: birinci boksçu, hər şeyi rədd etməkdən ibarətdir; digəri isə özünü tədric etmə görüşü deyil. Marksda da bu belədir, kapitalizim sadəcə məzar qazıcılarını yetişdirmir, eyni zamanda yeni və demokratik cəmiyyətin də təməllərini yaradır.

– Bu sahədə kapitalizmin utopik bir potensialı varmı?

– Mən buna belə deməzdim. Kapitalizm bərabərsizlik və müstəmləkəyə əsaslanır. Bir utopiya var, bəlkə də kapitalizmdən doğa bilər. Mən belə deyərdim.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8441