abunə ol: Yazılar | Şərhlər | Еmail

Solfront – 1 may vərəqəsi

Şərh

Bu gün Azərbaycanda bütün dünyada bir çox insan tərəfindən qeyd olunan bu “mənasız” bayramın nə olduğunu çox az adam bilir. Ümumiyyətlə, ölkəmizdə bu bayramın niyə qeyd edildiyini və mənasının nə olduğunu isə olduqca az insan düşünür.

Qəribədir, elə deyilmi? Hal hazırda insanın cəngəllik qanunlarına görə yaşamağa məcbur edildiyi, hər bir insanın atom kimi təqdim edildiyi və “hər kəsin hər kəsə qarşı müharibədə” iştirak etməyə vadar edildiyi bir dünyada bəlkə kimlərsə fərqli bir dünya arzu edir? Bu bayram da məhz o fərqli dünya üçün mübarizə aparanların və xəyalpərəstlərin bayramıdır. Onlar “yerdəkiləri” arzu etməyə, öz vicdanlarını maddi zir-zibilə satmağa və yaxud öz primitiv xoşbəxtliklərini başqalarının alçaldılması və tabe edilməsinin üzərində qurmağa öyrəşməyiblər.

Uzaq 1886-cı ildə, məhz bu gündə, 1 mayda, uzaq Çikaqo şəhərinin işçiləri məhz bu qaydalara qarşı mübarizə aparırdılar. İşdən qovulmalara, zavod nizamlarına, polis terroruna qarşı etiraz və 8 saatlıq iş günü tələb edilən etiraz zamanı 11 insan öldürülmüş, 200-ü yaralanmışdı.

İndi isə öz ətrafına nəzər sal, o vaxtdan bu günə nə dəyişdi? İnsanlara bax, onlar korrupsiya və rüşvətxorluq içində batmış bir cəmiyyətdə qəfəsə salınmış heyvanlara, tikintilərdə 12 saat qul kimi işləyən fəhlələrə, həyatlarını bir təhər sürdürmək üçün qəpik quruş qazanan satıcılara, taksistlərə çevriliblər. Primitiv ehtiyaclarını təmin etmək üçün şərəfini satmağa məcbur edilmiş müəllimlərə, həkimlərə bax. Beləliklə, biz bu sükut illəri ərzində cəmiyyətə heç bir gəlir gətirməyən parklardan və konsert saraylarından başqa nəyə nail olduq? Bizim, sənin neftini oğurlayanda, bir dəstə parazitin Vətənimizin hesabına böyük sərvətlər yığdığı bu sükut illəri ərzində biz nəyə nail olduq? Sən özün onların nə üçün sənin susmağını istədiklərini çox gözəl anlayırsan, itkilərin miqyasını əla başa düşürsən və bu itkilər ancaq neftdən ibarət deyil, buraya həm də Azərbaycan əhalisinin geniş miqyaslı deqradasiyası, infrastrukturun, səhiyyənin, təhsil sisteminin məhv edilməsi… ardını sən sonsuza qədər sadalaya bilərsən, biz hamımız hansı cəmiyyətdə yaşadığımızı çox gözəl bilirik.

Ancaq sənin və ölkəmizin bir çox vətəndaşının səsini çıxarmaması üçün yalnız hədə-qorxu və polis özbaşınalığı kifayət deyil. Qorxuya qul mentaliteti ilə, pessimizm ilə “bəraət qazandırıldığında”, qullar özlərini qızıl suyuna çəkilmiş fontanlar və səviyyəsiz müsabiqələrdəki qalibiyyətlərdən ibarət inkişafa inandırdıqlarında köləlik etmək daha asandır, halbuki dərində onlar bu “qələbələrin” əslində bizim bir millət kimi məğlubiyyətimizin dərinliyinin və miqyasının göstəricisi olduğunu anlayırlar. Bu məğlubiyyətin günahkarı öz məqsədlərinə nail olan düşmən deyil, məğlub olmağa davam edən və öz haqları naminə mübarizə aparmağı arzu etməyən… Sənsən. Seçim sənindir.

Beləliklə, sən nə arzu edirsən?

 SOLFRONT

Немногие в Азербайджане знают, что за странный и вроде бы «бессмысленный» праздник отмечают сегодня многие люди в мире. И намного меньше в нашей стране тех, кто вообще думает о том, почему его отмечают и в чем его значение.
Странно, не так ли? В мире, где нынче человеческое существо вынуждено жить по законам джунглей, где каждый человек представлен как «атом» и вынужден участвовать в «войне каждого против всех», вдруг кто-то мечтает о другом мире? Так вот, это и есть праздник тех мечтателей и борцов за другой мир. Они не привыкли мечтать о «земном», продавать совесть в обмен на материальное барахло или строить свое примитивное счастье на унижении и подчинении других.

Именно против этих правил еще в далеком 1886 году, именно в этот день – 1 мая, боролись рабочие далекого города Чикаго. Протестуя против увольнений, заводских порядков, полицейского террора и требуя 8-часовой рабочий день 11 человек были убиты и 200 получили ранения.

А теперь оглянись вокруг себя: что изменилось с тех пор? Разве что и заводов не стало, не так ли? Присмотрись к людям, превращенных в вьючных животных, работающих по 12 часов рабами на стройках, таксистами, продавцами за какие-то копейки, для того, чтобы свести концы с концами в обществе, погрязшем во взяточничестве и коррупции. Присмотрись к учителям, врачам, вынужденных продавать свою честь для удовлетворения примитивных потребностей. Так чего мы действительно добились за годы молчания, помимо бессмысленных парков и концертных залов, которые прибыль нести обществу не будут? Чего мы добились за годы молчания, когда высасывали нашу, твою нефть, и делались огромные состояния кучкой паразитирующих за счет нашей Родины? Ты сам прекрасно понимаешь, почему они хотят, чтобы ты молчал, и прекрасно понимаешь масштабы потерь, не только в виде нефти, но и в виде масштабной деградации населения Азербайджана, уничтоженной инфраструктуры, системы образования, здравоохранения… дальше можешь перечислять сам до бесконечности, мы все прекрасно знаем, в каком обществе мы живем.

Но чтобы ты и многие граждане нашей страны молчали, недостаточно одной угрозы, страха перед полицейским произволом. Рабам легче рабствовать, когда страх «оправдан» пессимизмом, рабским менталитетом, когда рабы заставляют себя верить в развитие в виде позолоченных фонтанов или победы на попсовых конкурсах, в душе понимая, что такая «победа» и есть показатель глубины и масштаба нашего поражения, как целой нации. В этом поражении виноват не враг, он своих целей добивается, а ты, терпящий поражение и не желающий бороться дальше во имя своих прав… Выбор за тобой.

Так о чем же мечтаешь ты?…

(c) Солфронт


Oxşar yazılar:

Baxış sayı:6935