abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan-Pol Sartr. Soyqırıma dair

Şərh


Soyqırıma dair

(Hərbi cinayətlər üzrə Rassel tribunalındakı nitqdən çıxarışlar)

Soyqırım sözü uzun zaman mövcud olmamışdır: onu hüquqşunas Lemkin iki dünya müharibəsi arasında işləyib – hazırlamışdır.  Hadisənin özü isə insanlıq qədər qədimdir və elə bir cəmiyyət, quruluş olmamışdır ki, onu bu cinayətdən qorusun.  İstənilən soyqırım – tarixin məhsuludur və özündə onun meydana çıxdığı cəmiyyətin cizgilərini daşıyır.  Bizim nəzər salmalı olduğumuz iş ən görkəmli müasir kapitalist derjavasına aiddir.  Biz də bunu məhz bu cür nəzərdən keçirməliyik, başqa cür desək, bu hadisənin həmin derjavanın iqtisadi quruluşunu, onun siyasi məqsədlərini və daxili ziddiyyətlərini necə ifadə etdiyini nəzərə almalıyıq.

Biz Vyetnama qarşı amerikan hökumətinin başlatdığı müharibənin soyqırım məqsədi daşıyıb daşımadığını anlamağa çalışmalıyıq.  1948  ci il Konvensiyasının 2 – ci maddəsində soyqırım məqsəd əsasında müəyyən olunur.  Hitler açıq şəkildə yəhudilərin məhv edilməsi planını bəyan etmişdi, o gizlətmirdi ki, soyqırımı siyasi taktika kimi istifadə edir.  İstənilən yəhudi öz mənşəyindən, əlinə silah alıb – almamasından, müqavimət hərəkatında iştirak edib – etməməsindən asılı olmayaraq məhv edilməlidir, çünki o yəhudidir.  Amerikan hökuməti belə bəyənatlar verməmişdir.  O hətta əmin edirdi ki, öz müttəfiqlərinə, şimal kommunistlərinin hücum etdiyi cənubi vyetnamlılara dəstək olmaq istəyir.  Bizim faktları daha diqqətlə nəzərdən keçirdiyimiz zaman gizli məqsədi aşkar edə biləcəyimiz mümkündürmü? Və biz belə tədqiqatdan sonra deyə biləcəyikmi ki, ABŞ – nın silahlı qüvvələri Vyetnamda vyetnamlıları sadəcə vyetnamlı olduqlarına görə öldürür?

Fransızların 45000 əlcəzairlini öldürdükləri zaman Nürnberq tribunalı hələ hamının yaddaşında idi.  Bu o qədər sıradan hadisə kimi görünürdü ki, Fransız hökumətini nasistlər kimi mühakimə etmək heç kimin ağlına gəlmədi.  Amma “milli qrupun bir hissəsinin” belə kütləvi qətli kolonistlərə ziyan vermədən davam edə bilməzdi.  Belə halda onlar məhv olardılar.  Fransızlar Əlcəzairdəki müharibədə ona görə məğlub oldular ki, onlar əlcəzair əhalisini məhv edə bilmədilər və çünki onlar bu ölkəyə inteqrasiya edə bilmədilər.

Bu mühakimə bizə müstəmləkəçi müharibələrin ikinci dünya müharibəsindən sonra necə dəyişdiyini anlamağa kömək edir.

Bu mübarizənin əsas xarakteristikaları başdan məlum idi: müstəmləkəçilər yerli əhalidən silahlanmada üstün idilər, yerli əhali isə onlardan sayca üstün idi.  Hətta müstəmləkəçilərin çox olduğu Əlcəzairdə də bu nisbət 1:9 idi.   İki dünya müharibəsi ərzində bir çox müstəmləkə xalqlar hərb sənətini öyrəndilər və mətanətli əsgərlərə çevrildilər.  Amma silahların çatışmazlığı və keyfiyyəti – istənilən halda, əvvəllərdə – silahlı birləşmələrin sayını məhdudlaşdırırdı.  Bu mübarizənin xüsusiyyətini şərtləndirirdi: terrorizm, pusqu, narahatlıq törədən hücumlar, gözlənilmədən meydana çıxan və həmən yox olan qrupların yüksək hərəkətliliyi.  Belə şeylər yerli əhalinin dəstəyi olmadan mümkün olmazdı.  Buradan azadlıq hərəkatlarının və xalq kütlələrinin məlum birliyi irəli gəlir: birincilər aqrar reformlar keçirir, siyasi həyatı və təhsili təşkil edir, ikincilər azadlıq həkəkatına onu bəsləməklə, gizlətməklə və baş vermiş itkiləri tamamlamaqla dəstək verir. <…>

Xalq tərəfindən dəstəklənən partizan hərəkatından fərqli olaraq, müstəmləkəçi ordu köməksizdir.  Onlara sadəcə toqquşmalardan qaçmaq qalır ki, bu da onları demoralizasiya edir və çıxışı əhalinin məhv edilməsində görməyə vadar edir.  Xilaskarlıq orduları öz xalqının bir hissəsi olduğundan, partizan hərəkatı ilə mübarizənin yeganə effektiv taktikası xalqın, yəni dinc əhalinin, qadın və uşaqların məhv edilməsi olur.

İşgəncələr və soyqırım –  istismar olunan xalqların qiyamına müstəmləkəçilik belə cavab verdi.  Bu cavab isə, bizə məlum olduğu kimi, o halda məqsədə aparır ki, o qəti və total olsun.  Sərt və siyasiləşmiş ordu ilə birləşmiş xalqın inadkarlığı ona imkan verməz ki, özünü müstəmləkəçiliyin çiçəkləndiyi dövrlərdəki kimi kütləvi qətl “dərsləri” ilə qorxutsun. Əksinə, bu onun nifrətini gücləndirəcək.  İndi isə məsələ qorxu yetirməkdə deyil, xalqı fiziki məhv etməkdədir.  Bu isə eyni zamanda müstəmləkə iqtisadiyyatını və müstəmləkə sistemini məhv etmədən mümkün olmadığına görə, müstəmləkəçi derjavalar həlli olmayan münaqişədə insan və material resurslarını itirməkdən tədricən yorulurlar və metropoliyalardakı kütlələr nəticədə varvar müharibələrinə qarşı çıxmağa başlayırlar və müstəmləkələr müstəqil dövlətlərə çevrilirlər.

Və bu Amma elə vəziyyətlər mövcuddur ki, azadlıq müharibələrinin həlli kimi soyqırımın qarşısı bu vəziyyət üçün xarakterik olan ziddiyyətlərlə alınmır.  zaman aydın olur ki, total soyqırım partizan hərəkatları ilə mübarizə strategiyasından başqa bir şey deyil.  Və, müəyyən vəziyyətdə səyqırım, dərhal və ya tədricən, son məqsəd ola bilər

ABŞ silahlı qüvvələri Vyetnamın dərinliklərinə doğru hərəkət etdikcə, Laosu tabe etmək və Kambocaya soxulmaq üçün daha çox kütləvi qətllərə və bombalamalara əl atdıqca, heç bir şübhə qalmır ki, Birləşmiş Ştatlar hökuməti, öz riyakar bəyanatlarına baxmayaraq, soyqırımın xeyrinə qərar qəbul etmişdir.

Bunu faktlar açıqca sübut edir.  Soyqırım əvvəlcədən düşünülmüş məqsədlə həyata keçirilir. Ola bilər ki, keçmişdə soyqırım spontan şəkildə, olduqca qızğın vaxtda, tayfa və feodal münaqişələrin qızğın çağında baş verirdi.  Antipartizan soyqırımı, əksinə, bizim zəmanənin məhsuludur ki, zəruri şəkildə təşkilatı qüvvələri, baza hazırlığı və müvafiq olaraq, ortaqların olmasını (baş verənlərdən uzaq məsafədə olanlar), həmçinin uyğun büdcənin olmasını şərtləndirir.   Belə soyqırım düşünülməmiş və planlaşdırılmamış ola bilməz.  Bu o deməkdir mi ki, buna görə məsuliyyət daşıyanlar öz məqsədlərini dərk edirlər? Demək çətindir, belə ki, bu halda insan puritan motivasiyasının qərəzliliyini etiraf etməli olardı.

Həqiqəti döyüş sahəsində, amerikan silahlı qüvvələrinin rasizmində axtarmaq lazımdır.  Doğrudan da, rasizm – antizənci, antiasiya, antimeksikan – vyetnam müharibəsindən əvvəl dərin kökləri olan aşkar və ya gizlin formada mövcud olmuş fundamental xüsusiyyətdir.  Buna sübut olaraq Birləşmiş Ştatların soyrıqım üzrə  Cenevrə konvensiyasını ratifikasiya etməkdən imtina etməsini göstərmək olar. Bu o demək deyil ki, amerikanlar 1948 – ci ildən xalqların məhv edilməsi planını bəsləyirdilər, bu sadəcə o deməkdir ki, onların öz bəyanatlarına əsasən, konvensiya bu ölkənin bir çox ştatlarının qanunvericiliyi ilə ziddiyyət təşkil edir.  Başqa sözlərlə, Birləşmiş Ştatların indiki liderləri özlərini Vyetnamda öz sələfləri sayəsində əmin hiss edirlər ki, onlar da cənub ştatlarının antizənci rasizminə hörmət etməkdən çəkinmirdilər.  İstənilən halda, 1965 – ci il ilə müqayisədə Vyetnamdakı amerikan əsgərlərinin rasizmi daha çox nəzərə çarpan olmuşdur.  Gənc amerikalılar insanlara ikrah hissi olmadan işgəncə verir, silahsız qadınlara atəş açırlar, yaralıları cinsiyyət orqanlarından vururlar, ölmüş düşmənlərinin qulaqlarını kəsirlər.  Zabitlər daha pisdirlər:  hansısa zabit bir fransızın həmin zabitin vertolyotdan düyü tarlalarında işləyən vyetnamlıları ovladığı və onlara atəş açdığı barədə danışan zaman əsnəyirdi və bu vyetnamlılar, əlbəttə ki, özlərini müdafiə etməyi bacaran müqavimət döyüşçüləri deyil, adi kəndlilər idi.  Bulanmış amerikan beyinləri artıq vyetnamlı ilə vyetkonqlu arasındakı fərqi anlamamağa başlayırlar.  “Yaxşı vyetnamlı – ölü vyetnamlıdır” ifadəsi gündəlik sözə çevrilmişdir ki, bu “Hər bir ölü vyetnamlı – vyetkonqludur” deməkdir.  17 – ci paraleldən cənubda kəndlilər düyü yetişdirmişlər.  Onları xüsusi məntəqələrə köçürmək üçün amerikan əsgərləri gəlirlər. Kəndlilər etiraz edirlər.  Bəs bu silahsızlar başqa nəyi bacarırlar ki? Onlar deyirlər: “Biz yaxşı düyü yetişdirmişik, biz burada qalırıq”.  Bu da gənc amerikalıları özündən çıxarır: “Bunu sizin  beyninizə vyetkonqlular yeritmişlər. Onlar sizə müqavimət göstərməyi öyrədiblər”.  Əsgərlər şüurlarını o dərəcədə itiriblər ki, onların özlərinin zorakı fəaliyyətinin səbəb olduğu kiçik etiraz hadisələrini də təxribatçı fəaliyyət hesab edirlər.  Yəqin ki, onlar özü də məyus olmuşdular: onlar vyetnamlıları kommunist aqressorlarından xilas etməyə gəlmişdilər, vyetnamlılar isə onların özlərini aqressor hesab edirlər.  Onlar cazibədar xilaskar rolunu oynamaq istəyirdilər,  amma işğalçı rolunda oldular.  Bu sağlam qiymətləndirmənin başlanğıcı ola bilərdi: “Onlar bizi istəmirlər, bizim də burada görəcək işimiz yoxdur”.  Amma onların etirazı bu qədər uzağa getmədi, onlar sadəcə hirsləndilər və qərara aldılar ki, hər bir vyetnamlı sadəcə vyetnamlı olduğuna görə  şübhəlidir.

Doğrudan da, kommunist olmayan vyetnamlı yoxdur – buna sübut onların yankilərə olan nifrətidir.  Burada, qaranlıq və robota bənzər əsgər ürəklərində biz vyetnam müharibəsi haqqındakı gerçəkləri tapırıq, o tamamilə Hitlerin bəyanatlarına uyğun gəlir.  O, yəhudilər öldürürdü, çünki onlar – yəhudi idi.  Amerikan silahlı qüvvələri Vyetnamda kişilərə, qadınlara və uşaqlara ona görə işgəncə verir və öldürürlər ki, onlar vyetnamlıdır. Hakimiyyət nə qədər yalan danışsa da və yaxasını qurtarsa da, soyqırım ruhu özünü əsgərlərin ağıllarında biruzə verir.  Və beləliklə onlar öz hökumətlərinin yaratdığı soyqırım vəziyyətini ağırlaşdırırlar.  Şahid Piter Martinsen, yarım il ərzində əsirləri  “sorğu – sual edən”, indi isə bu xatirələrlə yaşaya bilməyən iyirmi üç yaşlı tələbə bizə dedi: “ Mən adi amerikalıyam, hər hansı başqa tələbə kimi, amma indi mən – hərbi cinayətkaram”.  Və əlavə etdi: “Mən yerimdə olan hər kəs mənim kimi hərəkət edərdi”.  Və o tamamilə haqlı idi.  O yalnız bir şeydə yanılırdı ki, bu dəhşətli cinayətləri müharibənin təsiri ilə əlaqələndirirdi.  Xeyr, bu abstrakt müharibə deyil, bu ən qüdrətli derjavalardan birinin kasıb kəndli ölkəsinə qarşı apardığı müharibədir, bu, müharibəni çox inkişaf etmiş ölkə  ilə inkişaf etməmiş ölkə arasında yeganə mümkün münasibət qurmaq yolu hesab edənlərin başlatdığı müharibədir.  Başqa cür desək, soyqırımın burada rasist əsasları var.

Amerikan hökuməti məqsədyönlü şəkildə vyetnam xalqının soyqırımını təşkil etməkdə və partizan müharibəsinin çağırışına yeganə cavab kimi soyqırımı seçməkdə günahkar deyil.  O, həm də günahkar deyil ki – məsələn – soyqırımı öz strategiyası və iqtisadiyyatının aləti etmişdir.  Həqiqətdə, soyqırım istismarçılara qarşı xalq kütlələrinin üsyanına yeganə mümkün reaksiyadır. Amerikan hökuməti günahkardır ki, o, məqsədi soyqırım olan müharibə və aqressiya siyasətini sülh siyasətindən, yeganə mümkün alternativdən üstün tutdu, belə ki, bu, iri imperialist kompaniyalar tərəfindən ölkəyə yeridilmiş əsas məqsədlərə yenidən baxılmasına gətirib çıxarardı.  Amerikanın günahı ondadır ki, məüharibəni başlatmış və zorla davam etdirmişdir, baxmayaraq ki, onun bütün liderləri gündəlik məlumatları və hesabatları oxuyarkən başa düşürdü ki, yeganə çıxış yolu – Vyetnamı vyetnamlılardan azad etməkdir.

Onun günahı ondadır ki, o riyakarlıq edir, aradan çıxırdı, yalan danışırdı, hər şeyi daha çox qarışdıraraq, çıxılmaz yolu izləyərək  çıxardığı dözülməz, xüsusi təcrübəyə baxmayaraq öz – özünə yalan danışırdı. O öz səhvlərinə görə günahkardır cünki, şüurlu şəkildə “nümunəvi” müharibəni davam etdirirdi ki, bu, soyqırımı bütün xalqlar üçün çağırış və təhlükə etdi.  Bir kəndlinin düyü tarlasında avtomat gülləsi ilə ölməsi hamımız üçün ağırdır.  Beləliklə, vyetnamlılar bütün insanlıq üçün mübarizə aparır, amerikan ordusu isə bizim hamımıza qarşı savaşır.  Bu nəzəriyyə və abstraksiya deyil.  Ona görə yox ki, bu soyqırım insan haqlarına qarşı dünyada qəbul edilmiş cinayətdir.  Ona görə ki, soyqırım şantajı tədricən bütün insanlığa aid edilməyə başlayır, belə ki, artıq atom müharibəsi təhlükəsi vardır.  Bu cinayət bizim gözlərimiz qarşısında hər gün baş verirdi, bunu mühakimə etməyənlər isə bu cinayətin ortağı olurdular.

Bu mənada imperialist soyqırımı daha ağır nəticələrə gətirib çıxara bilər, belə ki, amerikanların vyetnamlıları məhv etməklə məhv etməyə çalışdığı qrup – bütün insanlıqdır.

[material atheism.ru ünvanındakı  yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]

(c) www.solfront.org

 

 


Oxşar yazılar:

Baxış sayı:13472

Şərhlər

  1. PetrGalkin18 deyir:

    эффективная реклама на бигбордах по всей территорий Украины