abunə ol: Yazılar | Şərhlər | Еmail

Həqiqətin gözəlliyi. Tina Modotti

Şərh

Ziddiyyətli ağ-qara şəkillər. Cəmiyyətin aşağı sinfinin qara rəsmi onun yuxarılarının çiçəklənən “bəyaz” şəklinə qarşı qoyulub. Mayakovskiyə görə, ictimai–işıqlandırma bölgüsü: “təmiz” və ya “çirkli” olmaqla, öz əməyi ilə “bəyaz insanların” tox firavanlığını təmin edən hər kəsə hakimlik etməkdir.

Təbiətən və ya günvurmadan qaralanlar, ovucları bəmbəyaz camaşırdan sıyrılanlar – təkcə bunlar ona həmin təmiz bəyazlığı verir.

Adi təraş olunmuş kətan köynəyin qollarında boşalan kətan sapları – təkcə əllər, onlarda əskiksiz, doğma, lakin özünün olmayan qara torpağa sərf edilən əmək, kəndlinin qaranlıq həyatı görsənir. Körpünün kənarında səfil dayanıb, əlləri ilə üzünü qapamış, qaməti cır-cındırla örtülmüş – yorğun, ümidsiz. Onun başı üzərindəki iri reklam lövhəsində isə gənc burjua – frak, qalstuk-kəpənək, gözlük, qar bəyazlığında döşlük, ərköyün, özündən razı sima – lütfkarlıqla təqdim olunan plaşı geyinir. Üzərindəki  ispan dilində əlavə yazıda: “Bizdə kovalerin başdan – ayağa zərif görünməsi üçün hər şey var”.

Oraq və çəkic, zəhmətkeşlərin azadlıq mübarizəsinin maddi simvolu – çəkilməmiş, rəmzi olaq naxış edilməmiş – iş zamanı əmək aləti olan, həqiqi, sadə oraq və adi çəkic. Elə bil bu dəqiqələrdə zəhmətkeş əllər  onları ovucları qabar olana qədər bərk sıxır.

Belə şəkillər çoxdur, onlar sadədirlər, nəzərəçarpan dərəcədə realistdirlər və bununla yanaşı, simvolik obrazlar özlüyündə kapitalist cəmiyyətinin bütün qaranlıq mahiyyətini əks etdirirlər: bərabərsizlik, ədalətsizlik, insanların əzilməsi, əzabları və onların hakim sinfə – sahibkarlara qarşı yaranan nifrəti. Lakin elə bu şəkillərdə insanlar öz əməlləri və istirmarla eybəcərləşdirilmiş dünyanın dəyişdirilməsi uğrunda apardıqları mübarizə ilə gözəl görünürlər.

Bu şəkillərin müəllifi Tina Modotti onlardan biridir.

Onun şəkillərindəki çoxobrazlılıq dolğun, ideal, siyasi portret təşkil edir. Ağ-qara şəkillər bu və ya digər insan, rəssam, inqilabçı haqqında aydın, dəqiq təəssürat yaradır. Rəssam–inqilabçı haqqında: axı Modttinin yaradıcılığında inqilabi mübarizə də var, bu, fotoqrafın sənətində hiss olunduğu kimi, özünü həmçinin bölünməz bir tam şəklində kommunistin partiya fəaliyyətində də göstərirdi. Tinanın sənətindən onun partiya fəaliyyətini kəsib ayırmağın mümkün olduğunu güman etməyin, çünki, rəssam-Modottinin formalaşması yalnız komunist –Modottinin mövcudluğunun nəticəsində mümkün oldu.

Bununla belə, biz Modottini özünün portretlərinə görə də tanıyırıq. Xüsusən də, onların müəllifi  XX əsr  foto-rəsm ustası  Edvard Veston  olmuşdur. Onlardan istənilən birini müşayət edə biləcək sözlər də yazılmışdır: “Tünd saçların çərçivəsində solğun oval sima, illərin içindən eyni cür baxan iri, qara, zərif gözlər” – Tinanı latınamerikası inqilabının görkəmli şairi Pablo Neruda bu şəkildə təsvir edirdi.

Bu baxışın ardında qəzet revyusunun* romantik obrazına düşkün olanların danışmaqdan boyun qaçırdığı bir çox məsələ dayanır – onun inqilabı yaradıcılığının şəxsi kökləri. Assunta Adelaida Luije Modotti  İtaliyanın şimalındakı Udino şəhərində yoxsul fəhlə ailəsində dünyaya gəlmişdi. Dəbdəbəli jurnallardan biri onun doğma məhəllələrini xarakterizə edərkən belə təsvir edir: “Proletariatın yaşadığı yer”. Fəhlələri  heyvanlarla müqayisə edəcək şəkildə əskildən, həqiqətə yaxın, ikimənalı olmayan zarafat. İtalyan proletarları həqiqətən də çörəksiz, işsiz, heyvan kimi sürünərək yaşayırdılar. Balaca Assunitanın atası avtomexanik idi və o, qazanc üçün okeanın o tayına getmişdi. Qızı evdə kasıb, ac proletar uşaqlığı yaşamağa məhkum olaraq paltaryuyan anası ilə bərabər qalırdı.10 yaşında o, toxuculuq fabrikində 12 saatlıq iş gününə dəyərsiz maaşla işləməyə başlayır. 15 yaşında fahişəlikdə ittiham edilərək polis bölməsinə düşür. 4 ildən sonra San Fransisko emalatxanalarında (onurğa əyriliyi ilə bağlı xəstəlikdən taqətdən düşmüş) atası “rüsvay olmuş” qızını yanına çağırır. Amerikaya gələn Assunita növbələnən katolik adından imtina edərək onu ahəngli səslənən Tina ilə əvəz edir. O, əvvəlki kimi toxuculuq fabrikində işləyir – Teodor Drayzerin ifadə etdiyii kimi desək, “Əməyin qeyri-insani şərtlərinin hökmranlıq etdiyi bir yerdə”.

Tikiş bacarığı ona müasir dərzi emalatxanasında işləməyə şərait yaratdı. Buradaca Tina ilk əri Robo de Labri ilə tanış olur. Onun təşəbbüsü ilə Tina Madotti gözlənilmədən Hollivud kino seçmələrinə düşür. 1il ərzində gənc, italyan mühacir qadın uğurla 3 melodrama çəkilir. Buna baxmayaraq, aktyor sənəti, məşhurluq və Hollivudun telestudiya mühiti  tezliklə onda qəti narahatlıq yaradır. Lakin məhz Hollivud studiyalarında Tina, sonralar ərinin qəfil ölümündən  sonra, birlikdə Holluvudu birdəfəlik tərk edib Meksikaya köçdüyü fotoqraf-təcrübəçi kimi təqdim olunan Eduard Vestonla tanış olur.

20-ci illərin əvvəllərində Meksika Respublikası kəndli-muzdlu qoşununun diktator Porfirio Diası, ardından general Uert rejimini devirməsi  hadisələri axınında hələ də yaxın keçmişdəki demokratik-burjua inqilabının təsiri və qüvvəsi altında yaşayırdı. Ölkədə işçi-kommunist hərəkatının böyüyən və genişlənən fonunda burjuaziya qrupları arasında hakimiyyət uğrunda silahlı mübarizə gedirdi. Bu yüksəlişin xarakterik xüsusiyyəti Meksika fəhlə hərəkatı ilə əlaqədar ən çətin obrazı inqilabi incəsənətin görülməmiş çiçəklənməsi oldu.

Meksika inqilabi incəsənəti rəssamlığın monumentalizm istiqamətini formalaşdırır. Onun görkəmli yaradıcıları Orosko, Sikeyros və Rivera köklü hindu mədəniyyətinə, Xose Qvadelupa Posadinin sosial qrafikasına, Paris modernizminin əlamətlərinə əsaslanan mükəmməl inqilabi rəssamlıq məktəbi yaradırlar. Öz yaradıcılığında onlar divar naxışlarına üstünlük verirdilər. Monumental-freskalar, rəssam-muralistlər (“mural” sözündən-divar) politik süjetin aktuallığı və yenilikçi texnika sayəsində böyük sosialist ideyalarının təbliğatına xidmət edirdilər. Qısa zaman kəsiyində monumentalistlər bütün Meksika incəsənətini inqilabi yönümlü etməyi bacardılar. Onların “İnqilabi rəssamların, heykəltaraş və oymaçıların sindikatı*” birliyi Meksika Kommunist Partiyasının yaranması üçün  təkan oldu. Onların, xüsusilə nadir inqilabi qrafika ilə tanınan “El Maçete” qəzeti  partiyanın rəsmi orqanına çevrildi.

Meksika kommunistləri ilə ilk tanışlıqdan sonra  Tina əbədi olaraq  özünü inqilabi hərəkata bağlayır. 1923-cü ildə o ilk dəfə Sakko və Vansettinin müdafiəsi  üçün  təşkil olunan Meksika fəhlələrinin  nümayişində iştirak edir. Bundan sonra antiimperialist liqaya daxil olur, ardından isə italyan antifaşist liqasının Meksikadakı təşkilatçısı olur.

Sol siyasi baxışlarının formalaşması Modottinin rəssamlıq sənətinə  də  təsir edir. Vestonun şagirdi və modeli olaraq o, tezliklə müstəqil  fotoqraf olur. Rəsm fotoqraflığı ilə məşğul olarkən Tina öz şəkillərinin abstrakt süjetini sosial mövzulara dəyişir. Vestonun yenilikçi texnikasını inkişaf etdirərək, Modotti kadrlarda maksimal sərtlik yaradaraq rəsm əsərlərini diqqətlə nəzərdən keçirib və şəkillərdəki  ən gözlənilməz rakursları* seçərək xüsusi bədiilik yaratmağa nail olur. İlk illərdə klassik inqilabi rəssamlığın məzmununa görə fərqli obrazları yaradıldı. Modotti ən fərqli istiqamətləri və janrları təcrübədən keçirir. Meksika yoxsullarının, muzdluların, fəhlələrin, kəndli qadınların yanmış kəndlərarası yollarda, Mexikonun xarabalıqlarında və amerikan neft şirkətlərinin anbarlarında şəkillərini çəkirdi. O, Meksika rəssamlarının divar rəsmlərinin fotosunu çəkir və elə məhz onun fotoşəkilləri sayəsində  dünya ilk dəfə Rivera və Oroskonun  rəsm əsərləri ilə tanış olur. Tina kommunist  mitinqlərini və nümayişlərini çəkir, İşçi aktivistlərin fotoportretlərini  hazırlayır, özünün qısa, aydın üslubu və koloriti (kolorit-rəssamlıqda boyaların uyğunluğu ) mükəmməl  “inqilabi naturmortlar” (naturmort – rəssamlıqda cansız əşyaların şəkli) yaradır. Zəhmətkeşlər hərəkatının simvolu olan oraq və çəkic patrontaşlarla, sombrerolarla, gitara qolları ilə birləşdirilirdi. Bu ziddiyyətli ifadəli şəkillər “El Maçette” qəzetinin səhifələrində işıqlandırılırdı, çap edilirdi və daha sonra bu şəkillərdən Meksiakada, ABŞ-da, Latın Amerikası və Avropada vərəqlər və plakatlar kimi istifadə olunurdu.

Rəsm fotoqrafiyasının texnikası və kompozisiyasını təcrubədən keçirərək Madotti sosial fəaliyyətini öz dövrü ilə cəmləşdirir. Və bu da onun şəkillərinə xüsusi  süjetli realizm verir. Pablo Nerudanın xatırladığı kimi, Tinanın fotoları bir çox rəssam–monumentalistə  öz rəsm və freskalarına süjet tapmaqda təsir göstərmişdir.

Meksika Kommunist partiyasına daxil olaraq Modotti “El Maçete” də katibə işləməyə başlayır. “Tina ilə işləyən hər kəs onun haqıında yalnız tərif söyləyirdi. Onu təkcə tərifləmir, eyni zamanda sevirdilər. Onun üçün gecə və ya gündüz anlayışı mövcud deyildi. Demək olar ki, qazandığının hamısını partiyanın ehtiyaclarına və antifaşist liqasına xərcləyirdi. Özünə isə ən zəruri “xərcləri” üçün lazım olan qədər saxlayırdı”- deyə bioqraf X.A.Melinin Yuriy Poqosov onun haqqında yazırdı. Susqun, özünəqapalı Modotti  günlərlə fasiləsiz partiya ilə bağlı işlərlə məşğul ola bilərdi. Tez-tez o, “ mənim barmaqlarım ən güclü və ən cəlddir” deyə çap maşınından heç kimin  ondan daha yaxşı və cəld istifadə edə bilməyəcəyini bəhanə gətirərək, gecələr də redaksiyadan getməkdən imtina edirdi. Bəs necə, bu barmaqlar min saatlarla tikiş sapı ilə işləyərək möhkəmlənmişdi.

Tinanın inqilabi təcrübənin müxtəlif formalarında ifadə etdiyi həqiqi ideyalılığı ona öz foto işlərində yüksək ifadəliliyə nail olmağa imkan verdi. Modottinin rəssamlıq yaradıcılığı həddindən artıq dərin motivasiyaya malik idi, baxmayaraq ki, yaradıcılığında onun cəmiyyətinə aid bir rəssam üçün ənənəvi olan stimullar – məşhurluğa, nəaliyyətə can atmaq, “saf”  incəsənətdə özünü ifadə etmək arzusu yox idi. Tina həyatı olduğu kimi çəkirdi, göstərir di ki, o ağ -qara ola bilməz, belə qalmamalıdır. Və o, öz şəkillərinə bütün bacarığını, əminliyini qatırdı ki, onlara oyanış gücü verə bilsin, heç kimin onun şəkillərinə biganə qala bilməyəcəyinə nail olsun.

1928-ci ildə əvəllər artıq Çapinqoda Milli kənd təsərrüfatı məktəbinin divarlarında Modotti ilə məhsuldarlıq ilahəsini çəkmiş Diyeqo Rivera özünün məşhur “Fəhlələrə silah paylanışı” freskasında yenidən onu təsvir etdi. Orada Tina əlində pulemyot lenti ilə rəssam Frida Kalo və Kuba inqilabçı mühaciri Xulio Antonio Melyanın yanında dayanıb.

Məşhur beynəlxalq komunist hərəkatının  fəallarından biri, inqilabçı tələbələrin lideri, Fidel Kastronun “sosializmin Kubadakı apastolu” adlandırdığı Melya Kuba diktatoru Maçadonun agentlərindən gizlənirdi və o, Tina ilə “El Maçete” qəzetinin redaksiyasında tanış olmuşdu. Onların yaxın münasibəti təsminən 2 il davam edir. Modotti Melyanın bir neçə fotoportretini hazılamışdı və onlar Tinanın Kommunist partiyasının təşkil etdiyi şəxsi fotosərgisində nümayiş olunmuşdu. Bir neçə aydan sonra Xulio Antonio Melya Meksika gecəsində küçələrdən  birində sifariş olunmuş qatil tərəfindən Tinanın gözləri qarşısında güllələnir.

Həmin ildə Modottini Meksika polisinin təqiblərindən qorumaq üçün gizli şəkildə Moskvaya göndərirlər. O özü ilə sevimli fotoaparatını götürür , lakin bir daha onunla heç bir rəsm şəkli çəkmir. Tina  Modotti İYBT- İnqilab döyüşçülərinə yardım üzrə beynəlxalq təşkilatının mərkəzi bölməsinin əməkdaşı olur, Leninin şəxsi katibəsi  Yelena Startsova ilə bərabər işləyir. Latın Amerikası üzrə inqilabi hərəkatın Komintern (Komunist internasionali) məsləhətçisi vəzifəsini aldıqdan sonra o, nasizmlə daxildən dağıdılan Avropa ərazisində riskli antifaşist  əməliyyatları sırasında iştirak edir. Sovet pasportu alır və köhnə arzusunu reallaşdırır – Stalinin əlini sıxır.

İspaniya vətəndaş müharibəsinin əvvəllərində Tina İosifovna Modotti  ikinci həyat yoldaşı tanınmış Komintern agenti Vittotiyo Vidalli ilə birlikdə Mariya Kontreras adıyla Madridə gedir. Elə buradaca o Aleksandra Kollontay və onun foto işlərini yüksək qiymətləndirən Eyzenşteyn ilə tanış olur. Madridə basqının böhranlı zamanında Tina kəşfiyyatdan tibb bacısı sahəsinə keçirilir. Franko qələbəsindən sonra Modotti –Kontreras çoxdan tərk etdiyi  Meksikaya qaçmaq müvəffəq olur və elə oradaca 1942-ci ilə məlum olmayan səbəbdən vəfat edir. Belə ki,Tina taksiyə minib evinə ölü çatır. Belə güman edilir ki, onun qatili meksika jandarmeriyası* idi: frankistlər və gestaponun təsviyyəçi bölməsi ilə birlikdə onlar Kominternnanın Latın Amerikasındakı nümayəndələrini izləyirdilər. Bu ölüm Meksika sovet-alman cəbhəsinin xülasəsini izləyən kommunistləri üçün xüsusi ilə ağır zərbə oldu.Tinanın təntənəli dəfn mərasimində Pablo Neruda özünün məşhur şerlərini, ardından onun qəbir daşı  üzərinə yazılanları : “Gözəl günün son qızılgülü” – deyə, Modotti haqqında danışır.

Lakin inqilab günü hələ sönməyib. Faşizm üzərində qələbədən sonra dünyəvi inqilabın və milli-azadlıq hərəkatının yenidən yüksəlməsi ilə Modottinin fotoşəkilləri kütləvi halda yayılaraq ikinci həyatını  qazandı. Baxmayaraq ki, şəkillərin populyarlığı müəllifin öz məşhurluğunu üstələyirdi, Tinanın şəkilləri əvvəllər özü etdiyi kimi, fərqli qitələrdə sinfi mübarizənin işinə xidmət edirdi.

Öz həyatı, fotoları ilə o, ilk dəfə fotoqrafiyanı kommunist təbliğatında bir silah kimi, sinfi mübarizənin rəssam silahı kimi sınyaraq inqilabın faciyəvigözəlliyini aşkara çıxardı. Tinanın çəkdikləri yeni kommunist nəsillərinə əbədi miras kimi qalır, onun ucuz romantizm qəlibindən azad bioqrafiyası isə ümümdünya proletar inqilabının məzmunu və mahiyyəti olan həqiqi, gözəl həyat nümunəsi olmalıdır. Modottinin iş bacarığı və sənəti  bizim üçün bu gün çox vacib sayılır.

Qeyd:

1. Revyu – bir neçə ayrı-ayrı səhnələrdən, epizodlardan və nömrələrdən ibarət teatr tamaşası.

2. Sindikat – bəzi burjua ölkələrində həmkarlar ittifaqının adı.

3. Rakurs-rəssamlıqda təsvir edilən şeyin ön plandan uzaq olan hissələrinin prespektivdə son dərəcə qısa şəkildə verilməsi.

4. Jandarmeriya- burjua ölkələrində inqilabi hərəkata qarşı mübarizə aparan xüsusi polis qoşunu.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:13668