abunə ol: Yazılar | Şərhlər | Еmail

Avropa: Azadlıq terroru

Şərh

Avropa: Azadlıq terroru

Macarıstanda dissidentliyə görə mühakimə edirlər və KİV üçün senzura tətbiq olunur.

Yenilənmiş, demokratik Avropadan xəbərlər alanda, bəzən onları necə şərh edəcəyini bilmirsən. Onları “BBC News” telekanalının “No comments” rubrikasına yerləşdirmək istəyirsən.Amma əlbəttə ki, bu telekanal belə xəbərlər haqqında danışmayacaq. Və belə olan halda bu haqda gərək biz danışaq.
Məlum olduğu kimi, söz azadlığı demokratiyanın zəruri atributudur. Avropada, xüsusilə Şərqi Avropada, bu azadlıq elə bir yüksək inkişaf pilləsinə çatıb ki, bu bir az “1984” antiutopiyasını xatırladır. Bəzi fikirlər artıq yalnız “kramola” kimi qəbul olunmur, onlar indi birbaşa qanunvericilikdə nəzərdə tutulmuş qaydada qadağan olunur. Misal üçün qanlı totalitarizmdən azad olmuş Macarıstanı götürək. Bu müstəqil və demokratik ölkədə qanunvericilikdə “kommunistik rejimin cinayətlərini” inkar etmək qadağan olunub. Macar Xalq Respublikasının hansı cinayətləri olub – bu bulanıq və aydın olmayan məsələdir, necə ki Rusiyadakı “destalinizatorların” fəryadları. Elə düşünmək olardı ki, demokratiya olan halda obyektiv araşdırmaya inanmaq olar. Amma bunun əvəzinə “kommunist rejimin cinayətləri” postulatlaşdırılmışdı. Antikommunizm Macarıstanın rəsmi ideologiyası oldu (Polşa, Çexiya, Baltika ölkələri və bir çox başqa ölkələrdə olduğu kimi). Demokratik Avropanın bu yeni “inam simvoluna” şübhə ilə yanaşan hər bir kəs qanunvericilik orqanları tərəfindən təqib olunur.
Bunlar yalnız söz deyil. Mətbuatın verdiyi xəbərə görə, Macarıstanda ilk siyasi məhkəmə işinə qızğın hazırlıq gedir. Təqsirləndirilən şəxs Bela Bisku oldu-sosialist Macarıstanın 89 yaşlı siyasi xadimi. Yanoş Kadarın hakimiyyətində o daxili işlər naziri olub (1957-1961-ci illərdə). Görünür, onun ağır əlindən müxtəlif dissidentlər, spekulyantlar, quldurlar az ziyan çəkməyiblər. Baxmayaraq ki, Macarıstanda artıq çoxdandır ki kapitalizm bərpa olunub, tərs qoca təslim olmadı. Yerli burjua mətbuatı təəccüblə yazır: Bu günə qədər o, Macarıstanı idarə edən kommunist diktaturanı qətiyyətlə müdafiə edir və polis tərəfindən kommunist rejimin cinayət törətməsini açıq-aydın inkar etməkdə şübhəli bilindiyinə görə sorğu-sual edilmişdi.
Bu azmış kimi, “Duna Television” kanalına verdiyi müsahibədə keçmiş daxili işlər naziri hələ də 1956-cı ildə Macarıstanda baş vermiş hadisələri əksinqilab adlandırır və Macarıstan xalq hakimiyyətinin əksinqilab qiyamından sonra çıxartdığı qərarla 200-dən çox ölüm hökmünün verilməsinin düzgünlüyünü təsdiqləyir.
Biz oxucularımıza həmin günlərin bəzi daha çox yadda qalan mənzərələrini xatırlatmaq istərdik:

Жгут книги. Ради свободы и демократия

Kitabları yandırırlar. Azadlıq və demokratiya naminə

Одна из жертв АНТИкоммунистического террора. Сколько их было всего?

Antikommunist terrorun qurbanlarından biri. Onlar nə qədər olub?

Görünür ki, 1956-cı il hadisələri Macarıstanda azadlıq və demokratiya uğrunda mübarizə kimi təqdim olunur. Quldur və qatilləri lənətləyən xalq hakimiyyəti inanılmaz “cinayət” törədib. Hər şeyi öz gözləriylə görən 89 yaşlı Bela Biskunun rəsmi “demokratik” versiyanı təkzib etməyə hünəri çatıb. İndi onu mühakimə edirlər.
Getdikcə vəziyyət daha da qızışır. Macarıstanda heç kimdə bu haqda danışmaq və fitnə yaymaq istəyi yaranmasın deyə ölkə hakimiyyəti KİV haqqında qanunvericiliyi korreksiya etdi. Sənəd hakim partiya olan “Macar vətəndaş ittifaqı” (necə də demokratik addır! Hansısa totalitar kompartiya deyil e!) tərəfindən hazırlanıb və bu ilin yanvar ayının 1-dən qüvvəyə minib. Artıq mətbuatın məzmunu rəsmi qaydada hakimiyyət tərəfindən tənzimlənir. Əgər məmurlar mətbuatdakı hər hansı bir məqaləni “siyasi cəhətdən kifayət qədər tarazlaşmayan” hesab etsələr, bu halda KİV-i heç də az olmayan cərimə gözləyir – 720.000 avroya qədər. Sözsüz ki bu senzura deyil, bu Azadlıq və Demokratiya naminə olan zəruri məhdudiyyətdir. Senzura yalnız “totalitar” dövlətlərdə olur, “müstəqil” və “mədəni” ölkələrdə yox. Macar KİV-nin belə yeniliklərdən xoşu gəlmədi. 2010-cu ilin dekabrında 2 gündəlik macar qəzeti – “Magyar Naracs” və “ES” – etiraz əlaməti olaraq baş məqalələri boş olaraq çapdan çıxmışdılar. Macarıstanda tiraj üzrə bazar lideri olan “Nepszabadsag” qəzeti baş məqalədə “Ölkədə mətbuat azadlığı sona çatdı” sətrini AB-nin 27 ölkəsinin dilinə tərcümə edərək dərc etmişdi. Hakimiyyətin isə belə demarşlar heç vecinə də olmadı. Qanun qəbul olunub ve qüvvəyə minib.
Ümumavropa “demokratiyası” getdikcə daha çox qəhvəyi çalar alır. Məlum məsələdir. Kapital həmişə böyüyən xalq hərəkatı və sinfi mübarizəyə qarşı sevimli metodlarını istifadə edib-senzura, qadağalar, dar ağacı, güllə. Faşizm.

Batov Aleksandr

Tərcümə: Elmira Quliyeva

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:29824