abunə ol: Yazılar | Şərhlər | Еmail

Yoxsul Amerika: Kasıb məhəllələri ölkənin iri şəhərlərini zəbt edir

Şərh

Yoxsulluq və işsizlik Amerikada astronomik həddədir, böyük depressiyadan sonrakı müddətdə göstəricilər hələ heç  vaxt  bu həddə çatmamışdır.  Hal-hazırda Amerikada 13 milyon işsiz var, bu rəqəm Barak Obamanın ABŞ-ın prezidenti seçildiyi ildən 3 milyon nəfər daha çoxdur.  Onlar üçün iqtisadi böhran çox tez başladı və çoxları evlərini satıb motellərdə, müvəqqəti sığınacaqda və ən pis halda çadırlarda yaşamağa başladılar. Panorama-nın müxbiri Hilari Anderson Amerikada yoxsulluq ilə yaxın tanışlığından və insanların son ümid yeri kimi çadırlara məhkum olmasından danışır.

Səfalı Ann-Arbor şəhəri (Miçiqan ştatı) ətrafında, yol kənarındakı meşədə 30-a yaxın müxtəlif çadır salınmışdır . Burada yaşayanlar ya işsizdirlər, ya da elə az məvacib alırlar ki, onların normal yaşaması üçün bəs etmir. Şərait – antisanitariyadır. Burada hətta bir çadır üçün də normal tualet və elektrik enerjisi yoxdur və sakinlər şaxtalı günlərdə odun peçindən istifadə etməyə məcburdurlar.   Buz çadırın üstünü tutur və su daimi olaraq yatmış insanların üzünə damcılayır. Çadır şəhərcikləri ən azı 55 amerikan şəhərlərinin qırağında mövcuddur – onlar özlərində böhranın ikrahdoğurucu tərəflərini əks etdirirlər – bu, Amerika yoxsulluğunun yayılmasıdır.

Qara kif

Hazırkı siyahıya almaya görə, 47 milyon amerikalı yoxsulluq həddindədir – bu, ötən yarıməsrdə ən böyük rəqəmdir və sürətli şəkildə artmaqda davam edir. Ən böyük çadır şəhərciklərindən biri Floridada yerləşir, hazırda orada 300-ə yaxın insan yaşayır. Çadır şəhərcikləri həmçinin Nyu-Cersi və Portlenddə də peyda olub.

Ann-Arbor lagerində yaşayan Alan Herinqer (23 yaş) artıq 4 aydır ki, quru öskürəkdən əziyyət çəkir.

“Qara kif – o hər yerdədir; bizim balışlarımızda, yorğanlarımızda. Biz faktiki olaraq hər gecə qara kifin üstündə yatırıq” –axırıcı qışı çadırda yaşayan Alan deyir.

Şəhərcik orada yaşayanların öz vəsaitləri və xeyriyyə təşkilatlarından alınan maaliyyə dəstəyi hesabına saxlanılır. Bəzən xəstəxanadan, təcili yardım şöbəsindən, yerli polis bölməsindən və evsizlər üçün sığınacaqdan zəng edirlər və məlum  olur ki, şəhərciyə yeni insanları yerləşdirmək lazımdır.

“Dünən axşam bizə zəng etdilər və dedilər ki, sığınacaqdan 6 nəfər göndərmək istəyirlər…. onlar fikirləşirlər ki, biz onları qəbul edə bilərik… adətən bizə hər axşam 9-10 belə zəng gəlir” –  düşərgənin təşkilatçısı Brayn Adams  deyir.

Respublikaçılar tərəfindən idarə olunan Miçiqan ştatının höküməti öz büdcəsini tarazlaşdırmaq üçün  xərclərin  kəskin ixtisara salınması proqramını qəbul etməyə məcbur oldu. İxtisara müavinət alan bir çox yoxsul düşdü. İxtisara salma və iqtisadi şəraitin pisləşməsi sığınacaqların üzərinə düşən ağırlığı daha da artırır. Miçiqanın vitse-qubernatoru Brayan Kalliyə, onun ştatında fəaliyyət göstərən evsizlərə kömək edən departamentlərin indiki vəziyyəti barədə sual verilmişdir.

“Bu tamamilə qəbuledilməzdir  və biz əlimizdən gələn hər şeyi etməliyik ki,  bu insanlar müəyyən peşəyə yiyələnib özlərini dolandıra bilsinlər, amma bütün bunlar 1 saatın içində düzələcək işlər deyil” deye o cavab verdi.

Kasıblığın depressiv forması

Hesablamalara  görə, Amerikada bu cür düşərgələrdə  təxminən 5000 insan yaşayır. Mərkəzi Floridada (öz qlamur Disneylendi  ilə tanınır) yerləşən Pinella’s Hope adlı ən böyük düşərgə 13 akr ərazidə paralel düzülmüş çadirlardan ibarətdir. Orada fəaliyyət göstərən katolik xeyriyyə təşkilatı paltar yumaq, internet ve telefondan istifadə üçün şərait yaratmışdır.

Bir çox düşərgələr təşkilatlanır, öz aralarında əmək bölgüsü aparmaq və cəmiyyət qanunlarını müzakirə etmək üçün tez-tez toplanırlar. Yaxın vaxtlarda iş tapmaq şansı olmayan bütün insanlar üçün bura daimi sığınacaq yerlərinə çevrilib. Bu çadır şəhərlər və bu yoxsulluq səviyyəsi – bir çox amerikalıda Böyük Depressiya ilə assosiasiya olunur.

Bu gün Amerikada işsizlik 1930-cu illərin astronomik səviyyəsinə çatmayib, 1982-ci ilin qısa sıçrayışını çıxmaqla, Böyük Depressiyadan sonra  heç vaxt bu dərəcədə yuxarı olmayıb. Hal-hazırda Amerikada 13 milyon işsiz var, Barak  Obamanın ABŞ-ın prezidenti seçildiyi ildən  3 milyon nəfər daha çoxdur.

Acı reallıq ondan ibarətdir ki,  bu gün bu vəziyyətdə olan insanların çoxu hələ  bir müddət əvvəl  komfartabelli  orta səviyyəli həyat sürürdülər. Onlar üçün iqtisadi böhran çox tez başladı və çoxları evlərini satıb motellərdə, müvəqqəti sığınacaqda və ən pis halda çadırlarda yaşamağa başladılar…

Panorama: Hilari Anderson “Yoxsul Amerika” filmini təqdim edir.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9177