abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks bankirlərə kömək olmayacaq

Şərh

Ceyson Barker

Kapitalizmin böhranlarından və onun nəticəsi kimi güclənən sosial təbəqələşmədən şikayət etmək əvəzinə, Marks onu “salamlayırdı”, belə ki, hər yeni böhran sistemin tabutuna vurulan növbəti mıxdır.

Qlobal resessiyanın başlanğıcı ilə Terri İqltondan tutmuş BVF-nun iqtisadçısı Nuriel Rubininə kimi bir çoxları Marksın haqlı olması barədə danışmağa başladılar. Tarixin kinayəsi ziddiyyətlər “ustadını” kənarda qoymadı. Baxmayaraq ki, hər yerdə, haqsız şəkildə məhəl qoyulmayan və indi kapitalizmə böhrandan qurtulmağa kömək edəcək Marksın öngörənliyindən danışılır (o qədər narahatlıq yaradıb ki, hətta Financial Times belə bu mövzuya bir sıra material həsr edib), lakin Marksın məhz nədə haqlı olması, onun işlərinin praktiki tətbiqinin necə olması – bu haqda az şey bilirlər.

Naomi Klaynın müəyyən etdiyi kimi, getdikcə daha aydın şəkildə başımızın üstünü alan “kapitalizm fəlakəti” kölgəsi altında çox az adam Marskın inandığı, ən sonda kapitalizmin özünü məhv edəcəyi fikri barədə danışır. Ola bilsin ki, Marksın “haqlı olmasını” qəbul edərkən, biz yenə də onun sözlərini lazımi qədər qiymətləndirmirik?

Tez-tez kommunizmin nəzəriyyədə mükəmməl olduğu, amma həyata keçirilməsinin mümkünsüzlüyü barədə zəhlə aparan kəlmələr eşidirik. Keçən il Radio 4-də yayımlanan seriyalı verlişlərdə Con Qrey eyni şeyi deyirdi – Marksın, kapitalizmin orta sinfi məhv etdiyi və getdikcə daha çox sayda (99%) əhalini muzdlu qula çevirməsi barədə haqlı olduğunu qeyd edərək, eyni zamanda “kommunizm barədə haqsız olduğunu” deyirdi.

Burada Marksa tipik liberal-konservativ nöqteyi nəzərindən yanaşmanı görürük. Rubini kimi reformistlər üçün Marks haqlı idi, amma tam yox. Onun tarixi, sinfi mübarizə kimi tamamilə doğru təyin etməsi provokativ hesab edilir, belə ki, o bizi qarşılaşdığımız sabit mənfəət və sosial zəmanətlərin olmadığı qeyri-müəyən gələcək uçuruma qorxu ilə yanaşmağa vadar edir. Bu uçuruma baxanda, reformistlərə görə, soyuqqanlılıqla geri çəkilib yolumuzu dəyişməliyik, yəni: daha “məsuliyyətli kapitalizmə” və ya Devid Kameronun dediyi kimi, “vicdanlı kapitalizmə” doğru irəliləməliyik. Bundan başqaŞ “kreativ kapitalizm” yolu da təklif edilir (daha bir kapitalist reformator-Bill Geytsin sözləri ilə desək). Hər halda, bütün bu nəzər nöqtələri ona gətirib çıxarır ki, Marksı ciddi qəbul etməliyik, bununla belə, proletar inqilabını dəstəkləməməliyik, amma “Kommunist Partiyası Manifestindəki” peyğəmbərliyə qulaq verməliyik: “Silklərə məxsus və durğun olan hər şey yox olub gedir”. Marks onlar üçün, biz düzəlməsək, cəmiyyətimizin nəyə çevriləcəyi barədə kabuslarla qorxudan Milad Ruhuna( Çarls Dikkensin “Milad günü hekayələri”dən) çevrilir.

Marksın bu cür ağıllı interpretasiyası ola bilsin ki, əxlaqi etiqad baxımından düzgün olsun, ancaq Marks tamamilə başqa şeydən yazırdı.

Bununla belə, Marksın ilk işlərində kommunizm kapitalizmin “qəzəbli əkiz tayı” kimi göstərilmir. Kommunizm həmçinin işıqlı sabah vəd edən utopik bir şey də deyil. Gənc Marks1845-ci ildə yazdığı kimi– “Kommunizm– bərqərar ediləcək vəziyyət deyilgerçəkliyin uyğunlaşdırılmalı olduğu ideal deyil. Biz kommunizmi hazırkı vəziyyəti dağıdan gerçək hərəkət adlandırırıq”.

Başqa sözlə, Marks kommunizmi gerçəklikdən ayrılmaz hesab edirdi. Bizi kabus tək qorxutduqları kommunist cəmiyyəti əslində isə artıq kapitalist cəmiyyətinin dərinliklərində gizlənib. Yaranmış düşüncəyə rəğmən, Marks belə bir kapitalizmin düşməni deyildi – axı kapitalizm özündə özünüməhvetmə toxumlarını daşıyır.

İnqilabi hərəkatın əsl düşməni isə xüsusi mülkiyyət hesab olunur, hansının ki, köməkliyi ilə mənfəət və renta kapitalist və lendlordların əllərində cəmlənir (qeyri-məhsuldar əmək) – yəni bu mənfəəti əldə etmək üçün faydalı heç bir şey etməyənlərin əlində. Əgər biz müasir multimilli korporasiyaların təkcə əmtəə lisenziyaları ilə (10 illiklər əvvəl ilk dəfə yaradılan) bir ildə milyarlarla dollar qazandığını nəzərə alsaq, onda var-dövlət varislərinin və haqsız olaraq əldə etdikləri imtiyazlardan istifadə edənlərin ictimai əlaqələrinin qırılması üçün necə dərinlərə varmalı olduğumuzu anlayarıq.

Hazırkı cəmiyyətdə elə bir fikir yayılıb ki, insanlar kimi, təbiət resurslarının da iqtisadi istismarı elə bir həddə çatacaq ki, bizim eyni ruhda davam etməyimiz mümkün olmayacaq. Və biz qarşımızdakı uçurumdan bir addım çəkilməyə çalışaraq anlayırıq ki, insanlar mənfəətdən vacibdir. İndi az adam bunu təkzib edə bilmir. Hətta Marksın özü bunu təkzib edirdi – lakin o eyni zamanda ictimai prosesin özünü uzun və əzablı mübarizə prosesi kimi görürdü. Kapitalizmin böhranlarından və onun nəticəsi kimi güclənin ictimai təbəqələşmədən şikayət etmək əvəzinə, Marks onu “salamlayırdı”, belə ki, hər yeni böhran “izafi dəyəri” onu istehsal edən insanlardan mənfəət formasında çəkib çıxaran

sistemin tabutuna vurulan növbəti mıxdır. İnqilab ərəfəsində 1848-ci ildə çap edilən, Marksın heç bir bədxahlıq etmədən kapitalizmin ictimai dağıdıcı xüsusiyyətini təsvir etdiyi “Kommunist Partiyası Manifestini” oxuyun. “Burjuaziya – Marks əvəzedilməz silahdaşı olan Engelslə birlikdə yazır – eqoist hesablaşmanın buzlu suyunda dini ekstazın müqəddəs həyəcanını, cəngavər şövqünü, meşşan sentimentallığını batırdı”.

Biz kapitalizmə qarşı başqa hisslər bəsləməliyikmi? Daimi olaraq ictimai əlaqələri dağıdan və bununla belə xəlvətdə siyasi məhvetmənin bizi eqalitar* cəmiyyətə yaxınlaşdıracağına ümid edən bu sistemi sevməyi öyrənmək gərəkdirmi? Belə taktika fatalizmə gətirib çıxaracaq ki, bu, Marksın siyasi əsaslandırılmış ideyalarından fərqlənir. Ancaq illüziyalara qapılmaq lazım deyil – yeni cəmiyyətin qurulması – çətin tapşırıqdır.

Əslində Marks dünyanı dəyişmək üçün heç bir sehirli formul verməyib vəd etməyib. Onun işləri “korporativ məsuliyyətin” köməkliyi ilə iflasın qarşısının alınması üsullarını təklif etmir –onlar kapitalistlər üçün hazır cavabların olduğu hansısa dərs vəsaiti deyil. Liberal və konservatorlar əbəs yerə Marksı rəhm edən xilaskar, mənəvi havadar və ya bankirlər üçün məsləhətçi kimi görürlər. Marks, mənimsənilməsi çətin olan dərs verir.

O öyrədir ki:

– elə bir sərhəd yoxdur ki, kapitalizm oradan keçə bilməsin;

– elə bir sosial əlaqə yoxdur ki, onu qırmasın;

– kapitalizm “ixtiraçılığının” elə bir sərhəddi yoxdur ki, o insan bədbəxtliyindən dollarlar qazanmasın.

Ancaq “iqtisadi qənaət rejiminin” tətbiq edildiyi dövrdə biz Marksın bu dərsini yaxşı öyrənməli və unutmamalıyıq.

Qeydlər:

*Eqalitarizm – mülkiyyətin fərdi təsərrüfat əsasında bərabərləşdirilməsini təbliğ edən nəzəriyyə.

(c) SOLFRONT.org

[Yazı liva.com.ua saytından Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:9022