abunə ol: Yazılar | Şərhlər | Еmail

Xerluf Bidstrup – öz dövrünün gülüşü və vicdanı

Şərh

 Xerluf Bidstrup,  həyat və yaradıcılğı yaşadığı çətin dövrlə  sıx bağlı olan  danimarkalı rəssam-karikaturist, satirik – insanıdır. Onun özünəməxsus unikal şəkilləri və karikaturaları indiyə kimi ən məşhur əsərlərdəndir və bu əsərləri ən müxtəlif yerlərdə – psixologiya dərsliklərindən (onun işlərinin ən tanınmış seriyalarından biri insan temperamentlərinin yumoristik illüstrasiyalarıdır) tutmuş jurnal və qəzetlərin səhifələrindəki  siyasi həcvlərə (pamphlet)  qədər – görmək olar.

Xerluf Bidstrupun etirafına görə, o özünü tanıyan vaxtdan rəsm çəkir. Kiçik uşaq ikən əlinə təbaşir, kömür parçası və ya karandaş düşən kimi – o çəkirdi. O hətta əlində heç nə olmayanda belə  – çarpayıda yatmağa uzanarkən  havada şəhadət barmağı ilə özünün “görünməyən şah əsərləri”ni yaradırdı. Rəssamlıqla fəal məşğul olan və rəngsaz işləyən atası Xerlufu xüsusilə bu sənətə həvəsləndirirdi və onun ilk tənqidçisi idi. Əlbəttə, onun çəkdiyi bütün evciklər, ağaclar, insanlar – bir sözlə, adi uşaq şəkilləri – təbəssüm doğururdu. Madonna obrazının üzərində incəliklə işləyən ustad rəssam kimi öz şəkillərinin üzərində işləyən oğlan onun şəkillərinin niyə istədiyi kimi qəbul alınmamasını anlamırdı. Amma tezliklə o düşünüb anladı – gülüş – onun müttəfiqidir. O, uşaq və məktəb illərində əldə etdiyi təcrübəni sonralar tarixi səhnədə (o, iki böyük dünya müharibələri dövründə yaşayıb) hadisələrin sürətlə dəyişib inkişaf etdiyi zamanda siyasi satira və karikatura kimi istifadə etməyə başladı.

Cəbhədə və evdə

“Siyasi rəqibin karikaturası o zaman alınır ki, o yalnız bu şəxsi  təsvir etmir, həm də onun apardığı siyasətin mahiyyətini açır.  Axı əsas zərbəni  siyasətə görə vurursan, siyasətçiyə deyil. Məsələn, hər hansı aparıcı burjuaziya və ya əksər halda sosial-demokrat siyasətçini özündən razı, piyli, eybəcər çəkirsənsə, o karikatura şəxsin yalnız portret xüsusiyyətlərini əks etdirməyəcək, həm də seçicilər hesabına ona piylənmək imkanı verən siyasətini əks etdirəcək. Və ya əksinə, arıq  siyasətçi üçün karikatura onun siyasətinin yoxsullaşmaya və çalışanların aclığına gətirməsinə çox gözəl illüstrasiya ola bilər. Bununla belə, karikaturist daim  nəzərə almalıdır ki, təsvir orijinala daha çox oxşamalıdır, hətta fotoşəkildən də çox. Karikaturanı çəkmək çətindir. Burada nə xətt, nə də kömür qabı kömək etmir və çox güman ki, buna görə rəssamın çox səhvləri tez-tez belə izah edilir: “Bu yalnız karikaturadır, o, orijinaldan fərqlənməlidir”. Əslində isə əgər karikatura uğurlu alınmadısa, başqa sözlə, əgər ox hədəfə dəqiq dəymədisə, onda bu artıq karikatura deyil”

 

Karikatura böyütü bildirir, amma əksər hallarda o təhrif kimi anlaşılır. Xerluf Bidstrup heç vaxt həqiqəti təhrif etməmək prinsipini əsas götürüb, hərçənd tez-tez o hadisələri mübaliğə üçün  karikaturadan istifadə edirdi. Axı karikatura tamaşaçıda təsvirin rəssamda yaratdığı eyni güclü təəssüratı yaratmalıdır. Ağ kağız üzərində qara cizgi edilmiş şəklin, həm də kiçildilmiş, qəbul edilməsi həqiqətdə olan təəssüratları  azaldır, zəiflədir və deməli, itirilmiş təəssüratlar başqa üsulla doldurulmalıdır.

Rəssam tərəfindən seçilmiş formanı “normal çəkmək” bacarıqsızlığı və ya onun bədii təhsilində boşluqların olmasının nəticəsi kimi düşünmək lazım deyil. Məktəbdə keçirdiyi on ildən  və müvəffəqiyyətlə verdiyi buraxılış imtahanlarından sonra Bidstrup üçün aydın oldu ki, o rəssam olacaq. O, yağlı boyalarla çəkməyə başladı. Son məktəb illərində axşamlar bədii məktəbə baş çəkir və orada həndəsəni, proyeksiyanı, perspektivin qanunları öyrənir və kömürlə gipsdən büstləri çəkirdi. Bu, İncəsənət akademiyasına daxil olmaq üçün lazım olan hazırlıq idi. Kral İncəsənət akademiyasına daxil olduqdan sonra o, dörd il ardıcıl olaraq rəsm problemlərinin üzərində çalışır, axşamlar isə naturalistlərin kömürüylə çəkirdi. Amma onun üçün  modellər canlı varlıqlara az oxşayırdı, axı hər gün saatlarla,  bəzən isə aylarla  hərəkət etmədən, mumiya kimi dayanan insana marağı saxlamaq çətindir. Buna görə asudə vaxtı Xerluf Bidstrup hərəkətdə olan insanları çəkirdi. Onun cibində həmişə kiçik dəftərçə olurdu və həmin dəftərçənigün ərzində rast gəldiyi hər şeylə doldururdu.

 Sinifli cəmiyyətin metamorfozu.

Onun akademiyada təhsil alığı vaxtlar dünyanın siyasi arenasında vəziyyətin kəskinləşməsiylə üst-üstə düşür. Berlində reyxstaqın yanğını, Hitlerin hakimiyyətə gəlişi, Layptsiq prosesində Dmitrovun faşist cəlladlarıyla qəhrəman mübarizəsi – bütün bunlar rəssamı maraqlandırmaya bilməzdi. Həyatda olduğu kimi, bədii “cəbhə”də də vəziyyət fəallaşır – Danimarkada çıxmış “etiraz edən” abstraksionistlərlə mübahisələr də həmçinin.

Abstraksionistlər fil sümüyündən olan  imarətlərindən onlara artıq qəzəblənməyən, əksinə, onların yaradıcılığına böyük hörmətlə yanaşan burjuaziyanı ələ salırlar. Axı bu rəsmlər kapitalist cəmiyyəti üçün heç bir təhlükə təqdim etmir, əksinə onlar vasitəsilə yaxşı pul qazanmaq olar. Tez-tez gənc rəssamların şəkilləri ucuz qiymətə alınır – belə əmlaka vergi qoyulmur, – və əgər gələcəkdə rəssam  məşhur olacaqsa,  onun əsərlərindən kapital qazanmaq olar. Burjua nümayəndələri abstraksionistlərin əsərlərini almağa başlayandan onlar istənilən şeyi incəsənət adlandırmağa razı idilər. Burjuaziya tənqidçiləri tərəfindən istənilən cızma-qara heyranlıqla  qəbul edilir, onun haqqında peşəkar ciddiliklə müzakirə aparılır.

 Həmin vaxtlar Bidstrup tarixi  həqiqəti ciddi qəbul edir, faşizm və yeni müharibə təhlükəsi  onu narahat edirdi. Almaniya faşizminə qarşı artan etirazı Bidstrup öz yaradıcılığında ifadə edirdi. “Kulturkampen” antifaşist jurnalında yerləşdirilmiş Adolf Hitlerlə bağlı karikaturalar seriyası onun ilk karikarutalarindan idi. Bidstrup öz xatirələrində özü haqda yazır: “Antifaşizm mənim qanımda var idi. Çətin olan öz siyasi mövqeyini müəyyən etmək deyil, onu ifadə etməyi bacarmaq idi”. Məhz “Kulturkampen” jurnalında qazandığı ilk təcrübələrindən sonra Bidstrup geniş xalq kütləsi ilə təmasda olmaq üçün qəzet rəssamı olmaq fikrinə gəlir. Nəhayət  o, “Sozial-demokraten” qəzetinin təklifi ilə razılaşır və orada fəaliyyətə başlayır. Hərçənd ki, o özünü sosial-demokrat  hesab etmirdi, amma burjuaziya KİV-inin əksəriyyətindən fərqli olaraq, bu qəzet həmin vaxt aydın antifaşist mövqe tuturdu, xüsusilə ispan xalqına qarşı müharibə aparan general Frankoya qarşı.

Əvvəllər mən kiçik vinetkalar çəkirdim və teatr premyeralarının şəkillərini hazırlayırdım. Mən həmçinin bazar qəzetin nömrələrində dərc olunan hekayələri də təsvir edirdim. Sonra mənə siyasi mövzulara dair satirik şəkillər yerləşdirməyə də icazə verdilər. Mənim satiramın obyektləri əlbəttə ki, ilk növbədə general Franko, Mussolini, Herinq və Qebbels idi. Hitlerə gəlincə, “Sozial-demokraten”-də mənə onu çəkməyə  heç vaxt icazə vermirdilər. Alman səfirliyi “üçüncü reyx”-in başçısının nüfuzunu azaldacaq belə şəkillərin çəkilməsinə qadağa qoymuşdu. Tezliklə Herinqin karikaturalarına da qadağa qoyuldu. Almaniyada baş verən hadisələr haqqında satirik şəkillərlə çıxış etmək imkanına malik olmaq üçün simvolik “frau Almaniya” təsviriylə kifayətlənmək lazım olurdu. Amma “frau  Almaniya” mənim tərəfimdən çox çirkin təsvir olunduğundan etiraz bildirilmişdi. Onda  mən artıq “demokratik söz azadlığı” mövcud olan suveren ölkədə öz fikirini deməyin necə çətin olduğunu anladım.

Qapalı dairə

Bidstrup qəzet sahəsində böyük müvəffəqiyyətə malik idi və  böyük ruh yüksəkliyi ilə çoxlu şəkillər çəkirdi. Ancaq beynəlxalq üfüqdə qara buludlar getdikcə artırdı və onların qorxunc kölgələri kiçik Danimarkaya da düşməyə başlayırdı. Müqavimətlə qarşılaşmadan Hitler Saarı, Avstriyanı və Çexoslovakiyanı tutdu. Bir il sonra faşist qoşunları qarşılarına çıxan hər şeyi məhv edərək və yandıraraq   Polşaya soxuldular. Sonra növbə Danimarkaya da gəldi. Ölkədə istənilən antifaşist çıxışlar qadağan edilmişdi. Bidstrup  yumoristik, üstü örtülü formada vaxtaşırı alman işğalı və ya onun nəticələriylə bağlı narazılığını əks etməyə çalışırdı. Bunu etmək böyük ehtiyatlılıq tələb edirdi, çünki redaksiya bütün “demokratik” partiyaların əməkdaşlıq etməyə çalışdığı işğalçı hakimiyyəti təhqir etməkdən çox ehtiyat edirdi.

Kommunist partiyasıyla əlaqə qurduqdan sonra  mən öz fikrimi aydın deyərək onun üçün çəkməyə başladım, amma, əlbəttə ki, qeyri-leqal şəkildə. Mən işğalçılarla əməkdaşlıq etmiş və  müharibədən sonra hesablaşılmalı olan danimarkalılara bir sıra karikaturalar həsr etdim. Bu karikaturalar açıqcalar şəklində kütləvi tirajla çap edilirdi. Onların satışından qazanılmış pul  qeyri-leqal işlər üçün partiyanın fonduna daxil olurdu. Baxmayaraq ki, mən “xətti” dəyişdirdim, amma məlum oldu ki, poçt açıqcalarında karikaturalara görə onların müəllifini müəyyən etmək asandır. Mənə  bir müddət gizlənmək lazım oldu. Həyat yoldaşımla və azyaşlı oğlumla birlikdə  Kopenhagen yaxınlığında kiçik bağ evində işğalın sonuna kimi yaşadım. Həmin vaxtlar  biz “Şərq cəbhəsi”nin hərəkətini İngiltərədən, İsveçdən və Sovet İttifaqından radioverilişlər vasitəsilə böyük diqqətlə izləyirdik. Cəbhə xəttini xəritədə sancaqlarla qeyd edirdik. Çətin vaxtlarda özünü ətlə təmin etmək üçün sahibi tərəfindən qonşu otaqda gizlədilmiş donuz balasının taleyini bölüşüb-bölüşməməyimiz bu sancaqların yerdəyişməsindən asılı idi.

İşğalın ilk illərində Bidstrup vətən satqınlarına, kollaborasionistlərə karikaturalar çəkirdi. Sonra satira “Marşallın planına”, “soyuq müharibə”-ni qızışdıranlara, NATO-ya, kapitalist istismarçılarına və onların sosial-demokrat əl altılarına, Qərbi Almaniyanın hərbiləşdirməsinə, yeni vermaxta, atom bombasına və həmin vaxtlar üçün əhəmiyyətli və həlledici olan hər şeyə qarşı yönəldilmişdi.

Bürokrat

Təəccüblü deyil ki, yüzlərlə, hətta minlərlə belə satirik şəkillərdən sonra Bidstrup burjuaziya dairələrinin hörmətini itirdi. Burjuaziya qəzetləri məruzə edirdilər ki, təəssüf ki, Xerluf Bidstrup “kommunist diktaturası”nın ağırlığı altında, “yumoristik istedad”-nı itirir. Onlar əslində o barədə  təəssüf ifadə edirdilər ki, o, məhz lazım bildiyi kimi çəkirdi, onlar istədiyi kimi deyil. Bu isə rəssamı  narahat etmirdi – axı o istədiyini çəkirdi. Amma burjuaziya nəşriyyatları onun üçün bağlanmış idi, əvvəlcədən Bidstrup üçün nəzərdə tutulmuş kitabların təsviri üzrə işlər başqa rəssamlara verilmişdi, bütün ölkə üzrə kitab satıcıları onun albomlarını piştaxtanın altında gizlədirdilər. Onun əsərlərini tonqallarda yandırmırdılar, amma burjuaziya azadlığı üçün çalışan pəhləvanlar rəssamın kitablarının – həm siyasi, həm də yumoristik – oxucuların əlinə düşməməsi üçün əllərindən gələni edirdilər. Onun şəkilləri sərgilərə, bəzən isə ən gülünc bəhanələr altında düşmürdü – bir dəfə bunu belə izah etdilər ki, guya onun karikaturaları  Stokholmun yüksək və işıqlı nümayiş zallarında divarlarda itəcək. Amma Bidstrup baş verənləri əla anlayırdı və sonralar  o öz xatirələrində yazacaq: “Mənim bir neçə illər ərzində məruz qaldığım hücumlar əksər hallarda sadəcə qisasla izah olunurdu. Mən öz rəqiblərimi sığallamırdım və təbii ki, onlardan minnətdarlıq da gözləyə bilməzdim”.

Şəxsən mən heç vaxt  saray təlxəyi rolunu oynamamışam. Öz siyasi satiralarımda şüurlu olaraq karikaturanın burjuaziya formasına qarşı çıxırdım və tez-tez təsvir etdiyim şəxslərin narazılığı ilə qarşılaşırdım. Bu mənə belə düşünməyə əsas verdi ki, satira faktiki olaraq qara magiyanın xüsusi bir formasıdır. VaxtiləAfrikada  bəzi zənci tayfaları öz rəqiblərini hətta onlara  toxunmadan da məhv edə bilirdi. Onlar məhv etmək istədikləri zəncinin fiqurunu hazirlayırdılar və həmin adama ağrıları çatdırmaq üçün hər gün həmin fiqura mismar vururdular. Sonda həmin insana elə gərlirdi ki, o bədənin məhz mismar vurulmuş  hissələrində ağrı hiss edir. Psixi təsir bəzən elə güclü olurdu ki,  fiqurun “ürəyinə” mismar vuran zaman həmin adamın ürəyi partlayaraq elə həmin vaxt da ölürdü. Hərçənd ki, müasir qara magiya – satira nadir hallarda o qədər təsir gücünə malik olur (yeri gəlmişkən, karikaturaçılar həm də  nadir hallarda o qədər qaniçən olurlar), mən yenə də sübut  edə bildim ki, insanlar ictimaiyyətdən gizlətmək istədikləri şeyləri, onların siyasətinin zəif yerini tapmağa müvəffəq olduqda şikayətlənirlər.

Bidstrup yumoristik şəkilləri üçün mövzuları ən çox gündəlik həyatdan götürürdü. Uşaqlarının təsəvvürləri, öz uşaqlıq xatirələri və həyat barəsində təsəvvürləri uşaqlar haqqında xeyli şəkil seriyalarının hazırlamasına əsas verib. Zaman keçdikcə Xerluf Bidstrupun müraciət etmədiyi mövzu qalmamışdı, hərçənd ki, bu janrda mətnin yoxluğu mövzü seçimini məhdudlaşdıra bilərdi. Onun satiralarının əsas süjet xəttini lovğalıq, şöhrətpərəstlik, naşükürlük, maraq və s. təşkil edirdi.

Tətil etmək hüququ

Biz – insanlar – soyuq müharibə siyasətçilərinin  inandırmağa çalışdıqları qədər də müxtəlif deyilik. Əgər Danimarkada və Sovet İttifaqında eyni insan zəifliklərinin üstündə eyni şəkildə  gülürlərsə, əmin ola bilərsiniz ki, biz yeni müharibənin yaranmasına mane olmağı bacaracağıq və imkan verməyəcəyik ki, təbəssüm və gülüş Yer kürəsindən  yox olsun.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:18073