abunə ol: Yazılar | Şərhlər | Еmail

Ceyms Petras – İnternet əsrində sosial müxalifət: İş masasının “Döyüşçüləri” və İctimai ziyalılar

Şərh

İnformasiya texnologiyalarının, qismən internetin siyasətə münasibəti  müasir ictimai hərəkatın qarşısında duran mərkəzi məsələlərdən biridir. Elmin əvvəlki nailiyyətlərində olduğu kimi İT yeniliklərin ikili məqsədi vardır: bir tərəfdən onlar qlobal kapitalı xüsusilə də maliyyə kapitalı axınını sürətləndirir, və bu yolla imperiyalist “qloballaşmaya” yardım olurlar. Digər tərəfdən isə internet kritik analizin alternativ mənbələrini təqdim etdi, həmçinin azad rabitənin və xalq hərəkatının mobilizasiyası vasitəsi kimi xidmət göstərdi.
İT sənaye yeni milliarderlər sinifini yaratdı, Silikon vadisindən tutmuş,Kaliforniyadakı hind Banqaloruna qədər.Bu təbəqə informasiya axınının idarəsi və əyləncə sənayesinin inhisarı vasitəsilə iqtisadi müstəmləkəçiliyin genişləndirilməsində mərkəzi rolu oynadı.
Marksdan parafraz gətirsək internet “xalq üçün opium” olmuşdur. Yaşlılar, gənclər, işçilər, işsizlər, müxtəlif statuslu və peşəli insanlar digər vətəndaş, dost, həmkar və əməkdaşlardan təcrid olunmuş şəkildə saatlarca passivcəsinə monitorun ekranına gözlərini zilləyirlər, kinofilmlərə, pornoqrafiyaya baxır, video oyunlar oynayır, onlayn tələbatlarla məşğul olur və hətta “xəbərləri” belə öyrənirlər.
Bir çox hallarda internetin “xəbərlərlə” dolması vaxt və enerji aparır və “izləyiciləri” düşünmək və fəaliyyətdən yayındırır. KİV-də yalan və informasiyanın gizlədilməsi ictimai şüuru təhrif etdiyi kimi, internet-məlumatlar da vətəndaş fəaliyyətini iflic edə bilər.
İnternet qəsdən və ya bilmədən siyasi həyatı “şəxsiləşdirmişdir”. İctimai yerlərdə, şəhərlərdə və ya kənd ərazilərində rəqiblər ilə qarşıdurmalar daxil olmaqla yalnız ictimai aksiyaların siyasi dəyişikliklərin əsası ola bilməsini unudaraq, bir çox potensial aktivistlər inanmağa başladılar ki, manifestlərin şəbəkə ilə yayılması elə siyasi fəaliyyətdir.

 

İnformasiya  texnologiyaları və siyasi kapital

Xatırladaq ki, informasiya texnologiyaları sahəsinin inkişafına ilkin təkanları yüngül barmaq toxunuşu ilə dollar və avroları ölkədən ölkəyə, müəssisədən müəssisəyə, məhsuldan məhsula yerləşdirməyə can atan sərmaye bankları və spekulyantları kimi böyük maliyyə institutları vermişdir.
İnternet texnologiyaları maliyyə kapitalına xidmət göstərən qlobalizasiyanın aparıcı qüvvəsinə çevrilmişdir. Müəyyən mənada, onlar son onilliyin (2001-2002, 2008-2009) iki dünyəvi iqtisadi böhranın yaranmasında həlledici rol oynamışdır. İT şirkətlərin 2001-ci ildə yaranmış və partlamış sabun köpüyü “real iqtisadiyyatla” hec cür əlaqəsi olmayan həddən artıq qiymətləndirilmiş “proqram təminatı istehsalı şirkətlərinin” spekulyativ təşviqinin nəticəsi idi. Bu gün də davam edən 2008-2009-cu illərin qlobal maliyyə böhranına  maliyyə fırıldaqçılığı və təminatsız ipoteka  kreditlərinin kompüterləşdirmə paketi səbəb olmuşdur. İnternetin “kəraməti”, onun spekulyativ kapitalizm kontekstində informasiyanı sürətlə çəkilməsi qabiliyyəti Böyük depressiya dövründən bəri yaranmış ən ağır böhran üçün həlledici faktora çevrilmişdir.

İnternetin demokratizasiyası

İnternet kommersiya müəsisələri üçün bazar şəklində geniş kütləyə əlçatan olmuş, nəticədə ictimai-siyasi həyatın digər sahələrinə də yayılmışdır. Ən əsası, o beynəlxalq banklar tərəfindən ölkə və xalqların istismarı və soyulması  barədə geniş kütlə üçün informasiya vasitəsinə çevrilmişdir. İnternet Yaxın Şərqdə  və Cənubi Asiyada ABŞ və AB-ın imperiya müharibələri ilə müşayiət olunan yalanı ifşa etmişdir.
İnternet  xalq azdalıq və demokratik hərəkata səbəb olan mübahisə meydanına, sinfi mübarizənin yeni formasına çevrildi. Əfqanıstan dağlarında müqavimət liderləri və döyüşçüləri , Misirdə prodemokratik aktivistlər, Çilidə tələbə hərəkatı, Türkiyədə evsizlərin hərəkatı – müxtəlif ictimai qüvvələr və hərəkatlar öz mübarizələri, proqramları, dövlət repressiyaları və xalq qələbələri barədə dünyanı məlumatlandırmaq üçün internetdən aktiv istifadə edirlər. İnternet dünyanın hər bir küncündə ədalətsizliyə qarşı mübarizə aparanları birləşdirir, o kapitalist qlobalizasiyası və imperiya müharibələrinə müqavimət göstərən yeni beynəlmiləlçiliyin effektiv silahına çevrilmişdir.
V.İ.Leninin məhşur formulasını XXI əsrə təqdim etdikdə o bu şəkildə görsənəcəkdir: “Kommunizm =  Sovet hakimiyyəti + İnternet”.

İnternet və sinfi siyasət

Biz yadda saxlamalıyıq ki, informasiyanın emalının kompüterləşdirilmiş işləmə metodları “neytral” deyildir – onların siyasi təsiri onları idarə edəndən asılıdır, hansı sinfin maraqlarına xidmət edir. İnternetin ictimai məkanın ayrılmaz tərkib hissəsi anlayışını işləmək lazımdır.
İnternet minlərlə işçini və hind kəndlilərinin istismara və korporativ inşaatçılara qarşı mübarizəyə qaldırmağa kömək etmişdi. Digər tərəfdən, komüterləşdirilmiş hava müharibəsi müstəqil Liviyanı bombardman və məhv edən və NATO-un əlində silaha çevrilmişdi. Pakistan və Yəmənin dinc vətəndaşlarına raket buraxan Amerikan pilotsuz təyyarələri kompüter “intellekti” ilə idarə olunur. Kompüter Kolumbiya partizanlarının yerini dəqiq təyin edir, onlara ölümcül bombalar yağdırır. Başqa sözlə, yüksək texnologiyalar ikili istifadə olunur: xalq azadlığı üçün, eləcə də imperial əks-inqilabı üçün.

 

Neoliberalizm və ictima məkan

“İctimai məkan” muzakirəsi çərçivəsində tez-tez belə bir nəticə çıxarılır ki, “ictimayyət” çoxunluğun rifahının maraqlarına uyğun, kapitalizmin tənzimlənməsi, və ətraf mühitin qorunmasını gücləndirmək məqsədi ilə dövlətin ictimai proseslərə daha çox qarışmasıdır. Başqa sözlə desək bazarda şəxsi qüvvələrin istismarı ilə mübarizə aparan xoş xassiyyətli “ictimai” aktyorları oynamasıdır.
Neoliberal ideologiya və siyasətin yüksəlişi ilə bağlı olaraq bir çox mütərəqqi yazarlar “ictimai sahədə eniş” mövzusu haqqında mübahisə edirlər. Bu arqument “ictimai sahə” in cəmiyyətdəki, iqtisadiyyatdakı və siyasətdəki rolunu kapitalın adından (xüsusi ilə də maliyyə və xarici investorların kapitalı) artırdığı faktına məhəl qoymur. İctimai sektor, xüsusi ilə də dövlət, neoliberal siyasətin bərabərsizliyi artırdığı bir vaxtda, vətəndaş cəmiyyətini bir repressiv qüvvə kimi qorunub saxlanılmasında israrlıdır. Maliyyə böhranının dərinləşməsi və intensivləşməsi səbəbi ilə,“ictimai sahə” (dövlət) müflis olmuş bankların xilasında böyük rol oynamışdır.
Kapitalist sinfinin vergidən yayınması, kolonial müharibələrə çəkilən xərclər və böyük biznesin maliyyələşdirməsinə ayrılan dövlət subsidiyaları nəticəsində büdcədə yaranmış kəsirlər səbəbi ilə, ictimai sahə (dövlət)  “sərt ekonomiya” proqramına, yəni nəticədə sosial xərclərdə kəsirlərə gətirib çıxaran, dövlət qulluqçularına, pensionerlərə və muzdlu işçilərə ziyan vuran proqrama əsaslanan sinif tətbiq edir.
İqtisadiyyatın istehsal sektorunda ictimai sahə öz rolunu azaldıb. Buna baxmayaraq, kolonial və imperial müharibələrin genişlənməsi ilə bərabər hərbi sektor böyüdü.
İctimai sahə və sosial müxalifətdə aparılan müzakirələrin əsasında duran başlıca sual onun enişi və yaxud yüksəlişinə aid yox, ictimai sahənin rolunu müəyyən edən, sinfi maraqlara aiddir. Neoliberalizm çərçivəsində “ictimai sahə” dövlət büdcəsini bankların, militarizmin maliyyələşdirilməsinə, “polis dövləti”nin müdaxiləsinin genişlənməsi yönəldirilir. “Sosial müxalifət” (işçilər,fermerlər, mütəxəssislər, qulluqçular) tərəfindən yönəldilmiş ictimai sahə, ictimai fəaliyyətin səhiyyə, təhsil, pensiya təminatı, ətraf mühitin qorunması və məşğuliyyət kimi sahələrini genişləndirir.

 

İnternet və sosial müxalifət: dövlət repressiyaları təhlükəsi

Sosial müxalifət üçün internet hər şeydən əvvəl “ictimaiyyətin” mobilizasiyası və maariflənməsi üçün alternativ tənqidi informasiya mənbəyidir. İnternet kapitalist KİV-lərinin və onun təbliğatının alternativi, manifestləri yayan və ictimai hərəkatların aktivist və iştirakçılarını məlumatlandıran xəbər və informasiya mənbəyidir. Sosial müxalifətin əlində alət kimi internetin mütərəqqi roluna görə o polis dövlət aparatı tərəfindən aparılan repressiv tədbirlərin obyektinə çevrilir. Məsələn, ABŞ-da 800 mindən çox dövlət qulluqçuları “Milli təhlükəsizlik” polis agentliyində Amerika vətəndaşlarını izləmək – milliardlarla elektron məktublarına, fakslarına baxmaq, yüzlərlə telefon zənglərini dinləmək üçün çalışır. Tonlarla gündəlik  informasiyaya belə nəzarət nə qədər effektiv ola bilər – bu başqa bir məsələdir. Amma internetin heç də “azad və təklükəsiz informasiya mənbəyi, müzakirə üsulu meydanı” olması danılmaz fakt olaraq qalır. Əslində internet imperiya-müstəmləkəçi dövlətlərə qarşı ictimai hərəkat üçün mobilizasiya vasitəsi kimi nə qədər effektiv olursa, polis dövlətin “terrorizmə qarşı mübarizə” bəhanəsi altında müdaxiləsinin ehtimalı bir o qədər də çox olur.

 

İnternet və müasir mübarizə: İnternet inqilabidirmi?

Müəyyən ictimai hərəkatın detonasiyasında, habelə onun ümumi dəyərlərinin nisbiliyinə aid olan məsələlərdə internetin əhəmiyyətliliyini qəbul etmək lazımdır.
İnternet “indiqnados”(qəzəbli etirazçıların), İspaniyada işsiz gənclərin hərəkatı, habelə “Uol Striti İşğal Et” hərəkatının iştirakçıları kimi “spontan proseslərin” səfərbər olunmasında həyati vacib rol oynamışdır. Digər hallarda, məsələn İtaliya, Portuqaliya, Yunanıstan və digər ölkələrdə kütləvi ümumi tətillərdə mərkəzi təşkilati rolu həmkarlar birliyi oynamışdır, internetin rolu isə ən yaxşı halda ikinci dərəcəli olmuşdur.
Misir, Tunis və Çin kimi daha repressiv ölkələrdə internet insanların və kütləvi etirazların maariflənməsində mühüm rol oynamışdır. Lakin internet özlüyündə uğurlu inqilaba aparmır. O, məlumatlandıra bilər, müzakirə üçün forumlarla təmin edə bilər, səfərbər edə bilər, lakin o, kifayət qədər uzun müddət ərzində siyasi hərəkatların dəstəklənməsi üçün idarəni təmin və təşkil edə bilməz., burda heç dövlət hakimiyyətinin ələ alınması planından danışmağa ehtiyac yoxdur. İnternet-qurular tərəfindən yayılan aksiyaların “kompüterləşdirilməsi” nizamlı siyasi partiyaların zəruriliyini əvəz etməsi barədə bəzi illuziyalar praktikada yalnış və zərərli olur: internet hərəkatın təsis olunmasına səbəb ola bilər, onun fəaliyyətini asanlaşdıra bilər, lakin yalnız mütəşəkkil siyasi müxalifət hərəkatın dövləti repressiyalarına qarşı dayanmasına və  qələbəyə gətirməsinə imkan verən taktik və strateji istiqaməti təmin edə bilər.
Başqa sözlə, internet özlüyündə məqsəd deyildir. Yeni eranı “inqilabi”informasiyalı elan edən internet ideoloqların özündən razı duruşu o faktı nəzərə almır ki, NATO, İsrail qüvvələri, onların müttəfiq və müştəriləri iqtisadiyyata dağıdıcı viruslar salmaq, böyük proqramların və etnik-dini qiyamların təxribatı üçün  hər yerdə internetdən istifadə edirlər. İsrail dinc nüvə proqramını dayandırmaq məqsədilə zərərli virusları göndərmişdir. ABŞ, Fransa və Türkiyə Liviya və Suriyadakı sosial müxalifəti təhrik etmişdir. Xülasə, internet yeni sinfi və antiimperialist mübarizənin yeni meydanına çevrilmişdir. İnternet məqsəd yox, vasitədir. O ictimai həyatın bir hissəsidir, ondan istifadənin məqsəd və nəticəsi bu və ya digər tarixi anda sinfi qüvvələrin münasibəti ilə təyin olunur.

Nəticə: iş masasının “döyüşçüləri” və ictimai intellektuallar

Sosial müxalifəti ictimai hərəkatlar təyin edir: kollektivlərin mövcudluğu, siyasi yığıncaqlar, ictimai görüşlərdə fərdi çıxışlar, ictimai yerlərdə fəalların yürüşləri, sahibkarlara qarşı çıxan döyüşkən həmkarlar, kasıblar, hakimiyyətdən iş və maaş tələb edənlər…
Miitinqlərdə çıxışlar, ideyaların, proqram və təkliflərin formalaşdırılması, siyasi fəaliyyətin strategiyaları – bütün bunlar ictimai intellektualların rolunu müəyyənləşdirir. Qürurlu tənhalıqda ofis masası arxasında oturaraq dəqiqədə 5 manifest göndərmək sözü işdən təcrid edən iş masası “döyüşçüsünün” işidir. Bu psevdo-döyüşçünün  hərəkətsizliyinin fəaliyyət formasıdır. İş masası “cəngavərlik” şifahi fəaliyyətsizlik aktının, faydasız “aktivizmin”, əyləncə üçün şüur inqilabının göstəricisidir. İnternet məlumatlarla mübadilə o vaxt siyasi fəaliyyətə çevrilir ki, o hökümətə ismarıc göndərən ictimai hərəkatın bir hissəsinə çevrilir. Bu, təbii ki, ictimai intellektuallara qarşı siyasi və iqtisadi repressiyalar riski ilə əlaqədardır. İş masası “aktivistləri” heç nə ilə risk etmirlər və uyğun olaraq heç bir fayda gətirmirlər. İctimai intellektual vətəndaşların şəxsi problemlərini ictimai fəaliyyətlə, kollektivlə əlaqələndirir. Akademik tənqidçi fəaliyyət yerinə gəlir, orda çıxış edir və öz akademiyasına qayıdır. İctimai intellektual təkcə danışmır, eləcə də internet vasitəsilə olduğu kimi, gündəlik həyatda da üz-üzə  sosial müxalifətlə  siyasi və maarifləndirici uzunmüddətli əlaqəni dəstəkləyir.

 


Oxşar yazılar:

Baxış sayı:11435