abunə ol: Yazılar | Şərhlər | Еmail

Uşaqların ateist tərbiyəsi

Şərh

Aqressiv kilsə ekspansiyasının müasir cəmiyyətin bütün sferalarına təcavüzü şəraitində ateistlərin aktiv vətəndaş mövqeyi böyük aktuallıq təşkil edir. Ölkənin gələcəyi bizim hər birimizdən asılıdır! Mövhumat və cəhalətlə barışmaq istəməyən hər kəs üçün sovet yaddaş kitabçasını – “Uşaqların ateist tərbiyəsi”ni təklif edirik.

Bu mətn başqa tarixi  şəraitdə  yazılmasına baxmayaraq, çox faydalı məlumatları özündə saxlayır, həmçinin konkret məsləhətlər verir, hansılar ki, bu gün də tətbiq etmək olar. Buna görə də gənc valideynlər, ailədə böyük bacı və qardaşlar, pedaqoqlar, uşaq mövzusuna müraciət edən jurnalistlər və böyüyən nəslin ağlı üçün mübarizə aparan ateistlər üçün maraqlı olacaq.

Sovet hakimiyyəti illərində ateist tərbiyə nəticəsində ölkəmizin əhalisi bir çox şeydə dinin və kilsənin təsirindən azad oldu. Ancaq, hal-hazırda böyüyən nəslin ateist tərbiyəsinin gücləndirilməsini tələb edən bir neçə səbəblər mövcuddur.

Birinci müasir dünyada kəskinləşən ideoloji mübarizədə imperialist güclərin gənclərə təsir etmək üçün dindən istifadə etmələri ilə bağlıdır.

İkinci səbəb din və müasir cəmiyyətin arasındakı münasibətdən ibarətdir. Kilsə indi elmə, təhsilə, maariflənməyə qarşı açıq şəkildə çıxış etmir. Əksinə, dini təşkilatlar öz hədəflərində əhalinin maarifləndirici səviyyəsinin böyüməsindən istifadə etməyə, öz dini inamlarını müdafiə etməyi bacaran yeni dindar tipi tərbiyə etməyə çalışır. Din xadimləri kilsəni böyüyən nəslin tərbiyəsini həyata keçirməkdə ən əhəmiyyətli ictimai institut adlandırır, çünki, onlara görə müasir din gəncləri xeyirə, həqiqətə, ədalətə öyrədir.

Bu problemin aktuallığının üçüncü səbəbi – ölkəmizin ayrı-ayrı regionlarında və kəndlərində kifayət qədər dinə inanan insanların olmasıdır. Qadınların dinə daha bağlı və sədaqətli olması isə xüsusi narahatlıq doğurur. Dinlə bağlı ailədə ananın mövqeyi, inanclı nənənin və ya qohumların bu sahədə fəallığı uşaqların tərbiyəsinə birbaşa təsir edir.

Bəs uşağın ateist tərbiyəsinə nə vaxt  başlamaq lazımdır? N.K. Krupskaya hesab edirdi ki, “… din əleyhinə təbliğat erkən,  məktəbə qədər yaşdan  başlanmalıdır, çünki bu məsələlər  uşaqları indi daha tez maraqlandırmağa  başlayır”….

Əgər uşaq üzərində xaç daşımırsa, kilsəyə baş çəkmirsə, o demək deyil ki, o ateist kimi böyüyür. Ondan “allahsız” böyüyə bilər,  ateist deyil. Ateist olmaq üçün, bir çox məsələlər üzrə  sərbəst mövqe hazırlamaq lazımdır. Bu  mövqelərin hazırlanmasının təməli artıq məktəbəqədər yaşda  qoyulur. Uşaq bağçası ilə ailənin  tələblərinin üst-üstə düşməsi vacibdir.Valideynlər uşaq bağçalarından məktəb yaşına çatmamış uşağın ailədə ateist tərbiyəsi üzrə ixtisaslaşdırılmış məsləhətlər almaq imkanına malik olmalıdır.

Ateist baxışlarının formalaşması problemi bu gün olduqca aktualdır. İnsanlar tərəfindən bizi əhatə edən dünyanın inkişafının qanunlarının, əsasən də  təbiət qanunlarının öyrənilməməsi dini təsəvvürlərin yaranmasının səbəbidir. V. İ. Lenin vurğuladığı kimi, “təbiətlə mübarizədə vəhşinin acizliyi allahlara, şeytanlara, möcüzələrə və s.inam doğurur”. Bizi əhatə  edən dünyanın inkişafının qanunlarının bilməməzlik, bir çox sirli qalan hadisələrin anlanmaması, xüsusilə məktəbəqədər yaş dövründə olan uşaqlarda ərtaf mühit  haqqında yanlış təsəvvürləri əmələ gətirir, mövhumatı inkişaf etdirir, qaranlıq, tufan, elektrik və s.qarşısında qorxu yaradır.

Məktəb yaşına çatmamış uşağın ateist tərbiyəsinin əsas yolu – ilkin olaraq onda  materialist dünya görüşünün formalaşmasıdır. Uşaqların  ətraf mühitin inkişaf qanunları və təbiətin  mövcudluğu haqqında biliklərə yiyələnməsi üçün  ateist təsiri əhatə edən materialist baxışların tərbiyə edilməsivə həqiqi olmayan mənfi dini fikirlərin inkarı ilkin şərtdir.

Valideynlərin üzərinə düşən əsas iş – uşağa bilmədiyi, anlayışı olmadığı hadisəni doğru anlamağa, uşağın diqqətini  hadisələrin mövcudluq əlaqələrinə və baş verməsinin obyektiv səbəblərinə yönəltməsinə kömək etməkdir. Məsələn, ailədə ata və ya böyük qardaş-məktəbli uşağı 5-7 yaşından bəzi fiziki hadisələrlə (hava və onun xüsusiyyətləri; su və onun xüsusiyyətləri; buz, buxar; maqnit və onun xüsusiyyətləri; elektrik), canlı orqanizmin inkişafı mərhələləriylə tanış edirlər (kürüdən qurbağanın inkişafı; bitkilərin böyüməsi, çiçəklənməsi və s.). Məktəb yaşına çatmamış uşaqları onların təbiətdə və məişətdə rastlaşdıqları, onları maraqlandıran hadisələrlə tanış etmək lazımdır. Oyunlar, sadə təcrübələr, elementar təcrübə aparmaq – məktəbəqədər yaş dövründə olan uşaqların təbiət hadisələri ilə tanış olmasının əsas metodlarıdır. Bu metodlar  uşaqların materialist dünya görüşünün formalaşmasına təsir edir. Əksər valideynlər əmindirlər ki, ateisti tərbiyə etmək üçün bu kifayətdir.

Dini təbliğatda əsas yeri əxlaqın tərbiyəsi problemlərinin müzakirəsi tutur. Kilsə iddia edir ki, Allaha inamdan kənar həqiqi əxlaq yoxdur və yalnız din insanları yüksək əxlaqlı tərbiyə edə bilər. Amma əxlaq- sosial xarakter daşıyır, insanla birlikdə sosial mühitin təsiri və tərbiyəsi nəticəsində inkişaf edir.

Cəmiyyətin tarixi inkişafı prosesində insan tərəfindən seçilmiş etik normalar dini ehkamlardan öz humanist mahiyyətinə görə kəskin fərqlənir. Dinə mənfi münasibətin formalaşmasında xeyir və şər haqqında, təbiətin dəyişdirilməsinə yönəldilmiş insan əməyi (bataqlıqların qurudulması, səhraların suvarılması, qoruqların və qoruqların yaradılması) barəsində hekayələr böyük əhəmiyyətə malikdir.

Ailədə uşaqlarla düzgün ünsiyyətə xüsusi diqqət yönəltmək lazımdır. Uşaqlar Allahın mövcudluğu, dini mərasimlər, yaranmış yanlış fikirlər barədə sualları tez-tez verirlər. Əlbəttə, dini sualların (məsələlərin) məktəb yaşına çatmamış uşaqlara dolğun və tam izah edilməsi mümkün deyil. Amma 6-7 yaşarası olan uşaqları dini baxışların yaranmasının bəzi səbəbləriylə tanış etmək olar. Məsələn, uşağın “Allah kimdir?”sualına cavab olaraq danışın ki: çox əvvəllər, o vaxt ki, insanlar təbiətin çox hadisələrini  bilmirdi və buna görə onlardan qorxurdular. Onlar Allahı fikirləşdilər və hesab edirdilər ki, bütün bunları o edir. İndi isə insan ağıllı və güclüdür, o təbiətin bu və ya digər hadisəsini izah edə bilər.

Kilsə barəsində uşaqlarla memarlıq abidəsi kimi danışmaq olar, ikona barəsində incəsənət əsəri kimi. Uşaqlara aydın olacaq formada danışın ki, inanan insanlar Allahın obrazına malik olmaq istəyirdilər və rəssamlar onu çəkdilər. Bu şəkilləri ikona adlandırmağa başladılar. Çox yaxşı rəssamlar tərəfindən çəkilmiş bəzi ikonları qiymətli olduğundan muzeylərdə saxlayırlar.

Harada ki, savadsızlıq var, orada mövhumat mövcuddur. Böyüklərin üzərinə düşən iş – səbəbi uşağa aydın olmayan, gözündən yayınan anlaşılmayan hadisəni açmaqdır. Onda uşaqda qaranlıq, külək-hansı ki, pəncəni döyür, vıyıldayır- tufan vəs. qarşısında qorxu itəcək.

Sovet hakimiyyəti illərində Allaha inanan insanların sayının kəskin azalmasına baxmayaraq, din əhalinin müxtəlif təbəqələrinə təsir etməyə davam edirdi, onun təsiri uşaqlar üzərində daha böyük idi. Onların emosionallığı, təqlidçilik, böyüyün nüfuzuna inam, uşağın düşüncəsinin tam inkişaf etməməsi və s. buna imkan yaradır. Ətraf mühit haqqında ilk təəssüratları artıq uşaqda ateist baxışların formalaşması üçün istifadə etmək olar. Bu o demək deyil ki, Allah, kilsə və s. barədə  təfərrüatı ilə danışmaq lazımdır. Ateist tərbiyəsinin əsasını  təbiət haqqında düzgün materialist təsəvvürlərin formalaşması təşkil edir. Bunun üçün gündəlik həyatımızda rastlaşdığımız vəziyyətlərdən istifadə edilməlidir. Məsələn, siz ölkəşünaslıq muzeyinə gəlmisiniz. Uşağa lap əvəllər həmin ərazi, heyvanlar aləmi və s. barəsində danışın. Danışın ki, indi hər yaşayan heyvanın ondan törədiyi öz əcdadı var və s.

Beləliklə, ailədə məktəb yaşına çatmamış uşaqlarında təbii hadisələr haqqında düzgün təsəvvürlərin dərinləşməsi uşaqda mövhumatın  yaranmasının qarşısını almağa kömək edəcək.

“Allah xülyadır. Amma o çox zərərli xülyadır: ağılı bağlayır”.

İl V. Plexanov

* * *

“Din yalnız əqli münasibətdə deyil, həm də əxlaqi münasibətdə çox zərərlidir. O, insan xoşbəxtliyi ilə ümumi heç nəyə malik olmayan etik normaları diktə edir”.

Rassel

* * *

“Xristianlığın sosial prinsipləri qorxaqlıq, özünə nifrət, özünü alçaltma, tabe etmə, itaəti …tərifləyir”

K.Marks

* * *

Din ağıla ziddir. O həmişə elmi təhsilə  düşmən olub. Heç bir təbii elm heç vaxt Allahın adını xatırlamayıb.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11236