abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Etirazların “mədəni cəbhəsi”…

Şərh

1975-ci ildə Markesə Hollivuddan zəng vurub “Yüz il tənhalıqda”nın ekranlaşdırılması üçün razılıq istəyirlər. Əvəzində 5 milyon dollar təklif edirlər.

Markes razılaşmır: “Ekranlaşdırma hüququnu sizə satardım – əgər aldığım pulları Latın Amerikasında inqilab üçün bağışlaya bilsəydim. Hazırda isə qitədə inqilab yoxdur”.

Bir neçə gün sonra Markesə Parisdən dostu Ernesto Kardenal zəng edir: “Qabriel, razılaş. Belə bir inqilab var. O, Nikaraquadadır”.

Bilmirəm, sonda Hollivudla Markes nədə razılığa gələ bilmir, ancaq bu günə qədər “Yüz il tənhalıqda”ya film çəkilməyib.

***

Latın Amerikasının məşhur şairi Ernesto Kardenal çox maraqlı şəxsiyyətdir – şair, yezuit keşişi, inqilabçı. Yanvarın 20-də 87 yaşını qeyd edən Kardenal Nikaraqua inqilabının qələbəsindən sonra Sandinist hökumətində mədəniyyət naziri olur.

O, “Azadlıq teologiyası”nın nümayəndəsi idi (diktaturaya qrşı marksistlərlə din xadimlərinin çiyin-çiyinə mübarizəsi). Parisə yollanmazdan əvvəl isə üsyançı ordunun tərəfində vuruşmuşdu.

Daha əvvəlsə Kardenala dəyib-toxunan yox idi. Diktator oğul-Somosa ona Nikaraquanı dünyada tanıdan adamlardan biri kimi baxırdı. Şair Soletiname adasında kəndlilər üçün kommuna, kommunada da məktəb və iş yerləri açıb Tolstoy sayağı maarifçiliklə məşğuldu. Burada kəndlilər primitiv şəkillər çəkir, müxtəlif kustar əl əşyaları düzəldirdi. Şəkillər və əşyalar ABŞ və Avropada satılırdı.

Heç kəsin də ağlına gəlmirdi ki, keşiş və dünya şöhrətli şair satışdan gələn gəliri marksist partizanlara göndərir. Bu, bəlli olanda Somosa muzdlularını adaya cəza ekspedisiyası üçün yollayır, kitabxana, muzey, məktəb yandırılır, bütün kəndlilərə şəkil çəkmək qadağası qoyulur, bəzilərini məhbəsə atır. Və Kardenal gizli mübarizəyə yollanır – partizanların yanına gedir.

***

Kardenal Markesə zəng vuranda sandinistlər artıq 14 ildi ki, diktaturaya qarşı ümidsiz və kompromissiz savaş aparırdı. Ordunun yaradıcısı çəlimsiz, eynəkli intellektual Kalos Fonseka idi – ona baxıb böyük iradə sahibi olan inqilabçını təsəvvür etmək qeyri-mümkündü.

İnqilabi ordunu Fonseka 10 dostu ilə birlikdə uzaq 1961-ci ildə quranda mübarizənin 17 il çəkəcəyi, bu illərdə 200 min insanın Somosa repressiyalarının qurbanı olacağı (o vaxt Nikaraqua əhalisinin sayı 1,5 milyondan az idi) ağıllarının ucundan da keçməzdi. Və sandinistlər qalib gələndə həmin 11 nəfərdən yalnız biri salamat qalmışdı – Tomas Borxe. O da savaş illərində həyat yoldaşını və övladını itirmişdi.

O mübarizənin sirri onun yanğısının ziyalını da, fəhləni də, katolik kilsəsini də, savadsız kəndlini də əhatə etməyindəydi. Bir də mükəmməl təbliğatda. Xüsusən də “Mədəni cəbhə”də.

Fidelin mənəvi dayağından başqa sandinistlərin kənardan heç bir köməyi yoxdu. SSRİ Nikaraqua gerilyasını dəstəkləmirdi, çünki yerli kommunistlər – Nikaraqua Sosialist Partiyasının rəhbərləri – partizanların əleyhinə idi. Və Fonseka kommunistlərin baş katibinin hətta Marksla Engelsin “Kommunist Partiyasının Manifesti”ni oxumadığını açıqlayanda belə, bu, heç nəyi dəyişmədi.

***

Əvəzində isə inqilabi Nikaraquada inqilabi kitablar oxuyur, Nerudanı və Ruben Darionu əzbər bilir və… seriallara baxmırdılar. Bu triada diktatura əleyhinə mübarizlərin ştampı idi.

Bəli, 1970-ci illərin Nikaraquasında seriallara və şoulara baxmaq “ayıb sayılırdı”. İnqilabın “Mədəniyyət cəbhəsi” var-gücü ilə işləyirdi. Manaqua və Leon universitetlərinin tələbələri dəbdə olan burjua yazıçılarını, jurnalistlərini, aktrisalarını fitə basır, daşa tuturdular. “Dünya Gözəli” müsabiqəsində birinci yer qazanmış “Nikaraqua gözəli”ni Manaqua hava limanında çoxsaylı pərəstişkarları yox, ona “Fahişə! Get Somosanın yatağına gir!” qışqıran tələbələr qarşılamışdı.

Ağılda dərin olmayan 20 yaşlı gözəlçə isə bütün bunları görüb göz yaşlarına qərq olmuş və mikrofonlara demişdi: “Onlar ağıllarını itirib! Somosa qoca, tüklü və piylidir. Mənə dünyanı da versələr onunla yatağa girmərəm!”

Nəticədə qalmaqal yaranır, vəhşiləşmiş Somosa “Nikaraqua gözəli”ni türməyə göndərir. Gözəlçənin məxsus olduğu varlı klan – daha bir imkanlı nəsil – Somosaya müxalifətə keçir. Tələbələr isə diktaturanın “zövq cəbhəsi”ndə, düşmənin öz ərazisində çox samballı qələbə qazanır.

***

Bu qeydləri şərhsiz və yozumsuz yazıram. Hər kəs öz nəticəsini çıxarsın. Mənzərənin daha da dolğunluğu üçün isə daha bir misal əlavə edəcəm. Bunun üçün 1970-lərin inqilabi Nikaraquasından 1973-cü ilin Pinoçet Çilisinə yollanaq.

11 sentyabr hərbi çevrilişindən sonra baş vermiş hadisə: Tamamilə siyasətdən uzaq jurnalist Kameliya Soler burjua qadın jurnalları «Rosita» və «Konfidensias» üçün yazılar yazırdı. O, Pinoçetin çevrilişini mötədil simpatiya ilə qarşılamışdı. Ancaq simpatiyanın ömrü bir neçə həftə oldu. Kameliyanı xuntanın əsgərləri güllələdilər.

Yalnız ona görə güllələdilər ki, onun kitabxanasındakı kitabları yandıran əsgərləri bezdirdi. Kameliya əsgərlərə sübut etməyə çalışmışdı: Onların yandırdığı kitablardan biri – fransızca olan “Kubizm” kitabının Kuba inqilabına və Fidelə heç bir aiddiyyatı yoxdur və incəsənətdəki cərəyan haqqındadır.

Onun bu etirazı kütbeyin əsgərlərin gözündə həyasızlığın kulmnasiyası idi: Axmağa da bəllidir ki, marksizm – Marksdan bəhs edirsə, kubizm də Kuba haqda olmalıdır…

Neytral qalmağın faydası barədə nağılın puçluğuna növbəti nümunə…

                                                                                                                                              (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:8442