abunə ol: Yazılar | Şərhlər | Еmail

Braziliya: polisə qarşı etiraz və təşkilatlanma

Şərh

Braziliyada San-Xose-dus-Kampus (San Paulu ştatı) şəhərinin yoxsul məhəllərində – Pinyeyrinyu icmasında 13 yanvar tarixində icma sakinlərinin, bu ərazinin sabiq sahibinin torpaqları özünə qaytarmaq cəhdinə, həmçinin məhkəmənin, bu torpaqların yenidən əvvəlki sahibinin istifadəsinə verilməsi ilə bağlı qərarına qarşı etirazları başladı. Etirazlarda 1500-ə yaxın ailə iştirak edir, onların böyük hissəsi bu rayonda son 8 ildə bu ərazidə məskunlaşmış torpaqsız kəndlilərdir. İcma sakinləri öz evləri və torpaqlarını polis və sabiq torpaq sahibinin qəsdindən qorumağa çalışırlar. Aktivistlərin məlumatına görə, icmaya polis müdaxiləsi başlanıb və artıq qurbanlar da var: yeddi nəfər həlak olub. İcma sakinləri silahlanıblar və müdafiə qalxanları ilə qorunurlar, öz evləri və ailələrini sona qədər müdafiə etməkdə qətiyyətlidirlər.

Xatırladaq ki, Braziliya dünyada ən qeyri-bərabər torpaq bölgüsünə malikdir: torpaq sahiblərinin 2%-i kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararlı olan torpaqların 46%-inə nəzarət edirlər.

Ölkə şəhərlərinin kəndli və proletarları torpaq və öz gələcəkləri uğrunda mübarizə üçün sol radikal “Torpaqsız kəndlilər hərəkatı” (MST) yaradıblar.

MST (Movimento dos Trabalhadores Rurais Sem Terra, Torpaqsız kəndlilər hərəkatı) 1970-ci illərin sonunda general Geyzelin hərbi diktaturasına qarşı kütləvi mübarizə nəticəsində yaranmışdır. O, rəsmi olaraq 1984-cü ildə yaradılıb. Katolik kilsənin mütərəqqi təbəqələri onun yaradılmasında əhəmiyyətli rol oynayıblar. MST fəalları kooperativ təsərrüfatların yaradılması və məktəb və xəstəxanaların tikintisi üçün istifadə olunmayan torpaqları zəbt edirdilər. Hal-hazırda MST nəzdində – 1800 məktəb fəaliyyət göstərir.

Braziliyadakı hərəkat tarixdə ilk dəfə kənd təsərrüfatı işçiləri hərəkatının beynəlxalq şəbəkəsini – Via Campesina – yaratmağa kömək etdi ki, o, indiki zamanda 87 ölkədə fəaliyyət göstərir. MST polis, məhkəmə orqanları və kütləvi informasiya vasitələri tərəfindən azğın hücumlara məruz qalır. Son 20 ildə təxminən 1600 kənd işçisi, o cümlədən 100-ə yaxın MST fəalı öldürülüb.

(c) SOLFRONT.org

Mənbə: avtonom.org

Oxşar yazılar:

Baxış sayı:8478