abunə ol: Yazılar | Şərhlər | Еmail

İmmanuel Vallerstayn | 2011-ci ildən sonra dünya solu

Şərh

Dünyanı dəyişdirmək üçün dünya solunun siyasi birliyinə ehtiyac var. Bu həm uzun, həm də qısa müddətli taktikalar  arasında dərin anlaşılmazlıqlar məsələsidir. Bu məsələlər ciddi şəkildə müzakirə edilir və bölünmənin öhdəsindən  gəlmək üçün az da olsa irəliləmələrə nail olunur.

Elə ya da belə olsun, ən kiçiyindən ən geniş mənasınadək 2011-ci il dünya solu üçün gözəl keçdi.

Bunun əsas səbəbi dünyanın böyük bir qisminə olduqca təsir edən iqtisadi şərtlər oldu. 2011-ci ildə işsizlik artdı və artmaqda da davam edir. Bir çox dövlət artan borc səviyyəsi və azalan gəlirlərlə üz-üzə qaldılar. Bunun  üçün fikirləşdikləri həll yolu isə bir tərəfdən həm bankları qorumaq, həm də xalqa “kəmər sıxma”[1] siyasətlərini  aşılamaq olmuşdur.

Bütün bunlar 99 faiz ilə “Uol-Striti İşğal Et” hərəkatının beynəlxalq üsyanının ortaya çıxması nəticəsini doğurdu. Bu üsyan, zənginliyin qeyri-bərabər bölüşdürülməsi, funksiyası pozulmuş hökumətlərin və əslində hökumətlərin çox  partiyalı sistemlərinin demokratik olmayan təbiətlərinə qarşı idi.

Sadəcə Uol-Strit üsyanı üçün deyil, Ərəb Baharı ya da İspaniyadakı Ingidnados (Qəzəblilər) etirazları üçün də arzulanan şey eyni tərkibli idi. Bu, onlar üçün neo-liberalizmin ideoloji mantraları[2] olan qeyri-bərabərlik, ədalətsizlik və “qeyri-müstəmləkələşmə” (dekonalizasiya) deyimlərini rədd edən bir dünyanı dəyişdirmə hərəkatı idi. Adi insanlar artıq sistemə zəmant verə bilmirdilər – uzun müddət sonra ilk dəfə yaşadıqları sistemin təbiətini müzakirə edirdilər.

İndi dünya solu üçün ən ciddi sual, bu hərəkatın necə inkişaf etdiriləcəyi və başlanğıcdakı deyimlərin uğurlu bir şəklidə necə siyasi dəyişikliklərə çevrilə biləcəyidir. Məsələ bəsit bir şəkildə ortaya qoyula bilər. Sadəcə isqisadi terminlərlə ifadə etməyə çalışsaq, kiçik bir qrupla (1 %) böyük bir qrup (99 %) arasında getdikcə böyüyən bir uçurum var. Əlbəttə ki, bu bir siyasi bölünmənin olduğunu göstərmir. Dünya miqyasında sağ – mərkəzçi qüvvələr hələ də əhalinin yarısını, ya da ən azından siyasi cəhətdən fəal olan insanları idarə edir.

Bu səbəbdən dünyanı dəyişdirmək üçün dünya solunun – hələlik bu həyata keçməsə də – siyasi birliyinə ehtiyac var. Əslində bu, həm uzun, həm də qısamüddətli taktikalar arasında dərin anlaşılmazlıqlar məsələsidir. Əlbəttə, bu anlaşılmazlıqlar nəinki gözardı edilir, əksinə, ciddi şəkildə müzakirə edilir və bölünmənin öhdəsindən gəlmək üçün az da olsa irəliləmələrə nail olunur.

Soldakı bu bölünmələr yeni deyil. Təbii ki bu, problemin həllini asanlaşdırmır. Burada başlıca iki müzakirə vardır. Birincisi seçkilərlə ələqədardır. İkincisi yox, üçüncüsü isə seçkilərlə ələqədar baxışlarla bağlıdır. Seçkilərdən həddən artıq şübhə edən bir qrup var ki, onların sadəcə siyasi cəhətdən təsirsiz olduğunu deyil, eyni zamanda mövcud dünya sisteminin qanuniliyinə legitimlik qazandırdığını müzakirə edirlər.

Bir digərləri də seçki prosesində iştirak etməyin əhəmiyyətli olduğunu düşünür. Amma bu qrup da ikiyə bölünmüş haldadır. Bir tərəfdə praqmatik olmaq iddiasında olanlar var. Bunlar düzgün çalışan çoxpartiyalı bir seçki sistemində, ya da de fakto olaraq parlamentar əvəz etməyə icazə verilmədiyində böyük bir mərkəzi sol partiya içində fəaliyyət göstərmək istəyirlər.

Və təbii ki bu əhvən-i şər[3] adlanan seçki siyasətini qınayanlar da var. Seçki siyasətini qınayanlar alternativ partiyalar arasında fərq görmür“ənənəvi” sol partiyaları dəstəkləməyi üstün tuturlar.

Hamımız bu müzakirəyə bələdik və məsələ haqqında xeyli arqument eşitmişik. Ancaq ən azından mənim üçün bir şey aydındır: əgər haqqında danışdığımız bu üç qrup seçki taktikası üçün bir yerə toplanmırsa, dünya solunun qısa və uzun vədədə siyasətə hakim olma şansı real görsənmir.

Mən bir növ razılıq olduğuna inanıram. O da qısa vədəli taktikalarla uzun vədəli strategiyalar arasında bir seçim etməkdən keçir. Dövlət gücünün əhəmiyyətsiz olduğunu düşünənlərə tamamilə qatılıram və belə bir vəziyyət dünya sisteminin dəyişmə ehtimalını təhlükəyə atır. Bir dəyişmə strategiyası olaraq bu, dəfələrcə sınanıb və hər dəfəsində uğursuz nəticə vermişdir.

Buradan qısa vədədə seçkilərdə iştirak etmənin vaxt itkisi olduğu nəticəsi çıxmaz. Əslində 99 %-in böyük bir qismi qısa vədədə davamlı əziyyət çəkir. Bu qısa vədədəki əziyyət çəkmə halı onların təməl qayğısıdır. Onlar həyatda qalmaq üçün işləyirlər, həyatda qalmaq üçün və qohum-əqraba və dostlarına kömək etmək üçün. Əgər ictimai dəyişmənin potensial agentləri olaraq hökuməti görürüksə – ancaq onların təcili siyasi qərarları ilə qısa vədəli “əziyyətə” təsir edə bilən quruluş olaraq, dünya solu onları, əziyyətlərini azaldacaq qərarlar qəbul etmək məcburiyyətinə gətirəcək.

Əziyyəti azaltmaq üçün çalışmaq seçici iştirakını zəruri edir. Bəs, əhvən-i şər müdafiəçiləri ilə səmimi sol partiyaları dəstəkləyənlər arasındakı mübahisə nədir?

Bu ölkənin böyüklüyü, rəsmi siyasi quruluşu, demoqrafik, geosiyasi mövqeyi və siyasi tarix kimi bir çox amillə əlaqəli olan yerli taktika seçimidir. Bunun şablon bir cavabı yoxdur, ola bilməz də. 2012-ci ilin cavabı da istər-istəməz 2014-cı il, ya da 2016-cı il üçün uyğun olmayacaqdır. Bu, ən azından mənim üçün hər ölkədə bir qanun müzakirəsindən çox taktiki vəziyyətdir.

Dünya solundakı ikinci əsas müzakirə isə “inkişaf” deyə adlandırdığımız anlayış ilə mədəniyyət dəyişikliyi arasındakı prioritet arasındadır. Belə bir müzakirəni dünyanın bir çox yerində müşahidə edə bilərik.

Bunlardan biri Latin Amerikasındakı sol hökumətlər və “qəzəbli” yerli xalq hərəkatları arasında davam edən və olduqca gərgin keçən müzakirələrdə görürük. Məsələn, Bolivyada, Ekvatorda, Venesuelada. Bu müzəkirələrin bir başqasını da Şimali Amerika və Avropada Yaşıllar ilə (ətraf mühiti müdafiə) mühafizəkar və mövcud məşğulluğu artırmağı əsas tutan həmkarlar ittifaqları arasında görürük.

Bir tərəfdə iqtisadi artım olmadan inkişafın olmayacağını deyən sol hökumətlər ya da həmkarlar tərəfindən təqdim olunana “inkişafçı” nəzər nöqtəsi, hər nə qədər də daimi olaraq ölkələr daxili və ölkələr arası qütbləşmədən söz etsək də, bu günkü dünyanın uyğunsuzluğunu düzəltmək üçün bir yol saxlamır. Bu qrup ən azından konkret və ehtimal ki açıq şəkildə sağ güclərin mənfəətini dəstəkləyən rəqiblərini günahlandırır.

“İnkişafçı” dediyimiz fikrin qarşısında duran variantı müdafiə edənlər iqtisadi artım üçün mütərəqqi məqsədin iki səbəbə görə səhv olduğunu deyirlər. Bu, sadəcə kapitalist sistemin ən bərbad xüsusiyyətlərini davam etdirən bir siyasətdir. Bu siyasət, ekoloji və sosial cəhətdən bərpa edilməz zərərlərə səbəb olur.

Bu bölünmə, əgər demək mümkündürsə, seçici iştirakı barəsində həddən artıq iddialıdır. Bunu həll etmək üçün isə tək yol belə bir anda güzəştlər tələb etməkdir. Əgər mümkündürsə, hər iki tərəf də düzgün niyyətlə bir-birlərinin sol kimliklərini tanımalıdırlar.

Önümüzdəki beş-on ildə soldakı bu bölünmənin öhtdəsindən gəlmək mümkündürmü? Bundan əmin deyilik. Ancaq bu bölünmələrin öhdəsindən gəlinməsə, kapitalist sistemin çökməsi mütləq olsa da önümüzdəki 20-40 il içində dünya solunun buna alternativ tapacağına, bu mübarizədən qalib çıxacağına inanmıram.

Qeydlər:

[1] Kəmər sıxma siyasəti-idxalın azaldılması, ixracın çoxladılması yolu ilə xarici borcları ödəyə bilmək üçün tələbatı azaltmağa üçün iqtisadi tədbir.

[2] Mantra- Mantra meditasyonunda istifadə olunana bir mərhələ, hərfi mənası “seçilən kəlimə”.

[3] Əhvən-i şər- iki pisdən xəfif olan

SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7532