abunə ol: Yazılar | Şərhlər | Еmail

Britaniyada tələbə etirazları. Sinifli cəmiyyət və təhsil

Şərh

Professor Deyv Hill.  Tələbələr qiyam edirlər: təhsilə çəkilən xərclərin ixtisarına qarşı mübarizə

Britaniyalı professor Deyv Hillin, Britaniyada təhsilə çəkilən xərclərin ixtisarına qarşı etirazların birbaşa iştirakçısının bu məqaləsi 2 dekabrda, bütün İngiltərə üzrə olan etirazlardan sonra yazılmışdır.  Hill yalnız  və daha çox etirazların özünü deyil, həmçinin ölkədəki təhsil sisteminin xarakterini və onun dəyişmə potensialını təsvir edir.

 

 

Tələbələr qiyam edir! Və tamamilə düz edirlər.  10 noyabrda Vestminsterdəki 52 saatlıq nəhəng nümayişdən (hansı ki, Torinin partiyasının Millbankdakı ştabından keçdi – bu, ofisin heç də adi günü deyil!) – Lids, Mançester, Sasseks, Midlseks və digər universitetlərdəki intizamlı təşkil olunmuş tələbə işğalına, oturaq tətillərə və seminara, növbəti Hərəkət Günlərindən sonra bütün Avropa üzrə – Parisdə, Lissabonda, Afinada, Dublində tələbə etirazlarına.  Tələbər danışır, oxuyur, fəaliyyət göstərir, tələb edirlər: “Təhsilə xərclərin ixtisarına yox!” “Təhsil haqqının qalxmasına yox!” “Təhsil pulsuz olmalıdır!” – Milli Tələbə İttifaqı və kollec müəllimləri ittifaqı, Universitet və Kollec müəllimləri İttifaqı tərəfindən təşkil edilmiş 10 noyabr nümayişi bu nəslin ən böyük tələbə nümayişi idi.

Növbəti mərhələ – 24 noyabr “X günü”.  Universitetdə, gələcək təhsil müəssisələrində oxuyanlar, yuxarı sinif şagirdləri və orta məktəb şagirdləri tətil elan etdilər və milli hərəkat günündə təhsil xərclərinin ixtisarına qarşı nümayişdə iştirak etdilər.  Bəziləri Torinin partiyasının yerli ofislərinə doğru yürüyüşlərdə iştirak etdilər, buna qədər isə 300 tələbə və həmkarlar ittifaqı üzvləri Barnetdə Torinin Finçlidəki gərargahına qədər yürüyüş etdilər!

Növbəti “X günü” Parlamentdə 9 dekabr 2010 – cu ildə təhsil haqqının artması məsələsi üzrə səsvermə günüdür. Yeni kütləvi nümayiş olacaq. Facebook-dakı “Təhsil haqqına görə səsvermə: Parlamentə nümayiş” qrupu yaranan andan 45 dəqiqə ərzində  2300 “iştirakçı” topladı! Tələbə və işçilər dərk edirlər ki, bu, ümumi mübarizədir – X günü xərclərin ixtisarına qarşı çıxış edən  ən iri üç mərkəzi təşkilat, NSSN (Həmkarlar ittifaqı Nümayəndələrinin Milli Şəbəkəsi), RtW (Əmək Hüququ üçün Kampaniya) və CoR (Müqavimət kampaniyası) tərəfindən dəstəklənirdi ki, onların koferansı 27 noyabrda 1300 təşkilatı, sosialist/marksist partiya və qrupları, milli təşkilatları, xərclərin ixtisarı əleyhinə mübarizə aparan yerli qrupları, tələbə və məktəbliləri toplamışdı. Youtube – da yerləşdirilmiş 15 yaşlı  Barnabi tərəfindən səslənən ən gözəl və ruhlandırıcı nitqlərdən birində  iştirakçıların mübarizəsi aydın şəkildə daha geniş müqavimət formaları və işçilərin mübarizəsi ilə əlaqələndirilir.

Bu dəfə tələbələr yalnız  “Pullu təhsil yox” demirlər,  onlar deyirlər  və  oxuyurlar:  “Tələbələr və  işçilər, birləşin və mübarizə  aparın!”, “Biz ümumu  mübarizənin bir  hissəsiyik!”. Onlar başa  düşürlər ki, biz daha yaxşı,  daha ədalətli cəmiyyət uğrunda, bu günkü – sıxılmış və qəddar cəmiyyətə qarşı mübarizə aparırıq. Facebook – dakı “Xərclərin ixtisarına qarşı olan şagirdlər və professional təhsil müəssisələrində oxuyanlar” qrupları  fundamental – parlaq və cəsarətli şüardan – “Təkcə hakim sinif üçün deyil, hamı üçün təhsil!” şüarından istifadə edirlər.  İşçilərin çiyinlərinə ağır yük kimi yatan bank böhranının, cari neoliberal kapitalizm böhranının nəticələri, konservatorlar və  millionerlərdən ibarət olan liberal demokratlar hökumətinin fəaliyyəti – coşğun qəbul edilməzlik yaradır.

Kəskin qəbul edilməzlik

Az təminatlı işçi ailələrinin uşaqları üçün nəzərdə tutulan və onlara təhsillərini 16 – 19 yaşda davam etdirməyə imkan verən təhsil üçün təqaüdlərin ləğvi kəskin qəbul edilməzlik yaradır.  Belə təqaüd indi həftədə 30 funt sterlingdir.  İndi isə onun ləğv etməyi planlaşdırırlar.  Bu təqaüdü britaniyalı tələbələrin 46% – i alır. Daha kasıb, Nousli, Birmingem və Lester kimi regionlarda bu rəqəm 80% təşkil edir.  Bu təqaüdü mənim ailə üzvlərim də alır.  Mənim nəvəm –aşağı gəlirli işçi ailələrinin yüz minlərlə uşaqlarından biri, hansı ki, təhsilinə təqaüdsüz davam edə bilməyəcək. Milyonlarla işçi ailəsi görəcəklər ki, təqaüd formasında dəstək artıq yoxdur. Mənim – işçi ailəsindən bir uşaq kimi – məktəbdə təhsilimi dvam etdirmək üçün qrant aldığım zamandan təxminən 50 il keçir ki, bu mənə 1960 – larda yuxarı siniflərdə təhsilimi davam etdirməyə imkan vermişdi.  İndi, praktiki olaraq yarım əsr keçdikdən sonra milyonlarla insan belə imkandan məhrum olacaqlar.  Bu, İkinci dünya müharibəsindən sonra həmkarlar ittifaqı və işçi sinfinin nail olduqları sosial – demokratik nailiyyətlərin məhvi mərhələlərindən biridir.  İndi isə bizim müharibədən sonrakı sosial – demokratik nailiyyətlərimizi qorumaq üçün mübarizə başlanır!  Hakimiyyət müavinatlardan birini, “sosial təminatın” əsas elementlərindən birini ləğv etmək istəyir.  Bununla da şüurlu şəkildə təhsil almaq imkanı azalır.

Buna oxşar tədbir kimi, Konservator – Demokratlar hökumətinin qəbul etdiyi Braun Məruzəsi – nə uyğun olaraq universitetdə təhsil haqqının üç qat artırılması da çıxış edir. Təhsil üçün maksimal ödəniş – 3000 funt sterlinq – ildə 9000 funt sterlinqə qədər artırılmışdır!  Məzunları 38,000 funt sterlinq borca salacaq bu tədbir  qaçılmaz olaraq kasıb gənclər üçün Universitet yolunu bağlayacaq. Buna görə də tələbələr qəzəbləniblər ki, bankirlər bonus şəklində öz milyonlarını alırlar, həmin vaxt isə digər ailələr təhsil üçün gücləri çatmayan ödənişlərə görə müflis olurlar!

Sinifli cəmiyyət və təhsil

Təhsil, təlim, universitet və həmçinin uşaq bağçaları üçün ödəniş insanların yerləşdirilməsi – onların gələcəyi, şüuru üçün lazımdır.  O, sinifli sistemin yenidən istehsalı üçün lazımdır.  Əlbəttə, rəsmi ritorika tamamilə başqa şeydən bəhs edir və şübhəsiz ki, müəllim və lektorlar başqa şeyə səy göstərirlər.  Amma hakim sinfin real məqsədi, yəni burjuaziya təhsil məsələsinə münasibətdə iyerarxiyalaşdırılmış və fərqli ödənişli işçi qüvvəsinin yaradılmasından və yenidən istehsalından ibarətdir.  İqtisadi məqsəd belədir. Söhbət sinfi əsasda ələnmədən, yerləşdirilmədən və paylanmadan, “iqtisadiyyat üçün təhsildən” gedir. Az insan geniş kütlələr üçün təhsil haqqında düşünür.  Ağıllara nəzarət edən təhsil “hökumətin ideoloji aparatı”dır.  Bəli, sosial və siyasi məqsəd itaətkar vətəndaşların yaradılmasıdır.  Bizim hər birimizə başa salmaq istəyirlər ki, hər kəs öz yerini bilməlidir. Yüksək vəzifəli məmurun dediyi kimi, “insanlara yenidən öz yerlərini müəyyən etməyi öyrətmək lazımdır”.  Əgər fransız marksisti Lui Altüsser tərəfindən daxil edilmiş Dövlətin ideoloji aparatı (əvvəl bu, ilk növbədə, din idi, bu gün əsasən kütləvi informasiya vasitələri və təhsildir) və Dövlətin repressiv aparatı (qanunlar, polis, silahlı qüvvələr, nəzarət və idarə etmə mexanizmi) arasındakı fərqləri istifadə etsək – Dövlətin ideloloji aparatının işləmədiyi yerdə tələbələr və etiraz edənlərin qarşısını polislər, onlara atlarda hücum edərək, dubinkalarla döyərək alırlar (1977 – ci ildə Qrunviç tətilini xatırlayıram).  Braytondadakı hadisələrin təşkilatçıları ilə danışan nümayiş iştirakçılarını  yönləndirən polis zabitinin gülən üzü son bir neçə ildə şit və dubinkalarla silahlanmış polis sıraları ilə yer dəyişdirdi.  Kapitalist dünyasında təhsil seçmə yolu ilə, sinfi prinsipə əsasən maliyyələşdirilir, şəxsi xarakteristikalar əsasında differensiasiya edilmiş imkanlar sistemi yaranır.  Qısa desək, yuxarı sosial sinfin uşaqlarının çoxu özəl məktəblərə və elit universitetlərə gedirlər ki, orada Bullingdon Boy stilini öyrənirlər – İtonda işlənmiş Kemeronun liderlik, zənginlik və hakimiyyət stili.

Orta sinfin uşaqlarının çoxu – formal və ya qeyri formal olaraq – sosial və akademik seçmə təşkil edən və daha az prestijli peşələr üçün, həmçinin nəzarət və idarəetmə vəzifələri üçün tələbələr hazırlayan məktəblərə gedirlər.  Mənim orta məktəbimin yuxarı sinif məzunlarının təxminən yarısı müəllim olmağa hazırlaşırdılar. Mən düşünmürəm ki, mənim əkiz qardaşımın 15 yaşında məktəbi bitirməyə məcbur olduğu sinif yoldaşlarından kimsə müəllim oldu.  Çoxluq birbaşa fiziki əmək bazarına yollandı.

İşçi ailələrindən olan uşaqların çoxu təhsil müəssisələrinin, gözləmələr və imkanlar sisteminin aşağı və orta pillələrinə gedirlər.  Onları ixtisaslı əl işi, aşağı ixtisaslı və ixtisaslaşmamış rutin iş üçün hazırlayırlar ki, bu, çox halda hakim/yüksək/kapitalist sinfin bir hissəsinə gəlir gətirir.  Hamısı yox. Amma çoxu.  Əlbəttə,  sistemi legitimizasiya edən müəyyən (daim azalan) sosial mobillik mövcuddur və elə bir illüziya yaradır ki, insanın vəziyyəti onun bacarıqları ilə müəyyən  olunur.  Və bəziləri üçün belə mobillik daha yüksək həyat səviyyəsi təmin edir.

İşçi sinfi nümayəndələrinin çoxu isə, hamısı olmasa da, daha kasıb, əsasən  çox daha kasıb yaşayırlar.  Onlara yeridiblər ki, həyatdan çox şey gözləmək lazım deyil, itaət etmək, yoxsulluq ilə barışmaq lazımdır, miskin “məşhurların mədəniyyəti”ni, əsas xəbərlər və tənqidin surroqatını istehlak etmək lazımdır.  Milyonerlərdən ibarət Kameron kabineti (18 milyoner)  ildə 30,000 funt sterlinqi yoxsulluq hesab edir!  Bunu 15,000 və ya minimal əmək haqqı alan milyonlarla insana deyin, müavinatla yaşayanlara deyin! Hər gün pula ehtiyacı olmağın nə olduğunu bilənlərə.

Bəzi xadimlər, xüsusilə də Torinin partiyasının nümayəndələri dərinləşdirilmiş proqramla təhsil verən orta məktəbləri geri qaytarmaq istəyirlər.  Bunu, dərinləşmiş proqramla təhsil alan 20%  xoşbəxtlə müqayisədə adi orta məktəblərdə ikinci sort təhsil, ikinci sort maliyyələşmə, ikinci sort kitabxana və daha aşağı ixtisaslı müəllimlər görənlərə deyin.

Bəli, mən 11 – plyus sistemi ilə və orta məktəbdə əla təhsil almaq xoşbəxtliyinə nail olmuşam ki, bu, məni irəli getməyə, təhsilimi 21  yaşıma qədər davam etdirməyə və professional ambisiyalarımı reallaşdırmağa həvəsləndirib.  Mən təhsil almağa davam etdim ki, universitet professoru olum və təhsil pedaqoqikası ilə məşğul olum: bu, əlbəttə ki, bankir və ya milyoner kimi yaşamağa imkan vermir, amma daha rahat mövcudluğa şərait yaradır.

İkinci sort təhsil sistemi üçün seçilənlərin – mənim əkiz qardaşım kimi – yerli orta məktəbə gedənlərin həyatı başqa cür olmuşdur.

1960 – larda işçi ailələrindən olan uşaqların çoxu zavodlara, mağazalara, tikintilərə atılmışdır.  Belə işdə pis heç nə yoxdur, amma fiziki əmək işçiləri o vaxt, indi də, daha yüksək ixtisaslı kolleqalara nisbətdə daha az əmək haqqı, təqaüd və üstünlüklərə malikdirlər.  Və, təbii ki, hər iki işçi qrupu, həm fiziki əmək işçiləri və həm də mütəxəssislər o vaxt və indi də hakim siniflə, əsasən özəl məktəblərdə təhsil alan, bir çox üstünlüklərin varisi olan və bunları öz uşaqlarına nəsihət edən “kainatın əfəndiləri” ilə müqayisədə cüzi pay alırlar.  Mən yeniyetmə olanda, yarım əsr əvvəl belə idi. İndi də belədir.  Bazar sistemi sosial differensiasiya edilmiş sistemi formalaşdıraraq daha dərin şəkildə məktəblərə daxil olur ki, bu zaman daha çox valideynlər məktəbləri deyil, məktəblər uşaqları seçir.  Özü də sinfi əsasda seçirlər. Bütün bunlar təqaüdlərin ləğvi ilə dərinləşir.  İşçi sinfindən daha çox uşaq təhsil haqqını  ödəyə bilmədiyi üçün təhsili atmalı olacaqlar.

Eyni şey universitetlərə də aiddir.  Təhsil haqqının qalxmasına görə işçi sinfindən olan daha az uşaq universitetə gedəcəklər.  Beləcə təhsil üçün imkanlar azalır.  İnsanlar sadəcə  öz yerlərini bilməyəcəklər, onlar üçün yerlərini dəyişmək çətin olacaq!

Müqavimət

Amma xalq müqavimət göstərir! Tələbələr üsyan edirlər! Bəzi həmkarlar ittifaqı xərclərin ixtisarına müqavimət göstərirlər! Və çox müəllimlər, tələbələr, işçilər, təqaüdçülər qarşılarında keçmişin, indinin və gələcəyin müxtəlif utopiyalarını görürlər.  Bəziləri sosial dövlətlə, pulsuz təhsil və tibbi təminatla bağlı ümidlər və arzuları xatırlayırlar.  Və bizlərdən bəziləri bu nemətlərin  genişlənməsini istəyirlər, onların məhvini yox!

İnsanlar ayrı və ayırıcı təhsil sisteminə müqavimət göstərirlər! Hər yanda müqavimət göstərirlər!  Bir çox müəllimlər, lektorlar, insanlar, müəllimlərin hazırlanması üzrə mütəxəssislər, tələbələr, ailələr əla müqavimət göstərirlər (mən qırx ildir ki, müəllimlərin hazırlığı ilə məşğul oluram və nə danışdığımı bilirəm).  Bir çoxları hər gün çalışırlar, stereotiplərə riayət etməkdən, müəyyən sosial və etnik mühitdən olan uşaqların bacarıqlarını damğalamaq və alçaltmaqdan imtina edərək bütün gücləri ilə səy göstərirlər. Ən yaxşı müəllim və lektorlar, digər mədəniyyət/mətbuat işçiləri səy göstərir, öyrədirlər ki, biz – həmçinin bizim uşaqlarımızın və tələbələrimizin gələcəyi – iqtisadi maşında olmamalıyıq.  Bir çoxları – onlar milyonlarla olacaqlar! – sadəcə daha ədalətli, daha səmimi və bərabərhüquqlu təhsil sistemi,  cəmiyyət, siyasət və iqtisadiyyat arzulamırlar, onlar bilirlər ki, bu mümkündür.  Tələbələr – və bütün ölkə üzrə təhsil xərclərinin ixtisarına qarşı kampaniyanın iştirakçıları –  mübarizə aparmaq üçün, nümayişlərdə iştirak etmək üçün özləri təşkil olunurlar.  Biz təhsil və sosial – iqtisadi sistemi dəyişməliyik. Və biz bunu edə bilərik! Amma isteblişmentin heç bir partiyasına etibar etməməliyik!

Hər üç partiya sosial dövləti parçalamaq və məhv etmək, çətinliklə əldə edilmiş  tarixi haqları və sosial zəmanətləri darmadağın etmək istəyirlər.  Və burada sosialist qruplar, partiyalar və xərclərin ixtisarına qarşı kampaniyalar meydana çıxmalıdırlar.  Mən ilk növbədə, TUSC, həmkarkar ittifaqı və sosialistlərin koalisiyasını, həmçinin təhsilə xərclərin azalmasına qarşı olan yerli hərəkatları və koalisiyaları – oturaq tətillər, seminarlar keçirən, yürüş və nümayişlərdə işçilər və həmkarlar ittifaqı üzvləri ilə birləşən Sasseks və digər universitetlərin tələbələrini nəzərdə tuturam.  CoR qurultayında Con Makdonnel, parlamentdə olan az sayda sol sosialistlərdən biri möhtəşəm çıxış etdi.

“Bu nəsil apatik, sadəcə öz karyerası ilə maraqlanan hesab edilirdi… Onlar mənim həmyaşıdlarıma dedilər – siz çox uzun zaman diz üstə dayanmısınız.  Və indi ayağa qalxmaq və mübarizə aparmaq zamanıdır.  Tələbələr (etirazlar vaxtı həbs olunanlar), siz cinayətkar deyilsiniz… Əsl cinayətkarlar – bizim təhsil sistemimizə hücum edənlərdir… bunu TUC – a deyin, öz rolunu oynamaq vaxtı gəlib!  Bizim bütün ölkə üzrə işçilərin koordinasiya edilmiş tətillərinə ehtiyacımız var.  Biz alternativ təklif edirik… Parlament bizim maraqlarımızı təqdim etməkdən imtina edəndə.  Siyasətçilər  yalan danışanda.  Hakimiyyət  var gücü ilə bizə etinasızlıq göstərəndə.  Bizim küçələrə çıxmaqdan başqa alternativimiz yoxdur.  Onları yalnız birbaşa hərəkət dayandıracaq. Hamı küçəyə!”.

Təhsil xərclərinin azalmasına qarşı olan yerli hərəkatlar, oturaq tətillər və demokratik əsaslarda təşkil olunmuş TUSC kimi milli koalisiyalar işçiləri, həmkarlar ittifaqı üzvlərini, müxtəlif sosialist qrupları, tələbələri, müəllimləri, təqaüdçüləri – xalqı! – qaraları, ağları, kişiləri, qadınları, bütün din və cinsi orientasiya insanlarını – bərabərlik uğrunda ümumi mübarizədə birləşdirə bilər. Bu mübarizə təkcə təhsil uğrunda deyil!

Sosialist müqavimətin üzvü Deyv Hill  Midlseks universitetində təhsil professoru və Afina və Limerik universitetlərində dəvət olunmuş professordur.  Leyborist partiyadan parlamentə sabiq namizəd və leyborist qrupun lideri, 2010-cu il mayda Brighton Kemptown`da TUSC-dan ümumi namizəd idi və təhsil xərclərinin azalmasına qarşı olan Brayton koalisiyasının  aktivistidir. O, təhsil üzrə son milli nümayişdə iştirak edirdi və Sasseks və Midlseks univestitetlərində ixtisarlara qarşı tələbə-müəllim hərəkatında yer alır.

www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:11292