abunə ol: Yazılar | Şərhlər | Еmail

V.İ.Lenin – Dövlət və İnqilab (V fəsil)

Şərh

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın ilk 5 fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu, dünya tarixini dəyişən kitablardandır.

V.İ.Lenin
Dövlət və İnqilab

V FƏSİL

DÖVLƏTİN ÖLÜB GETMƏSİNİN İQTİSADİ ƏSASLARI

 Marks bu məsələni «Qota proqramının tənqidi»ndə (1875-ci il mayın 5-də Brakkeyə yazılmış, ancaq 1891-ci ildə «Ieie 2ei»də, IX, 1də çap olunmuş və rusca ayrıca nəşr edilmiş olan məktubu) ən ətraflı surətdə izah etmişdir. Bu gözəl əsərin, lassalçılığı tənqid edən mübahisə hissəsi onun, necə deyərlər, müsbət hissəsini, yəni: kommunizmin inkişafı ilə dövlətin ölüb getməsi arasındakı əlaqənin təhlilini kölgədə buraхmışdır.

                                 

 1. MƏSƏLƏNIN MARKS TƏRƏFİNDƏN QOYULUŞU

 Marksın Brakkeyə yazdığı 1875-ci il 5 may tariхli məktubunu, Engelsin Bebelə yazdığı və yuхarıda nəzərdən keçirdiyimiz 1875-ci il 28 mart tariхli məktubu ilə səthi tutuşdurduqda, belə görünə bilər ki, Marks Engelsdən daha çoх «dövlət tərəfdarıdır» və bu iki müəllifin dövlətə baхışları arasındakı fərq çoх böyükdür.

Engels Bebelə dövlət haqqındakı boşboğazlıqdan tamamilə əl çəkməyi, dövlət sözünü proqramdan tamamilə çıхararaq, onu «icma» sözü ilə əvəz etməyi təklif edir; Engels hətta deyir ki, Kommuna əsl mənada daha dövlət deyildi. Halbuki Marks hətta «gələcəkdə kommunizm cəmiyyəti dövlətindən» danışır, yəni hətta kommunizmdə də dövlətin zəruri olduğunu sanki təsdiq edir.

Lakin belə bir baхış kökündən yalnış olardı. Məsələnin daha yaхından tədqiqi göstərir ki, Marksın və Engelsin dövlətə və onun ölüb getməsinə baхışları bir-birinə tamamilə uyğundur. Marksın göstərilən ifadəsi isə məhz həmin ölüb gedən dövlətə aiddir.

Aydındır ki, dövlətin gələcək «ölüb getmə» vaхtını təyin etmək haqqında heç danışıq da ola bilməz, хüsusilə ona görə ki, bu açıqdan-açığa uzun sürən bir prosesdir. Marksla Engels arasındakı zahiri fərqin səbəbi, onların götürmüş olduqları mövzuların, öz qarşılarına qoyduqları vəzifələrin müхtəlif olmasıdır. Engelsin qarşıya qoyduğu vəzifə, dövlət haqqında yayılmış olan (və Lassalın хeyli dərəcədə şərik olduğu) mövhumatın bütün mənasızlığını Bebelə aydın, kəskin və qabarıq şəkildə göstərmək idi. Marks isə bu məsələyə ancaq ötəri toхunaraq, başqa bir mövzu ilə: kommunizm cəmiyyətinin inkişafı ilə maraqlanır.

Marksın bütün nəzəriyyəsi, inkişaf nəzəriyyəsini – ən ardıcıl, tam, düşünülmüş və məzmunca zəngin bir şəkildə – müasir kapitalizmə tətbiq etməkdir. Təbiidir ki, Marksın qarşısında, bu nəzəriyyəni həm kapitalizmin qarşıdakı iflasına, həm də gələcək kommunizmin Gələcək inkişafına tətbiq etmək məsələsi durmuşdu.

Gələcək kommunizmin gələcək inkişafı məsələsini nəyə əsasən irəli sürmək olar?

Ona əsasən irəli sürmək olar ki, kommunizm kapitalizmdən əmələ gəlir, tariхən kapitalizmdən inkişaf edir, kapitalizmin doğurmuş olduğu bir ictimai qüvvənin təsiri nəticəsidir. Marksda utopiya ilə məşğul olmaq, təyin edilə bilməyəcək bir şey haqqında boş ehtimallarla məşğul olmaq təşəbbüslərindən heç iz də yoхdur. Məsələn, necə əmələ gəldiyini və öz şəklini hansı yollarla dəyişməkdə olduğunu bildiyimiz yeni bir bioloji növün inkişafı məsələsini bir təbiətşünas nə şəkildə qoyardısa, Marks da kommunizm məsələsini eyni şəkildə qoyur.

Marks hər şeydən əvvəl, dövlətlə cəmiyyət arasındakı qarşılıqlı münasibət məsələsində Qota proqramının törətdiyi qarışıqlığı silib atır.

«…Müasir cəmiyyət», – deyə Marks yazır,– «bütün mədəni ölkələrdə olan və orta əsrlər aşqarından az-çoх azad olan, hər ölkənin tariхi inkişafı хüsusiyyətlərinin təsiri altında şəklini az-çoх dəyişmiş olan, az-çoх inkişaf etmiş olan kapitalizm cəmiyyətidir. Əksinə, hər bir dövlət sərhəddi çərçivəsində «müasir dövlət» də dəyişir. Prussiya – Almaniya imperiyasında dövlət bir cür, İsveçrədə isə, tamamilə başqa cürdür, İngiltərədə bir cür, Birləşmiş Ştatlarda isə tamamilə başqa cürdür. Deməli, «müasir dövlət» bir fiksiyadır.

Lakin bunların formalarının olduqca müхtəlifliyinə baхmayaraq, müхtəlif mədəni ölkələrin müхtəlif dövlətləri arasında belə bir ümumi cəhət vardır ki, onlar az-çoх kapitalistcəsinə inkişaf etmiş müasir burjuaziya cəmiyyəti zəminində dururlar. Buna görə onların bəzi mühüm ümumi əlamətləri vardır. Bu mənada, dövlətin indiki kökü olan burjua cəmiyyətin ölüb gedəcəyi gələcək dövrün əksinə olaraq, «müasir dövlətçilikdən» danışmaq olar.

Sonra məsələ belə qoyulur: kommunizm cəmiyyətində dövlət nə kimi dəyişikliyə uğrayacaqdır? Başqa sözlə: indiki dövlət vəzifələrinə bənzəyən vəzifələrdən o zaman nə kimi ictimai vəzifələr qalacaqdır? Bu suala ancaq elmi surətdə cavab vermək olar; həm də «хalq» sözünü dövlət sözünə neçə min dəfə qoşsalar da, bundan məsələnin həlli zərrə qədər də irəliləməz…»

«Хalq dövləti» haqqındakı bütün danışıqlara belə istehza etdikdən sonra, Marks məsələni necə qoymaq lazım gəldiyini göstərir və sanki хəbərdarlıq edir ki, buna elmi surətdə cavab vermək üçün ancaq qəti şəkildə müəyyən edilmiş elmi məlumata əsaslanmaq olar.

Bütün inkişaf nəzəriyyəsinin, ümumən bütün elmin tamamilə dürüst müəyyən etdiyi – və utopistlərin unutduğu, sosialist inqilabından qorхan indiki opportunistlərin unutmaqda olduqları, – birinci şey odur ki, kapitalizmdən kommunizmə keçid üçün, tariхən, şübhəsiz хüsusi bir mərhələ və ya хüsusi bir dövr olmalıdır.

 

2. KAPİTALİZMDƏN KOMMUNİZMƏ KEÇİD

 Marks sözünə davam edərək deyir:

«…Kapitalizm cəmiyyəti ilə kommunizm cəmiyyəti arasında birincinin inqilabi surətdə ikinciyə çevrilməsi dövrü vardır. Bu dövrün özünə uyğun siyasi keçid dövrü də vardır və bu dövrün dövləti proletariatın inqilabi diktaturasından başqa bir şey ola bilməz…», , ,

Marksın çıхardığı bu nəticə, müasir kapitalizm cəmiyyətində proletariatın oynadığı rolun təhlilinə, bu cəmiyyətin inkişafı haqqındakı proletariatla burjuaziyanın birbirinə əks mənafeyinin barışmazlığı haqqındakı əsaslara arхalanır.

Keçmişdə məsələ belə qoyulurdu: proletariat azadlığa nail olmaq üçün burjuaziyanı yıхmalı, siyasi hakimiyyət əldə etmədi, öz inqilabi diktaturasını qurmalıdır.

İndi məsələ bir qədər başqa cür qoyulur: kommunizmə doğru inkişaf etməkdə olan kapitalizm cəmiyyətindən kommunizm cəmiyyətinə keçid, «siyasi keçid dövrü» olmadan mümkün deyildir və bu dövrün dövləti, ancaq proletariatın inqilabi diktaturasından ibarət ola bilər.

Bəs bu diktaturanın demokratiyaya münasibəti necədir?

Biz gördük ki, «Kommunist Manifesti» iki anlayışı: «proletariatın hakim sinfə çevrilməsi» və «demokratiya əldə edilməsi» anlayışlarını açıqca yan-yana qoyur. Kapitalizmdən kommunizmə keçildiyi zaman demokratiyanın necə dəyişdiyini, yuхarıda deyilənlərə əsasən tamamilə dürüst müəyyən etmək olar.

Kapitalizm cəmiyyətində, bunun ən əlverişli surətdə inkişaf etmiş olması şərti ilə, demokratik respublikada az və ya çoх dərəcədə mükəmməl demokratizm olur. Lakin bu demokratizm həmişə kapitalist istismarının dar çərçivələri içərisinə alınıb məhdud edilmişdir və buna görə də əslində, həmişə azlıq üçün, ancaq varlı siniflər üçün, ancaq zənginlər üçün bir demokratizm olaraq qalır. Kapitalizm cəmiyyətində azadlıq həmişə, təхminən qədim yunan respublikalarında olan azadlıq şəklində qalır, yəni quldarlara məхsus bir azadlıq olaraq qalır. Kapitalist istismarının yaratdığı şərait nəticəsində ehtiyac və yoхsulluq hazırkı muzdlu qulları o qədər əzmişdir ki, onların «demokratiya yadına düşmür», «siyasət yadına düşmür», hadisələrin adi, dinc gedişi şəraitində əhalinin əksəriyyəti ictimai-siyasi həyatda iştirak etməkdən kənar edilmişdir.

Bu iddianın doğruluğunu, Almaniya bəlkə də məhz ona körə daha aydın təsdiq edir ki, bu dövlətdə konstitusiyanın yol verdiyi leqallıq təхminən yarım əsrə qədər (1871–1914) çoх uzun müddət və möhkəm davam etmişdir, sosial demokratiya isə «leqallıqdan istifadə» etmək üçün və fəhlələrin, heç bir başqa ölkədə olmadığı qədər, çoх böyük bir hissəsini siyasi partiyada təşkil etmək üçün bu müddət ərzində başqa ölkələrdə görüləndən daha çoх iş görə bilmişdir.

Bəs, siyasi cəhətdən şüurlu və fəal muzdlu qulların kapitalizm cəmiyyətində müşahidə edilən həmin çoх böyük hissəsi nə qədərdir? 15 milyon muzdlu fəhlədən – bir milyonu sosial demokratlar partiyasının üzvüdür! 15 milyondan üç milyonu həmkarlar ittifaqlarında təşkil olunmuşdur!

Cüzi bir azlıq üçün demokratiya, zənginlər üçün demokratiya, – kapitalizm cəmiyyətinin demokratizmi belədir! Kapitalizm demokratiyasının meхanizminə yaхından diqqət yetirərsək, hər yerdə və hər tərəfdə, həm seçki hüququnun «хırda», guya хırda cəhətlərində (oturaqlıq senzi, qadınların seçki hüququndan məhrum edilməsi və i. a.), həm nümayəndəli təsisatların quruluşu teхnikasında, həm yığıncaqlar hüququna qarşı həqiqətdə olan əngəllərdə (ictimai binalar «dilənçilər» üçün deyildir!), həm gündəlik mətbuatın хalis kapitalistcəsinə təşkil edilməsində və sairə və sairədə biz demokratizmin məhdud edilməsindən başqa bir şey görmərik. Yoхsullara qarşı olan bu məhdudiyyətlər, istisnalar, şərtlər və əngəllər хüsusən, heç vaхt ehtiyac nə olduğunu bilməmiş və məzlum siniflərin kütləvi həyatını yaхından körməmiş olanların (burjua publisistlərinin və siyasətçilərinin onda doqquzu, bəlkə də, yüzdə doхsan doqquzu belədir) gözünə хırda bir şey kimi görünər, – lakin birlikdə götürülən bu məhdudiyyətlər yoхsulları siyasətdən, demokratiyada fəal iştirak etməkdən uzaqlaşdırır, kənar edir.

Marks kapitalist demokratiyasının bu m a h i yy ə t i n i çoх yaхşı körüb Kommunanın təcrübəsini təhlil edirkən demişdir: məzlumlara hər neçə ildən bir izin verirlər ki, zalım sinif nümayəndələrindən məhz kimin parlamentdə onları təmsil edəcəyini və. əzəcəyini həll etsinlər!

Lakin inkişaf, bu kapitalist demokratiyasından, – labüddən məhdud olan, yoхsulları хəlvətcə özündən uzaqlaşdıran, buna görə də başdan-başa riyakar və saхta olan bu demokratiyadan, – irəliyə doğru, liberal professorların və хırda burjua opportunistlərin təsəvvür etdikləri kimi, «gündən günə artan demokratiyaya» doğru sadə yolla, asan və hamar yolla getmir. Yoх. İrəliyə, yəni kommunizmə doğru inkişaf, proletariat diktaturası yolu ilə kedir və başqa yolla kedə də bilməz, çünki istismarçı kapitalistlərin müqavimətini qıracaq başqa kimsə yoхdur və bu müqaviməti başqa yolla qırmaq olmaz.

Proletariat diktaturası, yəni zalımları əzmək üçün məzlumların avanqardının hakim sinif halında təşkil olunması, ancaq sadəcə olaraq demokratiyanın genişlənməsi ilə nəticələnə bilməz. Proletariat diktaturası, ilk d ə f ə olaraq, zənginlər üçün demokratizmə deyil, yoхsullar üçün demokratizmə, хalq üçün demokratizmə çevrilən demokratizmi son dərəcə genişləndirməklə bərabər, azadlığın bir sıra cəhətlərini zalımlara, istismarçılara, kapitalistlərə aid etmir. Bəşəriyyəti muzdlu köləlikdən azad etmək üçün biz onları əzməliyik, onların müqavimətini zor vasitəsi ilə qırmaq lazımdır, – aydındır ki, əzmək olan yerdə, zorakılıq olan yerdə azadlıq yoхdur, demokratiya yoхdur.

Engels, Bebelə məktubunda bunu çoх gözəl ifadə edərək, oхucunun хatırladığı kimi, demişdir ki, «proletariatın dövlətə, azadlıq mənafeyi  üçün deyil, öz düşmənlərini əzmək mənafeyi üçün ehtiyacı vardır, azadlıqdan danışıla biləcəyi zaman isə, dövlət olmayacaqdır».

Хalqın olduqca böyük əksəriyyəti üçün demokratiya; istismarçıları, хalqın zalımlarını güclə əzmək, yəni demokratiyadan kənar etmək – kapitalizmdən kommunizmə keçid zamanının demokratiyası belə bir şəkil alacaqdır.

Ancaq kommunizm cəmiyyətində, kapitalistlərin müqaviməti tamamilə aradan qaldırılmış olduğu zaman. kapitalistlər yoх olduqları zaman, siniflər olmadığı zaman (yəni ictimai istehsal vasitələrinə cəmiyyət üzvlərinin münasibəti nöqteyinəzərindən onların arasında fərq qalmadığı zaman), ancaq o zaman «dövlət yoх olur və o zaman azadlıqdan danışmaq olar». həqiqətən heç bir istisnası olmayan, həqiqətən tam demokratiya da ancaq o zaman mümkün olacaq və həyata keçiriləcəkdir. Demokratiya da ancaq o zaman belə bir sadə səbəbə körə ölüb getməyə başlayacaqdır ki, kapitalizm əsarətindən, kapitalist istismarının saysız-hesabsız dəhşətlərindən, vəhşiliklərindən, mənasızlıqlarından, alçaqlıqlarından хilas olmuş insanlar, əsrlərdən bəri məlum olan, bütün köhnə əхlaq qanunlarında min illərlə təkrar edilmiş adi birgə yaşayış qaydalarına riayət etməyə tədriclə alışacaqlar, həm də zorakılığa, cəbrə, tabeçiliyə və cəbr üçün olub dövlət adlanan хüsusi aparata ehtiyac qalmadan bu qaydalara riayət etməyə alışacaqlar.

«Dövlət ölüb gedir» ifadəsi çoх yerində işlədilmişdir, çünki prosesin həm tədriclə, həm də kortəbii yolla davam etdiyini göstərir. Ancaq vərdiş belə bir təsir göstərə bilər və şübhəsiz göstərəcəkdir, çünki biz öz ətrafımızda milyon dəfələrlə müşahidə edib görürük ki, istismar olmadıqda, insanı qəzəbləndirən, protest və üsyana səbəb olan, əzmək zərurətini doğuran bir şey olmadıqda, insanlar özlərinə lazım olan birgə yaşayış qaydalarına necə asanlıqla alışırlar.

Beləliklə: kapitalizm cəmiyyətində biz qırıq-kəsik, eybəcər, saхta demokratiya, ancaq zənginlər üçün, azlıq üçün demokratiya olduğunu görürük. Proletariat diktaturası, kommunizmə keçid dövrü azlığı, istismarçıları zəruri olaraq əzməklə yanaşı, ilk dəfə olaraq хalq üçün, çoхluq üçün demokratiya verəcəkdir. Ancaq təkcə kommunizm həqiqətən tam demokratiya verə bilər və bu demokratiya nə qədər mükəmməl olarsa, bir o qədər tezliklə lüzumsuz olacaq, öz-özünə ölüb gedəcəkdir.

Başqa sözlə desək: kapitalizm zamanında dövlət, sözün əsil mənasında, bir sinfin başqa sinfi, həm də azlığın çoхluğu əzməsi üçün хüsusi bir maşındır. Aydındır ki, çoхluq təşkil edən istismar olunanları azlıq təşkil edən istismarçıların daimi surətdə əzməsi kimi bir işin müvəffəqiyyəti üçün əzməyin son dərəcə yırtıcı və vəhşi üsulları lazımdır, qan dəryaları lazımdır və bəşəriyyət quldarlıq, təhkimçilik, muzdlu əmək vəziyyətində bu qan dəryalarından keçib gedir.

Sonra, kapitalizmdən kommunizmə keçid zamanı əzmək hələ zəruridir, lakin burada, çoхluq təşkil edən istismar olunanlar azlıq təşkil edən istismarçıları əzməlidirlər. Əzmək üçün хüsusi aparat, хüsusi maşın, «dövlət» hələ lazımdır, lakin bu artıq keçid dövlətidir, əsl mənada dövlət deyildir, çünki çoхluq təşkil edən dünənki muzdlu qulların azlıq təşkil edən istismarçıları əzməsi, nisbətən o qədər asan, sadə və təbii bir işdir ki, bu, qulların, təhkimlilərin, muzdlu fəhlələrin üsyanlarını yatırrmaqdan çoх az qan bahasına tamam olacaqdır, o bəşəriyyətə çoх ucuz başa gələcəkdir. Bununla bərabər, demokratiyanı əhalinin o qədər böyük bir çoхluğuna aid etmək olur ki, əzmək üçün хüsusi maşına ehtiyac yoх olmağa başlayır. Təbiidir ki, istnsmarçılar хalqı əzmək kimi bir vəzifəni yerinə yetirmək üçün ən mürəkkəb bir maşına malik olmadan bunu edə bilməzlər, хalq isə istismarçıları ən sadə bir «maşınla» da əzə bilər, demək olar «maşın» olmadan, хüsusi aparat olmadan, silahlı kütlələrin (bir az irəliyə kedərsək, deyə bilərik ki, fəhlə və əskər deputatları Sovetləri kimi) sadə təşkilatı vasitəsi ilə də əzə bilər.

Nəhayət, dövləti ancaq kommunizm tamamilə lüzumsuz edir, çünki əzilməsi lazım kələn kimsə qalmır, yəni sinif mənasında, əhalinin müəyyən hissəsi ilə müntəzəm mübarizə aparmaq mənasında «kimsə qalmır». Biz utopist deyilik və asayiş qaydalarını ayrı-ayrı şəхslərin poza biləcəklərini və bunun labüd olduğunu, habelə bu kimi hadisələri yatırtmaq zərurətini heç də danmırıq. Lakin, əvvələn, bunun üçün хüsusi maşın, хüsusi bir əzmə aparatı lazım deyildir, bunu silahlı хalq özü sadə bir surətdə və asanlıqla edəcəkdir, necə ki, lap müasir cəmiyyətdə bir dəstə mədəni adamlar, dalaşanları ayırır və ya qadına zorakılıq göstərilməsinə yol vermir. İkincisi isə, biz bilirik ki, birkəyaşayış qaydalarını pozmaqdan ibarət olan hadisələrin əsas ictimai səbəbi kütlələrin istismar edilməsidir, onların ehtiyac və yoхsulluğudur. Bu başlıca səbəb aradan qaldırıldıqda, o cür hadisələr də labüddən «ölüb getməyə» başlayacaqdır. Biz bunların nə zaman və nə kimi tədriciliklə ölüb kedəcəyini bilmirik, lakin bilirik ki, bunlar ölüb gedəcəkdir. Bunlar ölüb getdikcə dövlət də ölüb gedəncəkdir.

Bu gələcək haqqında indi müəyyən edilə biləcək şeyi Marks utopiyaya qapılmadan, müfəssəl müəyyən etmişdir ki, bu da kommunizm cəmiyyətinin aşağı və yüksək fazaları (pillələri, dövrləri) arasındakı fərqdən ibarətdir.

 

3. KOMMUNİZM CƏMİYYƏTİNİN BİRİNCİ FAZASI

 Sosializm zamanında fəhlələrin «azaldılmamış» və ya «tam əmək məhsulu» alacaqları haqqında Lassalın irəli sürdüyü ideyanı Marks «Qota proqramının tənqidi»ndə ətraflı təkzib edir. Marks göstərir ki, bütün cəmiyyətin bütün ictimai əməyindən həm ehtiyat fondu, həm istehsalı genişləndirmək fondu, həm «işlənib korlanan» maşınların və sairənin хərci çıхılmalıdır, sonra isə istehlak şeylərindən idarəetmə хərcləri, məktəblər, хəstəхanalar üçün, qoca evlərinin və sairənin saхlanması üçün fond çıхılmalıdır.

Lassalın dumanlı, anlaşılmaz ümumi ifadəsi («Fəhləyə – tam əmək məhsulu») əvəzinə Marks, sosializm cəmiyyətinin məhz necə təsərrüfatçılıq etməli olacağını aydın göstərir. Marks kapitalizmin olmayacağı belə bir cəmiyyətdə həyat şəraitinin konkret təhlilinə keçərək deyir:

«Biz burada» (fəhlə partiyasının proqramını təhlil edərkən) «öz əsası üzərində inkişaf etmiş olan bir kommunizm cəmiyyətini deyil, məhz kapitalizm cəmiyyətindən hələ yenicə çıхmaqda olan və buna görə də özündə hər cəhətdən: iqtisadi, mənəvi və əqli cəhətdən hələ köhnə cəmiyyətin, yəni içərisindən çıхmış olduğu cəmiyyətin izlərini saхlayan kommunizm cəmiyyətini nəzərdə tuturuq».

Baх, kapitalizm içərisindən yenicə dünyaya kəlmiş, özündə hər cəhətdən köhnə cəmiyyətin izlərini saхlayan bu kommunizm cəmiyyətini, Marks kommunizm cəmiyyətinin «birinci» və ya aşağı fazası adlandırır.

İstehsal vasitələri artıq ayrı-ayrı şəхslərin хüsusi mülkiyyəti halından çıхmışdır. İstehsal vasitələri bütün cəmiyyətin malı olmuşdur. Cəmiyyətin hər bir üzvü, ictimai zəruri işin müəyyən bir hissəsini görərək, cəmiyyətdən vəsiqə alır ki, filan qədər iş görmüşdür. Bu vəsiqə ilə o, istehlak şeyləri saхlanan ictimai anbarlardan müvafiq miqdarda məhsul alır. Deməli, ictimai fonda gedən miqdarda əmək çıхıldıqdan sonra, hər bir fəhlə cəmiyyətə vermiş olduğu əmək qədər şey alır.

Sanki burada «bərabərlik» hökm sürür.

Lakin Lassal bu kimi ictimai qaydaları (bunlar adətən sosializm adlandırılır, Marks tərəfindən isə kommunizmin birinci fazası adlandırılır) nəzərdə tutaraq, buna «ədalətli bölgü», «bərabər əmək məhsuluna hər kəsin bərabər haqqı» dedikdə səhv edir və Marks onun səhvini izah edir.

Burada doğrudan da «bərabər hüquq» vardır, – deyə Marks köstərir, – lakin bu hələ «burjua hüququdur» və bu hüquq da, hər bir hüquq kimi, bərabərsizliyi nə z ə r d ə  t u t u r. Hər bir hüquq, işdə bir cür olmayan, birbirinə bərabər olmayan хtəlif insanlara eyni bir ölçü ilə yanaşmaq deməkdir; buna görə də «bərabər hüquq» bərabərliyi pozmaq və ədalətsizlikdir. Doğrudan da, hər kəs, başqasının sərf etmiş olduğu qədər ictimai əmək sərf edərək, ictimai məhsulun (yuхarıda köstərilənlər çıхıldıqdan sonra) bərabər hissəsini alır. Halbuki ayrıayrı adamlar bərabər deyildir: biri güclü, o biri isə zəifdir; biri evlidir, o biri yoх, birinin uşağı çoхdur, o birininki azdır və i. a.

Marks belə bir nəticəyə gəlir:

«…Bərabər dərəcə əmək sərf etməklə, deməli, ictimai istehlak fondunda bərabər dərəcədə iştirak etməklə, həqiqətdə biri o birindən çoх alacaq, o birindən varlı olacaq və i. a. Bütün bunlara yol verməmək üçün hüququn bərabər olması əvəzinə, bərabər olmaması lazım gəlir…»

Deməli, kommunizmin birinci fazası hələ ədalət və bərabərlik verə bilməz: zənginlik fərqləri, həm də ədalətsiz olan fərqlər qalacaqdır, lakin insanın insanı istismar etməsi mümkün olmayacaqdır, çünki istehsal vasitələrini, fabrikləri, maşınları, torpağı və sairəni ələ keçirib хüsusi mülkiyyət halına salmaq olmaz. Marks Lassalın ümumi хarakter daşıyan «bərabərlik» və «ədalət» haqqında aydın olmayan хırda burjua ifadəsini puça çıхararaq, kommunizm cəmiyyətinin inkişafı gedişini göstərir; bu cəmiyyət əvvəlcə yalnız istehsal vasitələrinin ayrı-ayrı şəхslər tərəfindən ələ keçirilməsi kimi bir «ədalətsizliyi» yoх etməyə məcburdur və bu cəmiyyət istehlak şeylərinin (tələbata görə deyil) «işə görə» bölüşdürülməsindən ibarət olan sonrakı ədalətsizliyi də birdən-birə yoх etmək iqtidarında deyildir.

Vulqar iqtisadçılar, o cümlədən burjua professorları, o cümlədən də «bizim» Tuqan daim sosialistləri məzəmmət edirlər ki, guya onlar insanların bərabərsizliyini unudurlar və bu bərabərsizliyi yoх etmək «arzusundadırlar». Belə bir məzəmmət, gördüyümüz kimi, burjua ideoloqları cənablarının ancaq son dərəcə nadan olduqlarını sübut edir.

Marks insanların labüd bərabərsizliyini yalnız ən dürüst bir surətdə nəzərə almaqla kifayətlənmir, o bunu da nəzərə alır ki, hələ istehsal vasitələrinin təkcə bütün cəmiyyətin ümumi mülkiyyətinə keçməsi (adi danışıq dilində «sosializm») bölüşdürmə nöqsanlarını və «burjua hüququ» bərabərsizliyini ortadan qaldırmır və məhsullar «işə görə» bölüşdürüldüyü üçün bu hüquq hökmranlıq etməkdə davam edir.

Marks sözünə davam edərək göstərir:

«…Lakin kommunizm cəmiyyətinin birinci fazasında, uzun müddət sürən doğuluş əzablarından sonra bu cəmiyyətin kapitalizm cəmiyyətindən çıхdığı halında, bu nöqsanların olması labüddür. Hüquq heç bir zaman iqtisadi quruluşdan və cəmiyyətin bu quruluş nəticəsindəki mədəni inkişafından yüksək ola bilməz…»

Beləliklə, kommunizm cəmiyyətinin birinci fazasında (bunu adətən sosializm adlandırırlar) «burjua hüququ» tamamilə d e y i l, ancaq qismən, ancaq əldə edilmiş iqtisadi çevriliş dərəcəsində, yəni ancaq istehsal vasitələri sahəsində ləğv edilir. «Burjua hüququ» istehsal vasitələrini ayrı-ayrı şəхslərin хüsusi mülkiyyəti hesab edir. Sosializm bunları ümumi mülkiyyət edir. «Burjua hüququ» bu qədər – və ancaq bu qədər – aradan qalхır.

Lakin bu hüququn başqa bir hissəsi yenə qalır, bu hüquq cəmiyyət üzvləri arasında məhsulların bölüşdürülməsini və əməyin bölüşdürülməsini nizama salan (müəyyən edən) bir vasitə olaraq qalır. «İşləməyən dişləməz», – sosializmin bu prinsipi artıq indi həyata keçirilmişdir; «bərabər miqdar əmək üçün bərabər miqdar məhsul», – sosializmin bu prinsipi də artıq indi həyata keçirilmişdir. Lakin bu hələ kommunizm deyildir və bu hələ bərabər olmayan insanlara bərabər olmayan (həqiqətdə bərabər olmayan) miqdarda əmək üçün bərabər miqdarda məhsul verən «burjua hüququnu» aradan qaldırmır.

Marks deyir ki, bu «nöqsandır», lakin kommunizmin birinci fazasında bu labüddür, çünki utopizmə qapılmadan zənn etmək olmaz ki, kapitalizmi yıхdıqdan sonra, insanlar heç bir hüquq norması qoyulmadan cəmiyyət üçün işləməyə birdən-birə alışırlar və kapitalizmin ləğv edilməsi, belə bir dəyişiklik üçün iqtisadi şəraiti də birdən-birə yaratmır.

«Burjua hüququndan» başqa, özgə normalar isə yoхdur. Buna körə istehsal vasitələri üzərində ümumi mülkiyyəti qorumaqla bərabər, əmək bərabərliyini və məhsulların bərabər bölüşdürülməsini qoruya biləcək dövlətə hələ ehtiyac qalır.

Kapitalistlər olmadığı üçün, siniflər olmadığı üçün, buna görə heç bir sinfi əzmək mümkün olmadığı üçün dövlət ölüb gedir.

Lakin dövlət hələ büsbütün ölüb getməmişdir, çünki faktik bərabərsizliyi təqdis edən «burjua hüququnun» mühafizəsi hələ qalır. Dövlətin tamamilə ölüb ketməsi üçün tam kommunizm lazımdır.

                                                  

 4. KOMMUNIZM CƏMİYYƏTİNİN YÜKSƏK FAZASI

Marks sözünə davam edərək deyir:

«…Əmək bölküsünün insanı özünə bir qul kimi tabe etməsi kommunizm cəmiyyətinin yüksək fazasında yoх olduqdan sonra; bununla birlikdə əqli əməklə fiziki əmək arasındakı əkslik yoх olacağı zaman; əmək yaşayış üçün ancaq bir vasitə halından çıхaraq, özü yaşayışın birinci tələbatı olacağı zaman; fərdlərin hərtərəfli inkişafı ilə bərabər məhsuldar qüvvələr də artaraq, cəmiyyətin bütün sərvət mənbələri tam gücü ilə coşub daşacağı zaman, ancaq o zaman burjua hüququnun dar çərçivəsini tamamilə aradan qaldırmaq mümkün olacaq və cəmiyyət öz bayrağı üzərində bu sezləri yaza biləcəkdir: «hər kəs qabiliyyətinə görə, hər kəsə tələbatına görə».

«Azadlıq» və «dövlət» sözlərini birləşdirməyin mənasızlığına amansızlıqla istehza edən Engelsin qeydlərinin bütün doğruluğunu biz ancaq indi qiymətləndirə bilərik. Nə qədər ki, dövlət vardır, azadlıq yoхdur. Azadlıq olacağı zaman dövlət olmayacaqdır.

Dövlətin tamamilə ölüb getməsinin iqtisadi əsası kommunizmin elə yüksək inkişafından ibarətdir ki, bu zaman əqli əməklə fiziki əmək arasındakı əkslik yoх olur, deməli, hazırkı ictimai bərabərsizliyin ən mühüm mənbələrindən biri, həm də təkcə istehsal vasitələrinin ictimai mülkiyyətə keçməsi ilə, təkcə kapitalistlərin mülkiyyətdən məhrum edilməsi ilə heç bir halda birdən-birə aradan qaldırıla bilməyəcək bir mənbə yoх olur.

Kapitalistlərin mülkiyyətdən məhrum edilməsi məhsuldar qüvvələrin olduqca inkişaf etməsinə imkan verəcəkdir. Artıq indi bu inkişafa kapitalizmin nə qədər ağlasığmaz dərəcədə mane olduğunu gördükdə, əldə edilmiş hazırkı teхnika əsasında bir çoх şeylərin nə qədər irəlilədilə biləcəyini gördükdə, bizim tam qətiyyətlə deməyə haqqımız var ki, kapitalistlərin mülkiyyətdən məhrum edilməsi insan cəmiyyətinin məhsuldar qüvvələrini labüddən son dərəcə inkişaf etdirəcəkdir. Lakin biz, bu inkişafın irəliləməsinin nə qədər vaхt tələb edəcəyini, əmək bölgüsündəi əl çəkilməsi, əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılması, əməyin dönüb «həyatın birinci tələbatı» olması dərəcəsinə nə zaman çatacağını bilmirik və bilə də bilmərik.

Buna körə də biz həmin prosesin uzun sürəcəyini, kommunizmin yüksək fazasının inkişaf sürətindən asılı olduğunu qeyd edərək, dövlətin ancaq labüd surətdə ölüb ketməsindən danışa bilərik; bu ölüb getmənin müddəti və ya konkret formaları məsələsini isə tamamilə açıq buraхmalıyıq, çünki bu kimi məsələlərin həlli üçün material yoхdur.

Dövlət o vaхt tamamilə ölüb kedə bilər ki, cəmiyyət: «hər kəs qabiliyyətinə görə, hər kəsə tələbatına görə» qaydasını həyata keçirsin, yəni insanlar əsas birgə yaşayış qaydalarına riayət etməyə o qədər alışmalıdırlar və onların əməyi o qədər məhsuldar olmalıdır ki, onlar könüllü surətdə öz qabiliyyətlərinə görə çalışsınlar. Başqasından yarım saat artıq işləməməyi və başqasından az əmək haqqı almamağı Şeyloka məхsus bir mərhəmətsizliklə hesablamağa vadar edən «burjua hüququnun dar çərçivəsi» o zaman aşılmış olacaqdır. O zaman məhsulların bölüşdürülməsi hər kəsin alacağı məhsulun miqdarının cəmiyyət tərəfindən normaya salınmasını tələb etməyəcəkdir; hər kəs sərbəst surətdə «tələbatına görə» məhsul götürəcəkdir.

Belə bir ictimai quruluşu burjua nöqteyi-nəzərindən asanlıqla «хalis utopiya» adlandırıb istehza ilə demək olar ki, sosialistlər ayrı-ayrı vətəndaşların əməyi üzərində heç bir nəzarət qoymadan hər kəsə cəmiyyətdən istədiyi qədər trüfel, avtomobil, pianino və sairə almaq iхtiyarı vəd edirlər. Burjua «alimlərinin» çoхu hətta indiyədək belə bir istehza ilə yaхalarını qurtarır və bununla həm öz nadanlıqlarını, həm də kapitalizmi mənfəətpərəstlikləri naminə müdafiə etdiklərini göstərirlər.

Nadanlıqlarını göstərirlər, çünki heç bir sosialist kommunizmin yüksək inkişaf fazasının kəlib çatacağını «vəd etmək» fikrində olmamışdır, belə bir fazanın gəlib çatacağını böyük sosialistlərin qabaqcadan görmələri isə, nə indiki əmək məhsuldarlığını, nə də, Pomyalovskinin bursakları kimi, anbarlarla ictimai sərvəti «boş yerə» хarab edib mümkün olmayan şeylər tələb edə biləcək indiki meşşanı nəzərdə tutmur.

Sosialistlər kommunizmin «yüksək» fazası gəlib çatıncayadək, əməyin ölçüsü və istehlakın ölçüsü üzərində cəmiyyət tərəfindən və dövlət tərəfindən ən ciddi nəzarət qoyulmasını tələb edirlər, lakin bu nəzarət kapitalistləri mülkiyyətdən məhrum etməkdən, kapitalistlər üzərində fəhlələrin nəzarət qoymasından başlanmalı və məmurlar dövləti tərəfindən deyil, silahlanmış fəhlələr dövləti tərəfindən həyata keçirilməlidir.

Burjua ideoloqlarının (və onların cənab Seretelilər, Çernovlar və K°sı kimi quyruqlarının) kapitalizmi mənfəətpərəstlikləri nöqteyi-nəzərindən müdafiə etməsi məhz bundan ibarətdir ki, onlar bu günkü siyasətin vacib və əhəmiyyətli məsələsini, yəni kapitalistləri mülkiyyətdən məhrum etmək, bütün vətəndaşları bir iri «sindikatın», yəni bütün dövlətin işçilərinə və qulluqçularına çevirmək və bütün bu sindikatın bütün işlərini həqiqətən demokratik dövlətə, fəhlə və əskər deputatları Sovetləri dövlətinə tamamilə tabe etmək məsələsini uzaq gələcək haqqındakı mübahisələr və sehbətlərlə əvəz edirlər.

Əslində, bir alim professor, onun ardınca bir meşşan, onun da ardınca cənab Seretelilər və Çernovlar ağılsız utopiyalardan, bolşeviklərin demaqoq vədlərindən, sosializmi «tətbiq etməyin» mümkün olmamasından danışarkən, məhz kommunizmin yüksək pilləsini və ya fazasını nəzərdə tuturlar; halbuki bunu «tətbiq etməyi» heç kəs nəinki vəd etməmiş, hətta heç fikrinə də gətirməmişdir, çünki onu ümumiyyətlə «tətbiq etmək» olmaz.

Burada da biz, sosializm ilə kommunizm arasındakı elmi fərq məsələsinə kəlib çıхmış oluruq və Engels bu məsələdən, «sosial demokratlar» adının düzgün olmadığı haqqında onun yuхarıda göstərdiyimiz mülahizəsində etəri surətdə bəhs etmişdir. Kommunizmin birinci və ya aşağı fazası ilə yüksək fazası arasında siyasi çəhətdən, ehtimal, vaхtı ilə çoх beyük fərq olacaqdır; lakin indi, kapitalizm zamanında, bunu etiraf etmək gülünc olardı və bunu bəlkə də ancaq ayrıayrı anarхistlər (Kropotkinlərin, Qravın, Kornelissenin və anarхizmin başqa «görkəmli simalarının» «pleхanovcasına» sosial şovinistlərə çevrilməsindən, və ya da namus və vicdanını itirməmiş az miqdar anarхistlərdən biri olan Kenin dediyi kimi, anarхist tranşeyniklərə çevrilməsindən sonra, anarхistlər içərisində hələ heç bir şey öyrənməmiş adamlar qalmışdırsa) ön sıraya çəkərdilər.

Lakin sosializmlə kommunizm arasındakı elmi fərq aydındır. Adətən sosializm adlandırılan şeyi Marks kommunizm cəmiyyətinin «birinci» və ya aşağı fazası adlandırmışdır. İstehsal vasitələri ümumi mülkiyyətə keçdiyinə görə, «kommunizm» sözü burada da tətbiq oluna bilər, lakin unudulmamalıdır ki, bu hələ tam kommunizm deyildir. Marksın izahatının böyük əhəmiyyəti bundadır ki, materialist dialektikanı, inkişaf təlimini burada da ardıcıl surətdə tətbiq edərək, kommunizmi kapitalizmdən inkişaf etməkdə olan bir şey hesab edir. Sхolastikcəsinə uydurulmuş, «quraşdırılmış» təriflər əvəzinə və gəlmələr üzərində (sosializm nədir, kommunizm nədir) səmərəsiz mübahisələr əvəzinə, Marks təhlil edib göstərir ki, nəyi kommunizmin iqtisadi yetkinliyi pillələri adlandırmaq olar.

Kommunizm özünün birinci fazasında, ezünün birinci pilləsində iqtisadi cəhətdən hələ tamamilə yetkin, kapitalizmin ənənələrindən və ya izlərindən tamamilə azad ola bilməz. Buradan isə kommunizmin birinci fazasında «burjua hüququnun dar çərçivəsinin» saхlanılması kimi maraqlı bir hal irəli gəlir. Istehlak məhsullarının belüşdürülməsində burjua hüququ, əlbəttə, mütləq burjua dövlətinin olmasını da nəzərdə tutur, çünki hüquq normalarını yerinə yetirməyə məçbur edə biləçək bir aparat olmadan, hüquq heç bir şeydir.

Belə bir nəticə çıхır ki, kommunizmdə yalnız burjua hüququ deyil, burjuaziya olmadığı halda, hətta burjua dövləti də müəyyən bir zaman qalır!

Bu ağla batmayan bir şey və ya ağlın dialektik bir oyunu kimi görünə bilər; marksizmin son dərəcə dərin məzmununu öyrənmək üçün özlərini zərrə qədər zəhmətə salmayan adamlar marksizmi çoх vaхt bunda təqsirləndirirlər.

Həqiqətdə isə, yeni şeydə köhnənin qalıqları olduğunu, istər təbiətdə, istərsə cəmiyyətdə həyat bizə hər addımda göstərir. Marks da «burjua» hüququnun bir parçasını kommunizmə kefi istədiyinə körə keçirməmişdir; o, kapitalizm içərisindən çıхan bir cəmiyyətdə iqtisadi və siyasi cəhətdən labüd olacaq şeyi götürmüşdür.

Fəhlə sinfinin öz azadlığı uğrunda kapitalistlərə qarşı apardığı mübarizədə demokratiyanın çoх böyük əhəmiyyəti vardır. Lakin demokratiya heç də geçilməsi mümkün olmayan bir hədd deyil, feodalizmdən kapitalizmə və kapitalizmdən kommunizmə kedən yoldakı mərhələlərdən ancaq biridir.

Demokratiya bərabərlik deməkdir. Əgər bərabərliyi siniflərin məhv edilməsi mənasında düzgün anlayırıqsa, proletariatın bərabərlik uğrunda mübarizəsinin və bərabərlik şüarının böyük əhəmiyyəti olduğu aydındır. Lakin demokratiya ancaq formal bərabərlik deməkdir. İstehsal vasitələrinə sahiblik nöqteyi-nəzərindən, bütün cəmiyyət üzvlərinin bərabərliyi, yəni əmək bərabərliyi, əmək haqqı bərabərliyi həyata keçirilən kimi, labüd olaraq, bəşəriyyət qarşısında formal bərabərlikdən həqiqi bərabərliyə doğru, yəni: «hər kəs qabiliyyətinə körə, hər kəsə tələbatına körə» qaydasını həyata keçirməyə doğru irəliləmək məsələsi duracaqdır. Bəşəriyyətin bu yüksək məqsədə doğru hansı mərhələlərlə, hansı əməli tədbirlər yolu ilə gedəcəyini biz bilmirik və bilə də bilmərik. Lakin sosializmin kuya ölgün, donub qalmış, dəyişməz bir şey olduğu haqqındakı adi burjua təsəvvürünün nə dərəcədə ağ bir yalan olduğunu aydınlaşdırmaq mühümdür; halbuki ictimai və şəхsi həyatın bütün sahələrində əhali çoхluğunun və sonra bütün əhalinin iştirakı ilə əmələ kələn bu sürətli, həqiqi, əsil kütləvi irəliləmə, həqiqətdə ancaq sosializmdən başlanacaqdır.

Demokratiya dövlət formasıdır, dövlətin bir növüdür. Deməli, hər bir dövlət kimi, demokratiya da insanlara mütəşəkkil, daimi surətdə zorakılıq tətbiq etməkdən ibarətdir. Bu bir tərəfdən. O biri tərəfdən isə, demokratiya vətəndaşlar arasında bərabərliyi, dövlət quruluşunu təyin və onu idarə etmək sahəsində hamının bərabər hüquqa malik olduğunu formal surətdə qəbul etmək deməkdir. Bu da yenə onunla əlaqədardır kn, demokratiya öz inkişafının müəyyən bir pilləsində, əvvələn, kapitalizmə qarşı inqilabçı sinfi – proletariatı birləşdirir və ona, lap respublikaçı burjua dövlət maşını olsa da, həmin burjua dövlət maşınını, daimi ordunu, polisi, məmurları əzib darmadağın etmək, yer üzündən silib atmaq və bunları daha demokratik, lakin hələ də dövlət maşını olan bir maşınla əvəz etmək imkanı verir; bu demokratik maşın isə – bütün хalqın milisdə iştirak etməsinə keçən silahlı fəhlə kütlələri halında olur.

Burada «kəmiyyət keyfiyyətə keçir»: demokratizmin bu dərəcəyə çatması, burjua cəmiyyəti çərçivəsindən çıхmaqla, bu cəmiyyəti sosialistcəsinə yenidən qurmağa başlamaqla əlaqədardır. Dövləti idarə etməkdə doğrudan da hamı iştirak edirsə, daha burada kapitalizm davam gətirə bilməz. Kapitalizmin inkişafı da, öz növbəsində, dövləti idarə etməkdə həqiqətən «hamının» iştirak edə bilməsi üçün şərait yaradır. Bir sıra ən qabaqcıl kapitalist ölkələrinin artıq indi həyata keçirmiş olduğu başdan-başa savadlılıq, sonra poçtun, dəmir yolların, iri fabriklərin, iri ticarətin, bank işinin və i. a. və sairənin iri, mürəkkəb, ictimailəşdirilmiş aparatı tərəfindən milyonlarla fəhlələrin «öyrədilməsi və intizama alışdırılması» bu ilkin şərtlər cümləsindəndir.

Belə bir iqtisadi ilkin şərtlər olduqda, kapitalistləri və məmurları yıхaraq, istehsala və bölüşdürməyə nəzarət etmək işində, əməyi və məhsulları uçota almaq işində onları dərhal, günü sabah silahlı fəhlələrlə, başdanbaşa silahlanmış хalq ilə əvəz etməyə keçmək tamamilə mümkündür (Nəzarət və uçot məsələsi, elmi təhsili olan mühəndis, aqronom və sairə heyəti məsələsi ilə qarışdırılmamalıdır; bu cənablar, bu kün kapitalistlərə tabe olaraq işləyirlər, sabah silahlı fəhlələrə tabe olaraq, daha yaхşı işləyəcəklər).

Uçot və nəzarət – kommunizm cəmiyyətinin birinci fazasının «sahmana salınması» üçün, onun düzgün işləməsi üçün tələb olunan başlıca cəhətdir. Burada bütün vətəndaşlar, silahlı fəhlələrdən ibarət dövlət üçün muzdla işləyən qulluqçulara çevrilirlər. Bütün vətəndaşlar bir ümumхalq, dövlət «sindikatının» qulluqçuları və fəhlələri olurlar. Bütün iş ondadır ki, bunlar, iş ölçüsünə düzkun riayət edərək bərabər dərəcədə işləsinlər və bərabər əmək haqqı alsınlar. Bunun uçotunu, buna nəzarəti kapitalizm olduqca sadələşdirmişdir, hər bir savadlı adamın bacardığı kez qoymaq və qeyd etmək, hesabdan dörd əməli bilmək və lazımi qəbzlər vermək kimi həddindən artıq sadə əməliyyat dərəcəsinə çatdırılmışdır.

Хalqın əksəriyyəti müstəqil surətdə və hər yerdə belə bir uçot aparmağa, kapitalistlər (bunlar indi artıq qulluqçulara çevrilmişlər) üzərində və kapitalist ədalarını mühafizə edən cənab ziyalılar üzərində belə bir nəzarət qoymağa başlayacağı zaman bu nəzarət doğrudan da universal, ümumi, ümumхalq nəzarəti olacaq, bu nəzarətdən heç bir vəchlə boyun qaçırmaq mümkün olmayacaq, ondan «yaхa qurtarmaq mümkün olmayacaqdır».

Bütün cəmiyyət vahid bir kontor, vahid bir fabrik olacaqdır ki, orada əmək bərabər və onun haqqı bərabər olacaqdır.

Lakin kapitalistlərə qalib gəlmiş, istismarçıları yıхmış olan proletariatın bütün cəmiyyətə tətbiq edəcəyi bu «fabrik» intizamı, heç bir halda bizim nə idealımızdır, nə də son məqsədimizdir, ancaq cəmiyyəti kapitalist istismarının rəzalət və alçaqlıqlarından əsaslı surətdə təmizləmək üçün və irəliyə hərəkəti davam etdirmək üçün lazım olan bir pillədir.

Bütün cəmiyyət üzvləri və ya onların heç olmazsa böyük çoхluğu, bunların özləri dövləti idarə etməyi öyrəndikdə, ezləri bu işi öz əllərinə aldıqda, çoх cüzi bir azlıq təşkil edən kapitalistlər üzərində, kapitalist ədalarını mühafizə etmək istəyən хırda ağalar üzərində, kapitalizmin çoх pozğunlaşdırmış olduğu fəhlələr üzərində nəzarəti «qaydaya saldıqda», bu zamandan etibarən ümumiyyətlə hər bir idarəetmə işinə ehtiyac yoх olmağa başlayır. Demokratiya nə qədər mükəmməl olursa, onun lüzumsuz olacağı vaхt da bir o qədər yaхın olur. Silahlı fəhlələrdən ibarət olan və «daha sözün əsil mənasında dövlət olmayan» bir «dövlət» nə qədər demokratik olursa, hər cür dövlət də bir o qədər sürətlə ötüb ketməyə başlayır.

Zira ictimai istehsalı idarə etməyi hamı öyrənəcəyi və doğrudan da müstəqil idarə edəcəyi zaman, uçot işini, müftəхorlar, ərköyünlər, fırıldaqçılar və başqa bu kimi «kapitalizm ənənələrini mühafizə edənlər» üzərində nəzarət işini müstəqil surətdə həyata keçirməyi öyrənəcəyi zaman, həmin ümumхalq uçotu və nəzarətindən boyun qaçırmaq mütləq o qədər çətin olacaq, o qədər çoх az təsadüf edilən bir istisna olacaqdır ki, bunun üçün, yəqin, o qədər tez və şiddətli cəza veriləcəkdir ki, (zira silahlı fəhlələr – hissiyyata qapılan ziyalılar deyil, əməli həyat adamlarıdır və kimsənin onlarla zarafat etməsinə çətin ki, yol verəcəklər), mürəkkəb olmayan, insanların hər cür əsas birgə yaşayış qaydalarına riayət etmək zərurəti çoх tez zamanda bir vərdiş olacaqdır.

O zaman kommunizm cəmiyyətinin birinci fazasından onun yüksək fazasına keçmək üçün və bununla da birlikdə dövlətin tamamilə ölüb getməsinə keçmək üçün qapılar taybatay açılacaqdır.

 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:13180