abunə ol: Yazılar | Şərhlər | Еmail

Kapitalizm və yaymağa çalışdığı “məna” qarışıqlığı

Şərh

Tunisdə dövlət vəzifəliləri tərəfindən bazar avtomobili müsadirə edilən gəncin özünü yandırması ilə fitili alovlanan hadisələr böyüyərək diktator Zeynel Abidin Min Əlinin devrilməsinə səbəb olmuş, eyni son, qiyamların sıçradığı Misirdə də reallaşmışdı. Burjua mediasının istifadə etməyi çox sevdiyi “domino təsiri” daha sonra Liviyada özünü göstərmiş, bu ölkəyə imperialist müdaxilə gerçəkləşmişdi.

 Son olaraq Əsəd rejimi tərəfindən əzilməyə çalışılsa da, Suriya da bu qiyamlardan özünə düşən payı götürməyə başladı (Baş nazir Ərdoğan ən son nə deyirdi? “Xalqın gücü qarşısında kimsə dayana bilməz. Görəcəksiniz Əsəd gedəcək”. Deməli gedəcək!). Bütün bu “xalq”’ qiyamlarının əks etdirdiyi müddət qərb və Türk mediası tərəfindən “Ərəb Baharı” olaraq təqdim edilərkən bəzi seqmentlərdə “inqilab” kimi qarşılanırdı.

 Hansı İnqilab?

 Yaşanan hadisələrin “inqilab” ya da inqilabi bir proses kimi nəzərdən keçirilə biləcək “qabaqcıl bir addım” olub-olmadığı bir çox sahədə mübahisə edildi. Əslində mənim üzərində dayanmaq istədiyim mövzu fərqlidir, ancaq əvvəlində ifadə etməliyəm ki; xüsusilə 90-cı illərin əvvəllərindən etibarən, Sovet İttifaqının dağılması ilə sürətlənərək formalaşmağa başlayan yeni imperialist nizamın, artıq Orta Şərq və ətrafındakı bölgələr üçün, əsaslandığı sistemin təzyiqinə cavab verə bilməyən Ərəb iqtidarlarının bu yeni neoliberal prosesə daxil olmaq üzrə məruz qaldığı və nəticədə siyasi iqtidarın dəyişdiyi qiyamlara “inqilab” demək çox da doğru deyil.

 Bəli, davam edən hadisələr bəlkə bir neçə diktatoru kürsüsündən məhrum edib yeni iqtidarlara gətirib çıxarmış ola bilər. Ancaq inqilabi bir prosesi idarə etmək üçün; bu qiyamlar özünü reallaşdıran xalqı inqilaba yönəltmək, qiyam qarışıqlığından çıxarıb möhkəm siyasi hərəkatlar nümayiş etdirmək, mütərəqqi bir iqtidara daşımaq iqtidarında olmalıdır. Başqa sözlə, yalnız iqtidar və ona aid orqanların başqa əllərə keçdiyi, ancaq dəyişən iqtidarın sinfi bir əsasda, işçi və zəhmətkeşlər üçün istehsal əlaqələrində bir inkişaf yaratmadığı, nəticə olaraq imperializmin bölgədəki əməlləri uğrunda verdiyi mübarizə üçün “oyunçu dəyişikliklərinə” getməsi nə “inqilab”, nə də bir ‘inkişaf” deyil.

 Yaxşı, bir başqa misal olaraq, kapitalizmin mərkəzində fırlanmaqdan özünü itirmiş, neoliberal, dindar-mürtəce seqmentin normalda ağzına almağa belə çəkindiyi inqilab sözünü bu müddətdə çox səsləndirməsini nəyə bağlayacağıq?

 İnqilab aşiqi liberallar

 Üzərində dayanmaq istədiyim əsl məqam budur. Dayanmadan ağızlarına yaraşmayan inqilab kəliməsini dilə gətirən liberallar və dindarlar imperializmin rollarını, Sovet İttifaqının dağılma nöqtəsinə çatan zaman gözəl yerinə yetirdilər. Bu oyunda özlərinə verilən vəzifə “inqilab” və onunla əlaqədar bütün sosialist faktlara yalnız siyasi mübarizə ilə deyil, söz mənalarına da içini boşaldaraq ya da mahiyyətini dəyişdirərək hücum etməkdir. İllərdir bir çox insan canları bahasına, sosializm mübarizəsi uğrunda “bərabərlik”, “azadlıq”, “demokratiya” və “inqilab” mübarizəsi verərkən kapitalizmin xidmətçiləri indi də sözü keçən anlayışları semantik olaraq yenidən quraraq öz əməlləri uğruna satışa çıxarmaqdadır.

 Bərabərlik, Azadlıq, Demokratiya…

 Bu gün Türkiyənin içində olduğu dövrə baxmaq belə bizə bir çox nümunə göstərir. Çünki hər keçən gün artan təzyiq və faşizm mühitinə, işçi və zəhmətkeşlərin bütün haqlarının tapdalanmasına, mürtəce-feodal həyat nizamının qadınlar üzərindəki zorakılığının hər keçən gün artırmasına, pulsuz təhsil istəyən şagirdlərin həbs edilməsinə və bənzəri hadisələrə baxmayaraq, bütün bunlar “mütərəqqi demokratiya” olaraq adlandırılmırmı? Üstəlik demokratiyanın bütün qanunları ayaqlar altına alınaraq. Məqsədə uyğun və təhrif olunmuş bir demokratiya anlayışı. Qəbul etdirilmək istənilən budur.

 Yenə illər boyu solu “əhilləşdirmək”, pis göstərmək üçün burjua mediası sosialistləri “marginal sol” olaraq təyin etmədimi? Solun önünə “marjinal” sifətini qoymaq nə demək idi? Yoxsa istənilən şey ifrat solun varlığından yola çıxaraq, bir də ifrat olmayan solun varlığını isbat etmək, İslam üçün qurulan modelin bir bənzərini ifrata qaçmayan, “mülayim sol” olaraq təyin etmək idimi? İstənilən şey, bəzən müxalif bir rəftar nümayiş etdirməsinə baxmayaraq, lazım olduğunda “həddini bilən”, “yola gələn” bir sol meydana gətirmək idimi? Günümüzün sosial demokratlarına baxdıqda bu cəhdlərin çox da müvəffəqiyyətsiz olmadığını, xüsusiyyəti və mənası üzərində oynanaraq təqdim edilən solun kapitalizm içindəki əhəmiyyətini daha dəqiq anlamırıqmı?

 Başqa bir nümunə olaraq “Amerikanın ölkələrə-xalqlara azadlıq gətirməsi” verilə bilməzmi? “Azadlıq” anlayışının bu qədər mahiyyətindən uzaqlaşdırıldığı, müstəmləkəçi təfəkkürün əlində mənasını dəyişdirdiyi bir nümunə ilə dünyaya peyvənd edilmək istənilən şey; indiki dövrdə azadlıqların ancaq bu şəkildə, kapitalist güclərin məqsədlərinə zidd olmayacağı və onların əlindən gələ biləcəyi fikridir.

 Özünü solda xarakterizə edən bəzi kəsimlərin təxminən 2 il əvvəl nəşr etdiyi bir broşurada:

 “ABŞ, İraqı işğal müddətində kürdləri Səddam zülmündən qurtaran və onlara azadlıqlarını, öz talelərini təyin etmək haqqını tanıyan bir güc olaraq davranmış, bu səbəbdən Şimali İraqdakı Kürdüstan bölgəsində işğal sevinclə qarşılanmışdır” cümlələrinin keçdiyini ələ alsaq, vəziyyətin nə qədər dəhşətli olduğunu anlaya bilərik.

 Bu “solçu” “yoldaşlar” eyni zamanda “bərabərlik” və “azadlıq” anlayışlarını kapitalizmə birləşdirməklə qalmır, bu uğurda leninist nəzəriyyələri də “iqtisadi və sinfi şərtlər, beynəlxalq mənimsəmə əlaqələri, imperializm, maliyyə kapitalı” və bu kimi konkret faktlarla deyil, tam olaraq yenidən təyin etdikləri bərabərlik və azadlıq anlayışları üzərindən şərh edirlər. Bu baxımdan istəklərini Leninə əsaslanaraq ifadə edərkən eyni zamanda onun sümüklərini də sızladırlar!

 Bütün bunları nəzərə alsaq, bizə düşən şey kapitalizmin “məna qarışıqlığı” oyunlarına eyni sərtliklə cavab verməkdir. Həqiqi inqilaba, yalnız içi boşaldılmış “saxta” inqilabları gün üzünə çıxarıb imperializmin bu oyununu pozaraq çata bilərik. Unutmayaq ki, nəzəriyyədə meydana gələ biləcək təhrif təcrübəyə də təsirini göstərir.

 Artıq daha “mütərəqqi demokratiya” istəmiriksə, daha “imperialistlərin xalqlara azadlıq aparmasını” istəmiriksə, daha sistem ilə uyğun, “mülayim solçu” görmək istəmiriksə, mübarizəmizə, inqilaba, bərabərlik və azadlıq tələblərimizə sıx sarılaraq bu faktların eroziyaya uğramasına mane olmalıyıq.

 Onur Aksoy

Tərcümə: Elmar Mürsəlov             (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:10113