abunə ol: Yazılar | Şərhlər | Еmail

Planet 10 milyard insanı yedirdə bilərmi?

Şərh

Rac Patel

Bəli, amma bunun üçün cəmiyyətə dəyişikliklər lazımdır

Bu həftə BMT-nin əhali üzrə Komissiyası  cari yüzillikdə əhali artımı barədə verdiyi proqnoza böyük düzəliş etdi.

Tendensiya belədir ki, 2100-cü ilə biz 10 milyardı keçəcəyik. Bu gün bəşəriyyətin istehsal etdiyi ərzaq hər kəsi yedizdirmək üçün kifayətdir. Amma qida bölgüsünün irrasional şəkildə paylanmasına  görə milyarddan çox  insan aclıq çəkməyə davam edir.

Sabah var olmaqdan ötrü narahat olmaq üçün Maltus nəzəriyyəsi tərəfdarı olmaq lazım deyil. Son proqnozlara görə, ən böyük əhali sıxlığı Asiyada müşahidə olunacaq, istehlakın ən yüksək səviyyəsi Şimali Amerika və Avropanın payına düşdüyü halda, həmin vaxt ən yüksək əhali artımı Afrika üçün tipik olacaq – əhalisinin sayı növbəti 90 ildə 3 dəfə arta bilər..

Həmin vaxtda davamlı inkişaf məsələləri üzrə beynəlxalq ekspertlər dünyanı necə doyurmağı  fikirləşirdilər.

Malavi – belə layihələr üçün nəzərdə tutulmuş sahələrdən biri. Malavi, dənizə çıxışı olmayan və ölçülərinə görə Pensilvaniyanın ərazisindən bir az kiçik, dünyanın ənənəvi  ən kasıb ölkələri siyahısına daxildir. Son məlumatlara görə, 15 milyonluq əhalisinin 90%-i gününü 2 dollardan da az pulla yaşayır. Gözlənildiyi kimi, bu əsrin sonuna əhalinin sayı demək olar ki, 132 milyon insana qədər artacaq. Bu gün artıq təxminən 40% malaviyalı kasıbçılıq həddini keçib və ümumi xroniki yoxsulluğun səbəbi isə, 70%-dən çox əhalinin kənd rayonlarında cəmləşməsi faktıdır. Onlar kənd təsərrüfatının hesabına yaşayırlar və demək olar ki, bütün fermerler qarğıdalı yetişdirirlər.

Malavidə belə bir atalar sözü də var: “Qarğıdalı həyatdır”. Ancaq qarğıdalının istehsalı elə az pul gətirir ki, çox az adam qarğıdalını qida kimi başqa bir şeylə əvəz edə bilir.

Əgər mart ayında yağış mövsümü başa çatdıqdan sonra Malaviyə gəlsəniz, kəndlilərin bütün üsullarla təbiəti necə aldatmağa çalışdıqlarını görmək olar. Qırmızı Malavi torpağının yaşıl şumla ötülməmiş sahəsini tapmaq çətindir. Yol kənarlarından günəşinin altında uzanan qarğıdalı sahələri, çıxarılmış qalın gövdələrin yerində əkilmiş müxtəlif paxla və balqabaq bitkiləri görünür. Bu il hətta tütün də  yetişdirilib. Amma bu ürəkaçan mənzərə – sadəcə  tufandan əvvəl olan sakitlikdir. Külək qarşısında dalğalanan əkin sahələri arasında gələcək dünya kənd təsərrüfatına üç müxtəlif baxış üzərində  əsl döyüş açılır.

Üç yanaşma

Birinci və Malavinin inkişafında ən çox yayılmış strategiya nöqteyi-nəzərinə görə, kəndlilər – həyat tərzinin ölümə məhkum edilmiş qalığıdır və buna görə onlar daha  proqressiv mərhələyə keçid üçün köməyə ehtiyac duyurlar. Oksford universitetinin iqtisadiyyat üzrə professoru Pol Koller bu “modern” istiqamətin nümayəndəsi üçün yaxşı  nümunədir. O öz baxışlarını 2008-ci il “Forin Effeyrz” jurnalının noyabr nömrəsində çıxmış məhvedici məqalədə ifadə etdi. Həmin məqalədə o, qəzəbini  kəndli təsərrüfatına acıyan “romantiklərin” üzərinə tökdü. Birinci olaraq şəhərlərdə əmək haqqının kəndlərdəkindən çox olduğunu, ikincisi, istənilən inkişaf etmiş ölkənin öz əhalisini kəndlilərin iştirakı olmadan da yedirtməyə bacarıqlı olmasını qeyd edərək, Koller geniş kənd təsərrüfatı sektorunun üstünlüklərinə şübhəsini bildirdi. O həmçinin Avropa İttifaqını genetik modifikasiya edilmiş qida məhsulları barədə yanlış fikirlərlə vidalaşmağa, Birləşmiş Ştatları isə bioloji yanacağın istehsalına ayrılan subsidiyaları ləğv etməyə çağırdı. O bu fikirlərin 1/3-də haqlı idi: Bioloji yanacaq üçün subsidiyalar absurddur və eyni zamanda, bu məhsulun qiymətinin bahalaşmasına – bununla da kasıb insanların əllərindən qidasını alaraq, varlıların benzin baklarının yanacaq ehtiyatları ilə doldurulmasına gətirir.

Amma Kollerin kəndlilərə etinasız münasibətinin əsasında faktlar dayanmaya da bilər. Hərçənd ki, Ost-Hind  şirkətinin vaxtlarından beynəlxalq aqrobiznes olduqca gəlirli məşğuliyyət hesab edilirdi, buna baxmayaraq  nə kəndli, nə kənd təsərrüfatı işçiləri varlana bilmədilər və  cəmiyyətin ən kasıb, ən aşağı təbəqəsi olaraq qaldılar. İri həcmli kənd təsərrüfatı  tamamilə özünü doğruldur: o, bir qayda olaraq, iri  tarlalardan və əməliyyatlardan xeyli gəlir gətirir,  xırda kəndli təsərrüfatları isə  çox az adama gəlir gətirir, əksəriyyət üçün isə  maneədir.

Məlum oldu ki, əgər siz dünyanın ən kasıb insanlarının həyatını yaxşılaşdırmaq istəyirsizsə, ən ağıllı addım onların təsərrüfatlarına və iş yerlərinə investisiya qoymaqdır, onları şəhərlərə qovmaq deyil. 2008-ci ildə Ümumdünya bankı tərəfindən təqdim edilmiş  dünya inkişafı haqqında hesabat göstərdi ki, kəndli təsərrüfatlarına investisiyalar həqiqətən onların aclıqdan və yoxsulluqdan qurtuluşunun ən yaxşı metodlarından biridir. Amma bu çıxarılış Dünya bankını olduqca pis vəziyyətə qoydu, çünki o artıq kifayət qədər uzun müddət idi ki, Kollerin təklifi üzrə  kənd təsərrüfatı inkişafının modelinin aktiv təbliğatıyla məşğul olurdu. Malavidən Hindistana və Braziliyaya qədər kəndli təşkilatları göstərirdi ki, onların taleyi torpaq və su resurslarına, etibarlı texnologiyalara, təhsilə və bazarlara, məhsulun emalına dövlət investisiyaları bazarda həmcins rəqabəti və beynəlxalq bazarlara girişi yüngülləşdirəcək. Amma əsas mövqeləri tutan məmurlar tərəfindən bu faktın dərk edilməsinə hələ daha  otuz il lazım oldu, hansı ki, bu müddətdə strateji siyasət qeyri-adekvat olaraq qalırdı və hətta  bu fakt dərk edildikdən sonra belə  heç vaxt onları vəziyyətin aradan qaldırılmasına yaxınlaşdırmadı.

Müstəmləkə keçmişi Malaviyə, yoxlanmış iqtisadi sxemə uyğun olaraq hərəkət etməyi öyrətdi: üstünlüyə sahib olduğu məhsulları  ixrac etmək  (Malavi üçün bu, tütün idi)  və  ixracdan qazanılmış  vasitələrə beynəlxalq bazardan özünün üstünlüyə malik olmadığı malları almaq. Amma əgər tütünün  qiyməti düşərsə, son zamanlar bu müşahidə olunur, onda ölkə beynəlxalq bazarda hesablaşa bilməyəcək.  Dənizə çıxışa malik olmadığından Malavi üçün dörd qonşusu – Zimbabve, Mozambik, Zambiya və Tanzaniyadan fərqli olaraq buğdanı ölkəyə gətirmək çətin olduğundan daha yüksək qiymətlə hesablaşmaq  məcburiyyətindədir. Bəzi qiymətləndirilmələrə əsasən,  ərzaq köməyi çərçivəsində çatdırılan tonlarla qarğıdalının idxalının son dəyəri  400 dollar təşkil edir – 200 dollar ticari tədarükə və cəmi 50 dollar ölkə daxilində gübrə vasitəsilə becərilməsinə qarşılıq olaraq. Məhz bu gün analitiklər qida və gübrə məhsullarına qiymətlərin artmasını proqnozlaşdırırlar, Malavi dünya bazarının kaprizlərindən asılı olmasından narahatdır.

Bu,  90-cı illərin sonlarında, demək olar ki, belə vəziyyətin təbii hal almasından on il əvvəl, Malavinin niyə ilk olaraq öz kreditorlarının məsləhətlərinə etinasız yanaşmasını  və gübrələrə öz kənd təsərrüfatı büdcəsinin çox hissəsini yönəltməsini qismən izah edir.

Hökumət kəndlilərə içərisində təxminən 0,1 hektar (1/5 akr) sahə üçün yetəri qədər hibrid toxum, paxla və gübrə olan  “başlanğıc paket” verdi. Beynəlxalq kreditorlar buna çox da şad  deyildilər. Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi bu proqramı kəndliləri yoxsul həyat sürməyə məhkum etməkdə ittiham etdi. Amerikan ekspertlərin hesablamalarına görə, kəndlilər acından ölməmək üçün lazımı qədər qarğıdalı istehsal edə bilərdilər, amma, hər hansı gəlirlər haqqında söz belə gedə bilməzdi. Hərçənd ki, proqramın müvəffəqiyyəti çox da böyük deyildi, amma Malavi prezidenti Binqu va Mutarikin proqramın dövrünü 2005-2006-cı illərə kimi uzatması, bununla da dotasiya gübrələrinin miqdarının dörd dəfə artması ilə işlər yaxşı oldu. Baxmayaraq ki, bu addım milli marağa əsaslanırdı, bununla belə atılmış addımlar beynəlxalq siyasi şəraitin adına yazıldı- o zamanın hərəkətinə uyğun olan kursa tərəfdar olmağa başladı. Bu səbəbdən də bu gün Malavinin sahələrində baş verən olaylar onun hüdudları xaricində də böyük əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı siyasətinin tarixi

Səbəbləri öyrənmək üçün, inkişaf edən ölkələrin kənd təsərrüfatı tarixinə qısa ekskursiya etmək lazımdır. Onlardan bir çoxu – xüsusən İkinci dünya müharibəsinə qədər – vaxtaşırı müstəmləkəçilərin talanlarına məruz qalan xüsusi anbarlar idilər. Müstəqillik əldə olunduqdan sonra dövlət xəzinəsi praktik olaraq kənd rayonlarının hesabına tamamilə dolurdu. Amma  əvəzində hökumət məhsulu dövlət proqramlarına uyğun olaraq yüksək qiymətə alaraq onlara sabitliyə zəmanət verirdi. İkinci dünya müharibəsindən sonra bütün dünyada, xüsusilə Asiyada, hökumət tez-tez özünə: “sosializm və mülkiyyətin idarə olunması prinsiplərinin dəyişdirilməsi bizi bu çətinliklərdən xilas edə bilərmi?” sualı verən  əhalini doyuzdurmağa çalışırdı.

Digər kənd təsərrüfatı cəbhəsində “soyuq müharibə” aparan ABŞ hökuməti və əsas təşkilatları kütləvi aqrar texnologiyalara – məsələn, toxum və gübrələrin modifikasiyasına – sərmayə qoyurdu. Hər şey elə hesablanmışdı ki, feodallar torpaqlarını itirməsinlər, ərzaq çoxluğu davam etsin və beləliklə də  kommunistlər əhali tərəfindən dəstək almasın. 1968-ci ildə ABŞ Agentliyinin beynəlxalq inkişaf üzrə direktoru Uilyam Qaud bu strategiyanı “yaşıl inqilab” ilə xaç suyuna saldı, hansı ki, qırmızı inqilabın qarşısını almaq üçün düşünülmüşdü.

Bəzi səbəblərə, xüsusilə də geosiyasi səbəblərə görə, Afrikada “yaşıl inqilab”Asiya ilə müqayisədə daha az həvəslə həyata keçirilirdi və daha az müvəffəqiyyətə malik idi. 2006-cı ildə gübrələrin hazırlaması üzrə Beynəlxalq mərkəz qeyd  etdi: afrika kəndliləri daha çox çətinliklə dolanmağa məcbur olduqlarından, onlar torpağı çox intensiv becərirlər və  buna görə də torpaq ümumi dəyəri 4 milyard ABŞ dolları həcmində azot, kalium və fosfor ehtiyatlarından məhrum edilmişdir.

Sadəcə kəndlilərin vəziyyətini yaxşılaşdırmaqla problemi həll etmək olmaz, amma hətta  bu vəziyyətin ağırlığının faktı yalnız 2007-ci ildə Ümumdünya bankının daxili hesabatında – baxmayaraq ki, o hələ 80-ci illərdə aydın görünürdü – qeyd olunmuşdu. Texnologiyalar yaranmış vəziyyətin əsaslarını sındırmağa kömək edəcək. 2006-cı ildə Asiya “yaşıl inqilab”ının həqiqi sponsoru Rokfeller Fondu Qeyts Fondunun “yaşıl inqilab üçün Afrika Alyans”ı yaratmaq cəhdlərinə qoşuldu. Bu fond sahiblərinin Afrikanı doyurmaq ümidini atrıran ikinci cəsarətli innovasiya strategiyasıdır.

Torpağın emalı texnologiyası: problemin həllidir?

“Alyans” iddia edir ki, o sələflərin səhvlərini nəzərə almağı bacardı: o, Kollerin baxışlarını rədd edir və Latın Amerikasındakı “yaşıl inqilab”dan fərqli olaraq, kiçik kəndli təsərrüfatlarının  problemlərinin həlliylə məşğul olur. Latın Amerikasında daha çox sayda irriqasiya sistemlərinə girişi olan latifundiyaçılar qalib gəldilər və müvafiq olaraq, daha çox alətlərdən istifadə imkanı qazandılar.

Bəs bu Malaviyə kömək etdimi? Bu sualı cavablandırmaq üçün hansı hədəflərin qoyulmasını anlamaq lazımdır.  Əgər hədəf məhsulun həcminin artırılması  idisə, bu cavab müsbət olacaq. Hərçənd ki, Torpaq İnstitutunun direktoru və iqtisadçı Ceffri Saks bu yaxınlarda çıxışında qiymətləndirilmələri təqdim edərkən bildirmişdi ki, gübrələrə ayrılmış subsidiya sayəsində məhsuldarlığın ikiqat artmasını həddindən artıq şişirdilmiş təqdim edirlər: reallıqda məhsuldarlıq 300-400 min ton, yəni 15% artmışdır; və digər səbəbi də unutmaq olmaz: quraqlıq illərinin başa çatmasını. Amma istənilən halda, Malavidə qarğıdalı istehsalının artması heç kimdə şübhə doğurmur.

Dövlət tərəfindən sosial müdafiə olunmayan əlli milyon amerikalıya yaxşı  məlumdur ki, ölkədə məhsulların kifayət  miqdarda olması faktı onu bildirmir ki, insanlar onlar ala biləcəklər. Eləcə də Malavidə: distrofiyalı, şüşə gözlü uşaqlara orada daha çox rast gəlmək olar. Xroniki aclıqdan bu uşaqlar tox həmyaşıdlarından daha gec inkişaf edir və belə uşaqların sayı – statistikanın quru terminlərində “inkişafdan qalmış” – kənd təsərrüfatına subsidiyaların verilməsinə baxmayaq inadla azalmaq bilmir.

Əhalinin qida ilə təmin olunması və iqtisadi cəhətdən möhkəm kənd təsərrüfatının olması  heç də hökumətin kəndlilərə verdiyi “başlanğıc paket”-ə daxil olan gübrələrin və yardımın köməyi ilə qarğıdalı məhsullarının artımından birbaşa asılı deyil. İşlərin bu cür vəziyyəti Qərbi Ontario Universitetinin coğrafiya üzrə professoru və Malavidə “Torpaq, ərzaq və cəmiyyətin sağlamlığı” layihəsinin koordinatoru  Reyçel Bezner Kerri təəccübləndirmir: “Guya daha yüksək məhsulların avtomatik olaraq qidanın yaxşılaşmasına təsir göstəməsi fikri qida üzrə istənilən mütəxəssisdə istehzalı təbəssüm doğuracaq”. Bezner Kerr söylədi ki, əkinlərin və daha yüksək məhsulların artımı həqiqətdə mənfi effektə– qadınların evi tərk etməsinə və ev vəzifələrindən imtina etməsinə də malik ola bilər. Nəticə xüsusi olaraq uşaqlar üçün daha acınacaqlı ola bilər, xüsusilə əgər qadın uşağa ana südü verirsə. Məhsulların yaxşı qidaya  çevrilməsi bir çox halda evdarlıqda olan proseslərdən asılıdır.

Qadınlar

Söhbət qidalanma və əkinçilikdən düşdükdə cins həqiqətən də əhəmiyyət  kəsb edir. Dünyada aclıqdan əziyyət çəkənlərin 60% -ni qadınlar təşkil edir. BMT-ın ərzaq və kənd təsərrüfatı təşkilatı bir az əvvəl qeyd etdi ki, qadınlar da  kişilərlə bərabər ehtiyatlara giriş əldə etsəydilər, onların təsərrüfatlarının məhsuldarlığı 30% arta bilərdi, bu isə  nəticədə bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı istehsalının həcminin 4% faiz artmasına gətirib çıxarardı. Malavidə 90% qadın natamam iş günü işləyirlər və  kişi əməkdaşlarından orta hesabla 30% daha az əmək haqqı alırlar. Qadınların çiyinlərində həmçinin ailə vəzifələri yükü var, xüsusilə də QİÇS və immun çatışmamazlığı virusu problemi kəskin olan ölkələrdə. Qadınlar torpaq sahəsinə  və kişilərlə bərabər resurslara çıxışa malik olsalar belə onlar uşaqlara və qocalara qayğı ilə qidanın hazırlanması, suyun daşınmasıyla çör-çöp axtarışı, əkin işləri, alaq otlarının alaq edilməsi və məhsul yığımı arasında parçalanmağa məcburdurlar.

Sosial dəyişikliklər

Bu problemlərin effektiv həllinə sosial dəyişikliklərlə, məsələn, “Torpaq, ərzaq və cəmiyyətin sağlamlığı” proqramı və ya ona bənzər proqramların köməyilə nail olmaq olar – yalnız kimya ilə deyil.

Halbuki bu kateqoriyalı layihələr gübrələrə subsidiya ilə sıxışdırılıb çıxardılır. Paxıl uşaq kimi onlar digər proqramların resurslarını özlərinə dartırlar. Kəndlilər üçün gübrələrə görə çəkilmiş alternativ xərclər əlavə başqa problemlərə də  xərclənə bilərdi. Gübrələrə qiymətlərin belə yüksək olması ciddi problem olur. Latın Amerikasında və cənub-şərqi Asiyada Dünya bank tərəfindən keçirilmiş tədqiqat göstərdi ki, gübrə bölgüsünün köməyi ilə ictimai problemlərə maddi yardım verərək, məsələn irriqasiya sistemləri və ya kənd təsərrüfatı tədqiqatları, təlim-təhsil – amma özəl sektora vəsait tökmədən – hökumətlər daha ağıllı addım atmış olardı.

Bu yenə də yalnız Malavi üçün əhəmiyyət kəsb etmir. Bu Tropik Afrika üçün də xüsusilə əhəmiyyətlidir. Ekspertlərin qiymətləndirilmələrinə görə, Yer kürəsinin əhalisi doğum sayı yüksək olan ölkələrin hesabına artacaq, bu ölkələrin əksəriyyəti isə Afrikadadır. BMT-ın Qidalanma hüququ üzrə xüsusi məruzəçisi Olivye De Şutter yaxın vaxtlarda haqlı olaraq bildirdi ki,dünya kənd təsərrüfatında kimyəvi preparatların nəzarətsiz istifadəsi aclıq çəkənlərin sayını azalda bilməyəcək – vəziyyəti,torpaqların məhsuldarlığının bərpasını, həmçinin ekoloji və sosial sabitliyin əldə olunmasını ən yeni aqroekoloji texnologiyalar düzəldə biləcək.

Ətraf mühit üzrə Britaniya mütəxəssisi Djulsom Prettinin başçılıq etdiyi ekspertlər komandası 57 inkişaf etməkdə olan ölkədə ümumi sahəsi 36,8 ha (91 milyon akr) olan 286 kənd təsərrüfatı layihəsini tədqiq etdi. O, məhsuldarlığın 79% artımını aşkar etdi – Malavidə gübrələrin bölgüsündən də çox səmərə – həmçinin, istehsalın həcminin artması, daha əlverişli ekoloji və sosial mühitin yaradılması ilə müşayiət olunurdu.

Bu proqramların müvəffəqiyyəti qismən onunla izah olunurdu ki, onlar aclığa kəndlilərin bacarıqsızlığının və ya torpaqların defisitinin nəticəsi kimi baxmırdılar, ekoloji, sosial və siyasi səbəblərin cəmi kimi baxırdılar. Aclığın öhdəsindən gəlmək üçün yalnız kimyaçılar lazım deyil – sosioloqlar, torpaqlar üzrə mütəxəssislər, aqronomlar, etnoqraflar və hətta iqtisadçılar lazımdır. Gübrələrin idxalına xərclənmiş qiymətli dollarları bu mütəxəssislərə xərcləmək olardı. Aqroekologiya digər sistemlərdən fərqli sistemdir ki, burada xarici laboratoriyalardan olan texnologiyalar əllərində uzun təlimat tutmuş icraçıların əlinə düşür. Bu proqramlar, Malavi hökumətinin və beynəlxalq donorların təmin etmək niyyətində olduqlarından daha çox aşağı təşkilatların iştirakını və maarifləndirici işi, sosial sahələrə əhəmiyyətli dərəcədə böyük investisiyalar tələb edir.

Aqroekologiya gələcəyə tamamilə ayrı yanaşmanı təklif edir. Malavidə bu sistem işləyir. Qarğıdalı ilə yanaşı paxla və yerfındığı böyüdərək, yəni kənd təsərrüfatı məhsullarının müxtəlifliyini genişləndirərək, Bezner Kerr dövlət subsidiya proqramının nəticələrini 10% üstələməyi, həmçinin qidalanmanın yaxşılaşmasına nail olmağı bacardı. Ancaq aqroekologiyanın da imkanları sonsuz deyil.15% malaviyalı yoxsulluq həddindən aşağıda – günü 1 dollardan da az miqdar hesabına yaşayırlar və kifayət qədər qida əldə edə bilmirlər. Əksər hallarda bu, torpaq sahəsi olmayan və ya kasıb torpaqlara sahib olan və buna görə məhsul yığımı zamanı öz əməyini satmağa məcbur olan insanlardır. Malavinin  kənd təsərrüfatı möcüzəsi onlardan yan keçib.

Kəndlilərin yerdəyişməsi

Aqroekologiyanın perspektivləri çox da ürəkaçan  görünmür. Malavi hökuməti gübrələrin bölgüsü üzrə proqramın maliyyə sabitliyi barədə narahatdır və “yaşıl kəmər” layihəsi çərçivəsində xarici investorları cəlb etmək məqsədilə minlərlə hektar sahədə  irriqasiya işlərinin aparılmasına başlayacaq. Xarici investorlar isə ölkədə şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsullarının ixracatı üçün  geniş tarlalar açacaqlar. Siyasətçilər ümid edir ki, xarici valyuta axını hesabına gübrələrə çəkilən xərcləri maliyyələşdirməyi bacaracaqlar. Nəticədə proqram ölkənin cari ödəmə balansını tarazlamağa kömək etməlidir. Amma bunun üçün minlərlə xırda torpaq sahibləri böyük təsərrüfatlar üçün sahələri azad etməkdən ötrü öz torpaqları ilə vidalaşmalı olacaqlar. Belə vəziyyət Kolleri tamamilə razı salardı.

XXI əsrdə  əhalinin artması üzrə yeni proqnozları nəzərə alaraq,  XX əsrin  kənd təsərrüfatı siyasətinə tərəfdar olmaq axmaqlıq görünür. Ona diqqəti yönəltmək daha yaxşı olmazmı ki, Malavinin iqtisadiyyatına aqroekoloji müdaxilələr qadınların azadlığına imkan yaradırdı. Belə bir məşhur ifadə Nobel mükafatının laureatı Amartiya Senaya  aiddir: “Ayrı-ayrı vətəndaşların, ailələrin və cəmiyyətlərin (eyni zamanda da doğum sayının azaldılması) rifahının yaxşılaşdırılmasına təhsildən, xüsusilə qadınlar və qızlar üçün təhsildən daha çox  təsir etməyi bacaran şey yoxdur”.

Ancaq demoqrafların proqnozları çox fərqlənirlər – hesablama metodikasını dəyişdirən kimi dünya əhalisinin proqnozlaşdırılan artımı 8-dən 15 milyarda qədər insan ötəcək. Gələcəyin bizə nə hazırladığının əhəmiyyəti yoxdur. Bir şey tamamilə aydındır: bizim hər kəsin tox olduğu bir dünyada yaşamağımız qadınların vəziyyətinin dəyişdirilməsindən birbaşa asılıdır və aqroekologiya ərzaq böhranına tamamilə aid olmayan bir arqument kimi bu fakta məhəl qoymamaq əvəzinə onu küncün başına qoyur.

Əvvəllər kənd təsərrüfatı  yanaşmalarının əsas hədəfini xilas naminə kəndi iqtisadi cəhətdən “partlatmaq”, ya da insanları siyasətdən yayındırmaq məqsədilə sürətli texnoloji sıçrayış təşkil edirdi. Koller kəndlilərdən qurtulmaq istəyir. Yeni fikirlərin müəllifləri isə onları saxlamaq, amma dizinə kimi kimyəvi preparatların içində qoymaq  istəyirlər. Amma əgər biz Malavidə və ya başqa digər belə bir yerlərdə aclıqdan əziyyət çəkən insanları xilas etməkdə ciddiyiksə, qəbul etməliyik ki, aclıq çəkənlərin əksəriyyəti qadınlardır və dövlət, dəstək olaraq investisiyaları kənd təsərrüfatı resurslarına daha az girişə malik olanlara yönəltməlidir. Çünki söhbət qida istehsalından gedirsə, torpaq sahəsi əlində olan insanları aldatmaq asan olmayacaq.

(c) SOLFRONT.org

[Yazı scepsis.ru saytından Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11529