abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Ən yeni tarix. Bənəniyar hadisələri

Şərh

Ötən ilin ilk günlərində Naxçıvanda cərəyan etmiş Bənəniyar hadisələri haqda qeydlərimi burada yerləşdirirəm. Bu da bir arxiv sənədi kimi gələcəyə qalsın…

13 yanvar, 2011

  07.01.10.

Bənəniyar sindromu

Əvvəlcə sitatlar, sonra – nəticələr.

Beləliklə, sitatlar:

“Yunis Əliyev «Bəs mən dərdimi kimə deyim» deyəndə polislər ona: «Al bu benzin, bu da kibrit, kişisənsə, özünü yandır» deyiblər. O da özünü yandırıb”.

“Heç kimi o kəndə buraxmırlar, yollar bağlıdır. Çıxış qadağandır. Ayın 5-dən işıq, qaz, telefonlar kəsilib».

“Kəndə ağır texnika yeridilib, 500 nəfərə yaxın silahlı, maskalı adamlar gəlib. Evlərə hücum olub, siyahı ilə 300 nəfərə yaxın adam döyülüb, söyülüb, həbs olunublar”.

«Burda Pinoçet rejimi hökm sürür. Burda dəhşətli şeylər baş verir. Eşitsələr sizinlə danışırıq, dərimizə saman təpərlər».

«50 nəfər əli dəyənəkli polis əməkdaşı AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin evinə girib, ailə üzvlərin təhqir ediblər. Baxmayaraq Aşura günü onun oğulları kənddə olmayıb, onları da həbs ediblər. Daxili İşlər naziri 1 saat müddət qoyub ki, əgər Rza Nuriyev gəlməsə həyat yoldaşını aparacağıq, bundan sonra Rza Nuriyev polisə gedib».

“Bənəniyarda elə ailə yoxdur ki, orda həbs olunan olmasın”.

İndi isə – nəticələr:

Bənəniyarda baş verənlər nəyə bənzəyir? Əlbəttə, kütləvi cəza ekspedisiyasına. 2002-nin yayında bənzər ekspedisiya Nardarana qarşı olmuş və əhalinin müqaviməti ilə qarşılanmışdı. Bəlkə bu səbəbdən də 7 ildir bənzər insident yoxdu.

Bənəniyarda isə müqavimət yoxdur. Nardaran Bakının yanındaydı və informasiya blokadası yox idi. Bənəniyar isə izolyasiyadadır.

Baş verənlər daha nəyə bənzəyir?

Əlbəttə ki, işğal əməliyyatına. Bu isə azəri iqtidarının öz ölkəsinə işğalçı psixologiyası ilə baxdığına yeni bir sübutdur.

Bu cür əməliyyatlar bizə tarix dərsliklərindən məlumdur – yadelli gəlib başqa xalqın, başqa ölkənin torpağını zorla basır. Oxşar ssenarilər: nasistlər SSRİ-də, amerikanlar Vyetnamda, yaponlar Çində. Hər dəfə də motivsiz qəddarlıq, cəzasız cinayət, əzilən dinc əhali.

İndi baxın, Bənəniyarda baş verənlər işğalçıların cəza ekspedisiyasına bənzəyir. Bu isə həm dəhşətlidir, həm təhlükəli, həm də iyrənc.

Dəhşətlidir – çünki, iqtidar xalqına əşya kimi baxır.

Təhlükəlidir – çünki, təsir geci-tezi əks-təsir yaradır. Bu gün etiraz edən özünü yandırırsa, sabah onu buna məcbur edəni də yandıra bilər. Başqa nə qalır ki?

İyrəncdir – çünki, absurd milli dəyərlərdən dəm vuranlar kişinin heyfini onun qadınından, övladlarından çıxmağı normal qəbul edir.

Və bütün bu olaylarda heç cür motivi anlamaq olmur. Bənəniyarda nəinki silahlı, heç dinc müxalifət də yoxdu. Aşuranı qeyd edirblər? – Nə olsun ki?! Bu, ənənədir, yüz illərdir davam edir. Və hakimiyyət buna dəhşətli bir cinayət kimi baxırsa, mövqeyini əsaslandırsın. Üstəlik, əgər hakimiyyət desəydi ki zəncir vurmayın, guya xalq bu sözdən çıxacaqdı? Xeyr. Bu ölkədə passionarlıq da, ənənə də deyəsən keçmişdə qalıb.

Bəs bu biabırçılığı törədənlərin “qazancı” nədir?

Sadə camaatı qorxuda və itaətdə saxlamaq? Çətin ki – bu plan çoxdan və bütün Azərbaycanda yerinə yetirilib.

Dinin təsirini məhdudlaşdırmaq? Yenə çətin ki – Əksinə, bu cür repressiyalar yalnız əks-effekt verə bilər. Üstəlik, söhbət ənənədən gedir və hətta mənim kimi ateist də bu ənənədə qorxulu heç nə görmür.

Bəs onda nə? Ola bilməz ki, bu hadisələr absurdun kristallaşmış forması olsun. Bir izah, bir məqsəd olmalıdır axı!

Əlbəttə, izah var. Və o, psixoloji müstəvidədir. Əzənlər hələ də inana bilmir ki, əzilənlər əzilməkləri ilə barışıb. İnana bilmədiyindən də əzməyində davam edir.

Əzənin işi əzməkdir – əzməyə obyekt qalmayanda belə. Əks halda insan taleləri ilə oynamaq ekstazını, onları ələ salmaqdan aldığı həzzi haradan ala bilər?

Ölkə motivsiz aqressiyanın girdabındadır. Bu psixiatrik fenomenin katarsisi çox dəhşətli olacaq…

 07.01.10.

Bənəniyar hadisələri və mətbuat

Bənəniyardakı biabırçılıqların azəri KİV-lərində bu qədər cüzi işıqlandırılması ölkədə anormallığın dərəcəsini ölçmək üçün indikator sayıla bilər. Ölkənin bir tərəfində damarlarda qanı donduracaq, heç bir məntiqə və mənəviyyata sığmayan olaylar baş verməkdə davam edir, mətbuat isə özünü heç nə olmamış kimi göstərir. Və bu, birinci dəfə deyil.

5 telekanalın heç birində bu mövzuya toxunulmadı. Əvəzində tamaşaçıya Kəşmirdəki teraktdan, Aqşin Mehdiyevin BMT-yə məktubundan, avtoxuliqanlardan, pravoslavların Yeni ilindən…, bir sözlə heç nə haqda hər şeydən danışdılar. Bu, belə.

Baxdım özlərini reklam edəndə ağızlarına çullu dovşan sığışmayan informasiya agentliklərinin saytlarına. İnformasiya var, ancaq verilmir. Orada Bənəniyar haqda heç bir məlumat yoxdur.

Sonra baxıram qəzetlərə. Hökumət qəzetlərindən danışmağa dəyməz. Satılmış “müstəqil” qəzetlərdən yalnız biri imicini tam itirməmək üçün bu haqda qısa mətn yerləşdirib. Yalnız 2 qəzetdə (“Azadlıq” və “Bizim Yol”) Bənəniyar olayları geniş əksini tapıb.

Bir də “Azadlıq” radiosu hadisələri geniş işıqlandırır. Vəssalam.

Hansı rejimdə yaşayırıq, cənablar? Hanı mətbuat, hanı vicdan? Naxçıvanın Bənəniyar kəndində baş verənlər elə bir eksperimentdir ki, sabah-birigün Bakının 4 yanında da, Şəkidə də, Lənkəranda da… hər yerdə təkrarlana bilər. Və əgər Bənəniyarda hamısı bir-birini tanıyan, birləşməyi və müqavimət göstərməyi qat-qat asan olan kənd əhli heç bir cavab reaksiyası göstərə bilmədisə, qonşuların belə bir-birini tanımadığı şəhərlərdə bu tip cəza ekspedisiyalarını icra etmək də qat-qat asan dır. Bəs onda nə olacaq?

Bəs onda indi susan mətbuatdakıların qadınlarını yerlə sürüyəndə, övladlarını döyəndə də bunlar susacaqmı?

Görünən odur ki bəli, susacaqlar.

Bu isə çox adiləşmiş bir sözlə ifadə olunur – ölülər.

Mətbuat da cəmiyyətin xüsusiyyətini özünə hopdurub. Mətbuat cəmiyyətə açıqlamalı olduğunu cəmiyyətdən gizlədir.

Vaxtilə Osip Mandelştam Moskvada ilk tramvayın relsə çıxmasına sevinən obıvatellərə baxıb demişdi: “Onlara elə gəlir ki, tramvaya minib düşürlərsə, deməli xoşbəxtdirlər”.

Azəri obıvateli TV-də bayağı şoulara baxa, kreditə götürülmüş panel evdə otura, səhər evdən çıxıb axşam qayıda bilirsə, artıq özünü xoşbəxt sayır.

Azəri mətbuatının əksər təmsilçiləri onlara verilən pulları və minimal şəraiti susmaqla ödəyə bilirsə, özlərini vəzifəsini bitmiş sayan qəhrəman kimi görür.

Bu ölkədə xoşbəxt olmaq üçün həqiqi xoşbəxtliyin heç bir şərti lazım deyilmiş. Nə vicdan, nə məsuliyyət, nə daxili rahatlıq… Bunlar hamısı arxaizmlərmiş.

Ancaq bundan sonra heç kəs deməsin ki, ölkə niyə bu vəziyyətdədir? Yaxud niyə sabah-birigün Bənəniyardakı hadisələr daha simptom yox, sindroma çevriləcək?

Və bir də – heç kəs deməsin ki, cəmiyyətin fəal, vətənpərvər kəsimi niyə virtuala gedir, internetdə təbliğat aparır.

Çünki, reallıq virtualdan qat-qat irreal çıxdı…

Virtualı realından daha real olan cəmiyyət isə sistemli şəkildə xəstədir. Bənəniyar hadisələrinə mətbuatın yanaşma tərzi isə bu xəstəliyin nə qədər dərinə getməsinin olsa-olsa növbəti simptomudur…

 ***

11.01.2010.

Sosial-siyasi fəlakətin baş verdiyi episentrdən – Bənəniyar kəndindən hazırlanan reportajlar bitkin deyil, söylənməyən fikirlərlə doludur və bu da Azərbaycanın durumunun spesifikasıdır. Bununla belə, fraqmentlərdən ümumi mənzərəni qurmağa imkan verir.

Nədir bu ümumi mənzərə? Total qorxu və şübhə xofunun hökm sürdüyü bir məkan. Tarixən passionarlığı yüksək olmuş bir bölgənin miskin, əhalisinin yazıq və qorxaq edildiyinin sübutu.

12 əsr yaşı, minlərlə sakini olan kənddə jurnalist danışdırmağa adam tapa bilmir. Tarixin qapanmış səhifələrində qaldığını, çoxdan yox olduğunu sandığımız panik qorxu fenomeni bir psixoloji epidemiya kimi böyükdən kiçiyə hamını sarıb. İnsanların üzərində hansı zorakı manipulyasiyaları aparmaq lazımmış ki, onlar bu hala düşsünlər! Və bu, bir daha təsdiqləyir – ölkə eksperimental laboratoriyaya çevrilib. Burada hər gün Zimbardo effekti reallaşdırılır.

Kənddəki durumun təsviri yaddaşlara nasist işğalı altında olan Sovet kəndlərinin durumunu salır. Orada da hamı qorxurdu, hamı da bir-birindən şübhələnirdi.

Oğlu vəhşicəsinə döyülmüş ananın şikayətinə zərərçəkmişin özü müdaxilə edib döyülmədiyini, sadəcə yıxılıb əzildiyini deyir və anasını da danışmağa qoymur. İkinci dəfə döyülmək, həbs olunmaq, övladlarının gözü qarşısında alçalmamaq üçün. Özünə görə də qorxur, anasına görə də, övladlarına görə də. Və bilir ki, gələn dəfə yaşa görə heç bir fərq qoymayacaqlar.

Və ananın nəticəsi: “Nə bilim, hər nə olub-olub. Biz hökumətlə hökumətlik eləmiyəcəyik ki… Onsuz da bu belə gəlib belə də gedəcək. Biz nə edə bilərik, özləri bilər. Lap vurdular bizi öldürdülər, şikayətimiz yoxdur”.

Təxəyyülünüzə güc verin: Bu kəlmələri daha hansı məmləkətlərdə eşitmək olar? O yerlərdə ki, işğal ediliblər və işğalçıya müqavimət yoxdur.

Sonra bir kənd sakini deyir: “Siz jurnalistlər hələ uzun müddət Bənəniyar küçəklərində adam tapa bilməyəcəksiz ”. Yəni, qurbanlıqlar qismətlə barışıblar. Onlar bundan sonra heç küçəyə də çıxmayacaqlar. Evlərində bir məhbəsdəki kimi oturacaqlar.

Halbuki, işğalçı çoxdan evin içinə girib.

Evdə oturmaq nə vaxtdan çıxış yolu olub? Sabah gəlib süfrənizin başında da oturacaqlar.

Jurnalistin sözlərindən: “Sakinlərin dediyinə görə, vəziyyət elə bir həddə çatıb ki, hamı bir-birindən şübhələnir”.

Baxın, bütün sirr də elə bundadır. “Parçala və hökm sür”. Qurbanlıqlar bir-birinə qismət ortağı kimi yox, potensial rəqib və şərçi kimi baxır. Məğlubiyyətin də, qorxunun da kökündə elə bu səbəb durur. Qulların düşmənçiliyi daha amansız olur.

***

Vladimir Vısotskinin çox sevdiyim “Mən sevmirəm” mahnısından:

“Sınmış qanadlar görəndə məndə acıma hissi yoxdur.

Zorakılığa və gücsüzlüyə nifrət edirəm,

Ancaq çarmıxdakı İsaya rəhmim gəlir”.

Sanki söhbət Bənəniyardan gedir. Gücsüzlük nifrət doğurur, ancaq çarmıxa çəkilənlərin dərdini bölüşməmək olmur.

Çünki,

Bənəniyar – bütün Azərbaycandır. Gücsüz. Qorxu və şübhə içində. Rəhm istəyən…

Oxşar yazılar:

Baxış sayı:10605