abunə ol: Yazılar | Şərhlər | Еmail

Oklend Paris Kommunasının bayrağını qaldırdı

Şərh

Pessimist proqnozlara baxmayaraq, ABŞ-da “Uoll-Striti işğal et” hərəkatı davam edir. Həm də əgər əvvəlcə əsas diqqət Nyu-Yorkda Uoll-Stritə yönəlmişdirsə, indi əsas diqqət Kaliforniya ştatında Oklend şəhərinə yönəlib.

Bu şəhər işçi mübarizəsinin və radikal hərəkatin köhnə ənənələrinə malikdir.1946-cı ildə ABŞ tarixində son ümumi tətil məhz burada olmuş, 1966-cı ildə isə üzvləri sol baxışın tərəfdarı olan və zəncilərin hüquq bərabərliyi üçün mübarizə aparan (həmçinin də silahlı yolla) “Qara pantera” partiyasının əsası qoyulmuşdur. 2009-cu ildə polis özbaşınalığına qarşı qaradərili əhalinin qiyamları Oklendi silkələdi – buna bənzər hadisə bu ilin yayında Böyük Britaniyada da olmuşdu.

Təəccüblü deyil ki, etiraz hərəkatı digər Oklenddə şəhərlərə nisbətən daha radikal xarakter daşıdı. “Oklendi İşğal et” hərəkatında “işğal et” termini yalnız ictimai yerlərdə nümayişlərin keçirilməsi demək deyil, xalq demokratiyasına əsaslanan alternativ hakimiyyət sistemi  yaratmağa çalışan işçi qüvvəsinin cəhdidir. Etirazçılar dünyada ilk proletar dövlətin – Paris Kommunası 1871-ci il – ardıcılı kimi özlərini “Oklend Kommunası” elan etdilər.

Oklend Kommunasının müraciətindən: “Biz işsizliyin və borcun səviyyəsi yeni norma olan, yoxsulluq və kimsəsizliyin polis zorakılığı və azadlıqdan məhrum edilməklə birləşdiyi dünyada yaşayırıq”. Bütün dünya iqtisadiyyatı dağıldı və ABŞ və ya digər ölkə siyasətçiləri bununla bir şey etməkdə gücsüzdürlər. Hakimiyyəti öz əlimizə almaq, çıxarıldığımız sahələri işğal etmək və bizdən oğurlanmış hər şeyi qaytarmağın vaxtı gəldi”.

10 oktyabr 2011-ci il tarixində Oklendin mərkəzi meydanında etirazçıların çadır düşərgəsi yarandı. İki həftə ərzində düşərgə yüzlərlə aktivist tərəfindən məskunlaşmış və idarə olunan, öz mətbəxi, uşaq bağçası, məktəb, kitabxana, ilk yardımın məntəqələri və hətta Occupation Times-in həftəlik jurnalı olan şəhərciyə çevrildi. Şəhər hakimiyyəti əvvəlcə sözlə etirazçılara öz şəfqətini, onların sağlamlıqlarından, sanitar normalara riayət etməmələrindən,  tonqalların yetişdirilməsi və s. barədə narahat olduqlarını bildirirdi. Çadır şəhərciyinin sakinləri administrasiyanın bütün iddialarını yaxşı yerinə yetirirdilər. Elə ki, yersiz iradlar üçün səbəblər bitdi, kommuna köçürülmə haqqında təlimat aldı, amma ona məhəl qoymadı. 25 oktyabr səhər saatlarında dişinə kimi silahlanmış 500 polis nəfəri  silahlılardan, gözyaşardıcı qazdan, səs qumbaralarından, rezin güllələrdən istifadə edərək şəhərciyi dağıtmağa başladılar. Zərər çəkmişlərin arasında mükafatlara layiq görülmüş 23 yaşlı İraq müharibəsinin veteranı Skott Olsen də vardı, hansı ki, “İraq veteranları müharibəyə qarşıdır” təşkilatının başqa nümayəndələriylə birlikdə etiraz edənlərə qoşulmuşdu. İndi o səs  qumbarasının zərbəsindən kəllənin sınığıyla ən yaxın hospitala yerləşdirilmişdir.

Ertəsi gün, 26 oktyabrda, nümayişçilər meydana qayıtdılar və düşərgəni yenidən tikdilər. Ümumi yığıncaqda  Oklendin  proletar ənənələrini yada salmağa və  noyabr ayının 2-də ümumi tətil təşkil etməyə qərar verilmişdi. Müxtəlif hesablamalar görə, tətildə 7 mindən 100 minə qədər insan iştirak etmişdi. Belə fərq onunla izah olunur ki, çox işçilər etiraz aksiyasında rəsmi iştirak etməsələr də,  gündüz məzuniyyəti götürmüşdülər. Tətil yerli sakinlərdən böyük dəstək aldı. Tətildə uşaqlarla birlikdə valideynlər, müəllimlər, uşaq bağçalarının işçiləri və dövlət xidmətçiləri iştirak edirdilər. Etirazçılar ABŞ-da ticarət dövriyyəsinin ölçüsü görə beşinci yeri tutan Oklend limanına girişi bloka almışdılar. Gün ərzində etiraz aksiyası hər iki tərəfdən çoxsaylı həbslərlə və xəsarət alanlarla nəticələnmiş, polislə toqquşmalarla keçdi.

Hökumət tərəfindən edilmiş xəbərdarlıqlardan və etirazçılardan birinin polis tərəfindən öldürülməsindən sonra noyabrın 15-i  mərkəzi meydandakı  çadır düşərgəsi yenidən dağıdıldı. Bununla belə, Oklend Kommunası əvvəlki kimi sağdır və onun iştirakçıları polis nəzarəti altında olmasına, gecə meydanda gecələmək qanunsuz olmasına baxmayaraq meydana yığılırlar. Bundan başqa, o hakimiyyət tərəfindən güclənən təzyiqə cavab olaraq daha geniş vüsət almağa  hazırlaşır. Noyabr ayının 18-də Kommuna  ABŞ-ın Sakit okean sahillərinin başqa şəhərlərindəki tərəfdarlarını bütün dəniz portlarının işini iflic etməyə çağırdı. Bu görünməmiş aksiya 12 dekabrda olmuşdu.Yeni 2012-ci ilin birinci günündə isə etirazçılar Kaliforniyanın şimalında San-Fransisko və Oklendi birləşdirən Bay Bridge körpüsü üzrə avtomobillərin hərəkətini dayandırmağı planlaşdırırlar.

Oklenddə baş verəcək hadisələr ABŞ-da “İşğal et” hərəkatı  üçün dönüş ola bilər. Onlar hərəkatın inkişafına düzgün və effektiv istiqamətdə imkan yaradırlar: bədnam “bir faiz”ə real zərbə vura biləcək əlvan hippi performansından tutmuş fəhlə sinifinin təşkil olunmuş mübarizəsinə kimi.

Amma bu mübarizə nə naminə aparılacaq? ABŞ-da bu yaxınlarda prezident seçkiləri keçirilməlidir və Demokrat partiya prezident kreslosuna Obamanı və ya başqa öz namizədini irəli sürməkdən ötrü onların azarkeşliyindən istifadə etmək üçün etirazçılarla oyun aparır, var gücü ilə “Uoll-Striti İşğal et”hərəkatını “özəlləşdirməyə” çalışır. Bu planda  son dərəcə əhəmiyyətli olan fakt budur  ki, Oklend Kommunası rəsmi siyasi güclərlə hər hansı dialoqdan prinsipial olaraq  imtina edir. Oklenddə etiraz edənlərin əsas hissəsini iyirmi-otuz yaşlı cavan insanlar təşkil edir. Onlar, bir çoxu işçi olaraq  özünü “orta sinif” hesab etmək vərdişi qazanmış orta yaşlı insanlardan tamamilə fərqli dünyada yaşayırlar. Gənclər üçün işsizlik, təhsil haqları, kommunal mənzillərdə həyat tərzi  – bunlar yeganə mümkün olan reallıqdır (Kommunal mənzillər yalnız keçmiş “xəkəndaz” ölkələrində deyil, həm də “azad dünyanın” ən qabaqcıl ölkələrində mövcuddur və  onların sakinlərinin sayı SSRİ-də olduğu kimi hər il azalmır, əksinə artır. Və bu kartondan apartamentlərdə və ya zibil çənlərində yaşayan insanların həyat şərtləri ilə müqayisədə yaxşı şəraitdir).

Yeni nəsil amerikalılar, 1980-ci illərdən qısa müddətə  “insan simasını” sürətlə itirməyə başlayan “sağ çevriliş” illərində, “vəhşi” kapitalizmə qayıtma zamanı çoxalırdılar. Bu gün orta yaşlı amerikalılar köhnə “sosial dövlət” vaxtları üçün darıxdıqları və “hər şeyin normasına qayitmasına” ümid etdikləri halda,  bu “normanı” görməyən gənclər bilir ki, tarixi geri çevirmək mümkün deyil. Bu gənclər rəsmi siyasətə inanmır, seçkilərə getmir, dövlətlə bağlı heç bir illüziya qurmurlar. Buradan Oklend Kommunasının şüarları:

“Polis – varlıların əlində alətdir”. “İşçi həmrəyliy!”. “Burjualarla və siyasətbazlarla heç bir kompromisə getmək olmaz!”. “Uoll-Strit – hər iki partiyanın sahibidir. İşçiyə öz partiyası  lazımdır!”.

Öz müraciətlərində Oklend Kommunası vurğulayır: “Bizə bütün dünya baxır” Və həqiqətən də Oklendə öz dəstəyini yalnız ABŞ-ın qalan şəhərlərinin etirazçıları deyil, həm də Meksika sapatistləri və hərbi xunta qarşı etiraz edən misirlilər də ifadə etdilər. Oklend Kommunasının Parisdəki və ya 1917-ci ildə Rusiyadakı sələfləri kimi tarixdə eyni rolu oynaya bilib-bilməyəcəyini zaman göstərəcək. Ümid var ki, Oklendin işçilərinin mübarizəsi bütün dünya zəhmətkeşləri üçün nümunə olacaq və indiki cəmiyyətin inqilabla  yenidən qurulması, XX əsr  inqilablarının müsbət və mənfi nəticələrini nəzərə alan fəhlə sinifinin siyasi hakimiyyətinin müasir formalarının axtarışı haqqında məsələləri yenidən müzakirə etməyə icazə verəcək. Bu sualara  cavab düzgün olub-olmamasından asılı olmayaraq nəzəri kitablardan çıxarılmış ola bilməz – o yalnız canlı  həyatda tapılmış ola bilər, kommunist başlanğıclarında real həyat və mübarizənin təşkili prosesində ola bilər. Oklendin işçiləri hal-hazırda bu yolda əhəmiyyətli addımlar atırlar. Buna görə onlara eşq olsun!

(c) SOLFRONT.org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9023