abunə ol: Yazılar | Şərhlər | Еmail

Sergey Kara-Murza – “Yeri gəlmişkən, politkorrekt olaraq terrorizm haqqında”

Şərh

Terrorizm mahiyyətinə görə diversion deyil, informasiya-psixoloji müharibənin bir hissəsidir. Yaxşı olardı ki, sonuncu teraktların səbəblərini nəzərə alaraq, bu hadisənin, onun başlanğıcının, indiki vəziyyətinin rasional təsvirini verim. Düzdür, bu izahat, çox güman ki, hakimiyyət üçün  terrorizmi təbliğat məqsədilə istifadə edərək vətəndaşların düşüncəsi ilə manipulyasiya etmək imkanlarını çətinləşdirəcək, amma kütlə düşüncəsini stabilləşdirəcək və cəmiyyətdə bu məsələdə daha effektiv dialoq qurmağa imkan verəcək.

Mənim fikrimcə, KİV-lə dəstəklənən kütlə düşüncəsinin səhvi odur ki, tarixdə əvvəllər məlum olanlarla indiki terrorizmin eyni olması iddia edilir, buna inanılır. XX əsrin  axırlarına kimi ideoloji terrorizmin şahidi olmuşuq. Terrorizm narodovolçular və eserlər üçün konkret məqsədlər üçün mübarizədə, etnik qruplar üçün milli azadlığın qazanılmasında bir vasitə idi. İndiki teraktların, təbii ki, formasına görə yox, mahiyyətinə görə o vaxtkılarla heç bir oxşarlığı yoxdur. 2001-ci il bu fenomenin başa düşülməsində vacib dövr oldu, baxmayaraq ki, bundan əvvəl də bu mövzuda işlər dərc olunmuşdu. Nyu-Yorkdakı aktdan sonra dünyanın aparıcı filosoflarından hadisəyə münasibət bildirmələri xahiş olundu.Demək olar, hamı eyni fikrə gəldi ki, bu terrorizm – postmodern hadisə, indiyə qədər bildiklərimizdən fərqlənən tamamilə başqa tipli fenomendir. Müasir terroristik təhlükənin əsas ideoloq və təşkilatçıları əhalinin qisas almağa çalışan çarəsiz təbəqəsi deyil, məhz qlobal elitanın nümayəndələridir. Terrorizm böyük biznesə çevrilib. O biznes ki, bu siyasi gücü istifadə edərək sazişlərlə və istənilən məqsəd üçün xidmət göstərə biləcək transmilli korporasiya formasındadır. Biz silahlı qüvvələrin özəlləşdirilməsi prosesini müşahidə edirik (dövlət də daxil olmaqla ayrı-ayrı sifarişçilərə xidmət edən xüsusi orduların meydana çıxması), eyni zamanda terrorizmdə də özəlləşmə baş verir. “Qladiator” terroristik korporasiyası 1951-ci ildə yaradılıb və NATO ali rəhbərliyinə tabe idi. Bəs 1991-ci ildən sonra o hara yoxa çıxdı? Ben Ladenin təşkilatı Mərkəzi Kəşfiyyat İdarəsinin(CİA) onun xidmətlərinə artıq ehtiyacı olmadığı vaxtda hara yox oldu? Bunlar artıq qeyri-dövlət xarakterlidir. Mümkündür ki, onlardan yaranan firmalar istehsal və satışdan çox yaxşı gəlirə malikdirlər. Məsələn, aeroportlarda metalaxtarıcılar və baqaj skanirlənməsi üçün avadanlıqlar. Böyük bazar yaratmaq üçün isə aviaxətlərdə bir neçə terakt törətmək bəs edir. Başqa tərəfdən, dünyada çoxlu sayda ümidsiz, çarəsiz insanlar var ki, onlar bu biznes üçün qurbana çevrilirlər. Və onlara istənilən paltarı geyindirmək olar.

Dövlət necə terrorizmə imkan yaratdı? Bilirik ki, Rusiya XX əsrin əvvəlində indikilərlə müqayisə oluna bilməyəcək dərəcədə intensiv terror partlayışı yaşadı. Buna baxmayaraq, 1920-ci ildən sonra yeni sosial və mədəni quruluşun yaradılmasına yönəldilən irimiqyaslı proqramlar, yeni ictimai münasibətlər, effektiv dövlət xidmətləri hesabına uzun müddətə həm ictimai, həm siyasi olaraq terrorizmdən xilas olmaq mümkün oldu. Hətta 1944-cü ildə tepluşkalarla Kazaxstan və Özbəkistana göndərilən qafqaz xalqları qisas almaq üçün terrorizmə əl atmadılar və ona görə yox ki, onlar qorxurdular. Metroda insanları partlatmaq onlar üçün absurd və layiq olmayan hərəkət idi. 50-ci illərdə, onlar öz torpaqlarına qayıtdıqdan sonra da teraktlar olmadı. Bu, çox böyük mədəni nailiyyət idi. Bu gün buna diqqət yetirmək, bu haqda düşünmək lazımdır. 80-ci illərin axırlarında, yenidənqurma dövründə hakimiyyət terrorizmə qarşı bütün əsas müdafiəni aradan qaldırdı və transmilli terrorist korporasiya agentlərinə dövlət idarəçilik mexanizmlərinə daxil olmağa yol açdı. Terrorizm Rusiyada ictimai prosesləri idarə etmək üçün siyasi texnologiya kimi qəbul edildi.

İkinci vacib məqam odur ki, dövlət öz sosial-iqtisadi siyasəti ilə xüsusən ideoloji əsaslarının ziyan gördüyü qəzəbli, ümidsiz insanlardan ibarət yoxsulluq yaratdı. Onların bütün inciklikləri təhqir olunmuş etnik düşüncələri ilə birləşmişdi. Bu halda, onların terrorizm siyasi texnologiyasının alətinə çevrilməsi üçün böyük potensial meydana çıxdı. “Repressiya olunmuş xalqlar haqqında” qanunun qəbul olunması vacib rol oynadı – sosioloqlar, kulturoloqlar və digər sahələrin tədqiqatları üçün əsl predmet. Dövlət özü terrorizm üçün qurban mənbəyi yaradıb. Görünür, siyasətçilər hesaba alıblar ki, xeyir xərcləri üstələyir. Həmçinin, KİV ictimai-mədəni mühitdə kütlə düşüncəsində “hamı hamıya qarşı” müharibəsinin ideya və gücünü möhkəmlətmək üçün aktiv işləyirdi. İnsanlarda birlik və qarşılıqlı kömək düşüncələri rəqabət, mübarizə idealları ilə əvəz olundu. 20 ildir davam edən və hələ indi-indi dəyişiklik xarakteri alan keçid dövründə terrorizm ictimai mühitimizin qaçılmaz faktoruna çevrilib. Bunu qəbul etmək və bununla barışmaq lazımdır – axı biz bu azadlıqları o qədər arzulayırdıq ki. Açıq deyək: ikinci əl xarici maşınları və terrorizmi eyni flakondan içməli oluruq. Bu faktorun təsirinin yumşaldılması haqda düşünmək lazımdır, çünki onun tez qarşısını almaq mümkün deyil. Belə hadisələr əvvəlcədən aşkar olunsa da, heç bir güc metodları ilə – bombardman, evlərin dağıdılması, girov götürülmə  – onları dayandırmaq olmur.

Mənim fikrimcə, terrorizmə olan paranoidal qorxunu aradan qaldırmaq lazımdır. Sosial miqyasda terrorizmdən itkilər palenka və avtoqəzalardan olan ölüm sayı ilə müqayisədə böyük deyil. Bu qorxu televiziya ilə kultivasiya olunur. Televiziya “bazarı”  KİV terroristlərin ən güclü vəsaitidir. Əgər Qərbə baxsaq, orda terrorist qruplaşması və onların üzvlərinə bəyanatdan asılı olmayaraq tribuna vermək mütləq olaraq qadağandır. Amma teleekranlarda qan, parçalanmış bədən görüntüləri məhz ‘bəyanatlardır’ və terroristlər üçün məqsədə çatmağa xidmət edir. Terrorizm –   KİV-in uşağıdır,  bu,  Böyük Fransa İnqilbı dövründən məlumdur. Əgər bu ‘dəhşət’  təsvirləri televiziya ilə hər evə yayılmasa idi, teraktların psixoloji effekti sıfıra bərabər olardı. Dövlət ciddi şəkildə terrorizmin intensivliyini azaltmaq istəyirsə, teraktların media görüntülərinə qadağalar qoymalıdır. Və, əlbəttə, sosial qisas ideyasını yaradan şəraiti təcili aradan qaldırmalıdır.  Bu faktor qalxan xətlə inkişaf edir – ölkə azalmayan qəzəblə doludur. Yaxın vaxtlarda kasa dola bilər. Nə vaxt ki , terrorizm etnik yox, sosial şüarlarla özünü göstərəcək, onda o,  praktik olaraq, bütün Rusiya ərazisini əhatə edəcək. Çünki gənclər arasında “qeyri-ədalətli cəmiyyətdən” qisas ideyaları populyarlaşmağa başlayıb.

26.04.2010

Tərcümə: Nigar Əhmədova

 


Oxşar yazılar:

Baxış sayı:10745