abunə ol: Yazılar | Şərhlər | Еmail

Uluderedə qətliam: həlak olanların sayı 35-ə çatır

Şərh

Türk Hava Qüvvələrinə aid olan döyüş təyyarələri 28 dekabr gecəsi Şırnak – İraq sərhəddində bombalanmalar həyata keçirib. 35-ə yaxın kəndlinin həlak olduğu bombalanmalarda ölü sayının artacağı gözlənilir. Hadisədən bir neçə saat keçməyinə baxmayaraq, hadisə yerinə heç bir axtarış-xilas heyəti gəlməyib.

28 dekabr 21.30 radələrində Türkiyənin Şırnak vilayətinin Uludere şəhərciyinin sərhəddində baş verən hava hücümunda 35 nəfər vəfat edib. Ölənlərin qaçaqmalçılıq edən kəndlilər olduğu deyilib, hadisə yerinə isə heç bir səlahiyyətli və axtarış-xilas heyəti gəlməyib. BDP (Sülh və Demokratiya partiyası) sədri baş verənləri vəhşilik adlandırıb.

ANF – in (Ajansa Nüçeyan a Firate – Fırat Xəbər Agentliyi) hadisə ilə bağlı xəbərində Ortasu kənd sakinləri, qaçaqmalçılıqla məşğul olan kəndlilərin öldürüldüyünü dedilər. Qaçaqmalçılıq fəaliyyətinin Ortasuda normal olduğu və komandirlərin bundan xəbərdar olduğunu deyən kəndlilər əsgərlərin rüşvət aldığını da iddia etdilər. Mətbuatda ölü sayının 20 olduğu deyilib, ANF isə həlak olan 19 kəndinin adını açıqlayıb. Ayrı-ayrı iddialara görə, cəsədlərin sayı 35-ə çatır.

Bombalanmalardan sağ qurtulmağa müvəffəq olmuş Hacı Encünün verdiyi ifadəyə görə, əsgərlər kəndlilərin qarşısını kəsmiş, sonra ilə bombalanmalar başlamışdır. MAZLUMDER VƏ IHD (İnsan haqları dərnəyi) hesabatlarına əsasən, hərbçilər kəndlilərlə tanış idilər və onların sərhədi keçmələrindən xəbərdar idilər. Bombalanmalardan əvvəl heç bir xəbərdarlıq və silahla müdaxilə olmamışdı. Hadisələrdə heç bir səlahiyyətli qurumlar cəsədlərin daşınmasında iştirak etməmişlər, kəndlilər öz güclərinə cəsədləri kəndlərinə daşıyıblar. Bir çox həlak olmuşların bədənləri ilə parça-parça olmuş, bədən hissələrini toplamaq qeyri-mümkün olmuşdur. Ölülər tanınmaz hala gəldiyindən, onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hesabatın sonunda gəlinən nəticəyə görə, hadisə mühakiməsiz edam xarakterlidir və toplu qətliamdır və qurumlar BMT insan haqları üzrə səlahiyyətli qurumlarının buraya dərhal heyət göndərməli olduqları nəticəsinə gəlmişlər.

CHP – nin (Cumhuiyyət Xalq Partiyası) sədri Kemal Kılıçdaroğlu Uluderedeki qətliamla başlı açıqlamalarında demişdir: “İndiyə qədər AKP – nin hadisələrlə bağlı heç bir açıqlama etməməsi çox qəribədir. AKM iclasından sonra Hüseyn Çelik açıqlamalar etsə də, bu daha çox partiyanı maraqlandıran ifadələrdir. Hökumətin isə bu mövzuda öz öhdəlikləri var. Buna görə də dövlətin ifadə verməsini istəyirik”.

Üzr istəməklə olmur. Onlar Xalq Düşmənliyindən əl çəkmədilər

Hadisələrlə bağlı Türkiyə Kommunist Partiyası etdiyi açıqlamalarda demişdir ki, bu qətliam dövlətin kürd vətəndaşlarımıza və bütün əməkçi xalqa qarşı təzyiq siyasətinin bir nəticəsidir. Gətirilən heç bir bəhanənin mənası yoxdur. Yaşanan hadisələrin əsas səbəbi hökumətin, Kürd məsələsində həllolunmazlıq siyasətini idarəetmə forması kimi görməsidir.

BDP İstanbul deputatı, tanınmış rejissor Sırrı Süreyya Önder Şırnak Uluderedə yaşanan qətliamı “İkinci 33 kurşun hadisəsi” kimi qiymətləndirdi. Önder: “Məclisdəki nümayəndələrimizin “açılım”la bağlı dediklərinə baxmayın. Bizim sizə verə biləcəyimiz yeganə şey xalqın qursağından kəsib aldığımız, sizə atdığımız bombalardır. Sizin etməli olduğunuz tək şey üsyandır. Bu, üsyan edin, deməkdir”, demişdir.

 AKP: Hadisə əməliyyat xətasıdır

AKP partiya spikeri və Sədr köməkçisi Hüseyn Çelik Uluderedə yaşanan qətliamla bağlı açıqlamalarında hadisəni “əməliyyat xətası” kimi qiymətləndirib. Həlak olanların sıravi vətəndaşlar olduğunu və qaçaqmalçılıq edərkən vurulduqlarını deyən Çelik hadisənin “33 kurşun” hadisəsinə bənzədilməsində ideoloji məqamın rol oynadığını bildirib.

 Qətliama etiraz edənlərə müdaxilə

Axşam radələrində Uludere qətliamına etiraz etmək üçün yığışan BDP üzvlərinə polis müdaxilə edib. Mətbuat açıqlaması üçün toplanan BDP üzvlərinə polis təzyiqli su qurğuları və biber qazı bombaları ilə hücum edib. Mətbuat açıqlamasını deputat Esas Canan oxuyub. Canan, bunun bir qətliam, məsuliyyətli qurumun isə AKP olduğunu deyib. Qətliamın hesabının alınacağını deyən Canan Daxili işlər nazirinin dərhal istefa etməli olduğunu bildirib.

Mənbə: sol.org.tr, firatnews.eu

(c)SOLFRONT.org

Türk Hava Qüvvələrinə aid olan döyüş təyyarələri 28 dekabr gecəsi Şırnak – İraq sərhəddində bombalanmalar həyata keçirib. 35-dən çox kəndlinin həlak olduğu bombalanmalarda ölü sayının artacağı gözlənilir. Hadisədən bir neçə saat keçməyinə baxmayaraq, hadisə yerinə heç bir axtarış-xilas heyəti gəlməyib.

28 dekabr 21.30 radələrində Türkiyənin Şırnak vilayətinin Uludere şəhərciyinin sərhəddində baş verən hava hücümunda 35 nəfər vəfat edib. Ölənlərin qaçaqmalçılıq edən kəndlilər olduğu deyilib, hadisə yerinə isə heç bir səlahiyyətli və axtarış-xilas heyəti gəlməyib. BDP (Sülh və Demokratiya partiyası) sədri baş verənləri vəhşilik adlandırıb.

ANF – in (Ajansa Nüçeyan a Firate – Fırat Xəbər Agentliyi) hadisə ilə bağlı xəbərində Ortasu kənd sakinləri, qaçaqmalçılıqla məşğul olan kəndlilərin öldürüldüyünü dedilər. Qaçaqmalçılıq fəaliyyətinin Ortasuda normal olduğu və komandirlərin bundan xəbərdar olduğunu deyən kəndlilər əsgərlərin rüşvət aldığını da iddia etdilər. Mətbuatda ölü sayının 20 olduğu deyilib, ANF isə həlak olan 19 kəndinin adını açıqlayıb. Ayrı-ayrı iddialara görə, cəsədlərin sayı 35-ə çatır.

Bombalanmalardan sağ qurtulmağa müvəffəq olmuş Hacı Encünün verdiyi ifadəyə görə, əsgərlər kəndlilərin qarşısını kəsmiş, sonra ilə bombalanmalar başlamışdır. MAZLUMDER VƏ IHD (İnsan haqları dərnəyi) hesabatlarına əsasən, hərbçilər kəndlilərlə tanış idilər və onların sərhədi keçmələrindən xəbərdar idilər. Bombalanmalardan əvvəl heç bir xəbərdarlıq və silahla müdaxil olmamışdı. Hadisələrdə heç bir səlahiyyətli qurumlar cəsədlərin daşınmasında iştirak etməmişlər, kəndlilər öz güclərinə cəsədləri kəndlərinə daşıyıblar. Bir çox həlak olmuşların bədənləri ilə parça-parça olmuş, bədən hissələrini toplamaq qeyri-mümkün olmuşdur. Ölülər tanınmaz hala gəldiyindən, onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hesabatın sonunda gəlinən nəticəyə görə, hadisə mühakiməsiz edam xarakterlidir və toplu qətliamdır və BMT insan haqları üzrə səlahiyyətli qurumlarının buraya dərhal heyət göndərməli olduqları nəticəsinə gəlmişlər.

CHP – nin (Cumhuiyyət Xalq Partiyası) sədri Kemal Kılıçdaroğlu Uluderedeki qətliamla başlı açıqlamalarında demişdir: “İndiyə qədər AKP – nin hadisələrlə bağlı heç bir açıqlama etməməsi çox qəribədir. AKM iclasından sonra Hüseyn Çelik açıqlamalar etsə də, bu daha çox partiyanı maraqlandıran ifadələrdir. Hökumətin isə bu mövzuda öz öhdəlikləri var. Buna görə də dövlətin ifadə verməsini istəyirik”.

Üzr istəməklə olmur. Onlar Xalq Düşmənliyindən əl çəkmədilər

Hadisələrlə bağlı Türkiyə Kommunist Partiyası etdiyi açıqlamalarda demişdir ki, bu qətliam dövlətin kürd vətəndaşlarımıza və bütün əməkçi xalqa qarşı təzyiq siyasətinin bir nəticəsidir. Gətirilən heç bir bəhanənin mənası yoxdur. Yaşanan hadisələrin əsas səbəbi hökumətin, Kürd məsələsində həllolunmazlığı idarəetmə forması kimi görməsidir.

BDP İstanbul deputatı, tanınmış rejissor Sırrı Süreyya Önder Şırnak Uluderedə yaşanan qətliamı “İkinci 33 kurşun hadisəsi” kimi qiymətləndirdi. Önder: “Məclisdəki nümayəndələrimiz “açılım”la bağlı dediklərinə baxmayın. Bisim sizə verə biləcəyimiz yeganə şey xalqın qursağından kəsib aldığımız, sizə atdığımız bombalardır. Sizin etməli olduğunuz tək şey üsyandır. Bu, üsyan edin, deməkdir”, demişdir.

 AKP: Hadisə əməliyyat xətasıdır

AKP partiya spikeri və Sədr köməkçisi Hüseyn Çelik Uluderedə yaşanan qətliamla bağlı açıqlamalarında hadisəni “əməliyyat xətası” kimi qiymətləndirib. Həlak olanların sıravi vətəndaşlar olduğunu və qaçaqmalçılıq edərkən vurulduqlarını deyən Çelik hadisənin “33 kurşun” hadisəsinə bənzədilməsində ideoloji məqamın rol oynadığını bildirib.

 Qətliama etiraz edənlərə müdaxilə

Axşam radələrində Uludere qətliamına etiraz etmək üçün yığışan BDP üzvlərinə polis müdaxilə edib. Mətbuat açıqlaması üçün toplanan BDP üzvlərinə polis təzyiqli su qurğuları və biber qazı bombaları ilə hücum edib. Mətbuat açıqlamasını deputat Esas Canan oxuyub. Canan, bunun bir qətliam, məsuliyyətli qurumun isə AKP olduğunu deyib. Qətliamın hesabının alınacağını deyən Canan Daxili işlər nazirinin dərhal istefa etməli olduğunu bildirib.

Mənbə: sol.org.tr, firatnews.eu

(c)SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:9428