abunə ol: Yazılar | Şərhlər | Еmail

İnqilab əsgəri – David Alfaro Sikeyros

Şərh

David Alfaro Sikeyros (David Alfaro Siqueiros) – məşhur meksikalı rəssam, muralizm üslubunun yaradıcılarından biridir. 29 dekabr tanınmış rəssamın doğum günüdür.

1896-cı ildə Meksikanın Çiuaua şəhərində anadan olmuşdur. Təhsilini Mexikoda katolik kollecdə almışdır. Bir müddətdən ailəsi ilə əlaqələrini kəsmişdir və Milli hazırlıq məktəbinin memarlıq şöbəsində və San-Karlos akademiyasının nəzdində fəaliyyət göstərən təsviri incəsənət kurslarının axşam dərslərində təhsil almışdır.

***

David Alfonso Sikeyros… Bu üç söz bir dövrü təcəssüm edir. Onun öz sərhədləri var – onlar arasında məsafə böyükdür – iyirminci əsrin 60 ildən çox dövrünü əhatə edir. Bu illərdə planetdə nələr baş verirdi? Sikeyrosun həyatı bu suala tam şəkildə cavab verir. Çünki hər bir əhəmiyyətli hadisə onun həyatında öz əksini tapırdı. O, mübariz və rəssam idi. İncəsənət və siyasi mübarizə onun üçün ayrılmaz idi. Əlbəttə, rəssam öz gücünü yalnız incəsənətə verə bilərdi və öz yaradıcılığında sosial mövzulara toxunaraq inqilabi kimliyini saxlamaqla, mübarizədə birbaşa iştirak etməyə bilərdi. Amma Sikeyros öz həyatını fərqli görürdü. İncəsənət onun üçün mübarizə meydanlarından biri idi. O bilirdi: o, bəşəriyyətin ali ideallarına nail olunmasına səy göstərirdi. O bilirdi ki, siyasi mübarizə son  nəticədə ali idealların gerçəkləşməsi mübarizəsidir. Bu, hər şeydən əvvəl, proletariatın mübarizəsidir, çünki o, öz fikirləri, ideyaları, fəaliyyəti ilə onların sıralarına  məxsus idi.

O, Meksika kommunist partiyasının üzvü idi, öz əqidəsinə və hərəkətlərinə görə kommunist idi. Buna görə də onun yaradıcılığı heç zaman “gün işığından” gizlənmirdi – o, Sikeyrosu yaradan dövr qədər parlaqdır. Buna görə də o, birbaşa kütlələrin təşviqatına aparan janrı seçmişdi: divar freskaları, monumental rəngkarlıq – küçə və meydanlar üçün rəsmlər. O, meksikalı idi, halbuki onun yaradıcılığı və siyasi fəaliyyəti həmişə beynəlmiləl xarakter daşıyırdı. Meksika xalqının əzabları onun əzabları idi və xalqın xoşbəxtliyi üçün o, alovlu şəkildə mübarizə aparırdı.

İnqilabçılar, 1957-1965

Sikeyros İnqilabi rəssamlar Sindikatının əsasını qoyur

Sikeyros siyasi döyüşlərdə iştirak edən zaman yeniyetmə idi. Ölkədə inqilab gözlənilirdi – bu inqilab tarixdə 1910-1917-cü illərin burjua-demokratik inqilabı kimi məlumdur. Bu inqilabın övladı, Sikeyrosun da mübarizə apardığı üsyançı xalq ordusu idi, o çox gözəl dərk edirdi ki, bu, yalnız yolun başlanğıcıdır və əlinə silah alaraq, onu son günlərinə qədər yerə qoymayacaq…

Meksikada inqilabın sonu Rusiyada inqilabın qələbəsi ilə üst-üstə düşdü. Oktyabr Sikeyrosa seçdiyi yolun doğruluna əminlik verdi. O, incəsənətə də fərqli baxmağa başladı. Həmin vaxt o, artıq öz vəzifəsini çox gözəl dərk edirdi – və, inqilabi hadisələrdən bir il sonra Qvadalaxarda rəssam-əsgərlər qarşısında tribunada çıxış etməsi təsadüf deyildi. O zaman bu tribunadan Sikeyros ilk dəfə, bütün həyatı boyu yorulmadan təbliğ edəcəyi şeyləri öz incəsənət yoldaşlarına dedi: rəssam vətəndaş olmalıdır, rəssam öz xalqı ilə eyni həyatı yaşamalıdır.

Bu, David Alfredo Sikeyrosun, sinfi mübarizə sınağından çıxmış şüarı idi. Bu, rəssam-kommunistin çağırışı idi – bu zaman Sikeyros Kommunist partiyasının üzvü idi – bu, “xalis” incəsənətə, salon rəngkarlığına meydan oxuma idi, sərt və güzəştsiz meydan oxuma.

Bəli, xalqla eyni həyatı yaşayarkən, o deyirdi, rəssam xalqı mübarizəyə səsləməlidir, bu mübarizə isə kifayət qədər aydın formaya malikdir: o, öz təbiətinə və xarakterinə görə sinfidir və dünyanın yenidən qurulmasına yönəlib.

Burjuaziyanın portreti, fraqmentlər. 1939-cu il.

Tezliklə öz həmfikirləri ilə Sikeyros, monumental rəngkarlığın inkişafında əhəmiyyətli rol oynamış Meksika İnqilabi rəssamlar Sindikatını yaradır. Sikeyros dəfələrdə vurğulayırdı ki, bu sindikatın fəaliyyəti özündə monumental təbliğatın Lenin planının əks-sədası idi ki, bunun sayəsində Rusiyanın qalib gəlmiş proletariatı incəsənətdə sadiq köməkçisini qazanırdı.

Burada, Meksikada, divar freska incəsənəti – mural – Sikeyros və onun dostlarının inqilabi fəaliyyətinin əsas sferalarından birinə çevrildi. Bu fəaliyyət meydanı müxtəlif dövrlərdə tikilmiş, qəflətən parlaq, plakat dili ilə danışan evlərin xarici divarları idi.

Sindikat üzvləri arasında Sikeyrosun iki yaxın dostu – Dieqo Rivera və Xose Klemente Orosko da var idi. Rəngkarlıq tarixi onların ittifaqına dəqiq ad verdi – “Üç böyük meksikalı”. Onların arasında Sikeyros ən gənc rəssam idi. Amma o, demək olar ki, on kəskin, ən sosial xarakterli rəssam idi – sosial motivləri olmayan rəngkarlıq onun üçün heç vaxt mövcud olmamışdı. Sikeyros onların arasında ən ardıcıl inqilabçı və ən cəsur yenilikçi idi.

Sikeyrosun inqilabi fəaliyyəti həm də “El Maçete” qəzetinin nəşrini də əhatə edirdi ki, bu qəzet nəticədə Meksika Kommunist Partiyasının mətbu orqanına çevrildi. Sikeyros həm də Xalisko zəhmətkeşlər federasiyasının katibi idi, həmkarlar ittifaqı və işçilərdə müntəzəm olaraq ünsiyyətdə idi. Bu da onun yaradıcılığında öz izini qoymaya bilməzdi.

Əsrimizin siması, 1947-ci il.

Sikeyros faşizmə qarşı mübarizə liqası yaradır

… Otuzuncu illərin əvvəlləri. Faşizm baş qaldırırdı. Yanan kitab tonqallarının alov dilimləri Berlin küçələrini işıqlandırırdı. Bir neçə il keçəcək və alman çəkməsi Avropa torpaqlarında amansız şəkildə addımlayacaq. Qarşıda yalnız SSRİ-nin sərhədləri idi.

Bəli, o zamanlar faşizmin vəhşi dişlərini hamı görmürdü və heç də hər kəs başa düşmürdü ki, yaxın gələcəkdə dünyanı nə gözləyir. Amma Sikeyros başa düşürdü. O, dəqiq şəkildə zəmanənin nəbzini dinləyirdi. O, öz zamanını qabaqlayırdı. Və qarşıda ikinci dünya müharibəsinin məşum şəfəqini görürdü.

Meksikada müharibə və faşizmə qarşı Milli mübarizə liqası yaradılır. Bu, 1934-cü ildə baş verirdi. Sikeyros bu liqanın əsasını qoyanlardan biri və onun sədri idi.

… 1936-cı il. Faşist qiyamı respublikaçı İspaniyanı bürüyür. Franko və Hitlerə qarşı mübarizə aparan ispanların köməyinə beynəlxalq briqadalar gəlir. Bu briqadalardan birinə Sikeyros rəhbərlik edirdi…

O, fırçanı üç il müddətində əlindən qoymuşdu. Üç il əli yalnız tapança və tüfəng sıxırdı.

Cəsurluğu Sikeyrosa, bu incə ruhlu rəssam qəlbi olan güclü insana dəfələrlə kömək etmişdi. Cərusluğu sayəsində o, həbsxananın ağır şəraitinə tab gətirirdi. Kommunist partiyası bileti olan mübariz-inqilabçılara həmişə həbsxana təhlükəsindən qaçmaq müyəssər olmur. Sikeyros da istisna deyildi.

Onu bir neçə dəfə həbsxanaya salmışdılar – son, yeddinci dəfə həbsi dörd il çəkmişdi, bu zaman məşhur rəssamın altmışdan çox yaşı var idi. Amma orada da işləmək mümkün olurdu. Kiçik karton parçalarında o, eskizlər çəkirdi. Həbsxanadan çıxdıqdan sonra isə qürurla demişdi: “Mənim baxışlarım əvvəlki kimidir və azadlığa çıxmağım əqidəmi dəyişdirdiyim mənasına gəlmir..”

Otuzuncu illərin sonunda öz ölkəsini tərk etmək məcburiyyətində qalmışdı. Sikeyrosun sərgərdan gəzintiləri üç ildən çox çəkmişdi, əvvəlcə Çilidə, sonra isə  Kubada; o, öz evinə yarı-leqal olaraq geri dönmüşdü…

1950-1960-cı illərdə SSRİ-yə səfər edir və orada leksiyalarla univesitetlərdə çıxış edir. Həmçinin Misir, Polşa, Hindistana baş  çəkir.

1959-cu ildə meksikan incəsənəti leksiyaları ilə Kuba və Venesuelada çıxış edir.

Kəndli ana, 1927-ci il.

1967-ci ildə Sikeyrosa, Sovet İttifaqının görkəmli sülh mübarizlərini təltif etdiyi ali mükafat – “Xalqlar arsında sülhün möhkəmləndirilməsi” üzrə Beynəlxalq Lenin mükafatı verilmişdi. Bu mükafatın pul vəsaitini isə o, Vyetnam xalqına hədiyyə etmişdi ki, o zamanlar onlar amerikan imperializmi aqressiyasına qarşı mübarizə aparırdılar.

Xalq demokratiyası, 1945-ci il.

David Alfonso Sikeyros 6 yanvar 1974-cü ildə vəfat etmişdir.

***

Onun baxışları – ölkənin rəhbər dairələrinin siyasətinə və daha sonralar, əllinci və altmışıncı illərdə öz hüquqları uğrunda mübarizə aparan işçilərə qarşı zorakılığa, kütləvi güllələnmələrə, zəhmətkeş xalqın qəddarcasına istismarına qarşı idi…

Onun əqidəsi – xeyirxah iradəli insanların beynəlxalq həmrəyliyinin dəstəklənməsi idi…

Onun əqidəsi – silahlanma yarışına qarşı etiraz, inqilabi Kubanın dəstəklənməsi və Çilidəki faşist dəstəyə qarşı nifrət idi. O – altmışıncı illərin ortalarında Cənubi Vyetnamdakı ədalətsiz müharibəni və bütün dünyanı təhlükə altına alaraq, Birləşmiş Ştatların Şimalda apardığı cinayətkar genişlənməni” mühakimə edən manifestin müəlliflərindən biri idi.

O, öz əqidəsində ardıcıl idi və öz fəaliyyətini ona uyğun aparırdı.

***

Əhatə dairəsinə görə geniş, mövzuca aktual, mahiyyətcə, xeyirin qalib gələcəyinə tükənməz inamla dolu olan, Sikeyrosun yaradıcılığı – kütlələrin ilham mənbəyi təsirinə malik idi. Onun freskaları insanlara fədakarlığı öyrədir, şüur və ədalətin zəfərini təbliğ edir, ictimai istismar və zorakılığa qarşı mübarizəyə səsləyir.

Onun kiçik əsərləri də freskaları kimi, eyni dərəcədə parlaq, əhəmiyyətlidirlər. Onlarda – eyni əl, eyni yaxmalar var, onları şəksiz müəyyən etmək olar. Onun narahat fikirləri də, divar rəsmlərində olduğu kimi, kiçik əsərlərində də təzahür edir.

Sikeyrosun yaradıcılığı bütün dünyada məşhurdur. Bunun sirri aydındır. Bunu rəssamın öz sözləri ilə ifadə etmək olar:

“Mən ömrüm boyu sosial incəsəntə uğrunda mübarizə aparıram. Həbsxanalarda, sürgündə, mühacirətdə. Mən faşizmin bütün şəkil və növlərinə qarşı mübarizə aparıram. Mən ana və övlad uğrunda mübarizə aparıram! İnsan uğrunda! Onun azadlıq, xobşəxtlik sevgi hüququ uğrunda…”

Mexikoda universitet şəhərciyində rektorluğun binasında freska, 1952-1956-cı illər.

Proletar ana, 1929-cu il.

Yeni demokratiya, 1934-cü il.

(c0gfgfhghffhf

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:18852