abunə ol: Yazılar | Şərhlər | Еmail

Avropa qitəsinin ilk kompyuteri 60 il əvvəl SSRİ-də istifadə olunmağa başladı

Şərh

S.Lebedevin heyətindəki 20 nəfərdən 5-i qadın idi. MESM nəzarət masası arxasında: Lev Daşevski, Zoya Zorina-Rapota, Lidiya Abalişnikova, Petsux, Yevgeni Dedeşko (soldan sağa)

S.Lebedevin heyətindəki 20 nəfərdən 5-i qadın idi. MESM nəzarət masası arxasında: Lev Daşevski, Zoya Zorina-Rapota, Lidiya Abalişnikova, Petsux, Yevgeni Dedeşko (soldan sağa)

Sosializm həm də tədqiqatlar və kəşflər sistemidir. 1917–ci il Oktyabr inqilabından 1950–ci illərin sonuna qədər olan dövrün nəticəsi olan Sovet İttifaqı bəşər tarixinin ən əhəmiyyətli ictimai təcrübəsinə sahibdir. Bu dövr həm də sosializmi yıxmaq istəyənlərlə mübarizə içində sosializmi yaşatmaq üçün edilən işlərin tarixidir. 1950–ci illərin sonuna qədər Sovet İttifaqında atılan addımlar və istehsal edilənlər, sonrakı 30 illik əksinqilabi iqtidarın demək olar ki, heç nə etmədən saxta sosializmi idarə etməsini təmin edəcək qədər vacib olan insani, elmi, iqtisadi sərvətlər yaratmışdır.

Sosializm yaratma dövrüdür və bu dövrün məhsulları bəşəriyyətin həm də köləyə çevrilmə zəncirlərindən qurtulma macərasıdır. 1960–cı illərdən başlayaraq, Sovet İttifaqı əksinqilabi, anti-sosialist xarakteri ilə mövcud olmuşdur və bu dövrdə edilənlər çox zaman kapitalizmin tətbiqləri olduğu halda sosializmə uyğunlaşdırılmağa səy göstərilmişdir. Sosializmin uğurlarına ən gözə nümunələrdən biri Lebedev və onun heyətinin kompyuter ixtiralarıdır.

 60 il əvvəl 26 dekabrda Sovet ittifaqında hazırlanmış, Avropanın ilk kompyuteri MESM  elmi məsələləri həll etmək üçün fəaliyyətə başlamışdır. 6 noyabr 1950-ci ildə kiçik məsələləri həlli ilə məşğul olan bu kompyuter 1951-ci ilin sonunda 25 dekabrda Sovet Elmlər Akademiyasından müntəzəm olaraq fəaliyyətdə olmaq üçün təsdiq alır.

MESM (Малая электронная счетная машина – Kiçik elektron hesablama maşını) adı verilən bu kompyuter Sergey Lebedev adlı akademikin rəhbərliyi altındakı heyət tərəfindən Kiyevdəki Elektrik Mühəndisliyi İnstitutunda, o dövrdə ölkənin ehtiyac duyduğu hesablamaları edə bilmək üçün işlənib-hazırlanmışdı. MESM saniyədə 50 əməliyyat yerinə yetirə bilirdi və 1956-cı ilə qədər müntəzəm şəkildə istifadə edilirdi. MESM yalnız institut daxilindəki elm adamları tərəfindən deyil, həm də ittifaq səviyyəsində olan məsələlər üzərində çalışan və hesablama gücünə ehtiyacı olan elm adamları tərəfindən istifadə edilirdi. MESM termonüvə prosesləri, kosmos uçuşları və raket texnologiyaları, uzaq məsafəli rabitə xətləri, mexanika, statistik keyfiyyət nəzarəti və digər sahələrdəki hesablamalar üçün istifadə edilmişdir. 1956-cı ildə MESM Kiyev Politexnik İnstitutuna köçürülmüş və üç il ərzində gənc proqramistlərin təlimi üçün istifadə edilmişdir.

Lebedev MESM–dən sonra 14 fərqli kompyuter daha işləyib-hazlamışdır. Elmdəki uğurlarının ittifaqa verdiyi töhfələrinə görə, Lenin, Oktyabr inqilabı və Qızıl Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir.

Lebedev və heyətinin hazırladığı kompyuter inşası texnikaları bu gün ciddi dəyişikliklər edilmədən müasir kompyuter texnikaları olaraq istifadə edilir. Lebedev “von Neumann” prinsipləri olaraq tanınan və Con Fon Neymana məxsus olduğu deyilən kompyuter memarlığı prinsiplərini müstəqil olaraq inkişaf etdirmişdir.

 Bu yaxınlarda Google şirkətinin rəsmi bloqu Avropa qitəsindəki bu ilk komputer – MESM 60 illiyini qeyd etmişdir. Bununla bağlı olaraq bloqa yerləşdirdiyi, Sergey Lebedevin həmkarlarından biri Boris Malinovski ilə müsahibənin videosunu izləyə bilərsiniz:

 (c) SOLFRONT.org

Mənbə: sol.org.tr


Oxşar yazılar:

Baxış sayı:10556