abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Fevrala doğru

Şərh

Qlobal İnqilab gözlənilmədən gəldi. Yuxarılar dəli olub, aşağılar qızdırır.

Belarus TV-si Moskvadakı 102 minlik mitinqə cəmisi 100 nəfərin gəldiyini göstərir, Kosovonun baş naziri xristianları Milad yox, Pasxa bayramı münasibətilə təbrik edir, Sumqayıtda “iş adamlarının israrlı xahişlərindən sonra” baş personaj 12 tonluq 50 metrlik tort bişirməyə razı düşür, Əfqanıstanda kamikadze dəfn mərasimini, Nigeriyada müsəlmanlar kilsələri partladır… Hərə bir cür dəli olub, hərə qızdırmanı bir cür keçirir.

Yuxarılar dəlixanada xəstələrin hakimiyyətinin təhlükəli olduğunu səbəb-bəhanə gətirərək, sanitarların diktaturasının qalmasının zəruriliyini təbliğ edir. Kütlələr isə daha dəlixana assosiasiyasını qəbul etmir, xəstə və qul olmadıqlarının sübutuna çıxırlar.

Bunun sonu ya daha pis Bedlam, ya da Vayner qardaşlarının yazdıqları “Şəfqət erası”nın gəlişi olacaq. Və 95 il əvvəlki kimi yenə də dönüş nöqtəsinin Rusiya olacağı ehtimalı çoxdur.

İspaniyada mayda başlamış “M-15” antikapitalist hərəkatı da, Yunanıstandakı 3 illik Qiyam da, ABŞ və Qərbi Avropadakı 3 ay 10 gündür davam edən “İşğal et!” aksiyaları da Rusiyadakı son 2 mitinqin yanında sönük şou kimi görünür. Rusiyaya etirazlar qəfil, plansız gəldi – eynilə 1917-nin Fevralındakı kimi. Və yalnız Rusiyada hərəkat özünə ideologiya, liderlər, strukturlu təşkilat, avanqard, strategiya axtarışındadır. Bu barədə yaxın günlərdə “Azadlıq” radiosunun rus redaksiyasında da mükalimə getdi. Bir tərəfdə “Uoll-Striti işğal et!” aksiyasının rusdilli fəalı, digər tərəfdə isə “Rusiya qışı”nın iştirakçısı. Və ikinci birinciyə sübut etməyə çalışırdı ki, İnqilabın mütləq liderləri və dəqiq strategiyası olmalıdır.

“Uoll-Striti işğal et!” Bəs sonra? Özünü 99 faiz elan edənlər şüardan o yana getmirlər. Yunan Qiyamı? 3 ildir küçədə olan etirazçılar yerlə sürünən hakimiyyəti götürməyi ağıllarına da gətirmirlər. Əksinə, anarxistlərin parlamenti işğal etmək cəhdinin qarşısını kommunistlər alır – 2 Sol yumruqlaşmaya çıxır və digərlərini sevindirir.
Rusiyada isə tamamilə başqa vəziyyət formalaşıb. Moskva və Piteri çıxmaqla, Rusiyanın bütün digər şəhərlərində – istər Xabarovsk olsun, istər Novosibirsk, Tomsk – etirazları Sol qüvvələr təşkil edir, kütlə qırmızı və qara bayraqlarla küçələrə çıxır. Moskva və Piterdə isə sürüşkən tarazlıqdır. “Bolotnı” meydanında kütlənin qarşısına çıxanlar arasında son 20 ilin biabırçılıqlarının memarları da var – neoliberal islahatların aparıcıları Nemtsov, Kudrin, Kasyanov, milyardçı Proxorov, 1993-cü ilin oktyabrında xalqı tanklarla əzməyi Yeltsindən xahiş və tələb edən Yavlinski… Hətta əcinnə Qorbi tribunaya can atır. Siyasətə qurşaqdan aşağı orqanları ilə daxil olmağa çalışan Bojena Rınska isə əsl karikaturadır. Və onların heç biri Putin üçün təhlükə deyil – Korjavin sayağı: “Cəlladlar cəlladları qonaq dəvət edir”. Dil tapacaqlar.
Nemtsov tribunadan deyir: “Yeni ili Putinsiz il edək”. Sonra da əlavə edir: “İki aydan sonra yenə meydana çıxaq”. Nədir, onun təqvimində yeni il 2 aydan sonramı başlayır? Bu, mitinqdən vur-tut 2-3 gün əvvəl öz müxalifətçi həmkarlarını telefon danışığında ən aşağı sözlərlə təhqir edən (məsələn, Rınska baradə deyir: “Bojena ilə yatanlar hərəkatı yaradaq”) Nemtsovun Putinlə dialoq təklifi deyilmi? 2 ay! Budurmu inqilab?

Və bunlara rəğmən mitinqdə Sol natiqlərin tribunaya qalxması (onları həm Putin vurur, həm Rusiyanı söküb-satmaqda əvəzsiz rol oynamış liberallar), Sol şüarlar, qırmızı bayraqlar tezliklə qüvvələr nisbətinin 2 paytaxtda da dəyişəcəyini göstərir. Haradandır bu ümid? Bu, ümid yox, inamdır Və o, Putinlə liberal müxalifətin eyni medalın 2 üzü olduğunu hələ unutmağa vaxt tapmamış insanlardan qaynaqlanır. Yaxud, İsrail Sol publisisti İshak Şamirin “Tarixin qisası” məqaləsində yazdığı kimi: Hara yozsan da, seçkilər göstərdi ki, Rusiya kommunistlərə səs veriblər. “Yabloko”nun səslərini saxtalaşdırdıqları kimi, kommunistlərin də səslərini oğurlayıblar. Və bütün hesablamalar düz aparılarsa, birinci (ya kiçicik geri qalma ilə ikinci) yerə hər halda “almalar”, yaxud “Jirik”in klounları yox, yenə də məhz kommunistlər çıxacaq.

Yaxud, hamının iştirakına imkan yaradılan mitinqlərdə Kreml bütün repressiv aparatını kimin iştirakının qarşısını almağa yönəldib? Nemtsovun? Yoxsa B.Akuninin? Yox – Udaltsovun. AKM-in rəhbərinin, Sol Cəbhənin simasının…

***
Rusiya etirazları bir art-layihə, incəsənət nümunəsi kimi də maraqlıdır. Etirazçıların ağ lentlərini prezervativə bənzədən Putinə cavab kimi 24 dekabr aksiyasında iştirakçılar əllərində “1 nömrəli məmulat” tutub “Bizə bir dəfəlik prezident lazımdır” deyirdilər.
Yaxud, klassika: “Tsoy – jiv, Putin – JiV” (“Julik i Vor”). Etirazçıların Qərbdən maliyyələşdirilməsinə edilən eyhama isə bir qız öz plakatı ilə cavab verir: “Mən sizi pulsuz sevmirəm”.
Bu etiraz incəsənətinin böyük emosional yükü var – şübhəsiz. Ancaq sonunda Sistem gözəl ibarələrlə yıxılmır. Bu cəhətdən diqqətəlayiq sual “Ümumiyyətlə, aksiyaçılar Sistemin dağılmasını istəyirmi?” kimi səslənir. Elə çıxır ki, mitinqlərdə başa keçən neoliberalların qətiyyən bu cür istəyi yoxdur. Bu, o haldır ki, aşağıda duranlar yuxarıda nitq söyləyənlərdən daha radikaldır. Yəni, məsələnin kökünü daha aydın görür.
Söhbət Kurginyanın, yaxud Limonovun ayrılıqda keçirdikləri aksiyalardan getmir. Həmin azsaylı aksiyalarda məhz İnqilab şüarları, Sistemin dəyişdirilməsi, sosial dövlət və antikapitalizm çağırışları səsləndirilirdi. Sol spektri təmsil edən həmin mitinqçilər bilirlər: “Narıncı inqilab” qətiyyən inqilab deyil, əks-inqilabdır, fiqur dəyişməklə Sistemi saxlamaqdır. Və rus xalqı üçün Putinlə Nemtsovun hakimiyyətlərinin fərqi yalnız ondadır ki, ikincisi ölkəni daha tez dağıdacaq və transmilli korporasiyaların təpiyi altına salacaq. Alçalmış ölkəni daha da və birdəfəlik alçaldacaq. Əvvəl-axır, indiki “inqilabçılar” Nemtsov, “cənab 2 faiz” Kasyanov, Kudrin, Yavlinskinin hakimiyyətdə olduğu illəri və etdikləri əməlləri hələ heç kim unutmayıb.
Bundan əlavə, yeni seçki tələb edən bu şəxslər özləri hər tində “Namizədlər – üzdəniraqlardır” qışqırmırdımı? Bir heyvərənin digəri ilə əvəzlənməyindən keyfiyyət dəyişmir. Yaxud, 1996-cı ildə reytinqi 1 faizlə ölçülən Yeltsini ağlasığmaz saxtakarlıqlarla prezident edənlərin bu gün şəffaf seçki tələbi ilə yaxalarını yırtmağı hansı əxlaq normasına sığır? Sığmır.
Nümayəndəli demokratiya mifini ardıcıl olaraq ifşa edən rus marksist ideoloqlar isə tamamilə fərqli və yeganə düzgün yolu təklif edirlər. Aleksandr Tarasov, Boris Kaqarlitski baş verənləri “kastratların qiyamı”, “lemminqlərin inqilabı” adlandıranda hər yandan tənqid və baykota məruz qalırlar, blankizmdə, sektantlıqda qınanırlar. Halbuki onlar 1917-ci ili təklif edirlər – ancaq müəyyən korrektələrlə. Məsələn, Tarasov haqlı olaraq yazır:
“Qarət olunmuş, taleyin ixtiyarına buraxılmış, bu günkü fəlakətlərinə sabah Rusiyanın Dünya Əmək Təşkilatına qoşulmasından, Hərbi Sənaye Kompleksinin və monoşəhərlərin ləğvindən yaranan yeni məhrumiyyətlər də qoşulacaq ac əyalət – budur hakimiyyətin növbəti rəqibi. Təkcə hakimiyyətin yox, həm də ayfon-oğlanların rəqibi…”
Elə ona görə də Moskva və Piterdəki hipsterlərdən fərqli olaraq, Rusiya əyalətləri sırf sosial, Sol şüarlarla küçələrə çıxıblar. “Düzdür, bu, hələ Janaozen deyil. Ancaq Bolotnı meydanı da deyil”.
Və Tarasovun diaqnozu: “Madam ki, Rusiya “üçüncü dünya ölkəsinə çevrilib, İnqilab da “üçüncü dünya”dakı kimi inkişaf etməlidir: Paytaxt sonda çökəcək. Havana kimi. Manaqua kimi”.
Yəni, Fidel və sandinistlər. Əks halda yalnız əks-inqilabdan danışmaq olar. Ya da Putinin təntənəsindən…

Məmməd Süleymanov                                              (c)  SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:10984