abunə ol: Yazılar | Şərhlər | Еmail

Metroda 1 sərnişinə düşən xərclərlə bağlı hesablamalar doğru deyil

Şərh

Vüqar Bayramov: “Azərbaycanda metroda 1 nəfərə düşən xərc Avropada 1 nəfərə düşən xərcdən 40 faiz çoxdur”.

Metroda gediş haqqının bahalaşdırılması müzakirə mövzusu olaraq qalır. Xüsusilə, metropoliten rəhbərliyinin bir sərnişinin daşınmasının 72 qəpiyə başa gəlməsi barədə açıqlamaları  bu yöndə artımların davam edəcəyini istisna etmir. Onu da bildirək ki, Bakı metrosundan gündə 650 min sərnişin istifadə edir. 2009-cu ildə metroda qiymətlərin 3 dəfə bahalaşdırılmasından sonra bu rəqəmdə azalma baş vermişdi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov FaktXeber.com-a bildirib ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda metronun qiymətinin heç də aşağı deyil. Azərbaycanda metroda gediş haqqı Minsklə müqayisədə 70 faiz bahadır. Baxmayaraq ki, Belarusiyada orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə 65 faiz çoxdur.

İqtisadçı bildirir ki, Minskdə metro 15 sent, Kiyevdə 24, Ermənistanda 25, Gürcüstanda 30 sentə yaxındır. Azərbaycanda isə metronun qiyməti 26 sent təşkil edir: “Metrodakı gediş haqqı ilə bağlı Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək nə iqtisadi, nə də hüquqi baxımdan doğru deyil. Çünki Avropa ölkələrində  metrodan istifadə haqqı yüksək olmaqla bərabər, orta aylıq əmək haqqı da yüksəkdir. Azərbaycanla müqayisədə bu rəqəm 8 dəfə çoxdur”.

V.Bayramov hesab edir ki, nəqliyyatda qiymətlər müəyyənləşdirilən zaman bu  xərclərin adi vətəndaşın gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etməməsi nəzərə alınmalıdır: “Avropada, eləcə də ABŞ-da nəqliyyat xərclərinin orta aylıq əmək haqqında payı iki rəqəmli təşkil etmir. Azərbaycan vətəndaşı  gün ərzində metrodan  minimum 2, orta hesabla 3 dəfə istifadə edir. Deməli, vətəndaş  gün ərzində metroya minimum  40, orta hesabla isə 60 qəpik xərcləməli olur. Bu, müvafiq olaraq aya 12-18 manat xərc deməkdir. Hansı ki, bu da minimum pensiyanın müvafiq olaraq 14,1- 21,1, minimum əmək haqqının isə 12,8 və 19,2 faizini təşkil edir. Vətəndaşın digər nəqliyyat vasitələrindən də istifadə etdiyini  nəzərə alsaq, vətəndaşlar ictimai nəqliyyata gündəlik orta hesabla 1 manat  xərcləyirlər. Bu da kifayət qədər böyük rəqəmdir”.

İqtisadçının fikrincə, metropolitendə  1 sərnişinə düşən gediş haqqının  hesablanması meyarları da kifayət qədər ziddiyyətlidir: “Belə ki, ötən il metropoliten rəhbərliyi 1 sərnişinə düşən gediş haqqının 60, ondan əvvəllki il isə 48-50 qəpik olduğunu deyirdi. Metropoliten rəhbərliyi adambaşına düşən gediş haqqını hesablayarkən sadə metodologiyadan istifadə edir. Hər ay üçün 1 qəpik əlavə edir. Məsələn, ötən il metropoliten rəhbərliyi adambaşına düşən gediş haqqının 60 qəpik olduğunu bildirirdisə, bu il 72 qəpik olduğunu söyləyir. Metroda gediş xərcinin 72 qəpik təşkil etməsi mümkün deyil. Bu 1 dollara yaxın vəsait deməkdir.  Avropa ölkələri ilə müqayisə aparsaq və orada metroda gediş xərcinin 60 sentə yaxın olduğunu, metro işçilərinin orta aylıq əmək haqlarının Azərbaycanla müqayisədə 8 dəfə çox olduğunu, o cümlədən elektrik enerjisi tariflərinin yüksək olduğunu nəzərə alsaq, görərik ki, Azərbaycanda metroda 1 nəfərə düşən xərc Avropada 1 nəfərə düşən xərcdən 40 faiz çoxdur”.

V.Bayramov deyir ki, Moskva metropolitenində  1 sərnişinin  gediş xərci 45 sent təşkil edir: “Metropoliten rəhbərliyinin 1 sərnişinə düşən xərclə bağlı hesablamaları iqtisadi baxımdan təsqinin tapa bilməz. Maraqlıdır ki, metropoliten rəhbərliyi metroda gediş haqqının hesablanması zamanı strukturu elan etmir. Belə aydın olur ki, bir neçə ildən sonra metroda 1 sərnişinin daşınma xərci Bakı şəhərində taksidən istifadə xərcindən yüksək olacaq. Metrodan istifadə xərcinin daha doğru hesablanması üçün bu sahədə müstəqil hesablamaların aparılmasına ehtiyac var. Digər tərəfdən, metroda gediş haqlarına sosial baxımdan yanaşmaq lazımdır. Bu proses aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir”.

Leyla Tağızadə

Mənbə: cesd.az

Oxşar yazılar:

Baxış sayı:12610