abunə ol: Yazılar | Şərhlər | Еmail

“Heç kim təkbaşına azad olmur”

Şərh

 “Biz – inqilabçı nəslinin nümayəndələriyik. Biz istəyirik ki, bizim musiqimiz həyat dolu olsun, özündə müxtəlif stilləri birləşdirsin – və bu zaman, biz öz musiqimizi qəzəb və mövcud quruluşun tənqidi ilə dolduraraq, onun mədəni-tarixi ənənələrini qorumağa çalışırıq”

 “Bandista” qrupunun kürd paytaxt Amedə – Diyarbakırda Mesopotamiya sosial forumundakı konserti bizə əyani şəkildə Birinci və Üçüncü dünya ölkələrinin etiraz mədəniyyəti arasındakı fərqi nümayiş etdirdi. Özünəməxsus, müstəsna zəngin mədəni ənənəyə malik kürd sol aktivistlər – heç bir nümayiş və ya aksiya burada partizan mübarizəsi haqqındakı rəngarəng mahnılar olmadan keçirilmir – türk musiqiçilərə diqqətlə qulaq asırdılar, amma əvvəlcə, bundan əvvəl yerli musiqiçiləri, ənənəvi “partizan” kostyumlarında olan qırx yaşlı kişiləri qəbul etdikləri kimi coşğunluqla qəbul etmədilər. Görünürdü ki, bu musiqi Kürdistan üçün qeyri-adidir. Berlində, Kiyevdə, Moskvada və İstanbulda dinlənilən dəbdə olan ska, gəncliyin musiqi zövqünün çox hallarda valideynlərin musiqi zövqü ilə üst-üstə düşdüyü Anadolu dərinliklərinin sakinlərinin qəlblərini fəth etmədi. Konsertə qulaq asarkən, biz bunu Tatyana Zaytseva ilə müzakirə edirdik – və mən, Dmirtiy Kolesnikin, mənə amerikan maoist pank-qrupu haqqında danışdıqlarını xatırladım ki, nepallı partizanlar qarşısında çıxış edərkən, onlara əsl mədəni şok yaşatmışdılar.

Amma “Bandista” musiqiçiləri bu baryeri aşmağa müvəffəq oldular – həm də təkcə möhtəşəm keyfiyyətli çıxışları sayəsində yox. Konsertin sonunda onlar bir daha yerli musiqiçilərlə səhnəyə çıxaraq, birlikdə kürd partizan mahnısını və öz aranjmanlarında “Bella Ciao” ifa etdilər. Tamaşaçılar, Amedin yoxsul məhəllələrindən və kürd kəndlərindən olan yeniyetmələr onları gurultulu alqışlarla yola saldılar. “Bandista”, beynəlxalq sol səhnənin ən parlaq qruplarından biri, təcrübədə öz prinsiplərini təsdiqləyirlər – “Heç kim təkbaşına azad olmur”. Həm də, Kürdüstandakı kütləvi həbslər və gərginlik zamanında – konsertdən sonra yaxınlıqda iki türk polisin silahla vurulması gecəsi – bu konsertdə iştirak iştirakçılar üçün dövlət tərəfindən təqib təhlükəsi yaradırdı. “Bandista” – nın etiraz mətnlərinin sözləri, antikapitalist müqavimətin üzvləri olan qrup üzvlərinin əməlləri ilə ziddiyyət təşkil etmir. LIVA.com.ua saytına verdikləri müsahibədə onlar, “inqilabın ilhamlandırdığı” yaradıcılıqları haqqında danışırlar.

 Sentyabrda biz sizin Diyarbakırda, Mesopotamiya sosial forumundakı çıxışınızı dinləmişdik. Mənə elə gəldi ki, kütlə bu mahnıları, yerli kürd qruplarının çıxışlarını etdikləri kimi qəbul etmədilər. Avropa sol aktivistlərinin dinlədikləri musiqi onlar üçün alışılmış deyildi. Siz bu mədəni fərqi hiss etdinizmi?

– Bu konsertin əvvəlində də dediyimiz kimi, biz Kürdüstanda çıxış edirdik ki, kürd xalqının mübarizəsi ilə beynəlxalq həmrəyliyimizi ifadə edək. Biz eyni şəkildə işğal olunmuş Kiprdə, Yunanıstanda, Almaniyada, Hollandiyada, İspaniyada, Fransada, Avstriyada və sabiq Yuqoslaviyada da çıxış edirik. Bizim stilimiz – həm musiqidə, həm də bizim fəaliyyətimizdə – dəyişə bilər. Bizim gücümüz rəngarəngliyimizdədir, axı bizim şüarımız belə səslənir: “Kurtuluş yok tekbaşına, ya hep beraber, ya hiçbirimiz” – “Heç kim təkbaşına azad olmur. Ya hamı – ya da heç kim”.

– Sonda siz kürd musiqiçiləri ilə birlikdə iki partizan mahnısı oxudunuz – italyan və kürd  mahnıları – və bu, yəqin ki, konsertin ən gözəl anı idi. Siz müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin və müxtəlif dövrlərin inqilabi musiqisi ilə əlaqəni hiss etdinizmi?

– Artıq dediyimiz kimi, müqaviməti kollektiv olaraq göstərmək lazımdır. Yerli müqavimət təcrübəsi isə qlobal müqavimətin bir hissəsinə çevrilir. Kürd azadlıq hərəkatı “yaşılların” müqaviməti ilə birləşir, türk antikapitalistləri Almaniyanın antifaşist hərəkatı ilə birləşir, Varşava gettosu üsyan musiqisi ispan melodiyaları ilə oxunur – və birlikdə onlar müasir dövrün barrikadalarında səslənir.

Onlarla müxtəlif dil var – amma bizim tələblərimiz, qəzəbimiz, bizim sevincimiz və kədərimiz, bütün dünya inqilabçılarını birləşdirərək, vahid marş ritmi yaradır. Bu, elə bir marş ritmidir ki, burada, bizimlə olmasalar da, bir çox yoldaşlarımızın səsləri eşidilir.

– Sizin üçün Kürdüstanda çıxış etmək nə demək idi?

– Kürdüstanda nümayişlərdə iştirak edərkən biz, hər şeydən əvvəl, istismar olunanlarla həmrəyliyimizi ifadə etmiş oluruq. Kürdlərin azadlıqları uğrunda mübarizələri Türkiyədəki bütün sosial hərəkatların inkişafına təkan verir. Biz həm milli, həm də kürd işçilərinin ucuz əməyinin istismarına əsaslanan iqtisadi istismara qarşı mübarizə aparırıq.

– Lütfən layihənizin tarixi haqqında bizə məlumat verin. Əvvəlcə siz musiqiçi idiniz – yoxsa aktivist?

– Biz aktivist və musiqiçilərik. Bizim qışqırdığımız hər bir şüar; ifa etdiyimiz hər bir marş; iştirak etdiyimiz hər bir nümayiş – artıq bizim musiqimiz idi.

Bir dəfə biz başa düşdük ki, artıq marşlarla kifayətlənmək zamanı deyil. Amma marş – tarixi irslə əlaqə və yaşadığımız dəhşətin kollektiv ifadəsi üçün ən yaxşı üsuludur. Biz marşlar albomu yazdıq və onu pulsuz öz yoldaşlarımız arasında payladıq. Axı biz “kopileft” prinsipinin tərəfdarlarıyıq. Bundan sonra biz öz mahnılarımızı yazmağa başladıq. Onlarda biz sadəcə olaraq həyatdan götürdüyümüz hekayələri danışmağa başladıq – axı bizim dinləyicilərimiz daha çox bizim nəslimizə, həmçinin bizim sinfimizə mənsubdurlar və bizim mübarizəmiz həm də onların mübarizəsidir.

– Rusiyada və Ukraynada sollar sizin mahnılarınızı dinləyirlər, amma türk dilində olan mətnlər, bir qayda olaraq, onlar üçün anlaşılan deyil. Siz əsas mənanı onlara qısaca necə çatdırardınız?

– Biz digər dillərə tərcümə ilə məşğul olmuruq – amma bizim bəzi dostlarımız bəzən şəbəkələrdə bizim mətnlərimizin tərcüməsini yerləşdirirlər. Və biz başa düşürük ki, bu, bizim çatışmazlığımızdır. Ümumilikdə desək, biz bərabərlik, azadlıq mübarizəsi üçün, sərhədsiz və millətlərin olmadığı dünya üçün istismarın olmadığı dünya üçün oxuyuruq. Bizim mətnlərimiz – müəyyən şüarların, həyatdan hekayələrin, digər mətnlərdən sitatların kollajıdır. Bütün bunlar, bizim mətnlərimiz, albomlarımız və ayrı-ayrı mahnılarımızın olduğu saytımızda var.

–  İndi Türkiyədə sol gənclik necə inkişaf edir?

–  1980-ci il hərbi çevriliş dövründən sonra türk sol ənənəsində eyni zamanda müxtəlif tendensiyalar inkişaf edirdi. Bu dövr çox əzab gətirdi – hərbi çevrilişi dağıdıcı terror, aktivistlərin təqibləri və həbsləri izlədi. Bu əzab və əziyyətləri ifadə etmək, bu barədə danışmaq çətin idi. Amma yenə də, zamanla mübarizə davam edirdi – və müqavimətlə yeni musiqi yarandı.

Biz –inqilabçılar nəslinin nümayəndələriyik. Biz istəyirik ki, bizim musiqimiz həyat dolu olsun, özündə müxtəlif stilləri birləşdirsin – və bu zaman, biz öz musiqimizi qəzəb və mövcud quruluşun tənqidi ilə dolduraraq, onun mədəni-tarixi ənənələrini qorumağa çalışırıq. Biz Türkiyədə yeganə deyilik. Bir vaxt xalqın qəzəbi küçələrə axacaq – dünyanı böyük sarsıntılar gözləyir.

– Siz musiqinizə, mitinqlərdə və nümayişlərdə çıxışlarınıza görə təqiblərə məruz qalmısınızmı?

– Məhz bizi izləməyin heç bir mənası yoxdur. Biz hamımız bir vahid, böyük “Biz”ik. Biz – ittihamları təqdim edilmədən türk həbsxanalarındakı beş yüzdən çox tələbə aktivistlərik. Biz – Kürd İcmaları İttifaqı üzvlərinin həbsi ilə siyasətdən uzaqlaşdırılmağa çalışanlarıq (Kürdüstan İşçi partiyasının leqal “şəhər” qanadı. Onun onlarla üzvü 2011-ci ildə türk xüsusi xidmət orqanları tərəfindən həbs edilib – red.qeydi). Biz patriarxal cəmiyyətik. Biz – zorlananlar, istismar olunanlar və öldürülənlərik.

– Mahnılarınızda siz  köhnə inqilabi – rus, italyan, ispan mahnılarının motivlərindən istifadə edirsiniz. Klassik inqilabi mahnılar sizin yaradıcılığınıza təsir edib?

İnqilab ilhamlandırır. O heç vaxt bitmir. Biz – canlı Paris Kommunasıyıq. Amma inqilab həmişə əksinqilabla çiyin-çiyinədir. İnqilabi işə sadiq olmaq olar – ona xəyanət etmək olar. İnqilab – axın, hərəkatdır. Onun haqqında danışmaq lazımdır, onun tarixini xatırlamaq və alovlandırmaq lazımdır.

– Siz deyirdiniz ki, sizin musiqinizə xalq ənənəsi təsir göstərir?

– Əlbəttə. Artıq dediyimiz kimi, BİZİM musiqimiz – kollajdır. Biz istənilən melodiyadan, istənilən janrdan və bizə məlum olan xalq musiqisi növlərindən istifadə etməyə çalışırıq. Bizim hekayələrimizi uğurlu şəkildə digər xalqların musiqisinin köməyi ilə çatdırmaq olar. Başqa sözlə – hər şey hər kəsə məxsusdur.

– Siz Kiyevdə və sabiq SSRİ-nin digər şəhərlərində çıxış etmək istərdinizmi?

– Bəli, biz bunu etməyə çox xoşbəxt olardıq. Biz sizin ölkənizi yalnız kitablardan tanıyırıq və antikapitalist, antimilitarist və antifaşist mübarizə yoldaşlarımızla görüşmək istərdik.  Biz sizinlə musiqimizlə bölüşəcəyik – sizinlə görüş isə bizi nəyəsə ruhlandıracaq.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]



Oxşar yazılar:

Baxış sayı:10562