abunə ol: Yazılar | Şərhlər | Еmail

Anton Sxiviya: Rus cihadı, anlamsız və amansız

Şərh

Rus cihadı, anlamsız və amansız

Avropa cavanlığını xatırladığı zamanda və Fransada təqaüd reformlarına, Britaniyada – artan təhsil haqqına, Yunanıstanda – kapitalizmin borc köləliyinə və s. qarşı kütləvi çıxışlarla qaynadığı zaman, Rusiya üsyanı dünyanın cihad xəritəsində qeyd etdi.  Anlamsız və amansız üsyan, nə vaxt ki, rus millətçilərinin şovinizminə yoluxmuş xoloplar və sağ futbol xuliqanları simasında digərlərini – məğrur qafqazlıları və Orta Asiyadan gəlmiş aciz əmək miqrantlarını döyürlər.

Avropada olduğu kimi, bizim qarşı çıxmalı olduğumuz çox şey var. Büdcə sferasının reformuna qarşı və ya məsələn, “putin qartalı” və xoloplara 60 saatlıq iş həftəsinin tətbiq edilməsini təklif etmiş Proxorovun “zavod, qəzet, paroxod sahibi” ideyasına qarşı… Nəhayət, federal məmurların təqaüd yaşının artırılması təklifinə qarşı.  Buna görə Fransada xalq kütlələri Beşinci respublikanın bütün rəhbərlərini  ayağa qaldırıblar və Sarkozini tarixin qalamasına atacaqları ilə hədələyirlər… Ən pis halda isə xalq federal mərkəzə həddən artıq gəlir nəticəsində karbohidrogen vurulması ilə şişməyə imkan verən və regionların böyük hissəsini parisli kloşarlar üçün munisipalitetlərlə əlbir saxlayan  rus hökumətinin ədalətsiz büdcə siyasətinə qarşı “fe” deyə bilər. Amma bu, rusiyalıları az maraqlandırır, belə ki, hər bir populyar olmayan qərar üçün “Vahid Rusiya” partiyasının görkəmli üzvləri və Birinci kanal xəbərləri var ki, onlar vətəndaşları uğurla virtual yalanlar və “qara – ağdır və ya əksinə” üçün təkzibedilməz sübutlarla təmin edirlər.

Əgər partiya və hökumət sosial və büdcə sferasında bizdə hər şeyin yaxşı olduğunu iddia edirsə, amma yaşayış o qədər də yaxşı deyilsə, bu zaman dövrəyə rus bəlalarının əsas səbəbkarı – “axışıb gələnlər” girir.  6 dekabrdan sonra da belə baş verdi, bu zaman “Spartak” fanatlarının qafqazlılarla davasında Kabardin – Balkariyadan olan Aslan Çerkesovun əli ilə azarkeş Yeqor Sviridov öldürüldü: keçən şənbə Moskva ultrasağların “özgələrə” qarşı etdikləri iğtişaşlar və çapqınlar üçün meydan oldu.

Sviridovun qətli epizodunda qafqazlılar və fanatlar arasındakı münaqişənin əsl  səbəbi aydın deyil. 6 dekabra keçən gecə Kronştadt bulvarı sakinləri polisə müraciət etmiş və bir neçə nəfərin iştirak etdiyi atışmalı dava haqqında xəbər vermişlər. hadisə yerinə gələn polislər ölmüş kişi cəsədi, həmçinin daha bir yaralı tapıblar. 10 dəqiqədən sonra avtobus dayanacağında, hadisə yerinin yaxınlığında 26 yaşı qan izləri olan cırıq paltarda Aslan Çerkesov saxlanmışdır. Polislər onun üzərində Streamer travmatik pistoleti aşkar etmişlər.

Daha sonra aydın oldu ki, dörd nəfər qafqazlı iki moskvalı ilə söyüşüblər. Söyüşmə  davaya çevrilib ki, bu da atışma ilə  nəticələnib. Nəticədə Moskvanın Zelenoqrad inzibati dairəsinin 28 yaşlı sakini qarnına açılan odlu atəşdən vəfat edib, onun analoji yara alan yaşıdı xəstəxanaya aparılıb. Baş verənlərin səbəbi aydın olmasa da, “mövzudan xəbəri olan” hamıya aydındır ki, futbol xuliqanlarının bir hissəsi “cənubdan olan qonaqlar”ı görəndə necə davranırlar.  Yumşaq desək, tam adekvat yox. Bu barədə “Fratria” azarkeş saytında deyilir: “Onlar Kronştadt bulvarında taksi gözləyirdilər, evə getməyə hazırlaşırdılar. Yaxınlıqdan 8 qafqazlıdan ibarət qrup keçirdi – “söz sözü çəkdi”, qovğa başladı, dağlılar tərəfindən o saat silahlar göründü, nəticə – bizdən biri 4 güllə aldı, sağ qaldı. Yeqor öldürülüb.  Onu beynini travmatla asfalta dağıdıblar”.

Çerkesov özü əməliyyatçılara açıqladı ki, atəşlər özünü müdafiə məqsədilə edilmişdir.  “O, öz günahını inkar etmir, hər şeyi tam etiraf edib, amma hələ bunun doğrudan özünü müdafiə olub – olmamasını aydınlaşdırmaq lazımdır” – Life News – un hüquq – mühafizə orqanlarındakı mənbəyi xəbər verir.

Belə ki, kimin birinci başladığı vacib deyil.  Bu münaqişə ətrafındakı vəziyyət əyani şəkildə ictimai əhval – ruhiyyənin kartlarını açdı – bu gün, təəssüf ki, hökumətin heç bir antisosial siyasəti rus əhalini, “gəlmələrə” qarşı düşmənçilik hissinin birləşdirdiyi kimi birləşdirə bilməz.

Əgər fanat şirkətinin nümayəndəsini rus öldürsəydi, ultrasağlar çətin ki, səs – küy qaldırar, küçələrə çıxar və deyərdilər: “baxın, vətəndaşlar”.  Məsələn, qafqazlılar deyil, məhz hakimiyyət və onun partiyası ilə affilirovanniye rus banditləri Kuşyovskaya və Qus Xrustalnı şəhərlərində terror törədəndə, sakinləri öldürəndə fanatlar və millətçilər dəstəsi harada idi? Burada isə “etnik cinayətkarlıq” mövzusunu işə salmaq və “qeyri – slavyan görunüşlü şəxslərə” qarşı rasist terrorunu törətmək üçün unikal imkan yarandı.

Moskvalı yoldaşın, Kremlin pəncərələri altında 6 min insanın “entik cionayətkarlığa” qarşı etiraz etdikləri milli yürüşün şahidi olan Qrani – TV internet – televiziyasının operatorunun yazdığına görə, “faşistlər yeddi qafqazlıya hücum etdilər və onları döyməyə başladılar. Polis döyülənləri “təcili”yə apardı, “rusların” dəstəsi onların işini bitirmək üçün verməyi tələb edirdi.  Polislər razılıq vermədilər.  OMON – la dava bundan başladı.  Bu siyasi aksiya deyil, sadə çapqın idi.  Manejkada toplanmış faşistlərin polislərdən yeganə iddiası o idi ki, polis rus olmayanları döyməyə maneçilik törədirdi”.

Zəncir reaksiyası ləngimədən baş verdi.  Kreml yaxınlığında “özgələrə” qarşı “Buna görə sizin övladlarınız cavab verəcək!” təhdidlərinin səsləndiyi törədilmiş dağıntılardan sonra sağ futbol fanatları və nasist cəmiyyətlərinin nümayəndələri hücumlara davam etdilər.

Bazar günü axşam 15 nəfərdən çox gəncin olduğu qrup Moskvanın Cənub inzibati dairəsində Oş şəhərindən gəlmiş qırğızlı Alişer Şamşiyevi qətlə yetirdilər.  Moskvanın şərqində travmatik silahla 24 saatlıq mağazada işləyən azərbaycanlı satıcını güllələdilər.  Şəxs döş qəfəsi və çiynində çoxsaylı odlu silah atəşləri ilə xəstəxanaya aparıldı. Təxminən səhər 5:30 – da bazar günü “Aviamotornaya” metro stansiyasının vestibülündə qəddarcasına döyülmüş, qafqazlı olduğu fərz edilən Saratov sakini tapıldı. Zərər çəkmiş metro açılana qədər, bütün gecə kömək gözləməli olmuşdu.

Həmin axşam “Kitay – qorod” stansiyasında naməlum şəxs 22 yaşlı xariciyə yaxınlaşıb və bıçaqla onun qarnına zərbə endirib. Polisdə xəbər verdiklərinə əsasən, yaralı “Kuzminki” stansiyasına qədər, oradan tanışının mənzilinə gedə bilmiş, oradan isə qarın boşluğunun ağır bıçaq yarası ilə xəstəxanaya aparılıb. Bu gün aydın oldu  ki, 11 dekabrda 27 yaşlı özbəyin döyülməsində şübhəli bilinən altı moskvalı saxlanmışdır. Xarici kəllə – beyin travması və burun  sınığı ilə xəstəxanaya aparılmışdır.  Şahidlərin sözlərinə görə, hücum edənlər bu zaman millətçi şüarlar qışqırırdılar.

Qafqaz xalqları nümayəndələri, öz növbəsində, mümkün dağıntılardan özlərini qorumaq qərarına gəldilər.  Belə ki, bloqosferada “özünü qafqazlı, ciqit, abrek, dağlı və ya bizim böyük xalqlarımıza hər hansı müsbət münasibəti olan” hər kəsə müraciət olan “ВКонтакте” səhifəsinin kopyaları yayıldı.

Müraciətin müəllifi deyir ki, “çürüntü şəhəri Moskvada” o, Aslan Çerkesov kimi hərəkət edərdi: “Bəs çaqqallar arxadan hücum edəndə, sənin isə özünümüdafiə üçün pistoletin olanda necə davranmalısan – əlbəttə, sən öz şərəfini və ləyaqətini, həyatını və sağlamlığını müdafiə edəcəksən.  Sənə sərxoş, donmuş, fanat, donuzyeyən sifətlər hücum edəndə – onlardan müdafiə olunmaqdan başqa çarə qalmır.  Amma təsadüf nəticəsində özünü müdafiə rusun ölümünə gətirib çıxartdı”.

Müraciət xəbər verir ki, fanatlar və millətçilər öz yoldaşlarının qətlinə görə qisas alacaqlar və həmçinin qafqazlıları da birləşməyə çağırır: “Mən bizim Çeçenistan, İnquşetiya, Dağıstan, Kabardin – Balkariyanın, Qaraçevo – Çerkesiyanın, Osetiya, Gürcüstan, Azərbaycan və Ermənistan qardaş xalqlarımızı şərəf və ləyaqətlə urusların bu aksiyalarına ulu babalarımızın məğrurluğu ilə qarşı durmağa səsləyirəm. İMKAN OLDUĞU QƏDƏR silahlanmağa səsləyirəm… və ruhdan düşməyərək, heç nədən qorxmayaraq və və evdə oturmayaraq”.

“Həmçinin bizim xalqların qızlarına müraciət edirəm – bizim əziz gözəllərimiz, 10.12.2010 və 30.12.2010 müddətində xüsusilə Moskva küçələrinə çıxmamağınızı xahiş edirəm, düşünürəm səbəbini anlamaq çətin deyil.  Bu münasibətlə XX tarixində 18:00 – da yığışmağı təklif edirəm.  Növbəti hərəkətlər haqqında yerindəcə qərar verərik. Çaqqal qorxaqlığı ilə evdə oturan və uruslar qarşısında öz çaqqal quyruğunu büküb qorxanlar bizlərdən deyillər.  Görəsən, bizim xalqların Rusiya qarşısında alçalması davam edəcək?  Biz burada yaşayırıq, işləyirik, təkcə öz aramızda deyil, həm də ətrafdakı slavyanlarla da ünsiyyətdə oluruq. Bəs biz nə qədər bütün ölümcül günahlarda təqsir obyekti olmalıyıq?  Bizim xalqlararası müharibələrə baxmayaraq birləşməli və müqavimət göstərməliyik” – müraciətdə deyilir, hansı ki, guya müxtəlif xalqların nümayəndələri – çeçenlər, osetinlər, gürcülər və s. tərəfindən imzalanmışdır.

Məhz bu çağırışı paytaxtın  DİBİ (daxili işlərin baş idarəsi) –  də provokasiya adlandırdılar, Moskvanın milli diasporaları elan etdilər ki, bununla heç bir əlaqələri yoxdur.  Amma, yenə də, cəbhənin xətti müəyyən edilib.  Və onun istiqaməti rus hakimiyyətinin sükanı arxasında duranlar üçün çox sərfəlidir – cəmiyyətdə “gəlmələrə” qarşı qərəz yarandıqca, oliqarxik kapital və onunla birləşmiş bürokratiya modernizasiya, innovasiya və “bürüncləşmişlərin” tənqidinə baxmayaraq, xəlvətcə öz antisosial qanunlarını yeridə və qaykaları bərkidə bilərlər…

Burada hüquq – mühafizə orqanlarının və xüsusi xidmətlərin reaksiyası səciyyəvidir, hansılar ki, adətən sol və demokratik müxalifət aksiyalarını sərt şəkildə “təmizləyirlər”.  Manej meydanındakı dağıntılar mənə həmin yerdə, 2002 – ci ildə Rusiya – Yaponiya oyunundan sonra baş vermiş analoji hadisəni xatırlatdı. Məhz bu zaman, şanlı hüquq – mühafizə orqanlarının Moskvanın mərkəzində fanatların mənasız və qəddar üsyanına yol verdikləri hadisələrdən sonra prezidentin əli ilə daha çox nasist bandalarına qarşı vasitə kimi deyil, istənilən müxalifətin qarşısını almaq aləti olmuş ekstremizmə qarşı fəaliyyət haqqında qanun qəbul olundu… (Yeri gəlmişkən, 11 dekabrda Moskvada baş vermiş dağıntıları şərh edərkən, DİN rəhbəri Raşid Nurqaliyev olanlara görə məsuliyyəti sağların deyil, sol radikalların üzərinə qoydu ki, məntiq və sağlam düşüncə qanunlarına görə onlar apriori olaraq milli ayrı – seçkiliyin əleyhinədirlər.  Amma nazirin sözlərində məntiq axtarmayın, orada məntiq sadəcə olaraq yoxdur.)

Beləliklə, güman ki, bu gün də isteblişmentin müəyyən hissəsi (onu “güclülər” adlandıraq) sağları mümkün etirazın dəf edilməsi və “qaydaya salmaq” üzrə növbəti kampaniya məsələlərinin həll edilməsi üçün istifadə edirlər.  Əgər hakim sinfin bir hissəsi öz mövqeyini korrupsiyanın və polis özbaşınalığının tənqidi (təbii ki, saxta) ilə doğruldursa, digəri – öz opponentlərinə və qərbli partnyorlarına göstərirlər ki, onlar olmadan “sabitlik” tez qurtaracaq və heç kimin baş edə bilməyəcəyi dağıntılar başlayacaq.

Sol fransız mütəfəkkir Jil Dove yazdığı kimi, “faşizmin əsas aspekti o idi ki, o, küçədə doğuldu, intizam yaratmaq üçün intizamsızlıqdan istifadə etdi, müflisləşmə təhlükəsindən ağıllarını itirmiş köhnə orta təbəqələri mobiliziyasiya etdi və kapitalizmin böhranının öhdəsindən gələcək dövlət yaratdı”.

Bu gün Moskva küçələrində baş verənlər cihad adlanır, siyasi inhisar və obıvatellərin beyinlərində ksenofobiyanın hakim olduğu şəraitdə bu cihad hətta indi öz tərli əllərini bir – birinə sürtənlər üçün də gözlənilməz ola bilər.

14.12.2010

www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:9694